ƏSGƏr zeynalov iRƏvan məKTƏBLƏRİ



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix18.07.2018
ölçüsü1,61 Mb.
#56453
1   2   3   4   5   6   7   8   9   ...   12

İR Ə V A N  GİM NAZİYASI

İrəvan gimnaziyasının binası,  1881

1881-ci  ildə azərbaycanlıların  əski  mədəni  mərkəzlərindən  bi­

ri  olan  İrəvan  şəhərində  İrəvan  gimnaziyası  və  İrəvan  Müəllimlər 

Seminariyası  fəaliyyətə  başladı.  Yeri  gəlmişkən  xatırlatmaq  lazım­

dır ki,  böyük  Mirzə Cəlilin  vaxtıyla dərs dediyi  Uluxanlı məktəbinin 

əsası  da həmin  ildə qoyulmuşdur.

İrəvan  gimnaziyasından  söhbət  düşəndə  bəzi  məsələlərə  mü­

nasibət bildirmək  lazım gəlir.

“Kavkazskiy  kalendar”  məcmuəsinin  əksər nömrələrində  vur­

ğulanır  ki,  İrəvan  gimnaziyası  1881-ci  ildə yaradılmışdır.  Ancaq  ta­

nınmış  maarif  xadimi  Nurəddin  İbrahimov  1970-ci  ildə  “Azərbay­

can  məktəbi”  jurnalının  8-ci  nömrəsində  dərc  etdirdiyi  məqalədə 

İrəvan  gimnaziyasının  yaranmasının  xeyli  əvvəl  olduğunu  göstərir. 

Həmin  məqalədə  oxuyuruq:  “İrəvan  gimnaziyasında  dərs  demiş 

azərbaycanlı  müəllimlərdən  Molla  Tağı  Mahmud  oğlu  (1836-cı  il­

6

dən  1856-cı  ilədək),  Mirzə  Molla  Ələkbər  Elxanov  (1856-cı  ildən 

1885-ci  ilədək),  Firudin  bəy  Köçərli  (1885-ci  ildən  1895-ci  ilədək) 

və başqalarının  adına rast gəlirik.”

Doğrudanmı  İrəvanda  1836-cı  ildə gimnaziya mövcud idi?, ya­

xud,  həqiqətənmi  Mirzə  Ələkbər  Elxanov  1856-cı  ildən  1885-ci  ilə 

kimi  İrəvan gimnaziyasında müəllim kimi fəaliyyət göstərmişdir?

Əsl  maarif fədaisi olmuş Nurəddin  İbrahimovun  bu faktı  hara­

dan  götürməsi ciddi  maraq doğurur.

Görkəmli  tədqiqatçı,  akademik  Hüseyn  Əhmədovun  “Azər­

baycan  məktəbi” jurnalının  1974-cü  il  2-ci  nömrəsindəki  məqaləsi 

ilə N.İbrahimovun  fikri  müəyyən dərəcədə təkzib edilir.  Bu məqalə­

də  göstərilir  ki,  1828-ci  ildə  Uluxanlıda  anadan  olan  M.Ə.Elxanov 

İrəvan  şəhərində  baş  məscid  nəzdindəki  ruhani  məktəbini  bitirib. 

Sonralar rus  dilini  öyrənmiş,  1856-cı  ildə Tiflis  gimnaziyasında  im­

tahan  verərək  Azərbaycan  dili  müəllimi  adını  almışdır.  O,  imtahan 

yolu  ilə rəsmi  müəllimlik  hüququ olan ilk azərbaycanlılardandır.

M.Ə.Elxanov  1856-cı  ildən  ömrünün  sonunadək  1885-ci  ilə 

kimi  (30  ilə  qədər)  İrəvandakı  dövlət  məktəbində  (əvvəlcə  qəza 

məktəbində,  sonra prigimnaziya  və gimnaziyada)  Azərbaycan  dilin­

dən dərs demişdir.

Bizcə,  bu  fikir həqiqətə daha uyğundur.  Əvvəlcə, qəza məktə­

bi  yaranmış,  sonra  prigimnaziya,  daha  sonra  gimnaziya  yaradılmış­

dır.  Molla Tağı  Mahmud  və Mirzə Ələkbər Elxanov da ilk  müəllim­

lik  fəaliyyətlərinə məhz qəza məktəbində başlamışlar.

Burada  ikinci  bir  məsələyə  də  diqqət  yetirmək  lazım  gəlir. 

N.İbrahimov  göstərir ki,  Molla  Mahmud Tağı,  Mirzə Ələkbər  Elxa- 

novdan  sonra Firudin  bəy  Köçərlinin  (1885-1895)  adma rast gəlinir. 

Bu  bir  tarixi  həqiqətdir  ki,  Firudin  bəy  Köçərlinin  işlədiyi  gimnazi­

ya təqdim olunarkən,  həmin  tədris ocağının yaranma tarixi  də həmin 

qaynaqlarda qeyd olunur.  Bu tarix  1881-ci  ildir.

“Kavkazskiy  kalendar”  məcmuəsinin  1892-ci  il  223-cü  səhifə­

sində göstərilir  ki,  Firudin  bəy  Köçərli  İrəvan gimnaziyasında Azər­

baycan  bölməsinin  müdiri,  eyni  zamanda  Azərbaycan  dili  müəllimi 

işləmişdir.

7



“Kavkazskiy  kalendar”ın  1894-cü  il  məcmuəsində  Firudin 

bəy Köçərlinin  fəaliyyəti  bir az da geniş şəkildə təqdim olunur.  Belə 

ki,  bu  böyük  maarif xadimi  gimnaziyada  həm  müsəlman  şöbəsinin 

müdiri, həm də Azərbaycan  dili  müəllimi, həm də gimnaziyanın tər­

kibində pansionun müdiri olduğu göstərilir (səh.247-248).

“Kavkazskiy  kalendar”ın  1895-ci  il  nəşrində  Firudin  bəy  Kö­

çərlinin  vəzifələrinin  eynilə  saxlandığı  qeyd  olunur:  həm  gimnazi­

yada  müsəlman  şöbəsinin  müdiri,  həm  Azərbaycan  dili  müəllimi, 

həm də gimnaziyanın  tərkibində pansionun  müdiri.  Bu,  Firudin  bəy 

Köçərlinin  İrəvanda işlədiyi  sonuncu il olur.

İstər  bu  illərdə,  istərsə  də  sonrakı  illərdə  məcmuənin  işıq  üzü 

görmüş  nömrələrində  təkcə  İrəvan  gimnaziyası  deyil,  eləcə  də  İrə­

van  müəllimlər  seminariyası  və  Uluxanlı  məktəbindən,  onların  fəa­

liyyətindən söhbət açılarkən, onların yaranması  xüsusilə vurğulanır.

Əldə olan  məlumatlar  Kö­

çərlinin  İrəvan  həyatının  çox 

dolğun  keçdiyini  təsdiq  edir:

“ 1885-ci  ilin  iyun  ayında  Kö­

çərli 

İrəvan 


gimnaziyasına 

Azərbaycan  dili  və  şəriət  müəl­

limi  təyin  olunur.  Pedaqoji  işdə 

böyük  müvəffəqiyyət  göstərdiyi 

üçün  o,  demək  olar  ki,  hər  il 

mükafat alır, ona  “kollejski  sek- 

retar”,  “titulyar  sovetnik”,  “ştat- 

ski  sovetnik”  kimi  rütbələr  ve-

r’^r‘  . 

Firudin bəy Köçərli

İrəvan  gimnaziyasında ça­

lışdığı  illərdə  F.Köçərli  maarif  məsələlərinə  dair  məqalələr  yazır, 

Zöhrabzadə  ilə  birlikdə  “Təlimi-lisani-türki”  adlı  dərslik  tərtib  edir, 

“Təlimati-Sokrat”  (1891)  adlı  fəlsəfi  əsərin  nəşrinə  nail  olur,  həm 

də  ədəbiyyata  ciddi  maraq  göstərir,  bədii  tərcümə  ilə  məşğul  olub. 

Puşkindən,  Lermontovdan,  Tolstoydan,  Koltsovdan  tərcümələr edir, 

tənqidi  məqalələr yazır.



8

“Vətən  dili”  dərsliyinin  müəllifi  A.O.Çemyayevski  1894-cü 

ildə  F.Köçərliyə  göndərdiyi  bir  məktubunda  yazırdı:  “Bənövşə”, 

“Çiçək”  və  “Dilənçi”  adlı  tərcümələriniz  mənim  kitabımın  zinəti 

mənziləsində olacaqdır.  Nəzmi  yüngül,  musiqili  və ahənglidir, qafi­

yələri  də  öz  yerindədir”  (“Azərbaycan  Ədəbiyyatı  Tarixi”.  Bakı, 

1960, s.485).

F.Köçərli  İrəvan  ədəbi  mühiti  ilə  bağlı  çox  tutarlı  məqalələr 

yazmış və İrəvanda teatrın  inkişafında da öz xidmətlərini  göstərmiş­

dir.


F.Köçərli  İrəvan  gimnaziyasında  10  illik  fəaliyyətindən  sonra 

1895-ci  ilin  oktyabr  ayında  Qori  seminariyası  adı  ilə  tanınmış  Za­

qafqaziya  müəllimlər  seminariyasının  tatar  şöbəsinin  Azərbaycan 

dili  və şəriət müəllimi  təyin edilir.

Sual oluna bilər:  Bəs F.Köçərlidən sonra  İrəvan gimnaziyasın­

da onun fəaliyyətini  kim davam etdirir?

Qaynaqların  1895-ci  ildən  sonrakı  məlumatlarında  bu  sualın 

cavabı aydınlaşır.

“Kavkazskiy  kalendar”  məcmuəsinin  1897,  1898,  1899,  1901, 

1903,  1904  və  1905-ci  il  nömrələrində  İrəvan gimnaziyasında  İsma­

yıl  bəy  Şəfibəyov  həm  müsəlman  şöbəsinin  müdiri,  həm  Azərbay­

can  dili  müəllimi,  həm  də  gimnaziyanın  nəzdində  pansionun  müdir 

müavini  kimi  fəaliyyət göstərir.

Ancaq  həmin  məcmuənin  1906-cı  il  nəşrində Mirzə  Məmməd 

Şeyxzadə İrəvan  gimnaziyasında müsəlman  şöbəsinin  müdiri,  İsma­

yıl  Məmmədbəy  oğlu  Şəfibəyov  həm  Azərbaycan  dili  müəllimi, 

həm də pansionun  müdir müavini  kimi  qeyd olunur.

“Kavkazskiy  kalendar”  məcmuəsinin  1907,  1909,  1911,  1912, 

1913,  1914,  1915,  1916 və  1917-ci  il  tarixli  nömrələrinin  hamısında 

Şeyx  Abu  Səttar  Kazımovun  İrəvan  gimnaziyasında  müsəlman  şö­

bəsinin  müdiri,  İsmayıl  bəy  Məmmədbəy oğlu Şəfibəyov isə bu  təh­

sil  ocağında  həm  Azərbaycan  dili  müəllimi  və  həm  də  gimnaziya 

nəzdindəki  pansionda müavin  vəzifəsində çalışdığı  bəlli olur.

1918-ci  il  avqustun  6-da  İrəvanda  erməni  daşnaklarının  törət­

diyi  fəlakətlər  nəticəsində  həm  İrəvan  gimnaziyası,  həm  də  İrəvan

9



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə