Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   2   3   4   5   6   7   8   9   ...   60

 
 

feli  bağlama  tərkiblərindən  geniş  şəkildə  istifadə  olunur.  Təbii  ki,  belə  olduğu  üçün 
türkcə cümlənin sintaktik konstruksiyalarının və bütövlükdə özünün Azərbaycan dilində 
qrammatik  transformasiyası  labüd  olur.  Nəhayət,  çox  mühüm  fərqlər  özünü  uzun  illər 
ərzində  bu  dillərdə  formalaşmış  müxtəlif  üslub  şəkillərində,  sabitləşmiş  danışıq 
etiketində, nitqin ifadə tərzində, intonasiya  və melodikada özünü göstərir. 
Türkiyədə  bütövlükdə  zəruri  və  müsbət  addım  olan  sadələşmə  (“özləşmə”)  adı 
verilən  dil  siyasətindəki  ifrat  meyillərin  mənfi  təzahürlərindən  biri  də  bu  olmuşdur  ki, 
türkcə  üçün  son  dərəcə  təbii,  “öztürkcə”  hesab  edilən  sözlərin  Azərbaycan  dilində 
işlənməməsi  nəticəsində  dillərimiz  arasında  leksik  fərqlər  daha  da  artmışdır.  Məsələn, 
okul,  bilinç,  uçak,  kişi,  yarqıç,  öğretmen,  özgürlük,  bağımsızlık,  doğal,  ulus,  yaşam, 
onur, olanak, gereksinim, öykü, us, yazın, öğretim kimi kəlmələrin Azərbaycan dilində 
anlaşılması  çətinlik  törətdiyi  halda,  bunların  “köhnə”  qarşılıqları  olan  mektep,  şuur, 
tayyare,  şahıs,  hakim,  muallim,  azatlık,  müstakillik,  tabii,  millet,  hayat,  şeref,  imkan, 
ihtiyaç,  hikaye,  akıl,  edebiyat,  tahsil  sözləri  müasir  dilimizdə,  cüzi  fonetik  fərqləri 
nəzərə almazsaq, eynilə işlədilməkdədir. 
Şübhəsiz  ki,  dillərimiz  arasında  ən  gözəçarpan  fərqlər  leksik-semantik 
məsələlərdə  özünü  göstərir  ki,  bunlar  bir  neçə  cür  təzahür  edir.  İlk  növbədə,  gülüş 
doğuran, lətifə və “məzəli əhvalatlar” yaranmasına səbəb olan,  hətta işlədilməsi bəzən 
“üz qızardan” don, müxbir, kişi, qıç, düşmək,  uşaq, subay, sümük, nəfər, cücə, yengə, 
qapıçı,  bekar,  yaz,  ağ,  sabah,  gözləmək,  itmək,  axtarmaq,  danışmaq,  tapmaq,  pinti, 
küpə, əməkdar, intizar, şəhla, dərslik, balet, adam, qardaş, baba  kimi leksik vahidlər – 
yazılışı və tələffüzü eyni, mənaları tamamən və ya qismən fərqli olan transomonimlər – 
saxta  ekvivalentlər yada düşür. 
Digər  tərəfdən,  həqiqi  mənaları  yalnız  dar  və  ya  geniş  kontekst  içində 
dəqiqləşdirilə  bilən  sağlıq  demək,  çox  yaşa,  başa  düşmək,  qol  çəkmək,  idarə  etmək, 
dalğa  keçmək,  qaz  iyi  gəlmək,  sabah  axşam  gəlmək,    cümə  axşamı  keçirtmək,  yola 
salmaq  kimi deyim və söz birləşmələri unudulmamalıdır. 
İşin  içində  qaytarmaq,  moruq,  qaynatmaq,  otlaqçı,  fındıqçı,  fıstık,  kazak,  kopya 
çəkmək, qıl olmaq, sinir olmaq, azarlamaq, tutuşmaq  kimi arqotizmlər – jarqonlar da 
var. 
Lakin Azərbaycan dili və Türkiyə türkcəsi arasındakı fərqlər yalnız yuxarıda qısa 
şəkildə  xülasəsini  verdiyimiz  yalançı  ekvivalentlər,  transomonim  leksik  və  frazeoloji 
vahidlərlə  bitmir.  Bu  və  ya  digər  elm,  mədəniyyət,  iqtisadiyyat,  idman  və  s.  sahələrin  
terminlərinə  ötəri  bir  nəzər  salmaq  kifayətdir  ki,  bu  iki  dilin,  ən  azından,  terminlər 
dağarcığı baxımından bariz fərqləri aydın olsun. 
Məsələn, ən geniş yayılmış idman növlərindən biri olan futbol terminlərinə diqqət 
yetirək:  taç,  köşe  atışı,  kale,  kale  ağı  (file),  kaleci,  skor,  deplasman,  averaj,  sağbek, 
solbek,  santrfor,  antreman,  şut,  antrenör,  küme  düşmek,  takım,  forvet,  frikik,  santrhaf.  
Bu terminlərdən heç biri dilimizdə işlədilmir. 
Bir  neçə  hüquq  termininə  baxaq:  yargıç,  yargılama,  savcı,  savunma,  cezaevi, 
gardiyan,  dava,  davacı,  sanık,  tanık,  tutuklu,  gözaltı,  duruşma,  soruşturma,  temyiz, 
cürüm,  celse,  tahkim,  müebbet,  bekçi,  karakol.  Bu  terminlər  də  türkcədəki  mənalarilə 
dilimizdə yoxdur. 
İqtisadi-ticarət sahələrinin ən məhsuldar terminlərinə göz ataq: döviz, kur, tutanak, 
para, para bozdurmak, k
ȃr, kȃr kaybı, bilanço, ciro, muafiyet, yaptırım, damga pulu, ek, 
meteahhit,  müstahsil,  yükümlülük,  araç,  kaşe,  antetli  kağıt,  sorumluluk,  müeyyide, 
irsaliye, havale, ihale, mevduat.  Bu terminlər ya Azərbaycan dilində tamamilə yoxdur, 
ya da fərqli mənalarda işlədilir. 
Yaxud  elə  götürək  dilçilik  terminlərini:  sesteş,  eşadlı,  ikileme,  adıl,  eylem, 
yumuşak  ünsüz,  sert  ünsüz,  bağlaç,  ortaç,  bağfiil,  tümce,  bileşik,  yantümce,  özne, 


 
 

yüklem, belirten, tümleç, zamir, ek, sontakı. Bu terminlər də dilimizdə yoxdur. 
Tərcümə  nəzəriyyəsi  ilə əlaqədar  dilimizdə  olmayan  terminlərə  baxaq:  amaç  dil, 
erek  dil,    çeviribilim,  çeviriyazı,  kuram,  özgün  metin,  düzanlam,  yananlam,  motamot, 
simultane, süreç, eşdeğer, kavram, içerik, iletişim, bildirişim, çoğuldizge. 
Hər  bir  azərbaycanlının  günlük  məişət  leksikası  səviyyəsində  türkcəni  başa 
düşməsi, Anadolu türkləri ilə ünsiyyət qura bilməsi, türkcə oxuduğu mətni anlaması və 
öz  fikrini  çox  çətinlik  çəkmədən  izah  edə  bilməsi  tamamilə  təbiidir.  Dillərin  yaxın 
qohumluğu  buna  imkan  verir  və  bu,  dil  qohumluğunun  üstünlüyüdür.  Tərcümə 
nəzəriyyəsi  baxımından  söhbət  bir  dili  tam  başa  düşməkdən  və  o  dildə  sərbəst  şəkildə 
danışmaqdan,  qarşılıqlı  professional  tərcümədən  gedir.  Tərcümə  işində  hər  iki  dilin 
peşəkar  səviyyədə  bilinməsi  tələb  olunur.  Bir  dili  başa  düşmək,  o  dildə  ünsiyyət  qura 
bilmək  hələ  həmin  dili  bilmək,  o  dildən  tərcümə  edə  bilmək  demək  deyildir.  Məişət 
leksikası,  günlük  danışıqda  işlədilən  kəlmələr  səviyyəsində  dillərimiz  arasındakı  başa 
düşülmə  nisbəti  yüksək  olsa  da,  terminoloji  qatları  xeyli  fərqli  olan  digər  sahələrdə 
(elm-texniki, rəsmi-diplomatik, hüquq və s.) bu faiz çox aşağıdır. 
Məsələn,  İstanbulda  bir  lokantaya  –  yeməkxanaya  girib,  yumurta  yemək  istəyən 
bir  azərbaycanlını  garson  –  ofisiant  (xörəkpaylayan)  başa  düşəcəkdir.  Lakin  ofisiantın 
“Nasıl  olsun,  sahanda  mı,  rafadan  mı?”  (“Necə  olsun,  yağdamı,  şormu?”  ,  “suda 
qaynadılmışmı?)  sualına,  yaxud  da  həmyerlimizin  “rafadan”    mənasında  “suda 
qaynadılmış”)  dediyi  anda,  garsonun:  “Alakok  mu,  lop  mu,  katı  mı,  kayısı  mı?” 
(“İlıqmı,  bərk  bişmişmi,  yaxud  ağı  tam,  sarısı  yarıbişmiş  şəkildəmi?”)  sualına  cavab 
verməkdə  çətinlik  çəkəcəyi  şübhəsizdir.  Bu  zaman  yumurtadan  hazırlanan  menemen, 
kıymalı,  lalanqa,  sucuklu,  omlet,  janbonlu,  çılbır    kimi  yemək  adları  işə  qarışsa, 
ünsiyyət daha da mürəkkəbləşəcəkdir. (9) 
Başqa  bir  misal  verək.  Hər  gün  hava  haqqında  məlumat  dinləyirik.  Tutaq  ki, 
Türkiyə sinoptiklərinin bu gün üçün verdikləri hava proqnozu belədir: 
“Bugün  hava  parçalı  bulutlu    ve  yağışlı  olacaktır.  Yağışlar  yer  yer  kar,  gün 
sonuna  doğru  yağmur  şeklinde  olacaktır.  Rüzgar  sık  sık  yön  değiştirecek.  Sabah 
saatlerinde  aralıklarla  yıldız  və  lodos,  öğlenleyin  poyraz,  akşama  doğru  keşişleme  ve 
karayel  bekleniyor.  Hava  sıcaklığı  da  gün  içinde  değişecek,  öğle  saatlerinde  sıfırın 
üstünde iki-beş, gece saatlerinde sıfırın altında bir-üç derece olacaktır”. 
Bu  elanı  türkcə  hazırlıqsız  bir  azərbaycanlının  başa  düşməsi  çətindir.  Əlbəttə, 
elandakı  bəzi  terminlər  aşağıdakı  şəkildə  verilsəydi,  hər  bir  azərbaycanlı  daha  yaxşı 
başa düşərdi:  sıcaklık–  hərarət,  yağış –  yağıntı, yağmur –  yağış, öğlenleyin  –  günorta, 
yıldız  –  şimal  küləyi,  lodos  –  cənub  küləyi,    poyraz  –  şimal-şərq  küləyi,  keşişleme  – 
cənub-şərq  küləyi,  karayel  –  şimal-qərb  küləyi,  sıfırın  üstündə  -  müsbət  (isti),  sıfırın 
altında  –  mənfi  (şaxta)  və  s.  Ancaq  o  zaman  hava  haqqında  bu  məlumat  artıq  türkcə 
olmazdı. (9) 
Tərcümə  sənətində  bir  dili  bilmək  demək  həmin  dildən  müxtəlif  sahələrə  və 
üslublara  aid  materialları  tərcümə  edə  biləcək  peşəkarlığa  sahib  olmaq  deməkdir.  O 
dildə oxuduğun bədii əsərdən öz ana dilində ala biləcəyin qədər bədii həzz, estetik zövq 
ala bilməkdir. Həmin dildə elmi məqalə, publisistik yazı qələmə ala bilməkdir. O dildə 
sərbəst  ünsiyyət  yarada  bilmək,  danışılanı  bütün  nüansları  ilə  anlamaqdır.  Bir  dildə 
təmiz  danışa  bilmək  üçün  həmin  dildə  düşünə  bimək,  yarada  bilmək  şərtdir.  Sözlərin 
ard-arda  gətirilməsi,  müəyyən  bir  sistem  daxilində  sıralanması  kifayət  deyildir.  Hər 
şeydən  əvvəl,  kəlmənin  məzmununu  təşkil  edən  semantik  komponentləri,  anlayışın 
mahiyyətini  və  çalarlarını,  bu  anlayışın  ortaya  çıxma  şəraitini  də  bilmək  vacibdir.  Hər 
hansı bir xalqın dilindəki  söz və ifadələr, terminlər, məsəllər və  atalar sözləri o xalqın 
həyatı və məişətinin bir parçası, düşüncə tərzinin inikası, təbiətə və cəmiyyətə baxışının 
aynasıdır.  Dili  sadəcə  bizim  şəkillləndirdiyimizi,  müəyyən  qəliblərə  saldığımızı  zənn 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə