ƏSGƏr zeynalov iRƏvan məKTƏBLƏRİ



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix18.07.2018
ölçüsü1,61 Mb.
#56453
1   ...   4   5   6   7   8   9   10   11   12

bu sahələrdə tətbiq edilməsi mexanizmini işləyib hazırlamışdır.

R.Əliyev  elmi  araşdırmalarını  davam  etdirmiş,  ARDNŞ-də 

maliyyə -uçot  fəaliyyətinin  müasir tələblərə  uyğun  idarə edilməsini 

təmin edən  lokal  və qlobal  kompüter şəbəkə sisteminin  yaradılması­

nın elmi  əsaslarının müəllifidir.

O, bu tədqiqat əsərini  müdafiə edərək iqtisad elmləri  namizədi 

alimlik  dərəcəsi  almışdır.  R.Əliyev  2004-cü  ildə  “Respublikanın 

Neft  və  Qaz  sənaye  sahəsində  Maliyyənin  idarə  edilməsində  opti­

mal  manevretmə  problemlərinin  tədqiqi”  mövzusunda  doktorluq 

dissertasiyası  müdafiə  edərək  maliyyə  sahəsində  iqtisad  elmləri 

doktoru elmi  adını  almışdır.  R.Əliyev 70-ə yaxın elmi, elmi-metodi­

ki  əsərin, 5  monoqrafiyanın müəllifidir.



Əsgər  Məmməd  oğlu  Zeynalov -  filologiya elmləri  doktoru, 

professor.

1951-ci  il  sentyabrın  27-də 

İrəvan  yaxınlığındakı  Uluxanlı 

mahalının  Yuxarı  Necili  (Nizami) 

kəndində  anadan  olmuşdur.  1969- 

cu  ildə Uluxanlı  məktəbini,  1974- 

cü  ildə  Azərbaycan  Dövlət  Peda­

qoji  Xarici  Dillər  İnstitutunun 

fransız  dili  fakültəsini  bitirmişdir.

Uzun  illər  müxtəlif  orta  məktəb­

lərdə  müəllim  işlədikdən  sonra,

1988-ci  ildə  ailəlikcə  Bakıya  köç­

müş,  1989-98-ci  illərdə  ADU-nun 

Praktik  fransız  dili  kafedrasında 

laborant,  baş  laborant,  müəllim, 

baş  müəllim,  dosent  vəzifələrində 

çalışıb, 

1998-ci  ildən  Praktik 

Əsgər Zeynalov

fransız  dili  kafedrasının  müdiri,  2004-cü  ildən  ADU-nun  Tələbə 

Elmi  Cəmiyyətinin sədridir.

Ə.M.Zeynalov  1991-ci  ildə  “Azərbaycan  bayatıları  Qafqaz 

regionunda”  mövzusunda  namizədlik,  2003-cü  ildə  isə  “Fransız

46

ədəbiyyatında  Şərq  (Volterin  yaradıcılığı  üzrə)”  mövzusunda  dok­



torluq dissertasiyasını  müdafiə etmişdir.

Ə.Zeynalov  15-dən  artıq  kitabın,  300-dən  artıq  elmi-publisis­

tik  məqalənin  müəllifidir.  Azərbaycan  Yazıçılar  və Jurnalistlər  Bir­

liklərinin  üzvü olan Ə.Zeynalovun  müxtəlif illərdə “Fransız  ədəbiy­

yatında  Şərq”,  “Şərq  Volter yaradıcılığında”,  “Azərbaycan  bayatıla­

rı  Qafqaz  regionunda”,  “Viktor  Hüqo”,  İllərin  yol  yoldaşı”,  “Orda, 

bir  yurd  var  uzaqda”,  “O  bir  əsr  idi”,  “Dil  və  ədəbiyyatın  tədrisinə 

dair  düşüncələr”,  “Hara gedir bu  qatar?”  və  digər  kitabların  müəlli­

fidir.  Kütlə  arasında  ona  ən  çox  hörmət  qazandıran  “İrəvan  ziya­

lıları” kitabı  olmuşdur.

Azərbaycan  ədəbiyyatşünaslığında  ilk dəfə olaraq  namizədliyi 

bir dillə, doktorluğu  başqa bir dillər -  daha dəqiqi, erməni  və fransız 

qaynaqları  əsasında yazan Əsgər Zeynalov  Bakıda,  İrəvanda,  Alma­

niyada,  Türkiyədə  keçirilən  Beynəlxalq  konfranslarda  iştirak  etmiş, 

bir  ay  Fransada  təkmilləşmədə  olmuşdur.  Fransanın  ən  nüfuzlu 

orqanlarından  biri  “L'est  Republikən”  qəzetində  Ə.Zeynalov 

haqqında  “Viktor  Hüqonun  azərbaycanlı  mütəxəssisi  Dil  Vərdişləri 

Mərkəzində” adlı  məqalə nəşr edilmişdir (11  avqust, 2007-ci il).

Ə.Zeynalovun  Rusiyada,  İranda,  Türkiyədə  10-a  qədər  məqa­

ləsi  nəşr olunmuşdur.



Gülçöhrə 

Hüseyn 

qızı 

Məmmədova  -   1953-cü  il  aprelin 

12-də  Qərbi  Azərbaycanın  Vedi 

rayonunda  andan  olub.  1971-ci 

ildə  Bakı  şəhərinin  10  saylı  orta 

məktəbini  bitirib.  Həmin  il  Azər­

baycan  Politexnik  İnstitutunun  me­

marlıq  fakültəsinə  daxil  olmuşdur.

Tələbəlik  illərində  ictimai  işlərdə 

fəallıq göstərmişdir.

1975-ci  ilin  sentyabr  ayında 

G.H.Məmmədova  yeni  yaranmış

Azərbaycan  İnşaat  Mühəndisləri 



Gülçöhrə Məmmədova

47



İnstitutunun  komsomol  komitəsinin  katibi  seçilmiş  və  1979-cu  ilə 

qədər  həmin  vəzifədə  işləmişdir.  1976-cı  ildə  Azərbaycan  İnşaat 

Mühəndisləri  İnstitutunun  memarlıq  fakültəsini  bitirib,  1979-cu  ildə 

həmin  institutun  “Memarlıq  konstruksiyaları  və  abidələrin  bərpası” 

kafedrasında assistent vəzifəsində işə başlamışdır.

1985-ci  ildə “Qafqaz  Albaniyasının erkən  və orta əsrlər xristi­

an  memarlığı”  mövzusunda  namizədlik  dissertasiyasını  müdafiə  et­

mişdir.


1991-ci  ildə  “Memarlıq  konstruksiyaları  və  abidələrin 

bərpası”  kafedrasının  dosenti,  2000-ci  ildə isə professoru  vəzifəsinə 

seçilmişdir.  “Memarlıq  konstruksiyaları”,  “Azərbaycan  memarlığı­

nın  tarixi”,  “Abidələrin  bərpası”  fənləri  üzrə  mühazirələr  aparmış, 

diplom layihələrinə rəhbərlik etmişdir.

Elmi  fəaliyyəti  Qafqaz  Albaniyasının  memarlığı  və  Azərbay­

can  ərazisində  xristian  dini  memarlığının  tədqiqi  ilə  bağlıdır.  Bir 

çox  abidələrin  elmi  rekonstruksiya  layihələrini  işləmişdir.  1999-cu 

ildə  doktorluq  dissertasiyasını  müdafiə  etmişdir.  70-ə yaxın  elmi  və 

metodik  işləri  var.  O cümlədən,  “Qafqaz Albaniyasının  dini  memar­

lığı”,  “Qafqaz Albaniyasının  memarlığı” (rus dilində) adlı  monoqra­

fiyaların,  “Azərbaycanın  qədim  və  ilkin  orta  əsrlər  memarlığı”, 

“Kiş”, “Şəkinin  memarlıq  abidələri” kitablarının  müəllifidir.

Beynəlxalq  Elmlər  Akademiyasının  və  Şərq  ölkələri  Memar­

lıq  Akademiyasının  həqiqi  üzvüdür.  2000-ci  ildə  Memarlıq  və  İnşa­

at Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.

II  çağırış  2000-2005-ci  il  Azərbaycan  Respublikası  Milli 

Məclisinin  deputatı  olmuşdur.  Beynəlxalq  Elmlər Akademiyası  Şər­

qi  Avropa  Bölməsinin  və  Şərq  ölkələri  Beynəlxalq  Memarlıq  Aka­

demiyasının  akademikidir.  2010-cu  ildə  yenidən  Azərbaycan  Milli 

Məclisinin  deputatı  seçilmişdir.

48

Zakir  Məhərrəm  oğlu  Rzayev  -

1940-cı  ildə  Uluxanlı  qəsəbəsində anadan 

olub,  1957-ci  ildə  Uluxanlı  orta  mək­

təbini,  1962-ci  ildə  Azərbaycan  Dövlət 

Universitetinin  kimya  fakültəsini  bitirib. 

1963-cü  ildə  Moskvada  aspiranturaya  da­

xil olub  və  1967-ci  ildə polimerlər kimya­

sı  üzrə dissertasiya müdafiə edərək  kimya 

elmləri  namizədi  alimlik dərəcəsi  alıb.

1968-1992-ci  illərdə  Azərbaycan 

EA  Polimer  Materiallar  İnstitutunda  baş 

elmi  işçi,  laboratoriya  müdiri,  elmi  işlər 

üzrə 


direktor 

müavini 


vəzifələrində 

çalışıb.  Bu  illərdə  respublikada  elmi-təşkilati  işlərlə  yanaşı,  bir  çox 

ümumittifaq  (22)  və  beynəlxalq  (18)  konqres  və  simpoziumlarda 

50-yə  yaxın  məruzə  ilə  çıxış  edib,  23  elmlər  namizədi,  2  elmlər 

doktoru yetişdirib.

1983-cü  ildə  Moskva  Dövlət  Universitetində  dissertasiya  mü­

dafiə edib  kimya elmləri  doktoru  alimlik  dərəcəsi  alıb,  1984-cü  ildə 

professor adma layiq  görülüb.

1992-ci  ildə  Türkiyədən  dəvət  almış  və  orada  professor  kimi 

elmi-pedaqoji  fəaliyyətə başlayıb.

Professor  Z.Rzayev  hazırda  3 

kitabın  (2-i  rus,  1-i  ingilis dilində)  200- 

dən  artıq  məqalənin  (75-i  ingilis 

dilində),  80  ixtira  və  xarici  patentin 

müəllifidir.

Fərrux  Məmməd  oğlu  Məm­

mədov -   1938-ci  il  dekabrın 29-da  İrə­

van  şəhərində  müəllim  ailəsində  ana­

dan olub.  Sonra ailə həmişəlik  Uluxan- 

lı  kəndinə  köçmüşdür.  Fərrux  Uluxanlı 

orta məktəbində təhsil  almışdır.

Fərrux Məmmədov

49



1960-cı  ildə  Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitutunu  bitirib 

Azərbaycan  EA-nın  Nəbatat İnstitutunda elmi  işçi  vəzifəsində çalış­

mışdır.

1963-cü ildə aspiranturaya daxil olmuş və üç il müddətinə Ru­



siya  EA-nın  baş  nəbatat  bağına  ezam  edilib.  1967-ci  ildə  Azərbay­

can EA-nın  Nəbatat İnstitutunda dissertasiya müdafiə edərək,  biolo­

giya elmləri namizədi  alimlik dərəcəsi almışdır.

1967-1982-ci  illərdə  Nəbatat  İnstitutunda  kiçik elmi  işçi,  insti­

tutun  Mərdəkandakı  dendroloji  bağında  baş  elmi  işçi  və  bitki  intro- 

duksiyası  və iqlimləşdirilməsi şöbəsinin rəisi vəzifələrində çalışıb.

1982-1991-ci  illərdə  Azərbaycan  Elmi-Tədqiqat  Bağçılıq, 

Çayçılıq  və  Subtropik  Bitkilər  İnstitutunun  direktoru,  sonradan  isə 

Elm-İstehsalat  Birliyi  kimi  fəaliyyət  göstərdiyindən  onun  baş direk­

toru  vəzifələrində çalışıb.

Elmi  müəssisələrdə  çalışdığı  dövrlərdə  apardığı  tədqiqat  işlə­

rinin  nəticələri  115  elmi  əsərdə,  6  kitabda,  3  monoqrafiyada  və  son 

vaxtlar çapdan çıxmış “Dentrologiya” dərsliyində öz əksini  tapıb.

1991-ci  ildən  2001-ci  ilədək  Azərbaycan  Meşə  Təsərrüfatı 

İstehsalat  Birliyində  (“Azərmeşə”  İB)  aparıcı  aqronom  vəzifəsində 

işləyib.  Sonra  isə  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyində  çalış­

mışdır.

2004-cü  ildə Bakı  şəhərində  vəfat 



etmişdir.

Abbas  Məmməd  oğlu  Quliyev -

1940-cı  il  noyabrın  13-də  Uluxanlıda 

anadan olmuşdur.  1957-ci  ildə Uluxanlı 

orta  məktəbini,  1962-ci  ildə  Azərbay­

can  Dövlət  Universitetinin  kimya  fa­

kültəsini  bitirib,  təyinatla  Sumqayıt 

Kimya zavoduna işə göndərilmişdir.

1964-cü  ildə  Leninqradda  SSRİ 

EA-nın  Yüksəkmolekullu  Birləşmələr 

İnstitutunun  aspiranturasına  daxil  olub, 

dissertasiya  müdafiə  edərək  kimya

M

Abbas Quliyev

50

elmləri  namizədi  alimlik dərəcəsi  almışdır.

1968-93-cü  illərdə  Azərbaycan  EA  Polimer Materialları  İnsti­

tutunda  kiçik  elmi  işçi,  sonra  böyük  elmi  işçi  və  nəhayət  laborato­

riya müdiri  vəzifələrində çalışıb.

1987-ci  ildə  doktorluq  dissertasiya  müdafiə  etmiş,  1989-cu 

ildə professor elmi  adma layiq görülmüşdür.

Professor  A.Quliyev  Funksional  polimerlər  laboratoriyasına 

rəhbərlik  etməklə  yanaşı,  1993-cü  ildən  etibarən  həm  də  institutun 

elmi  işləri  üzrə  direktor  müavini  vəzifəsində çalışır.  Üzvi  kimya  və 

yüksək molekullu  birləşmələr kimyası  sahələrində tanınmış  alimdir. 

Elmi  yaradıcılığının  nəticələri  280-dən  artıq  elmi  əsərdə,  o  cüm­

lədən 60-a yaxın  ixtirada öz əksini  tapıb.

Dəfələrlə Ümumittifaq  və  Beynəlxalq  konfrans  və konqreslər­

də  yüksək  səviyyəli  elmi  məruzələrlə  çıxış  edib,  onun  rəhbərliyi 

altında  10  namizədlik  dissertasiyası  müdafiə olunmuşdur.  Əməkdar 

Elm xadimidir.

Orucəli  Hüseynqulu  oğlu  Rza­

yev  -   1956-cı  ilin  mayında  Uluxanlı 

kəndində  anadan  olub.  1973-cü  ildə 

orta  məktəbi,  1977-ci  ildə  H.Zərdabi 

adma  GDPİ-nin  fizika-riyaziyyat  fa­

kültəsini  fərqlənmə  diplomu  ilə bitirib, 

institutun riyazi  analiz  kafedrasında fə­

aliyyətə başlamışdır.

1984-cü  ildən  texniki  təlim  labo­

ratoriyasında  baş  laborant,  1988-ci  il­

dən  ÜTF  kafedrasında  müəllim,  1990- 

cı  ildən  mühəndis,  pedaqoji  fakültədə 

dekan  müavini,  1991-ci  ildən  UTF 

kafedrasında  baş  müəllim  vəzifələrində  çalışıb.  1994-cü  ildən  UTF 

kafedrasının  dosenti,  1996-cı  ildən  ÜTF  kafedrasının  müdiri,  1997- 

ci  ilin  noyabrından  2008-ci  ilə  qədər  institutun  tədris  işləri  üzrə 

prorektoru  vəzifəsində işləmişdir.



Orucəli Rzayev

51


1987-ci  ildən fizika-riyaziyyat elmləri namizədidir.  20-dən  ar­

tıq elmi  məqaləsi  dərc olunub.  2005-ci  ildən riyaziyyat  elmləri  dok­

torudur.

Kitabdakı  Uluxanlı  məktəbinin  yetirmələri  professorlar 

G.Məmmədova,  Z.Rzayev,  F.Məmmədov,  O.Rzayev  haqqındakı 

materiallar  hazırlanarkən  “Zülmət  səltənətində  məşəl”  kitabındakı 

oçerklərdən  istifadə olunmuşdur.

*  *  *


İrəvan  və onun  ətrafında  İrəvan gimnaziyası,  İrəvan  Müəl­

limlər  Seminariyası  və  Uluxanlı məktəbi  ilə yanaşı  get-gedə yeni 

tipli məktəblər fəaliyyət göstərmişlər.

«Kavkazskiy  kalendar»  məcmuəsinin  1895-ci  il  nömrəsin­

də  bildirilir  ki,  1883-cü ildə İmanşalıda,  Qurduquluda dərəsində, 

Böyük Vedidə yeni  tipli məktəblər açılmışdır.

Bu  dövrlərdə  yaranmış  məktəblərdən  biri  də  1898-ci  ildə 

fəaliyyətə  başlamış.  İrəvandakı  rus-tatar  məktəbi  idi.  1909-cu 

ilin  «Kavkazskiy  kalendar»  məcmuəsində  haşım  bəy  Nəriman- 

bəyovun  R us-tatar  məktəbinin  müəllimi  olduğu  göstərilir.  Məc­

muənin  1904-cü  il  nömrəsində  isə  İrəvan  rus-tatar  məktəbində 

Abbasqulu  xan  Erivanskinin  fəxri  nəzarətçi,  Haşım  bəy  Nəri­

manbəyovun  nəzarətçi  olduğu  vurğulanır.  O  da  qeyd  olunur  ki, 

İrəvan  rus-tatar  məktəbində  həmin  dövrdə  106  şagird  təhsil 

alırdı.

Məcmuənin  1906-cı  il  nömrəsində  İrəvan  rus-tatar  məktə­



binin  heyətinin  genişləndiyi  aydınlaşır.  Buradan  bəlli  olur  ki, 

1906-1907-ci  il  tədris  ilində  İrəvan  rus-tatar  məktəbində  Haşım 

bəy  Nərimanov  nəzarətçi,  Həmid  bəy  Şahtaxtinski  və  Mustafa 

Rəcəbov  müəllim,  Axund  Abdulla  bəy  Qazıyev  şəriət  müəllimi, 

Məmməd  Vəli  Qəmərlinski Azərbaycan dili müəllimi  kimi  fəaliy­

yət göstərmişlər.

Onu  da  xatırlatm aq  lazımdır  ki,  Həmid  bəy  Şahtaxtinski 

həmin  ildə  eyni  zam anda  rəvan  Müəllimlər  Seminariyasında  da 

Azərbaycan dili  dərsini deyirdi.

52

Məmməd  Vəli  Qəmərli  isə  vaxtıyla  İrəvanda  işləyərkən 



atalar sözlərini toplayıb kitab şəklində nəşr etdirmişdi.

Məcmuənin  1902-ci  il  nömrəsində  isə  aşağıdakı  heyətin  -  

Haşım  bəy  Nərimanbəyovun  nəzarətçi,  Həsən  bəy  Qazıyevin  və 

Qafar  Məmmədovun  müəllim,  Məmməd  Vəli  Qəmərlinskinin 

Azərbaycan  dili  müəllimi,  Axund  Abdulla  bəy  Qazıyevin  şərit 

müəllimi  işlədiyinin şahidi  oluruq.

«Kavkazskie  kalendar»ın  1907-ci  il  nömrəsində  İrəvan 

rus-tatar  məktəbində  heyətin  eynilə -  yəni  Haşım  bəy  N ərim an­

bəyovun  nəzarətçi,  Həmid  bəy  Şahtaxtinskinin  və  M ustafa  R ə­

cəbovun  müəllim,  Axund  Abdulla  bəy  Qazıyevin  şəriət müəllimi 

və  Məmməd  Qəməlinskinin  Azərbaycan  dili  müəllimi  qaldığı 

bəlli olur.

Haşım  bəy  Nərimanbəyovun  haqqında  bəzi  məlumatlar 

təsdiq edir  ki,  bu görkəmli  xadiminin özü də  İrəvan gimnaziyası­

nın  məzunu  olmuşdur.  «Kazkazskiy  kalendar»  məcmuəsinin 

1912-ci  il  və  1916-cı  il  nömrələrindən  aydın  olur  ki.  Haşım  bəy 

Nərimanbəyov  eyni  zamanda  İrəvan  Ripsini  gimnaziyasında 

müsəlman  şəriət  bölməsinin  müdiri  və  Azərbaycan  dili  müəllimi 

vəzifəsində çalışmışdır.

İrəvanda  progimnaziya  da  fəalliyyət  göstərmiş  və  arxiv  sə­

nədləri  İsfəndiyar  bəy Sultanovun burada işlədiyini  göstərir.

«Kavkazskiy  kalendar»  məcmuələrinin  1914,  1916  və 

1917-ci  il  nömrələrindən  bəlli  olur  ki,  İrəvanda  əsas  fəalliyyət 

göstərən  məktəblərdən  biri  Ruşkin  məktəbi  olmuşdur  və  Mirzə 

Hüseyn  Axundov  həm  müsəlman  şöbəsinin  müdiri,  həm  də 

Azərbaycan  dili  müəllimi  kimi  fəaliyyət  göstərmişdir.  İrəvan 

məktəblərinin  hər  biri  geniş  tədqiqatın  mövzusudur.  Biz  yalnız 

gələcək  tədqiqatlar üçün  istiqamət verməyi  məsləhət bildik.

53



MÜNDƏRİCAT

İrəvan məktəbləri (Teymur Əhmədov)......................................... 3

İrəvan gimnaziyası....................................................................6

İrəvan Müəllimlər Seminariyası.............................................22

Uluxanlı m əktəbi.....................................................................32

Uluxanlı məktəbinin yubileyi................................................ 40



Əsgər Zeynalov 

İrəvan məktəbləri

Bakı -  Mütorcim -2011



5, QO

Çapa imzalanıb:  14.04.2011.

Format:  60x84  1/16.  Qamitur: Times.

Ofset kağızı:  əla növ.  Həcmi:  3,5  s.ç.v.  Tiraj: 100. 

Sifariş №25.  Qiyməti  müqavilə ilə.

“Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzi 

Bakı, Rəsul Rza küç.,  125 

Tel./faks 596 21 44 



e-mail: mutarjim @maiL ru

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə