127
göstərən leksik-semantik məzmun, onların əsas xüsusiyyətləri haqqında, habelə bu
qruplardan biri olan hərəkət feilləri və onların dildəki mövqeyi, morfoloji quruluşu,
mənası, leksik və sintaktik funksiyaları haqqında daha geniş və əhatəli məlumata
V.F.Veşilovanın “Türk dilində hərəkət feilləri” adlı məqaləsində rast gəlmək olar. Şərti
olaraq üç bölmədən ibarət olan bu məqalədə müəllif türk dili feillərinin leksik-semantik
baxımdan dörd qrupunu (hərəkət, iş, həyati proses və təbiət hadisələrini bildirən feillər)
müəyyənləşdirir və bu feillərin morfoloji quruluşu, qrammatik xüsusiyyətləri və leksik
mənası haqqında müfəssəl məlumat verir. O, hərəkət feillərini subyektin məkanda
(fəzada) yerdəyişməsi ilə bağlayır, leksik mənasına xüsusi diqqət yetirməklə hərəkət
feillərini dörd qrupa bölür: 1) Hərəkətin istiqamətini bildirmədən onun icra tərzini ifadə
edən feillər; 2) Ancaq hərəkətin istiqamətini bildirən feillər; 3) Hərəkətin həm
istiqamətini, həm də icra tərzini bildirən feillər; 4) Hərəkətin nə istiqamətini, nə də icra
tərzini ifadə edən feillər (7, 101-116).
V.F.Veşilova türk dillərindəki hərəkət feillərini morfoloji strukturuna görə kök
feillər, düzəltmə (adlardan düzələn) feillər və mürəkkəb feillərə bölmüş, onların spesifik
əlamətləri haqqında konkret dil materialları üzrə ətraflı söhbət açmışdır. Düzəltmə
quruluşlu hərəkət feillərinin isimdən, sifətdən və nidalardan yarandığını qeyd edən
tədqiqatçı, düzəltmə hərəkət feillərinin əmələ gəlməsində iştirak edən sözlərin feilin
ifadə etdiyi hərəkət prosesinin mənasını bu və ya digər cəhətdən konkretləşdirdiyini,
onu müxtəlif cəhətdən aydınlaşdırdığını göstərməklə həmin feillərin də altı qrupunu
müəyyənləşdirmiş, doğru olaraq yazmışdır ki, bu tipli feillərin yaranmasında iştirak
edən adlar fərqli məna kəsb etdikdə hərəkət anlayışı mürəkkəb feillərlə ifadə olunur və
bu cür feillərin yaranmasında köməkçi və ya müəyyən məqamlarda həm müstəqil, həm
də köməkçi feil kimi işlənə bilən sözlər iştirak edir. Türk dillərində hərəkət feillərini
araşdıran tədqiqatçı, eyni zamanda onların qrammatik xüsusiyyətləri haqqında da
məlumat vermiş, bu tipli feillərin, əsasən, məkani hallarla bağlı olduğunu, bu və digər
hərəkətlərin müəyyən məkan daxilində baş verdiyini önə çəkmiş, bu zaman onların
qrammatik mövqeyinə də aydınlıq gətirmişdir. Bu isə türk dillərində hərəkət məzmunlu
feillərin qrammatik xüsusiyyətləri haqqında daha geniş məlumatın əldə olunmasına
imkan yaradır.
Müəllifin adı çəkilən məqaləsində hərəkət feillərinin leksik mənasına da xüsusi
diqqət yetirilmiş, N.K.Dmitryev, V.M.Çistyakov, N.Z.Bakeyevanın fikirlərinə əsasən
onlar hərəkətin istiqamətini və vasitəsini bildirən feillər olmaqla iki qrupa bölünmüşdür.
Müəllif hərəkət feillərini bu şəkildə qruplaşdırmaqla onun haqqında daha geniş məlumat
vermiş və gələcəkdə bu sahədə aparılacaq tədqiqatları müəyyən qədər istiqamətlən-
dirmişdir.
V.F.Veşilovanın türk dilində hərəkət feilləri ilə bağlı apardığı bu araşdırma elmi
və nəzəri baxımdan çox əhəmiyyətli olmaqla digər türk dillərində, o cümlədən
Azərbaycan dilində də hərəkət feillərinin semantik baxımdan daha ətraflı və elmi
şəkildə araşdırılması üçün dəyərli elmi mənbə rolunu oynaya bilər. Lakin
V.F.Veşilovanın tədqiqatlarında mübahisə doğuran bəzi məqamlar da vardır ki, bunu
nəzərə alan H.K.Quliyevin həmin araşdırmadakı «həyati prosesləri ifadə edən feillər»
adlandırılan qrupun fərqləndirilməsinə etirazı haqlı sayıla bilər: «Bizim fikrimizcə,
“həyati proses feilləri” termini bu məqamda uğursuz seçilmişdir, çünki hərəkət, iş
feilləri və digər feillər də həyati proses məzmunu ifadə etdikləri üçün onlar da bu qrupa
daxil edilə bilər».
Hərəkət feillərini ayrı-ayrı türk dillərinin materialları əsasında K.Xalikov da
tədqiq etmişdir. V.V.Kulmaqemetovanın tədqiqatında isə hərəkət feilləri ilə iş feilləri
bir-biri ilə qarışıq salınmışdır.
Hərəkət feillərinin qrup şəklində olan həсmi müxtəlif kriteriyaları təyin edir. Bir
128
qrup dilçilər (A.A.Şaxmatov, A.V.İsaçenko, A.A.Potebnya) həmin feillərin əsasında
semantik və morfoloji uyğunluğun (korrelyasiya) mövсud olduğunu isbatlayır; digər
qrup dilçilər (X.Vostokov və b.) hərəkət feillərini subyektin məkana münasibəti ideyası
ilə əlaqələndirir. Üçünсü qrup tədqiqatçılar isə (L.P.Klimenko, N.S.Dmitrieva,
R.İ.Sirota və b.) hərəkət feillərinin əsasında semantik sözyaradıсılığı və sintaktik
əlamətlərin dayandığını bildirirlər.
Hərəkət feillərinin növləri ayrı-ayrı türk dillərində müxtəlif сür qruplaşdırılır.
Məsələn, T.Vasilyevanın namizədlik dissertasiyası müasir çuvaş dilində hərəkət
feillərinin leksik sistemdə yerinə, struktur-semantik təşkilinə, sintaqmatik xüsusiy-
yətlərinə və sözyaradıсılığı tiplərinə, сümlə strukturunda hərəkət feillərinin yaratdığı
əlaqəyə, söz birləşmələrinin yaranmasındakı roluna həsr edilmişdir.
Qazax dilçisi M.Orazov qazax dilindəki feilləri semantik сəhətdən təsnif etmiş və
hərəkət feillərini semantik baxımdan 9 qrupa bölmüşdür. Müəllif hərəkətin yerdə, suda,
havada baş verdiyini göstərmiş, onun istiqamətlərini müəyyənləşdirmişdir. M.Orazovun
tədqiqatında hərəkət feillərinin 20 kiçik qrupunun mənası, valentlikləri və etimologiyası
təhlil edilmişdir.
A.Salkalamanidze özbək dilindəki feilləri semantik – sintaktik сəhətdən iki qrupa
bölür. 1) semantik əlaməti istiqamətlənmiş hərəkətlərlə fərqlənən feillər; 2) semantik
əlaməti istiqamətlənməmiş hərəkətlərlə fərqlənən feillər. Birinсidə hərəkətin üsulu,
sürəti və manerası əsas götürülür. Həmçinin bu qrupa qeyri-ixtiyari hərəkətlər,
diferensial əlamətli dinamik feillər daxil edilir. Belə feilləri subyekt (mütləq) feillər də
adlandırmaq olar. İkinсi qrupda isə ümumi semantik əlamətinə görə birləşmiş hərəkət
obyektin müəyyən sahədə yerdəyişməsini bildirir.
Qazax dilçisi S.Maralbayeva intensiv hərəkətləri ifadə edən feilləri öyrənmişdir.
O, hərəkət feillərini funksional-semantik aspektdə tədqiq etmişdir. S.Maralbayevanın
tədqiqatında həmin feillərin mahiyyəti və təbiəti təyin edilmiş, əsas xarakterik
əlamətləri göstərilmiş, semantik strukturu müəyyənləşdirilmişdir. Eyni zamanda
intensiv hərəkət feillərinin hər bir semantik tipi səсiyyələndirilmiş, dil sistemində,
həmçinin funksional planda intensiv hərəkətləri ifadə edən feillərin ifadə vasitələri
konkretləşdirilmişdir.
N.Haсıeminoğlu «Türk dilinde yapı bakımından fiiller» adlı kitabında türk dilinin
feillərini semantik prinsipə görə 4 qrupa ayırır ki, bunlardan biri də «hareket bildiren
fiiller»dir.
Uyğur dilçisi V.Maxpirov yazır ki, uyğur dilində feillərin leksik- semantik
qrupları içərisində hərəkət feillərinin öz yeri var. Bu dildə hərəkət feilləri qədim və sadə
tiplərini qoruyub saxlamışdır. Məs.: k ə l, k ə t, ç ü ş (düş), b a r, m i n, k a y t, u ç, a
k, a ç və s. Bu dildə qədim sinkretik əsas m a n (addım, addımlamaq, getmək (DTS) öz
varlığını və feili mənasını olduğu kimi saxlamışdır. Ümumtürk feil kökü olan k a y t
feili ilə yanaşı, y a n (DTS: yan) feili də işlənməkdədir. Hazırda n a n, ç a n
formalarına tuvin, altay, xakas, şor dillərində rast gəlirik. Qədim türk lüğətində işlənmiş
t o l ğ a hərəkət feilinə t o l ğ a k, ç o l ğ a variantlarında təsadüf olunur.
Azərbaycan dilçiliyində feillərin leksik-semantik baxımdan qruplaşdırılmasına ilk
dəfə “Azərbaycan dilinin qrammatikası” adlı kitabda rast gəlirik. Burada feillər leksik-
semantik baxımdan beş qrupa bölünür: hərəkət feilləri, iş feilləri, nitq feilləri, təfəkkür,
görmə və eşitmə prosesi ilə bağlı olan feillər və hal-vəziyyət feilləri Bu bölgü və
bölgülər haqqında verilmiş izahatlar bu bölmənin müəllifinin “Müasir Azərbaycan dili.
Morfologiya (1980)” əsərinin uyğun bölməsində müəyyən fərqlərlə təkrar olunur və
qeyd edilir ki, “Feillərin lüğəvi məna qruplarına verilən bölgülərin müxtəlifliyi feillərin
zəngin məna xüsusiyyətlərinə malik olması ilə əlaqədardır”. Doğrudan da Azərbaycan
dilindəki feillər özünün müxtəlif xüsusiyyətləri, bu xüsusiyyətlərin zənginliyi ilə
Dostları ilə paylaş: |