Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   2   3   4   5   6   7   8   9   ...   60

 
 

türkcədə  və  Azərbaycan  dilində  həm  omonim,  həm  də  transomonim  kəlmələr  olaraq 
işlədilən saz sözünə baxaq. 
“Saz”  sözünün  mənalarından  biri  “qamış”  deməkdir.  Mövlana  Cəlaləddin 
Ruminin “Məsnəvi”sinin ilk beytlərinin türkçə tərcümələrindən birində oxuyuruq: 
 
Dinle neyden kim hikayet etmede
Ayrılıklardan şikayet etmede. 
Kestiler sazlık içinden der beni, 
Dinler ağlar hem kadın, hem er beni.(13) 
 
Sazlık (qamışlıq) kəlməsi dilimizdə bu mənalarda işlədilmir, transomonimdir - hər 
iki dildə olub, müxtəlif mənalara gələn kəlmədir. 
Eləcə  də  Azərbaycan  dilində  “işləyən,  sağlam,  istismara  hazır  vəziyyətdə” 
mənasında  işlətdiyimiz  “saz”  sifəti  bu  mənada  türkçədə  işlənmir.  Türk  dilində  bu 
mənada  “ayarlanmış,  ayarlı,  ayarı  yapılmış”  sözlərindən  istifadə  olunur.  Əlbəttə,  bu 
transomonimlər  tərcümədə  çətinlik  törətmir,  mətn  içərisində  (dar  və  ya  geniş 
kontekstdə)  düzgün  mənaları  asanlıqla  müəyyənləşdirilə  bilir.  Burada  bizi 
maraqlandıran  və  üzərində  durmaq  istədiyimiz  “saz”  kəlməsinin  hər  iki  dildə  nisbi 
sinonim  kimi  işlədilən  mənalarıdır  ki,  yalançı  ekvivavelentlik  məhz  bu  məqamda 
meydana  çıxır.  Fars  dilindən  alınma  “saz”  kəlməsinin  türkcədəki  mənalarından  biri 
“hər  hansı  bir  musiqi  aləti,  çalğı”  deməkdir:  Dün  bezminizin  bir  ezeli  neşesi  vardı,  / 
Saz sesleri ta fecre kadar Körfezi sardı... (Yəhya Kamal). 
Türkcədəki  “nefesli  sazlar”,  “şarkıcı  ve  saz  arkadaşları  (takımı)”  dilimizdə 
“nəfəsli  musiqi  alətləri”(“nəfəsli  çalğılar”),  “müğənni  və  onun  ansamblı”,  “sənətkar 
və  onu  müşaiyət  edən  musiqi  kollektivi”  şəklində  işlədilir.  “Saz”  kəlməsi  ədəbi 
dilimizdə bu mənada yoxdur. Azərbaycanda saz adlanan “mizrabla çalınan telli musiqi 
alətinə”  türkcədə  “bağlama”  deyilir.  Bununla  yanaşı,  türkcədə  “saz”  kəlməsinin 
mənalarından biri Azərbaycan dilindəki kimi elə “saz” deməkdir və lüğətdə “mızrapla 
çalınan  uzun  saplı  halk  çalgısı”  kimi  açıqlanır.  “Saz  şairi”    isə  “aşık”  (aşıq) 
kəlməsinin sinonimidir. 
Digər  tərəfdən,  dilimizdə  bu  kəlmənin  mənası  bəzən  bu  sözün  türkcədəki  
mənaları  ilə  qismən  örtüşür,  bəzən  hətta  üst-üstə  düşür:  “Sazımız  -  sözümüz” 
ifadəsindəki “saz” kəlməsi ilə sırf saz musiqi aləti nəzərdə tutulmur. Buna görə də, bu 
kəlmənin  saxta  ekvivalent  ola  bilmə  ehtimalına  tərcümədə  diqqət  etmək  lazımdır. 
Məsələn,  tərcümə  zamanı  türkcə  mətndə  rastlaşdığımız  “Orhan  güzel  saz  çalıyor” 
cümləsini  “Orxan  gözəl  saz  çalır”  şəklində  tərcümə  etmək  səhv  olacağına  görə, 
dəqiqləşdirməyə  ehtiyac  var.  Mətnin  orijinalında  Orxanın  çaldığı  sazın  hansı  musiqi 
aləti oldunu müəyyənləşdirmək mümkün deyilsə, sadəcə “Orxan musiqi alətində gözəl 
çalır” demək daha doğrudur. 
İndi  isə  türkcənin  ərəb  dilindən  alınma  “kalp”  omoniminin  lüğəvi  mənalarına 
baxaq:  Kalp  I  -  1.  yürek.  2.yürek  hastalığı.  3.duygu,  his;  Kalp  II  -  dönüştürme,  bir 
durumdan başka bir duruma çevirme; Kalp III - düzme, sahte.  
Burada  üzərində  durmaq  istədiyimiz  bu  sözün  birinci  mənasıdır.  İkinci  mənası 
dilimizdə yoxdur. Üçüncü mənası isə (qəlp, saxta) hər iki dildə üst-üstə düşür. Türkcədə 
“kalp”  kəlməsinin  ilkin  assosiasiyası  bədən  üzvüdür,  anatomik  orqandır,  dilimizdəki 
“ürək” termininin qarşılığıdır. Türkcədəki kalbim çarpıyor (atıyor), kalp ameliyatı, kalp 
krizi, kalp ilacı, kalp hastalığı kimi söz birləşmələri Azərbaycan dilində işlənməz. Lakin 
işin  çətinliyi  burasındadır  ki,  I  kalp  kəlməsinin  3-cü  mənası  dilimizdə  də  qəlb,  duyğu, 
könül mənasında işlədilir və yalançı ekvivalent olma ehtimalı çoxdur. Məsələn, Sen çok 
kalpsiz  birisin  cümləsindəki  kalpsiz    kəlməsi  dilimizdəki  qəlbsiz,  hissiz,  duyğusuz 


 
 
10 
mənasındadır. 
Saxta  ekvivalentlərin  bir  hissəsi  bir-birinə  tamamilə  tərs  mənalı,  hətta  antonim 
kəlmələr  kimi  çıxış  edirlər.  Məsələn,  kapı-qapı  kəlməsi  türkcədə  futbol  meydan-
çasındakı  qapı  mənasında  işlədilməz,  bu  mənada  kale  kəlməsi  işlədilir:  Stadda  kale 
arkası  sıralarda  genellikle  rakip  takımın  taraftarları  oturur  –  Stadionda  qapı 
arxasındakı çərgələrdə, əsasən rəqib komandanın azarkeşləri oturur. 
Eyni  kökdən  düzəldilən  kapıcı-qapıçı  türkçədə  ev,  otel  kimi  yerlərdə  gözətçi, 
xidmətçi,  qapıçı  deməkdir.  Sonuncu  mənada  Azərbaycan  dilində  də  işlədilir. 
Dilimizdəki  digər  mənadakı  qapıçıya  isə  türkcədə  kaleci  deyilir.  Məsələn,  Rüştü  yaxşı 
qapıçıdır  cümləsində  qapıçı  kəlməsinin  mənası  türkcəyə  kontekstdən  kənarda  düzgün 
tərcümə edilə bilməz, çünki onun futbolçu yaxud xidmətçi olması dəqiqləşdirilmədən bu 
sözü türkcəyə çevirmək mümkün deyildir. 
Qaracaoğlandan  tərcümə  edilmiş  aşağıdakı  parçada  da  mütərcim  yalançı 
ekvivalentin tələsinə düşmüşdür: 
Ala gözlü mənli dilbər
Qoyma məni el yerinə. 
Altun kəmərin olayım, 
Dola məni bel yerinə. (5) 
 
Şeir  parçasının  orijinalında  işlədilən  ben  kəlməsi  türkcədə  omonim  kəlmədir. 
Birinci  ben  dilimizdə  işlədilən  mən  şəxs  əvəzliyidir.  İkinci  ben  isə  xal,  çil,  ləkə 
deməkdir  ki,  bu  mənaları  dilimizdə  yoxdur.  Əslində,  gəraylının  birinci  misrası  belə 
tərcümə olunmalıydı: Alagözlü, xallı dilbər... 
“Dodaqdan  qəlbə”  romanının  mütərcimi  də  saxta  ekvivalent  problemindən  öz 
nəsibini alıb. Əsərin türkcəsində oxuyuruq: “Bu izdivacın mahsullerini hele bir tasavvur 
et...  Mesela  şu  alacalı  necef  taşlarına  benziyen  “mah-ı  seher”le  bir  menekşe,  yahut 
gülden  alınmış  bir  çocuk...  Menekşe,  yahut  gülün  kokusunu  bir  lezzet  halinde  veren 
üzüm...”. Cümlələrin tərcüməsinə baxaq: “Bu cütləşmənin nəticələrini bir təsəvvürünə 
gətir...Bax,  ala-bəzək  muncuqlara  bənzəyən  “mahi-səhər”lə  bir  bənövşə  yaxud  güldən 
alınmış bir məhsuldur... Bənövşə yaxud gülün ətrini verən bir üzümdür...”(3) 
Cümlədə yalançı ekvivalent “tələsi” var. Belə ki, türkcədə gül kəlməsi dilimizdəki 
kimi  bütün  çiçəklərə  verilən  ümumi  ad  deyil,  yalnız  qızılgül  deməkdir.  Orijinalda  da 
söhbət  qızılgüldən  gedir,  bənövşə  və  gülün  yanaşı  işlədildilməsi  də  tamamilə  təbii 
səslənir. Digər tərəfdən, Azərbaycan dilində  güllər kəlməsi çiçəklər sözünün sinonimi 
kimi çıxış edir. Türkcədə bu, mümkün deyil. 
Türk yazıçısı A.Qədirin “On beş gün Sovet İttifaqında” adı ilə dilimizə çevrilmiş 
yol-səyahət  oçerkinin  orijinalında  belə  bir  cümlə  var:  Sofraya  erik  büyüklükte  kiraz 
geldi.  Tərcümədə  oxuyuruq:  Süfrəyə  ərik  irilikdə  gilas  gətirdilər.(1)  Erik  kəlməsi 
türkcədə alça deməkdir. Dilimizdəki ərik kəlməsinin türkcədə qarşılığı  kayısıdır
İndi də Orxan Vəlinin çox sevilən “İstanbulu dinləyirəm”  adlı altı bəndlik şeirinin 
orijinalından  alınmış  bəndə  və  həmin  bəndin  dilimizə  tərcüməsindəki  xətalara,  o 
cümlədən saxta ekvivalent “tələsinə” diqqət yetirək: 
 
İstanbul'u dinliyorum, gözlerim kapalı; 
Kuşlar geçiyor, derken; 
Yükseklerden, sürü sürü, çığlık çığlık. 
 
İstanbulu dinləyirəm, gözlərim qapalı. 
Quşlar ötür, deyilirkən;(?) 
Yüksəklərdən, dəstə-dəstə (?), hayla küylə;(?)(8) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə