ƏSGƏr zeynalov iRƏvan məKTƏBLƏRİ



Yüklə 332,63 Kb.

səhifə1/12
tarix18.07.2018
ölçüsü332,63 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   12


ƏSGƏR  ZEYNALOV

İRƏVAN

MƏKTƏBLƏRİ

___________ -  



A G !9 -

_________



Azərbaycan  Respublikası  Prezidentinin 

İşlar İdarəsi

PREZİDENT KİTABXANASI 

Bakı  -  Mütərcim  2011




^  

Bu к/tab İrəvan xanlığının  Uluxanlı mahalının layiqli oğlu, böyük



vətənpərvər Eldar Hüseyn oğlu Həsənovun əziz xatirəsinə həsr olunur.

Redaktor:

filologiya elmləri doktoru, 

professor Teymur ƏHMƏDOV

Əsgər Zeynalov. İrəvan məktəbləri. -  Bakı: Mütorcim,  2011. -  56 s.

Filologiya  elmləri  doktoru,  professor  Əsgər  Zeynalovun  “İrəvan 

məktəbləri” kitabında bu il 130 illiyi tamam olan İrəvan gimnaziyası, İrə­

van  Müəllimlər Seminariyası  və  Uluxanlı  məktəbinin  tarixindən,  onların 

yetirdiyi tanınmış ziyalılardan bəhs olunur.

 4702020000

i —* 

Z

j



026

© Ə.Zeynalov, 2011



İRƏVAN  MƏKTƏBLƏRİ

Ölkəmizdə  müstəqilliyin  bərpa  olunması  xalqımızın  tarixən 

həsrətini  çəkdiyi,  arzuladığı,  uğrunda məşəqqətlər çəkdiyi  azadlığa 

qovuşmasıdır.  Azadlıq  millətin  özünü  dərk  etməsi,  özünü  tanıması, 

mənəvi  və  maddi  dəyərlərinə  sahib olmasına  böyük  imkanlar yara­

dır.  Bu  mövqedən  yanaşanda  xalqımızın  qədimdən  üzübəri  tarixi 

yenidən  yazılmalıdır.  Sovet  rejimi  dövründə  təhrif olunmuş,  unu­

dulmuş  mənəvi  sərvətlərimiz,  eləcə  də  qədim,  orta  əsrlər  və  yeni 

dövrlərdə  araşdırılmasına  imkan  verilməməsi  ucbatından  əlçatmaz 

olan  arxiv  sənədləri,  məxəzlər  doğru-düzgün  tədqiq  olunmalıdır. 

Milli  azadlığımız  hər  bir  vətəndaş  alimə  müəyyən  elmi  istiqaməti 

dərindən  öyrənməyə  geniş  perspektivlər  açmışdır.  Son  iyirmi  ildə 

Azərbaycanda maarifçiliyin,  təhsilin, elmi  biliklərin  inkişafı  mərhə­

lələrinin  öyrənilınisi  sayəsində  ortaya  çıxan  qiymətli  elmi  məlu­

matlar,  arxiv  sənədləri,  araşdırmalar Azərbaycan  məktəbi  tarixinin 

ağ səhifələrinin  yox  almasına,  aradan  qalxmasına  dərin  inam yarat­

mışdır.  Bu  cəhətdən  istedadlı  ədəbiyyatşünas  alim  Əsgər Zeynalo­

vun  "İrəvan  məktəbləri"nin  yaranmasının  130  illiyi  münasibəti  ilə 

yazdığı əsəri diqqəti cəlb edir.

Oğuz yurdunu  ehtiva edən  İrəvan  xanlığı  tarixən  Azərbaycan 

ərazisi  olmuşdur.  XIX  əsrdə  Zaqafqaziyanın  mədəni  mərkəzlərin­

dən  biri  kimi  İrəvanın  ictimai-mədəni  həyatında  canlanma,  Azər­

baycanın  bütün  sahələrdə  nəzərə  çarpan  dəyişiklikləri  ilə  sıx  əla­

qədar  idi:  feodal  təsisatlarının  sarsıntıları  kapitalizm  cəmiyyətinin 

ilkin cücərtilərinin əlamətləri  burada da aşkar təzahür edirdi.

Əsgər  Zeynalovun  tədqiqatından  göründüyü  kimi,  XIX  əsrin 

80-ci  illərində  İrəvanda  gimnaziya,  müəllimlər seminariyası,  üsuli- 

cədid  məktəblərinin  yaranması  maarifçiliyin  ölkədə yeni  vüsət  tap­

masını,  təhsilin  inkişafını,  ictimai  fikrin  yüksəliş  imkanlarını  göstə­

rirdi.


Məlum  olduğu  kimi,  İrəvan  məktəblərinin  tarixi-təşəkkiilü 

prosesi,  müəllimləri  və  məzunları  haqqında  pərakəndə  və  ya  təhrif 

edilmiş  məlumatlar  ucbatından  tam  təsəvvür  yaranmırdı.  Əsgər 

Zeynalov  öz  tədqiqatında  az-çox  məlum  olan  tarixi  faktları,  məlu-

3



matları  ümumiləşdirməklə  yanaşı,  onları  yeni  tapıntılarla  zəngin­

ləşdirir, eyni zamanda təhrif edilən, yanlış məlumatlara bir aydınlıq 

gətirir.

Əsərdə  1881-ci  ildə  İrəvan  gimnaziyasının,  İrəvan  müəllim­

lər  seminariyasının  fəaliyyətə  başladığı  bir  vaxtda  Uluxanlı  orta 

məktəbinin  yaranması,  onun  fəaliyyəti  haqqında  ilkin  maraqlı  m ə­

lumatlar  təqdim  edilmişdir.  "Kafkazskiy  kalendar"  məcmuəsinə, 

eləcə  də  bir  sıra  etibarlı  mənbələrə  əsaslanan  tədqiqatçı  İrəvan 

gimnaziyası  və  İrəvan  müəllimlər  seminariyasında  çalışan  müəl­

limlərin, eyni zamanda Firudin bəy Köçərlinin pedaqoji fəaliyyətilə 

oxucuları tanış edir.

Görkəmli  maarif  xadimi,  ədəbiyyatşünas  alim  Firudin  bəy 

Köçərli  İrəvan  gimnaziyasında  müsəlman  şöbəsinin  müdiri,  Azər­

baycan  dili  müəllimi,  həm də  gimnaziya tərkibində  olan  pansionun 

müdiri  işləmişdir.  Bu  dövrdə  Firudin  bəy  bir həmkarı  ilə  "Təlimi- 

lisani-türki"  dərsliyini tərtib etmiş, təlim-tərbiyə problemlərinə dair 

məqalələr  yazmış,  klassik  rus  ədəbiyyatından  bədii  tərcümələr  et­

mişdir.


Uğurlu  pedaqoji  fəaliyyətinə görə  hər il  mükafat alan  Firudin 

bəy  Köçərli  "Kollejski  sekretar",  "Titulyar  sovctnik",  "Statski  so- 

vctnik" rütbələri almışdır.

İrəvan  gimnaziyasında  1881-1918-cr  illərdə,  37  il  ərzində 

təhsil  alan  məzunların  Avropa  ali  məktəblərində  təhsil  alması, 

Azərbaycanın  ictimai-siyasi  və  mədəni  həyatında fəal  iştirakı əsər­

də  imkan daxilində dolğun şərh edilmişdir.

Əsgər Zeynalov Uluxanlı  məktəbinin  fəaliyyətinə xüsusi  diq­

qət yetirir.  Uluxanlı  məktəbi  İrəvan  quberniyasında azərbaycanlılar 

üçün  təşkil  olunan  yeganə  orta  məktəb  idi.  1881-ildə  ilk  şagirdləri 

qəbul  edən  məktəb  qısa  müddət  ərzində  şöhrət  tapmışdı.  Zaqafqa­

ziya Qori  Müəllimlər  Seminariyasının  məzunları  burada dərs deyir­

di.  Cəlil  Məmmədquluzadə  1887-ci  il  avqustun  7-də  Uluxanlı  mək­

təbinə  müəllim  təyin  olunmuşdu.  37  ildən  sonra  Ermənistanda daş­

nak hakimiyyəti  dövründə Uluxanlı  məktəbi  bağlanır.

XI  Qafqaz  ordusu  daşnak  hakimiyyətini  devirdikdən  sonra, 

Uluxanlı  məktəbi  fəaliyyətini  yenidən  bərpa  edir.  Regionda ən  bö­

yük,  imkanlı  təhsil  ocağına  çevrilir.  Onun  ilk  məzunları  İrəvan  Pe­

4

daqoji  Texnikumunda  (1924)  və  İrəvan  Dövlət  Pedaqoji  İnstitutu­



nun Azərbaycan şöbəsində (1936) təhsillərini davam etdirirlər.

1981-ci  ildə,  Uluxanlı  məktəbinin  100  illiyinin  keçirilməsinə 

Ermənistan  SSR  Maarif Nazirliyinin  daşnak  xislətli  rəhbərliyi  im­

kan  vermir.  Sovet  İmperiyası  dağılandan  sonra  1988-ci  ildə  Ermə­

nistanda  yenidən  hakimiyyətə  gələn  daşnaklar bütün  azərbaycanlı­

ları doğma oacaqlarından, ata-baba yurdundan silah gücünə çıxardı­

lar. Uluxanlı məktəbi fəaliyyətini dayandırdı.

Əsgər Zeynalov 2006-cı  ildə ictimai  xadim,  "Ata yurdu"  Bey­

nəlxalq  xeyriyyə  cəmiyyətinin  sədri  Eldar  Həsənovun  təşəbbüsü 

ilə Bakıda Uluxanlı  məktəbinin  125  illiyi yubiley tədbirlərinin  döv­

lət  səviyyəsində  keçirilməsinə  xüsusi  yer  ayırması  təsadüfi  deyil­

dir.  Uluxanlı  məktəbi  Azərbaycan  təhsil  tarixinin  ən  parlaq  səhifə­

lərindən biridir.

Onun  minlərlə  məzunu  Azərbaycan xalqının  milli  azadlıq uğ- 

runda mübarizəsinin ön  sıralarında olmuş, Qarabağ döyüşlərində  iş­

tirak  etmiş,  mədəni  quruculuq  sahələrində,  ictimai-siyasi  həyatda 

fədakarlıq nümunələri göstərmişdir.

Əsgər Zeynalovun  ciddi  elmi  axtarışının  bəhrəsi  olan  "İrəvan 

məktəbləri"  əsəri  Azərbaycan  təhsil  tarixinin  yaradılmasında  ən 

dəyərli  mənbə  olmaqla  yanaşı,  milli  təhsil  cəfakeşlərinin  kəşmə- 

kəşli  tarixi  şəraitdə  məktəbdarlıq  mübarizəsini,  vətəndaşlıq hünəri­

ni əks etdirir.



Teymur ƏHMƏDOV, 

professor

5





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə