ƏSGƏr zeynalov iRƏvan məKTƏBLƏRİ


İR Ə V A N  MÜƏLLİMLƏR  SEM İNARİYASI



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix18.07.2018
ölçüsü1,61 Mb.
#56453
1   2   3   4   5   6   7   8   9   ...   12

İR Ə V A N  MÜƏLLİMLƏR  SEM İNARİYASI

İrəvan Müəllimlər Seminariyasının binası

1828-ci  ildə  İrəvan  xanlığı  süquta  uğradıqdan  sonra  qədim 

İrəvan  dövrün  ab-havasına  uyğun  inkişaf  etməyə  başladı.  Şəhərdə 

dəyişikliklər olsa  da,  bunlardan  ikisini  xüsusi  qeyd  etmək  lazımdır: 

“İrəvan gimnaziyası” və “İrəvan  Müəllimlər Seminariyası”.

1879-cu  ildə əsası qoyulmuş məşhur Qori  Müəllimlər Semina­

riyasından  iki  il  sonra  1881-ci  ildə  yaradılan  İrəvan  Müəllimlər  Se­

minariyası  bu  baxımdan  müsəlman  şəhərinin  həyatında  mühüm  ha­

disə oldu.  1881-ci  ildə İrəvan  mahalı  üç yadda qalan  hadisə -  İrəvan 

gimnaziyası,  İrəvan  Müəllimlər  Seminariyası  və  yeni  tipli  Uluxanlı 

məktəbinin yaradılması ilə əlamətdar idi.

1977-ci  ildə İrəvanda nəşr olunmuş ensiklopediyanın  III cildi­

nin  580-ci  səhifəsindən  aydın  olur  ki,  Müəllimlər  Seminariyası  İrə­

van  şəhərində Daşlı  küçədə yerləşən  indiki  Xalq  Təsərrüfatı  İnstitu­

tunun  binasında  yerləşdirilmişdir.  Seminariyada  rus  dili,  riyaziyyat,

22

tarix, həndəsə, coğrafiya,  musiqi  və digər fənlər tədris olunurdu.

İndi  isə  imkan  daxilində  İrəvan  Müəllimlər  Seminariyasının 

keçdiyi  yola nəzər salaq.

“Kavkazskiy  kalendar”  məcmuəsinin  1886-cı  il  nömrəsində 

Məmməd  Bağır  Qazızadə  İrəvan  Müəllimlər  Seminariyasında  tatar 

(Azərbaycan  dili  -   Ə.Z.)  müəllimi,  Mirzə  Bağır  Qazıyev  isə  2-ci 

Raspord  (müdir)  kimi  göstərilir.  Güman  etmək  olar  ki,  bunlar  qar­

daşdırlar.

“Kavkazskiy  kalendar” məcmuəsinin  1892  və  1896-cı  il  nöm­

rəsində Axund Məmməd  Bəşir Qazızadə İrəvan  Müəllimlər Semina­

riyasında  həm  müsəlman  bölməsinin  müdiri,  həm  də  Azərbaycan 

dili  müəllimi  kimi təqdim olunur.

Məcmuənin  1897-ci  il  nömrəsində  isə  qeyd  olunur  ki,  Semi­

nariyada  həmin  ildə  56  tələbə  təhsil  alırdı  və  bu  dövrdə  İrəvan  Mü­

əllimlər Seminariyasında  Məmməd  Bəşir Qazızadə müsəlman  şöbə­

sinin  müdiri,  Ələsgər  Hacı  Məmmədəli  oğlu  Kərimov  Azərbaycan 

dili  müəllimi  vəzifəsində çalışırdı.

“Kavkazskiy  kalendar”  məcmuəsinin  müxtəlif nömrələrindən 

bəlli  olur  ki,  İrəvan  gimnaziyasından  fərqli  olaraq  İrəvan  Müəllim­

lər  Seminariyasında  Azərbaycan  dili  müəllimləri  tez-tez  dəyişilmiş­

di.  Əgər  İrəvan  gimnaziyasında  Firudin  bəy  Köçərli  uzun  müddət 

həm  müsəlman  şöbəsinin  müdiri,  həm  Azərbaycan  dili  müəllimi, 

həm  də  gimnaziyanın  tərkibində  pansionatın  müdiri  olmuşdursa, 

İrəvan  Müəllimlər  Seminariyasında  müəllimlərin  hər  il  dəyişilməsi 

adi  hala çevrilmişdi.

“Kavkazskiy  kalendar”  məcmuəsinin  1898-ci  il  nömrəsində 

İrəvan  Müəllimlər  Seminariyasının  müsəlman  şöbəsinin  müdiri 

Axund  Məmməd  Bəşir  Qazızadə,  Azərbaycan  dili  müəlliminin  Rə­

him  Xəlilov  olduğu  vurğulanır.  Məcmuənin  bu  nömrəsindən  aydın­

laşır ki,  artıq  Seminariyanın  tərkibində hazırlıq  sinfi  açılmış  və  Vik­

tor Aieksandroviç  Muxin  həmin  hazırlıq  sinfinin  müdiri olmuşdur.

1899,  1900,  1901,  1902-ci  ilə  qədər  məcmuədə  seminariyada 

Axund  Məmməd  Bəşir  Qazızadənin  müsəlman  şöbəsinin  müdiri, 

Rəhim  Xəlilovun  Azərbaycan  dili  müəllimi,  Viktor  Aieksandroviç

23



Muxinin isə hazırlıq kursunun müdiri olduğu göstərilir.

İrəvan  Müəllimlər Seminariyasının  1901-1902-ci  il  buraxılışı­

nın  venetkasını  (buraxılış şəklini -  Ə.Z.)  əldə etdiyimiz üçün  bu  ba­

rədə az  sonra geniş, ətraflı danışılacaqdır.

Məcmuənin  1903-cü  il  nömrəsində  İrəvan  Müəllimlər  Semi­

nariyasında  Axund  Məmməd  Bəşir  Qazızadənin  müsəlman  şöbəsi­

nin  müdiri.  Rəşid  bəy  Şahtaxtinskinin  isə Azərbaycan  dili  müəllimi 

olduğu  göstərilir.  O,  Rəhim  Xəlilovu  əvəz  etmişdi.  Tədqiqatlar  təs­

diq  edir  ki,  Muxin  də,  Rəhim  Xəlilov  da  ilkin  fəaliyyətlərini  Ulu- 

xanlı  məktəbində başlamışdılar.

1904-cü  il  məcmuəsində  Axund  Məmməd  Bəşir  Qazızadənin 

Rəşid bəy Şahtaxtinski  ilə birgə fəaliyyəti  işıqlandırılır.

Məcmuənin  1906-cı  il nömrəsində Axund Məmməd Bəşir Qa- 

zızadə  yenə  də  seminariyada  müsəlman  şöbəsinin  müdiri  göstərilsə 

də,  Rəşid  bəy  Şahtaxtinskinin  Həmid  bəy  Şahtaxtinski  ilə  əvəz 

olunması  qeyd  edilir.  Seminariyada  bu  iki  maarif xadiminin  fəaliy­

yəti  1909-cu  ilə qədər davam edir.

“Kavkazskiy  kalendar”  məcmuəsinin  1909-cu  il  nömrəsində 

İrəvan  Müəllimlər  Seminariyasında  köklü  dəyişikliyin  şahidi  olu­

ruq.  Məcmuənin  bu  nömrəsində  seminariyada  İsfəndiyar  bəy  Şəfı- 

bəyovun  müfəttiş,  Cəfər  bəy  Cəfərbəyovun  müsəlman  şöbəsinin 

müdiri,  Mirzə  Cəfər  Məmmədovun  Azərbaycan  dili  müəllimi,  Hə­

bib bəy Səlimovun  idman müəllimi olduğu göstərilir.

Yeri  gəlmişkən  xatırlatmaq  lazımdır  ki,  istər  Həmid  bəy 

Şahtaxtinski,  istərsə  də  Cabbar  bəy  Məmmədov  İrəvan  Müəllimlər 

Seminariyasının  1901-1902-ci  il  buraxılışının  məzunları  idi.  Qeyd 

etdiyimiz kimi  bu  barədə ətraflı  danışılacaq.

“Kavkazskiy  kalendar” məcmuəsinin  1911,  1912,  1913,  1915, 

1916  və  1917-ci  il  məcmuələrində  Axund  Məmməd  Bağır  Qazıza- 

dənin  İrəvan  Müəllimlər  Seminariyasında  müsəlman  şöbəsinin  mü­

diri,  Mirzə Cabbar Məmmədov  (Mirzə Abbasın -  fars  Abbasın  oğlu 

-Ə .Z .) Azərbaycan dili  müəllimi  işləmişdir.

Seminariyada  Bəşir Qazızadə  və  Bağır Qazızadənin  eyni  şəxs 

olması  və  yaxud  ayrı-ayrı  adamlar  olması  bizə bəlli  deyildir.  Çünki

24

İrəvan  Müəllimlər  Seminariyasında  müxtəlif  vaxtlarda  müsəlman 



şöbəsinin müdiri  olmuş  bu şəxslər barəsində “Kavkazskiy kalendar” 

məcmuəsində heç bir məlumat verilmir.

İrəvan  Müəllimlər  Seminariyasının  ilk  buraxılışı  1883-cü  ildə 

olmuşdu.  Seminariyada  müxtəlif  millətlərin  nümayəndələri  təhsil 

alırdılar.  Məs.:  1883-1895-ci  illərdə  İrəvan  Müəllimlər  Seminariya­

sını  123  tələbə  bitirmişdir  ki,  onlardan  25-i  azərbaycanlı,  10-u  gür­

cü,  8-i rus və digər xalqların nümayəndələri  idi.

Bir  sıra  görkəmli  şəxslər 

İrəvan Müəllimlər Seminariyası­

nın  məzunları  olmuşlar.  Onlar­

dan  biri  Haşım  bəy  Nərimanbə- 

yovdur.  O,  İrəvan  Müəllimlər 

Seminariyasını  bitirdikdən  sonra 

1898-ci  ildə  İrəvanda  məktəb 

açdırmışdır  ki,  o  uzun  illər  Ha­

şım  bəyin  məktəbi  ilə  tanınmış­

dır.  Ədəbiyyatşünas-alim  Köv­

sər  xanım  Tarıverdiyeva  da  Ha­

şım  bəyin  məktəbində  oxuduğu­

nu  fəxrlə deyərdi.  Axtarışlar təs­

diq  edir ki,  Haşım bəy  Nəriman- 

bəyov  təkcə  yaratdığı  məktəbdə 

müdirlik  etmək  və  yaxud  dərs 

deməklə  kifayətlənməmiş,  o  ey­

ni  zamanda  Ripsime  gimnaziya­

sında da  Azərbaycan dili  müəlli­

mi  kimi  fəaliyyət  göstərmişdir.

Onun  oğlu  Nəriman  bəy  Nəri- 

manbəyov  İrəvan  gimnaziyasını  bitirmiş,  bir  sıra  məsul  vəzifələrdə 

çalışmışdır.  Ümumiyyətlə,  İrəvanda  maarifin  inkişafında  Haşım  bə­

yin özünəməxsus xidməti  olmuşdur.

İndi  isə  İrəvan  Müəllimlər  Seminariyasının  bir  buraxılışı  ilə 

əlaqədar müəyyən  faktlara nəzər salmaq  istəyirik.

Haşım bəy Nərimanbəyov

25



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə