ƏSGƏr zeynalov iRƏvan məKTƏBLƏRİ



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix18.07.2018
ölçüsü1,61 Mb.
#56453
1   2   3   4   5   6   7   8   9   ...   12

İrəvan Müəllimlər Seminariyasının XVlll buraxılışı -  1901/1902

Qarşımızda  bir  şəkil  var.  Onun  üzərində  yazılmışdır:  İrəvan 

Müəllimlər  Seminariyasının  XVIII  buraxılışı  -   1901/1902”  (İlk  ön­

cə  bu  şəkli  bizə  təqdim  etmiş  həmin  buraxılışın  məzunu  İbadulla 

bəy  Muğanlinskinin  oğlu  Dövran  Muğanlinskiyə  öz  dərin  təşəkkü­

rümüzü  bildiririk).

Burada birinci  olaraq, digər şəxslərə nisbətən  daha iri,  fərqlən­

dirici  tərzdə seminariyanın  müdiri  M.A.Mitroçiyevin  şəkli  verilmiş­

dir.  2-ci  yerdə  müxtəlif orden  və medallarla təltif edilmiş, ruhani  ge­

yimdə müsəlman-azərbaycanlı  tələbələrin  şəkli  verilmişdir.  Bu,  şüb­

həsiz  ki,  azərbaycanlıların  buraxılışda çoxluq  təşkil  etməsindən  irəli 

gəlirdi.


1902-ci  il  İrəvan  Müəllimlər  Seminariyasının  buraxılışında 

İ.Muğanlinski, 

Ə.Sultanov, 

C.Məmmədov, 

Ş.Mahmudbəyov, 

H.Şahtaxtinski  kimi  azərbaycanlı  tələbələr də var idi.

26

İbadulla  bəy  Muğanlinski­



nin  adına  ilk  dəfə  hələ  neçə  il  əv­

vəl  görkəmli  ədəbiyyatşünas-alim 

Əziz  Şərifin  “Keçmiş  günlərdən” 

adlı  əsərində  təsadüf  edilmişdir. 

O  yazır:  “O  zaman  azərbaycanlı 

uşaqları  gimnaziyaya  hazırlaşdır- 

maq  üçün  İrəvanda  iki  pansionat 

var  idi.  Bunların  birini  müəllim 

Cəfər  bəy  Cəfərbəyov  açmışdı.  O 

birini  də  İbadulla  bəy  Muğanlin- 

ski  ilə  Cabbar  bəy  Məmmədov. 

Atam  ikinci  pansionu  daha müva­

fiq  bilib məni  ora aparmışdı.

Həmin  pansion 

İrəvanda 

Daşlı  küçəsinin  sonunda,  İran 

konsulu  Bədəlbəyovun  yaşadığı  evlə  yanaşı,  ikimərtəbəli  evdə  yer­

ləşirdi.  Evin  geniş  həyəti,  enli  boyaboy  balkonu  vardı.  Bu  ev,  onun 

həyəti,  bu  həyəti  konsulun  həyətindən  ayıran  daş  divar  bu  gün  də 

sanki  gözümün qabağındadır”.

Qeyd  etmək  lazımdır  ki,  pansionatı  əslində  İ.B.Muğanlinski 

açdırmışdı  və  seminariyada  dostu  Cabbar  Məmmədov  sonra  orada 

müəllimlik fəaliyyətinə başlamışdı.

İ.B.Muğanlinskinin  xarakterindən  danışan  Ə.Şərif  qeyd  edir 

ki.  Cabbar  bəy  bir o  qədər gülərüz  mehriban  idisə,  İbadulla  bəy  bir 

o  qədər  əsəbi  və  hövsələsiz  idi,  mən  də,  o  biri  uşaqlar  da  ondan 

qorxardıq.

1906-cı  ilin  payızında  İ.B.Muğanlinski  və  C.Məmmədovun 

pansionunda  19  nəfər  uşaq  yaşayırdı  ki,  bunlardan  on  biri  İrəvan­

dan,  səkkizi  Naxçıvandan  idi.  Gələcəyin  dünya  şöhrətli  alimi,  aka­

demik  Mustafa  bəy  Topçubaşov,  qardaşı  Mehdi  Topçubaşov,  Mir- 

məmməd  Miryəhyayev,  Əziz  Şərif,  İbrahim  və  Fərman  Kəngərlilər 

və başqaları  həmin  dövrdə pansionatda qalan  uşaqlardan  idi.  Görün­

düyü  kimi  İrəvan  Müəllimlər  Seminariyasının  məzunu  İ.B.Muğan-



İbaclulla bəy Muğaıılinski

27



linskinin  açdığı  bu  pansionat  Azərbaycan  elminin,  maarifinin  inki­

şafında az rol  oynamamışdır.

Bir neçə  il  pansionata müdirlik edən  İbadulla  bəy  1912-ci  ildə 

İrəvanda  məşhur  olan  bu  maarif  ocağını  dostu,  seminariyada  eyni 

buraxılışın  məzunu olan  Fars  Abbasın oğlu Cabbar Məmmədova (o, 

əksər  sənədlərdə  Məmmədzadə  adı  ilə  getmişdir -   Ə.Z.)  tapşırır  və 

birdəfəlik  İrana  köçür.  Xatırlatmaq  istərdik  ki,  C.Məmmədov  həm 

də  İ.Muğanlinskinin  yeznəsi  idi,  onun  bacısı  Nəcibə  xanımla  ailə 

qurmuşdu  ki,  bu  izdivacdan  da  görkəmli  ədəbiyyatşünas,  tənqidçi, 

tərcüməçi  Cəlal  Məmmədov  və  riyaziyyatçı  Kamal  Məmmədov 

dünyaya gəlmişdir.

İ.B.Muğanlinski  İranda  müxtəlif şəhərlərdə çalışmış,  hətta bir 

müddət  İranda olan  rus zabitlərinə dərs  demişdir  (oğlu  Dövran  Mu- 

ğanlinskidə olan  şəkil  bunu təsdiq edir -  Ə.Z.).

İ.B.Muğanlinski  1948-ci  ilin avqustunda İranda vəfat etmişdir.

İrəvan  müəllimlər  seminariyasının  1902-ci  il  məzunlarından 

biri  görkəmli  pedaqoq,  alim  C.Məmmədov  idi  (1882-ci  ildə  İrəvan 

şəhərində  Fars  Abbasın  ailəsində  anadan  olmuşdur).  Seminariyanı 

bitirdikdən  sonra dörd il  Nehrəmdə, Qəmərlidə,  İmanşalıda müəllim 

işləmişdir.  1906-cı  ilin payızında  İrəvana  İbadulla bəy  Muğanlinski- 

nin  pansionatına  riyaziyyat  və  rus  dili  müəllimi  kimi  dəvət  olunur. 

Bir  il  sonra  isə  həm  də  İrəvan  Müəllimlər  Seminariyasına  türk 

(Azərbaycan  dili  -   Ə.Z.)  dili  müəllimi  təyin  olunur.  Uzun  illər 

ərzində  gələcəyin  bir sıra görkəmli  adamları,  ictimai  xadimlər Əsəd 

Şeyxzadə,  Maqsud  Məmmədov,  Əziz  Əliyev,  akademiklər  Mustafa 

bəy  Topçubaşov,  Heydər  Hüseynov,  H.T.Şahtaxtlı,  professorlar 

Əziz Şərif,  Mehdi  xan Erivanski  və digər şəxslərə dərs deyir.

Mirzə  Cabbar  həmişə  Bakıda  yaşayan  ziyalılarla,  xüsusən  də 

Abdulla  Şaiqlə  əlaqə  saxlayıb  məktublaşırdı.  Çünki  onları  eyni 

inam,  əqidə  birləşdirirdi.  Hazırda  A.Şaiqin  arxivində  Mirzə  Cabba­

rın  dostuna göndərdiyi 40-a qədər məktub saxlanır (K.Tanrıverdiye- 

vanın  “məslək  dostları” kitabında bu  barədə geniş söhbət açılır).

Mirzə  Cabbar  yaranmış  vəziyyətlə  əlaqədar  İrəvandan  Azər­

baycana  gəlir  və  iki  il  Naxçıvan  Ali  İbtidai  məktəbində  rus  və  türk

28

dilindən  dərs  deyirdi.  Bu  illərdə  onun  tərtib  etdiyi  üç  kitab  nəşr 



olunur:

1.  Самоучитель тюркского языка для русских.

2.  Самоучитель русского языка для тюрок.

3.  Самоучитель русского языка для  персов.

20-ci  illərdən  sonra  о,  tək  və  ya  şərikli  olaraq  Azərbaycan  və 

rus  dillərində  ibtidai  və  yaxud  orta  məktəblər  üçün  20-yə  qədər 

dərslik tərtib edir.

1920-ci  ildə  Mirzə  Cabbar  Bakı­

ya gəlir və Azərbaycan  Dövlət Univer­

sitetində,  bir  il  sonra  Politexnik  İnsti­

tutunda  Azərbaycan  dili  üzrə  mühazi­

rələr  deməyə  başlayır.  O,  1932-ci  ildə 

Kooperativ  İnstitutunda  türk  dilləri 

üzrə  kafedra  müdiri,  dosent  vəzifəsinə 

seçilir.  Ona  1935-ci  ildə  dil  və  ədəbiy­

yat  üzrə  elmlər  namizədi  və  professor 

adı  verilir.  1937-ci  ildə “Azərbaycanda 

tədris  metodikası  tarixi”  adlı  əsərinə 

görə pedaqoji  elmlər  doktoru  adma  la- 

СвЫюг Məmmədzadz 

yiq  görülür.  Həmin  ilin  oktyabr ayında

həbs edilib  güllələnir.  Alimin  bir çox  elmi  məqalələri  20-30-cu  illə­

rin  dövrü  mətbuatında  nəşr  olunmuşdur.  Hazırda  Bakının  Yasamal 

rayonundakı  küçələrin  biri  Cabbar Məmmədzadənin  adını  daşıyır.

İrəvan  Müəllimlər  Seminariyasının  1902-ci  il  buraxılışının 

məzunlarından  biri  Həmid  Ağa  Xəlil  oğlu  Şahtaxtinskidir.  O,  1880- 

ci  ildə  Şərur  mahalının  Şahtaxtı  kəndində  anadan  olmuşdur.  İlk  və 

orta təhsilini  Naxçıvanda almış,  İrəvan  Müəllimlər Seminariyasında 

təhsilini  davam  etdirmişdir.  Seminariyanı  bitirdikdən  sonra  İrəvan­

da  rus-tatar  məktəbində,  oxuduğu,  təhsil  aldığı  İrəvan  Müəllimlər 

Seminariyasında Azərbaycan  və rus dili  müəllimi  işləmişdir.

29



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə