Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   5   6   7   8   9   10   11   12   ...   60

 
 
21 
qrammatik  kateqoriyalarının  olması  təbii  sayılmalıdır.  Müasir  türk  ədəbi  dilində  qoş-
maların  spesifik,  qrammatik  kateqoriya  olması  da  məhz  bununla  əlaqədardır.  Rus 
dilindən  türk  dilinə  tərcümə  əsasında  o  dildəki  önqoşmaların  (predloqların)  türk  dilinə 
bəzən leksik məna bildirən sözlərlə tərcümə edilməsi bunları eyniləşdirməyə əsas verir. 
Məs: “У окна” türk dilinə “pencerenin  yanıbaşında” tərcümə olunursa, “на улице” isə 
“sokakta” kimi tərcümə ediləcəkdir. Rus dilindəki ifadəyə “где” sualı veriləcəkdir. Bu 
baxımdan hər bir nitq hissəsinin dəqiq mövqeyini, işlənmə yerini təyin etmək üçün dilçi 
alimlərin fikirlərinə hörmətlə yanaşmaq lazımdır. 
Qeyd etmək istərdik ki,  indiyə  qədər nitq hissələrinə  aid  müxtəlif səpkidə  məqa-
lələr,  monoqrafiyalar  yazılmasına  baxmayaraq,  yenə  də  bu  sahənin  dərindən  öyrənil-
məsinə fikir vermək lazımdır. 
Apardığımız  tədqiqat  nəticəsində,  köməkçi  nitq  hissələri,  eləcə  də  qoşmalar 
haqqında çox tutarlı tədqiqat əsərlərinə rast gəlirik. Bunlardan Neşe Atabey, Dr.İbrahim 
Kutluk,  Sevgi  Özer  tərəfindən  yazılmış,  II  cildlik  tərtibatda  “Sözcük  türleri”  əsəri 
diqqəti  cəlb  edir.  Bu  kitaba  müraciət  edərkən  nitq  hissələrinin  təsnifatı  və  tədqiqi  ilə 
əlaqədar  yazılmış  əsərlərin  bir  növ  nəticəsi  kimi  meydana  çıxmışdır.  Bu  kitabda 
qoşmalar  başqa  nitq  hissələri  ilə  qarışdırılmır.  Ən  maraqlı  cəhət  sabit  və  qeyri-sabit 
qoşmalar  isə  ayrı-ayrı  tədqiq  edilib.  Ümumiyyətlə,  nitq  hissələrini,  eləcə  də  qoşmaları 
tədqiq  edərkən  müəlliflərə  qədər  deyilmiş  fikirlərə  münasibət,  yeri  gəldikcə  qeyd 
olunmuşdur. 
Müəlliflər  doğru  olaraq  qeyd  edirlər  ki,  qoşma  məsələsini  çətinləşdirən  səbəb 
Avropa dillərinə əsaslanmaq olmuşdur. Daha dərinə getdikcə görürük ki, bu fikri yalnız 
qoşmalara  şamil  etmək  düzgün  olmazdı.  Bu  təsiri  ümumiyyətlə,  nitq  hissələrinin 
təsnifatı prinsipinə də aid etmək doğru olardı. 
Kitabda  oxuyuruq:  “Kimi  dilbilgisi  kitablarında  ilgeç  ve  bağlaçları  anlamsız 
sözcükler  olaraq  benimsemektedirler.  Burada  özellikle  belrtmek  istediğimiz  konu 
herhangi  bir  dilde  anlamsız  bir  sözcük  olmadığı  gibi,  sözcüklerin  belirli  kavramların 
anlatımı  için  yaratıldıklarıdır.  Eskilerin  edat  adı  altında  topladığı  sözcükleri  ilgeç, 
bağlaç, ünlem diye ayrı-ayrı düşünmekteyiz ”. ( 5, s.132) 
Əsərdə  qoşmaları  şəkilçilərlə  eyniləşdirmə  təmayülü  də  vardır.  Məs:  buna  göre, 
yerinə  bence,  kendime  göre  yerinə  kendimce  ifadələrində  ”bana  göreni”  bence  modal 
sözünə  bərabər  etmək,  “göre”ni  “ce”  şəkilçisi  ilə  eyniləşdirmək,  dilin  tədqiqi 
baxımından  doğru  hesab  edilməməlidir.  ”  Görə”nin  öz  yeri  və  vəzifəsi,  “ce”nin  də  öz 
yeri və funksiyası vardır. 
Zəngin materiallarda əhatə olunmuş bu kitab hələ çox mübahisəli məsələlərin həll 
olunmasına köməklik göstərəcəkdir.  
Müasir  türk  ədəbi  dilində  qoşmaların  xüsusi  yeri  olduğu  üçün  dərslik  və  dərs 
vəsaitlərində, rus dilində yazılmış əsərlərdə onların izahına xeyli yer verilmişdir. Fəqət 
qoşmalar sistemləşdirilməmiş, dərs planına uyğun olaraq səpələnmiş halda verilmişdir.  
“Учебник  турецкого  языка”  kitabında  müəllif  “послелог”  adlandırdığı 
qoşmalara  ile,  için,  kadar,  gibi  və  s.  kimi  artıq  sabitləşmiş  qoşmalarla  yanaşı  sonra, 
evvel, önce və s. zərflə də daxil edilmiş (bunlar zaman bildirən sözlərdir) eyni zamanda 
ara, üst, alt, doğru, yan, karşı, ön, arka, iş, dış, hak (kı), zarf, üzer (i)  
kimi  çoxu  məkan  anlayışını  bildirən  sözləri  isə  ayıraraq  onlara  “Имена  в  служебном 
роли” adını vermişdir. (9, стр.178) 
Düşünürük  ki,  göstərilən  təsnifat  da  özünü  doğrultmur.  Zaman  bildirən  sözlərin 
qoşmalara,  məkan  bildirən  sözlərin  isə  köməkçi  sözlərə  daxil  edilməsi,  daha  doğrusu 
onların başqa-başqa siniflərə ayrılması yalnız rus dilinin qrammatik quruluşundan çıxış 
etməyin nəticəsi ola bilər. 
Dünya  dillərindən  olduğu  kimi  türk  dilində  də  islahatlar  aparılmış,  özləşmə 


 
 
22 
nəticəsində  başqa  dillərdən  alınmış  sözlərin  yeni,  əsil  türk  sözləri  ilə  əvəz  edilməsi 
prosesi davam etməkdədir. 
Köməkçi  nitq  hissələrinə  müraciət  etməyimizdə  əsas  məqsədimiz,  qoşmaların 
leksik-semantik  xüsusiyyətlərini  bir  daha  nəzərdən  keçirmək  olub.  Burada  əsasən,  bu 
köməkçi  nitq  hissəsinin  digər  köməkçi  nitq  hissələrindən,  fərqli  və  üstün  cəhətlərini 
geniş  şəkildə  ətraflı  tədqiq    etmək,  onun  lazımi  qiymətini  verməyi  qarşımıza  məqsəd 
qoyduq. 
Oxucuların  nəzərinə  çatdırmaq  istəyirəm  ki,  Azərbaycanda  ilk  dəfə  olaraq  
“Müasir  Türk  Dilində  köməkçi  nitq  hissələri”    (keçid  prosesi)  adlı  monoqrafiya  pro-
fessor  R.Rüstəmov  tərəfindən  yazılmışdır.  Həmin  monoqrafiyada  ad-qoşmalar,  onların 
leksik-semantik  və  qrammatik  xüsusiyyətləri  geniş  şərh  olunmuş,  istənilən  məntiqi 
nəticə əldə edilmişdir. Müəllif haqlı olaraq qeyd etmişdir ki,qoşmalar əsas nitq hissələri 
ilə  morfoloji  elementlər  arasında  aralıq  mövqe  tutur.Qoşmaların  türk  dilinin  morfoloji 
quruluşunda belə aralıq mövqeyi həmin nitq hissəsinin əsas nitq hissələri ilə sıx əlaqədə 
olduğunu  şərtləndirir.  Əsas  nitq  hissələrindən  qoşmalara  keçid  prosesində  isə  iki 
mühüm  tipi  fərqləndirmək  lazımdır.  Birincisi,  tarixən  əsas  nitq  hissələrindən  təcrid 
olunaraq tarixi inkişaf prosesində tam qoşmalaşmış sözlərdir ki, bu cür sözlər türkoloji 
ədəbiyyatda  sabit  qoşmalar  hesab  olunur.İkincisi,  əsas  nitq  hissələrindən  qoşmalara 
keçid  prosesi  keçirən,  ilkin  mənbəyindən  tam  təcrid  olunmamış  sözlərdir  ki,bunlar 
qeyri-sabit  qoşmalar  hesab  olunur.  Deməli,  qoşmalarmahiyyətcə  bir-birindən  müəyyən 
dərəcədə fərqlənən tiplərə malikdir.Türkoloji ədəbiyyatda qoşmalarıi müxtəlif cür təsnif 
edilməsi, “ad qoşmalar” və “qoşma –hissəciklər” adı altında öyrənilməsi məhz bununla 
bağlıdır. Biz qoşmaların leksik-semantik xüsusiyyəti adlandırdığımız məqalədə, monoq-
rafiyada  qeyd  olunduğu  kimi:  “qoşma-ad”,  “ad-qoşma”,  “köməkçi  adlar”,  və  s.  kimi 
müxtəlif tədqiqat aparmağı qarşımıza məqsəd qoymuşuq.   
Məqsədimiz  qoşmaların  sayca  az  olmalarına  baxmayaraq,  qoşmaların  dildə  istər 
rəsmi,  istərsə  də  bədii  əsərlərdə  olduqca  geniş  işlənməsini,  özünəməxsus  bir  köməkçi 
nitq hissəsi olduğunu bir daha sübut etməkdir. 
Müasir  türk  dilində  qoşmaların  spesifik  xüsusiyyəti,  müstəqil  mənalı  sözlərin 
şəkilçiləşməyə doğru inkişafının müəyyən mərhələsini təşkil edir.  
Bütün bu deyilənlərdən göründüyü kimi, köməkçi nitq hissələrinin elmi cəhətdən 
geniş  tədqiq  olunması,  xüsusilə  də  qoşmaların  ümumiyyətlə  nitq  hissələri  və  eləcə  də 
köməkçi  nitq  hissələri  sistemində  yeri  məsələsi  son  illərdə  demək  olar  ki,  öz  həllini 
tapmışdır.  “Türk  dilində  köməkçi  nitq  hissələri”  adlı  əsərdə  bu  mövzu  hərtərəfli  şərh 
edilmiş,  köməkçi  nitq  hissələri  tarixi-ənənəvi  prinsipə  əsaslanaraq  sistemli  şəkildə 
tədqiq edilmişdir. ( 3, 217s. ) Qeyd etməliyik ki,müasir türk dilində işlənən qoşmaların 
böyük  bir  qismi  əsas  nitq  hissələrindən  təcrid  olunmuşdur.  Lakin  həmin  nitq  hissə-
lərindən qoşmalara dilin  sinxron vəziyyətində keçid kimi özünü göstərən təcridolunma 
prosesi  tam  başa  çatmamışdır.    Bu  qoşmalar  ikili  funksiya  daşıyaraq  həm  əsas,  həm 
köməkçi nitq hissələri kimi işlənə bilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə