Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   2   3   4   5   6   7   8   9   10   ...   60

 
 
16 
H.Dizdaroğlunun cümlə haqqında söylədiyi fikirləri saf-çürük etdikdə məlum olur 
ki, müəllif Azərbaycan dilindən fərqli tədqiqat obyekti seçilmişdir. 
Onun  sadə  cümləyə  olan  münasibəti,  yuxarıda  verilmiş  izahatlar,  heç  də  sadə 
cümlə  problemini  elmi  cəhətdən  hərtərəfli  aydınlaşdırmır.  O  sadəcə  türk  dilində,  belə 
bir cümlənin varlığımı geniş izah etmişdir. 
Türk  dilçilərinin  sadə  cümlə  haqqındakı  fikirlərindən  görünür  ki,  onların 
əksəriyyəti  yalnız  bir  hökmü  ifadə  edən  və  bir  xəbərdən  ibarət  olan  cümlələri  sadə 
cümlə hesab edilirdi. 
Sadə  cümlənin  əsasını  müstəqil  sintaktik  vəzifələri  sözlər    və  birləşmələr  təşkil 
edir (12-50-51). 
Azərbaycan  dilinə  müraciət  etdikdə  oradakı  təktərkibli  qeyri-müəyyən  şəxsli, 
ümumi  şəxsli,  şəxssiz,  söz  cümləni,  adlıq  (müəlliflərin  bəziləri  bu  bölgüyə  müəyyən 
şəxsli,  vokativ  cümlələri  daxil  edirllər)  formal  cəhətdən  başqa  dillərdə  olan  belə 
cümlələrə oxşaya bilər. 
Son zamanlar türkologiyada sadə cümlənin bir sıra konkret məsələləri ilə yanaşı , 
nəzəri  problemləri  də  tədqiq  edilmişdir.  Sadə  cümlələrin  nəzəri  məsələlərinə  dair 
aparılmış tədqiqat sırasında N.K.Dimitryevin “Детали простого предложения”,  N.A. 
Baskakovun      “Предложение  и  словсочетание  в  тюркских  языках”,    “Структура 
простого предложения в тюркских языках” və başqalarını göstərmək olar.  
Müasir türk və Azərbaycan dillərində sadə geniş cümlələr- öz komponentlərinin- 
baş  və  ikinci  dərəcəli  üzvlərinin    ardıcıllıq  sırası  ilə  fərqlənən  quruluşu  modelləri, 
həmçinin inversiya modelləri vardır.  
Sadə geniş cümlələrin öyrənilməsi bir neçə baxımdan əhəmiyyətlidir. Sadə cümlə 
sistemindəki  təsnifata  aydınlıq  gətirir  və  sadə  cümlənin  tədrisində  özünü  göstərən 
dolaşıqlığı aradan qaldırmağa kömək edir.  
Tərkibində  təşkiledici  üzvlərlə  yanaşı,  təyinedici  üzvlərdən  biri  və  ya  hamısı  iştirak 
edən cümlələr sadə geniş cümlə adlanır. Sadə cümləni genişləndirən ikinci dərəcəli cümlə 
üzvlərinin əlaqəsi sadə geniş modellərinin rəngarəngliyini meydana çıxarır.  
Türk və Azərbaycan dillərində bəzi sadə cümlələr vardır ki, quruluşca sadə olsa da 
məzmuna  görə  mürəkkəbləşir.  Sadə  cümlənin  məzmununa  görə  mürəkkəbləşməsi 
bütövlükdə türk dillərinin hamısına aiddir. 
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI 
 
1.
 
Atabey  Neşe,  Özel  Sevgi,  Ayper  Cam.  Türkiye  Türkçesinin  Sözdizimi,  Ankara, 
1981 
2.
 
Banguoğlu Tahsin. Türkçenin Grameri, Ankara, 1990 
3.
 
Dizdaroğlu Hikmet. Tümce Bilgisi, Ankara, 1976 
4.
 
M.Ergin. Türk Dilbilgisi, İstanbul, 1993 
5.
 
Gencan Tahir Nejat “Dilbilgisi”, İstanbul, 1975 
6.
 
Prof. Dr.Hatiboğlu Vecihe. Türkçenin Sözdizimi, Ankara, 1972 
7.
 
Özdemir Emin. Cümle Kalıpları, Türk Dili, sayı,184, ocak, 1967 
8.
 
Abdullayeva. N. Sadə cümlə,1979 
9.
 
Kazımov.Q.Ş. Müasir Azərbaycan Dili, Sintaksis, Bakı, 2000 
10.
 
R.Ə.Rüstəmov. Türk dilinin sintaksisi. Bakı, “Nurlan” 2009 
 
 
Рустамов  Р.А. 
 
О простых предложениях в азербайджанском и турецком языках 


 
 
17 
 
РЕЗЮМЕ 
         В  статье  исследуются  теоретические  вопросы,  связанные  с  проблематикой 
простого  предложения;  описание  предложения  как  функциональной  единицы 
языка;  описание предикативной структуры  предложения  с  позиций  логики 
отношений;  выявление  видов  и  способов  конструктивно-синтаксических  связей 
слов  в  предложении,  а  также  описание  структурно-семантических  моделей 
простых предложений азербайджанского и турецкого  языков. 
Ключевые слова: синтаксис, простое предложение, односоставное предло-
жение,  неопределенно-личное  предложение,  безличное  предложение,  слово-
предложение 
R.A. Rustamov 
 
About simple sentences in Azerbaijani and Turkish 
 
SUMMARY 
         The  article  deals  with  the  theoretical  issues  related  to  the  problems  of  a  simple 
sentence; description of the sentence as a functional unit of  language; description of the  
predicative  structure  of  the  sentence    from  the  standpoint  of  the  logic  of  relations; 
identification of types and methods of structural and syntactic relationships of words in 
a  sentence,  as  well  as  the  structural  and  semantic  models  of  simple  sentences  of  the 
Azerbaijani and Turkish languages. 
Keywords:  syntax, simple sentence, types of  simple sentences. 


 
 
18 
          f.ü.f.d., dos.C. R. RÜSTƏMOVA 
 
MÜASİR TÜRK ƏDƏBİ DİLİNDƏ QOŞMALARIN 
LEKSİK-SEMANTİK XÜSUSİYYƏTLƏRİ 
                                                                    
Açar  sözlər:  morfologiya,  köməkçi  nitq  hissələri,  qoşmaların  leksik-semantik 
xüsusiyyətləri 
Köməkçi nitq hissələrini əsas nitq hissələrindən fərqləndirən amillərdən birincisi, 
köməkçi  sözlərin  real  leksik  məzmundan  məhrum  olmasıdır.  Köməkçi    nitq  hissələri 
əsas nitq hissələrindən fərqli olaraq  suala cavab vermir, morfoloji cəhətdən dəyişmir, 
cümlə üzvü də ola bilmir.  
Zaman-zaman  aparılan  tədqiqat  işləri,  formalaşmış  elmi  fikirlər  bir  daha  sübut 
edir ki, sözlərin real leksik  məzmundan məhrum olmaları, onları köməkçi nitq hissələri 
adlandırmağa  əsas  verir.  Mövcud  türk  dillərinin  lüğət  tərkibi,  leksik-qrammatik 
əlamətlər əsasında bir neçə nitq hissəsinə bölünür. Bu nitq hissələrinin  müstəqil cümlə 
üzvü kimi işlənib işlənə bilməməsinə görə iki əsas və köməkçi qrupda birləşdirilir. Türk 
dillərində  köməkçi  nitq  hissələri  ilə  bağlı  mübahisəli  məsələlər  demək  olar  ki,  son 
zamanlar  öz  həllini  tapmaqdadır.  Məlumdur  ki,  tarixən  müstəqil  mənalı  sözlər  olmuş, 
dilin  keçirdiyi  tarixi  inkişaf  mərhələlərində  öz  müstəqilliklərini  ya  qismən  və  ya 
tamamilə itirərək köməkçi nitq hissəsi adlandırılmışdır. Beləliklə, bu nitq hissəsi ya söz, 
söz birləşmələri, yaxud da cümlələr arasında müxtəlif sintaktik əlaqə, münasibət, söz və 
cümlələrə  məna  çalarlıqları  verməyə  xidmət  edir.  Müstəqil  mənadan  məhrum  olan 
köməkçi  nitq  hissələri,  söz  düzəltmə  və  cümlə  üzvi  olmaq  funksiyalarından  da 
məhrumdur.  Yəni  köməkçi  nitq  hissələri,  əsas  nitq  hissələri  kimi  çıxış  edə  bilmir. 
Buraya ədat, bağlayıcı, qoşma və modal sözlər daxildir. 
Dilçilikdə  uzun  müddət  mübahisəli  görünən  köməkçi  nitq  hissələri,  onların 
tərkibinə  hansı  kateqoriyaların  daxil  olması  məsələsi    tədricən  öz  həllini  tapmaqdadır. 
Məlumdur  ki,  müasir  türk  ədəbi  dilində  və  eləcə  də  türk  dillərində  qoşmalar  uzun 
müddət  öz  həllini  tapmamışdı.  Bunun  əsas  səbəbi  kimi  qeyd  edə  bilərik  ki,  dilçi 
alimlərin  böyük  əksəriyyəti  köməkçi  nitq  hissələrinin  təsnifatında  semantik  cəhətinə 
üstünlük verərək qəbul etmişlər. 
Yadda  saxlamaq  lazımdır  ki,  qoşmalar  sözlər  və  söz  birləşmələri  arasında 
müxtəlif  sintaktik  münasibətləri  əks  etdirən  sözlərdir.Müasir  türk  dilinin  qrammatik 
quruluşunda qoşmalar xüsusi yer tutur.İltisaqi dillərdən biri kimi türk dilində qoşmalar 
çox inkişaf etmişdir.Qoşmalar qrammatik cəhətdən dəyişməyərək adlardan sonra gəlib 
əşya ilə hərəkət və ya əşya ilə əşya arasında müəyyən münasibət bildirən və qrammatik 
əlaqə yaradan, leksik məna daşımayan köməkçi nitq hissəsidir.  
J. Deni iri həcmli tədqiqat əsəri olan  “Türk dili qrameri” kitabında qeyd edir ki, 
şəkilçilərin  bir  qismi,  bəzən  də  zərflərə    aid  olan  sözlər  qoşmalara  daxil    olmalıdır 
J.Deni  türk  dilində  qoşmalardan  “  İlgeçler”  adı  altında  bəhs  etmiş,  hər  bir  qoşmanın 
semantik-struktur və funksional cəhətlərindən ətraflı söz açmışdır.(7, s.601)   
Lakin  J.Deni  həm  əsas,  həm  də  köməkçi  nitq  hissəsi  kimi  işlənən  qoşmalardan, 
keçid  səciyyəli  sözlərdən  ayrıca  bəhs  etməmişdir.  Türkiyədə  nəşr  edilən  bir  çox 
qrammatika  kitablarında  da  qoşmalar  əsasən  ötəri  şəkildə  araşdırılmışdır,  qoşmalarla 
nəticədə  qoşmalarla  digər  köməkçi  nitq  hissələrinin,  eləcə  də  əsas  nitq  hissələri  ilə 
qoşmaların  qarşılıqlı əlaqələri mübahisəli həll olunmuşdur.   
F.  Zeynalov  haqlı  olaraq  qeyd  edir  ki,  nitq  hissələrinin  təsnifatındakı  problemlər 
tam həll olunmamışdır. ( 1, s. 68 ) 
Göründüyü  kimi  qoşmaların  tədqiqi  nitq  hissələrinin  təsnifatı  problemləri  ilə 
birbaşa əlaqədardır.Məsələn, alt, üst,üzere tipli sözlərin isim və ya köməkçi ad olduğunu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə