Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   2   3   4   5   6   7   8   9   ...   60

 
 

etmək sadəlövhlükdür. Kəlmələri budadığın zaman, o kəlmənin yalnız sənə məxsus olan 
dar  mənası  ilə  məhdudlaşdığın  zaman  düşüncə  sistemindən,  təxəyyüldən,  yaradıcı  
xəyal gücündən də itirirsən. Biz dili yönləndirdiyimiz kimi, dil də bizi istiqamətləndirir.  
Hər bir söz sırf  bu sözün yarandığı dilə məxsus semaların – semantik məna çalarlarının 
hamısının  yükünü  eyni  anda  daşıyan,  yalnız  müxtəlif  situasiyalarda  bu  çalarları  ortaya 
çıxan  leksik  bütövdür,  tamdır.  Bu  bütövün,  tamın  bir  hissəsi  dilimizdə  varsa,  bu  hələ 
həmin tamın dilimizdə işlənməsi kimi başa düşülə bilməz. Söhbət bir dili təmiz, peşəkar 
səviyyədə  bilməkdən,  professional  tərcümə  sənətindən  getdiyi  üçün  dillərin 
qohumluğunun,  hətta  yaxın  qohumluğunun  danışığı  və  tərcüməni  asanlaşdırmadığı, 
əksinə,  irəlidə  görəcəyimiz  kimi,  çox  zaman  çətinləşdirdiyi  daim  diqqət  mərkəzində 
saxlanılmalıdır.  Türkcəni  başa  düşməklə  həmin  dildə  sərbəst  danışmaq,  türkcə 
oxuduğunu  başa  düşməklə  həmin  dildə  əsər  yazmaq  (elmi,  bədii,  publisistik)  və, 
nəhayət,  bu  dildən  peşəkar  səviyyədə  tərcümə  etmək  bu  dili  bilmənin  müxtəlif 
səviyyələridir. 
Uzaq  dillərlə  müqayisədə  qohum  dillərdən  tərcümənin  ən  mühüm  fərqli 
xüsusiyyətlərindən  biri  tərcümə  sənətinin  ən  mühüm  mərhələsi  hesab  edilən  tərcümə 
prosesi  zamanı  ortaya  çıxır.  Məlumdur  ki,  tərcümə  prosesi  üç  əsas  mərhələdən  keçir. 
Əvvəlcə, orijinal mətnlə və ya şifahi nitqlə tanışlıq mərhələsi başlanır. Daha sonra xarici 
dildə  oxuduğun,  eşitdiyin  mətnin  öz  ana  dilində  yadda  saxlanması,  müxtəlif 
aspektlərdən 
işlənilməsi, 
bu 
materialın 
analizi 
və 
sintezi, 
bir 
baxıma, 
özününküləşdirilməsi  etapı  gəlir.  Nəhayət,  oxuduğun  mətni,  eşitdiyin,  qəbul  etdiyin 
informasiyanı  öz  ana  dilinin  imkanları  və  qrammatik  vasitələri  ilə  yenidən  yaratma 
mərhələsi  ilə  tərcümə  prosesi  tamamlanır.  İstər  uzaq  dillərdən,  istərsə  də  qohum 
dillərdən tərcümə zamanı bu proses ilk baxışda tamamilə eyni görünür. Lakin məhz bu 
prosesin gerçəkləşməsi zamanı dillərin uzaqlığı və qohumluğu mühüm əhəmiyyət kəsb 
edir.  Dillərimiz  yaxın  qohum  olduğu  üçün  türkcə  oxunan  və  ya  eşidilən  hər  hansı  bir 
kəlmə  tərcüməçidə  həmin  kəlmənin  öz  ana  dilində  (Azərbaycan  dilində)  ifadə  etdiyi 
məfhum,  anlayış,  təsəvvür  haqqında  assosiasiya  oyandırır  və  bu  çox  sürətlə,  ani  baş 
verir.  Yalançı  ekvivalentin  o  anda  ortaya  çıxmasının  bir  səbəbi  də  budur.  Təcrübə 
göstərir  ki,  tələbələr,  bu  dildən  tərcümə  edənlər  yazılı  tərcümələrdə  nisbətən  az,  şifahi 
tərcümələrdə  isə  tez-tez  saxta  ekvivalentlərdən  istifadə  edirlər  (şifahi  tərcümə  zamanı 
düşünməyə  daha  az  vaxtları  olduğu  və  lüğətlə  dəqiqləşdirmə  imkanları  olmadıqları 
üçün). Rus bölməsinin tələbələrində (azərbaycanlı olsalar da tərcümə sənəti baxımından 
onların ana dili rusca hesab olunur, çünkü bu dildə düşünürlər, necə deyərlər, yuxularını 
bu dildə görürlər) isə həmin kəlmənin assosiasiyası ruscadır, o kəlmənin bu dilə məxsus 
məfhumu və anlayışıdır. Buna görə də onlar yalançı ekvivalentlərin “tələsinə” nisbətən 
az düşürlər. Türkcə eşitdikləri söz tanış deyilsə, yəni bu söz onların ana dilindəki hazır 
məfhumlardan, anlayışlardan hər hansı birinə göndərmə etmirsə, onlar susduqları halda, 
azərbaycanlı  tələbələr  assosiativ  reaksiya  ilə  öz  ana  dilindəki  kəlməni  işlədirlər.  Təbii 
ki, bütün mənaları üst-üstə düşən kəlmələrdə (belə kəlmələr çox az olur) problem olmur. 
Lakin çox zaman tələbələr “mütərcimin  yalançı dostlarından”– psevdoekvivalentlərdən 
yaxa qurtara bilmirlər. 
Məlumdur  ki,  tərcümə  prosesi,  ilk  növbədə,  tək-tək  kəlmələrin  orijinaldakı 
mənalarının  (gerçək  və  məcazi)  düzgün  qavranılması,  tərcümə  edilən  dildə  doğru, 
adekvat leksik-semantik müqabilinin tapılmasından başlanır. Orijinal dildə hər hansı bir 
kəlmə  (forma)  tərcümə  dilindəki  kəlmə  ilə  (formayla)  üst-üstə  düşə  də,  düşməyə  də 
bilər.  Digər  tərəfdən,  bu  kəlmə  tərcümə  edilən  dildə  eyni  mənaya  gələ  biləcəyi  kimi, 
müxtəlif məzmunlara – məfhumlara da qarşılıq ola bilər. Yaxud da orijinal dilin özündə 
bu  kəlmə  bir-neçə  məna  ifadə  edə  bilər.  Bu  kəlmənin  məna  dairəsi  tərcümə 
dilindəkindən dar və ya geniş ola bilər. Bu kəlmə sırf orijinal dilin öz məxsusi sözüdür 


 
 

və  tərcümə  dilində  qarşılığı  yoxdur  və  s.və  i.  Bütün  bu  fərqlilikləri  nəzərə  alaraq 
orijinalın  və  tərcümənin  dillərindəki  leksik  vahidləri  ümumleksik  problemlərin  həlli 
baxımından dörd əsas qrupda toplamaq mümkündür: 
1.Təkmənalı leksik vahidlər (Orijinalın bir leksik vahidinə tərcümə dilinin yalnız 
bir leksik vahidinin uyğun gəlməsi); 
2.Çoxmənalı  leksik  vahidlər  (Orijinalın  hər  hansı  bir  leksik  vahidinin  tərcümə 
dilində bir-neçə leksik vahidə uyğun gəlməsi, leksik sinonimlər); 
3.Ekvivalentsiz leksik vahidlər (Orijinaldakı hər hansı bir leksik vahidin tərcümə 
dilində qarşılığının olmaması); 
4.Yalançı  ekvivalentlər  (Orijinalın  leksik  vahidinin  tərcümə  dilinin  leksik  vahidi 
ilə yazılış, tələffüz və qrammatik baxımdan eyni, mənaca qismən, yaxud tamamilə fərqli 
olması – psevdoekvivalent omonimlər).(10) 
Ümumi tərcüməşünaslıqda sonuncu yalançı leksik vahidlərə “mütərcimin yalançı 
dostları”  adı  verilir.  Bu  qrupda  yer  alan  sözlərə  saxta  ekvivalentlər  və  ya  aldadıcı 
oxşarlar  da  deyirlər.  Uzaq  dillərdə  dillərarası  təsadüfi  üst-üstə  düşmələr,  yanlış 
qarşılıqlar,  transomonimlər,  dillərarası  omonimlər  kimi  təzahür  edən  yalançı 
ekvivalentlər türk və Azərbaycan dillərində özünü, əsasən,  üç şəkildə göstərir: 
1.Orijinalın  və  tərcümənin  dilində  yazılışı  və  tələffüzünə  görə  eyni  olub  (burada 
bəzi  formal  orfoepik  və  qrafik  fərqləri  nəzərə  almırıq),  müxtəlif  köklərdən  gələn, 
etimologiyaları  və  mənaları  bir-birindən  tamamilə  fərqlənən  transomonimlər,  yaxud 
uyğunlu uyğunsuzluqlar: gar – vağzal, kȃr – gəlir, çelik– polad, pinti – xəsis, aktarmak 
–  nəql  etmək,  katık  –  yavanlıq  və  s.  Bu  kəlmələrin  dilimizdəki  omonimləri  –  yalnış 
qarşılıqları  (qar,  kar,  çəlik,  pinti,    axtarmaq,  qatıq)  ilə  heç  bir  məna  yaxınlığı  yoxdur. 
Bu  qəbildən  olan  transomonimlər  tərcümədə  ciddi  çətinlik  törətmir,  dar  və  ya  geniş 
kontekstdə  mənaları  asanlıqla  müəyyənləşdirilir  və  tərcümə  dilində  saxlanılmırlar. 
Bunlar məzmun və məna oxşarlığı olmadan ifadə oxşarlığı olan kəlmələrdir. 
2.Orijinalda və tərcümə dilində yazılışı və tələffüzü eyni olan, eyni etimologiyaya 
sahib, eyni kökdən gələn, yaxud hər iki dilə üçüncü dildən keçən, lakin leksik-semantik 
(lüğəvi)  mənaları  müasir  sinxron  planda    üst-üstə  düşməyən  omonimlər:  hala  –bibi, 
baba – ata, derslik – sinif otağı, balet – balet artisti, erik – alça, sümük – burun seliyi, 
kişi  –  şəxs,  subay  –  zabit,  bekar  –  subay    və  s.  Bu  qəbildən  olan  transomonimlər 
tərcümədə  diqqət  tələb  edir  və  mütərcimin  ən  çox  “yaxalandığı”  saxta  ekvivalentlər  – 
aldadıcı  oxşarlar  qrupunu  təşkil  edir.  Yeri  gəlmişkən,  qeyd  edək  ki,  şifahi  tərcümədə, 
türkcə  danışıqda  azərbaycanlıların  ən  çox  “ilişdikləri”,  gülüş  hədəfinə  çevirildikləri 
məqamlar məhz bu sözlərlə əlaqədar olur. 
3.Orijinalda  və  tərcümə  dilində  eyni  kökdən  gələn,  mənaları  qismən  örtüşən  (bir 
baxıma,  nisbi  sinonimlər  kimi  çıxış  edən),  lakin  bir-birindən  fərqli  mənalarda  da 
işlədilən, müxtəlif  üslublara aid olan omonimlər: 
kapı  –  a)  otaq  qapısı,  b)  futbol  oyunundakı  qapı  (türkcədə  bu  mənada  “kale” 
kəlməsi işlədilir); 
kalp – a) ürək;  b) qəlb;                       erkek – a) kişi;  b) erkək; 
yenge – a) qardaş arvadı; b) yengə;   kardeş – a) qardaş;  b) bacı; 
intizar – a) qarğış; b) intizar;            şehla – a) çaş, çəpgöz; b)irigözlü, şəhla; 
ata – a) cədd, əcdad; b) ata. 
Bu qəbildən olan kəlmələrə stilistik transomonimlər də deyilir və qohum dillərdən 
tərcümə zamanı bu saxta ekvivalentlərin işləndiyi mətnə diqqətli yanaşmaq lazımdır. Bu 
kəlmələr qismi “uyğunlu uyğunluqlardır”. (10) 
Birinci  qrupda  yer  alan  saxta  transomonimlər  tərcümədə  ciddi  çətinlik 
törətmədiyinə  görə,  ikinci  və  üçüncü  qrupa  daxil  olan  kəlmələrdən  bir-neçəsini  bəzi 
nümunələr  əsasında  daha  ətraflı  nəzərdən  keçirək.  Məsələn,  fars  dilindən  alınma, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə