ƏSGƏr zeynalov iRƏvan məKTƏBLƏRİ



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix18.07.2018
ölçüsü1,61 Mb.
#56453
1   ...   4   5   6   7   8   9   10   11   12

müəllim yerinin  isə boş olduğu bildirilir.

Xatırlatmaq  lazımdır ki,  Uluxanlı  məktəbi  1901-ci  ildə  də  hə­

min heyətlə fəaliyyət göstərmişdir.  Məcmuənin  1902-ci  il nömrəsin­

də Uluxanlı  məktəbində dəyişikliyin baş verməsi  aydınlaşır.  Belə ki, 

Tahirov  və  Kələntərovu  fəxri  himayəçi  kimi  Andrey  Aleksandroviç 

Qluxov  əvəz etmiş,  Məmməd  bəy  Lütvəli  bəy  oğlu  Qazıyev  isə ye­

nə də nəzarətçi  vəzifəsində qalmışdır.

Məcmuədən o da bəlli olur ki,  Oadey Tahirov  və Kələntər Kə- 

ləntərov  Qəmərlinin  Koyləsər kənd  məktəbində  fəxri  nəzarətçi  işlə­

yirdilər.

1904-cü  ildə  də  Uluxanlı  məktəbində  həmin  heyət  fəaliyyət 

göstərirdi.

Axtarışlar  zamanı  “Kavkazskiy  kalendar”  məcmuəsində  Ulu- 

xanlı  məktəbilə  bağlı  son  məlumata  1909-cu  ildə rast  gəlinir.  Bura­

da  göstərilir  ki,  həmin  ildə  Uluxanlı  məktəbində  Şandal  bəy  Mah- 

mudbəyov  nəzarətçi,  Aldr  Frans  Verjibitski  müəllim,  Hacı  Molla 

Vəli  Məşhədi oğlu şəriət müəllimi işləmişlər.

Uluxanlı  məktəbi  ilə  1918-ci  ilə  qədər  olan  məlumatı  İ.İsma­

yılovun  və E.Həsənovun “Zülmət səltənətində məşəl” kitabında əldə 

etmək  olur.  Ancaq  bəzi  məqamlarda  burada deyilmiş  fikirlərlə  razı­

laşmaq olmur.

Məs.:  Həmin  kitabda  yazılır  ki,  Vedili  Şəmdin  bəy  Mahmud- 

bəyov  1903-cü  ildən  1917-ci  ilə kimi  Uluxanlı  məktəbində müdir və 

müəllim işləmişdir.

Buradan  sual  oluna  bilər:  Doğrudanmı  Şəmdin  bəy  Uluxanlı 

məktəbində təxminən  15  il  fəaliyyət göstərmişdir?

İkincisi,  Şandal  bəy  Mahmudbəyovla  Şəmdin  bəy  Mahmud- 

bəyov eynidirmi?

Cavabı  ikinci  sualdan  başlamaq  istərdik.  Öncə qeyd etmək  la­

zımdır  ki,  onlar  eyni  adamlar  deyildirlər.  Niyə?  Niyənin  cavabı  hər 

iki  suala aydınlıq  gətirir.  Yuxarıda qeyd olunduğu  kimi  1909-cu ildə 

Şandal  bəy  Mahmudbəyov  Verjibitski  və  Hacı  Molla  Vəli  Məşhədi 

oğlu  ilə  Uluxanlıda  fəaliyyət  göstərirdilər.  Məcmuənin  həmin  il 

nömrəsindən o da  bəlli  olur ki,  həmin  vaxt Şəmdin  bəy  Mahmudbə-

34

yov  Naxçıvanın  Nehrəm  kəndi  ikisinifli  məktəbində  nəzarətçi,  Qu- 



lubəyov  müəllim,  Məmməd  bəy  Qazıyev  şəriət  müəllimi  vəzifəsin­

də çalışırdılar.

Tədqiqatçı  Əziz  Ələkbərli  Mahmudbəyovlar  nəslindən  danı­

şarkən  yazır  ki,  bu  tayfa  əsasən  Mahmudlu  bəylərindən  ibarət  idi. 

Şəmdin  bəy,  Türmən  bəy,  Mürşüd  bəy,  Əhməd  bəy,  Məcid  bəy, 

Müseyib  bəy,  İdris  bəy,  Abas  bəy,  Fərəməz  bəy,  Təvəkkül  bəy  bu 

tayfaların  sayılıb  seçilən  nümayəndələrindən  idilər.  Məşhur  kinore­

jissor  Şamil  Mahmudbəyov  bu  nəsildəndir  (Ə.Ələkbərli.  Vedibasar 

mahalı.  B.:  Ağrıdağ, 2000,  s.209).

Ancaq burada nədənsə Şandal  bəyin  adı çəkilmir.

Şəmdin  bəyin  Uluxanlı  məktəbində  1903-cü  ildən  1917-ci  ilə 

kimi  müəllim işləməsi  həqiqətə uyğun  gəlmir.  Çox  güman  ki,  1909- 

cu  ildən  sonra  Mirzə  Cəfər  müəllimlə  bu  məktəbdə  fəaliyyət 

göstərmişdir.

“Zülmət  səltənətində məşəl” kitabında  verilən  məlumata görə, 

1917-ci  ildə  Şəmdin  bəy  və Mirzə Cəfər gedəndən  sonra onların  ye­

rinə  gələn  Mirzə  Ələsgər  Rzazadə  və  mərhum,  ordenli  müəllimə 

Fatma Qədimovanın həyat yoldaşı Ələkbər Qədimov olmuşdur.

1918-20-ci  illərdə  İrəvan  gimnaziyası  və  İrəvan  Müəllimlər 

Seminariyası  kimi  erməni  millətçilərinin  törətdiyi  iğtişaşlar  nəticə­

sində  Uluxanlı  məktəbi  də  bağlandı.  Onu  xüsusi  vurğulamaq  lazım 

gəlir ki, erməni  daşnakları  kəndi  o qədər talan etmişdilər ki,  1988-ci 

ilə kimi  bir söhbət düşəndə deyirdilər:  “Zəngibasar talanı  deyil  ki?”

1920-ci  ildən  sonra  elmin,  mədəniyyətin  inkişafı  üçün  geniş 

imkanlar  açıldı.  1924-cü  ildə  İrəvan  pedaqoji  texnikumunun  fəaliy­

yət göstərməsi  Uluxanlı  məktəbinin  üfüqlərini  genişləndirirdi.  Mək­

təbin  müəllimlərinin  böyük  bir  qismi,  o  cümlədən  Əsəd  Məmmə­

dov,  Əli  Xəlilov,  Tamam  Axundova,  Əjdər  Kazımov,  Qadir  Məm­

mədov,  Məmmədəli  Məhərrəmov,  Əli  Həsənov,  Tağı  Məhərrəmov, 

İsmayıl  İsmayılov,  Qulam  Namazov,  Əli  Qədiməliyev,  Cəfər  Məm­

mədov,  Əliqulu  Səlimov,  Heydər  Nağıyev,  Əkbər  Əliyev  İrəvan 

məktəbinin  məzunları  idi.  Demək  lazımdır  ki,  yuxarıda  adları 

çəkilən  ilk  iki  şəxsə  1928-30-cu  illərdə  İrəvan  Pedaqoji  Texniku­

35



munda  işləmiş,  gələcəyin  böyük  elmi  xadimi,  SSRİ  EA-nın  müxbir 

üzvü olmuş, Azərbaycan  EA-nın  keçmiş prezidenti, akademik Yusif 

Məmmədəliyev dərs demişdir.

30-cu  illərdən başlayaraq Uluxanlıda ali  təhsilli ziyalılar yetiş­

məyə başladı.  Məmməd  Rzayev  1936-cı  ildə  İrəvan  Dövlət  Univer­

sitetini ermənicə bitirmişdi.  Heydərqulu Quliyev, Əsəd Məmmədov, 

Heydərqulu  Salmanov  Bakıda ali  təhsil almışlar.

1936-cı  ildə  İrəvan  Dövlət  Pedaqoji  İnstitutunda  Azərbaycan 

şöbəsinin açılması  Uluxanlıda ali  təhsillilərin  sayının artmasını  xey­

li  sürətləndirdi.

Demək  lazımdır ki,  uzun  müddət ətraf kəndlərin  Yuxan  Neci- 

li,  Aşağı  Necili,  Cəngilər,  Dəmirçi,  Çobankərə,  Mehmandar,  Qara- 

qışlaq,  Sarvanlar,  Rəncbər,  Həbilkənd  və s.  kənd məktəblərinin mü­

əllimlərinin  əksəriyyəti  Uluxanlıdan  idi.  Onlar  ilk  təhsillərini  məhz 

Uluxanlı  məktəbində almışdılar.

Və  yaxud  uzun  illər  ətraf kəndlərin  8  illik  (əvvəllər  7  illik  idi 

-  Ə.Z.)  məktəblərini  bitirən  şagirdlər orta  məktəbi  Zəngibasarda  ta­

mamlayırdı.  Çünki  rayonda  cəmi  iki  orta  məktəb  vardı  -   Zəngiba­

sarda  və Qaraqışlaqda.  7-8  kəndin  8  illik məktəbini  bitirmiş  ən  yax­

şı  oxuyanlar  burada  təhsillərini  davam  etdirirdilər.  O  zaman  məs.: 

60-cı  illərdə  Zəngibasar  məktəbində  oxumaq  hər  hansı  institutda 

oxumaqdan  çətin  idi.  9-cu  sinfə  100-110  şagird  gəlirdi.  10-cu  sinfi 

isə  60-62  nəfər  bitirərdi.  Bu  sətirlərin  müəllifi  də  1969-cu  ildə 

Uluxanlı  məktəbini  bitirmişdi.  Bu  gün  də  vaxtıyla  o  məktəbdə dərs 

deyən  müəllimləri  minnətdarlıq  hissiylə  xatırlayıram.  Məktəbin 

direktoru  Ə.Məmmədovu,  müavinləri  İ.İsmayılovu,  Ə.Mehdiyevi, 

müəllimlərdən  A.Musayevi,  Sənan  və Sərvət Qədiməliyev qardaşla­

rını,  İdris  və  Zeynalabdin  Məsimov  qardaşlarını,  M.Nəsirovu,  Əli 

İsmayılovu,  K.Teyyubovu,  R.Abbasovam, H.Həsənovu,  E.Əhmədo- 

vu, M.Əliyevanı, A.Qurbanovu.

Ayrı-ayrı  vaxtlarda  Mirzə  Əsgərzadə,  Hüseyn  Məmmədov, 

Hacı  Məhərrəmov,  Məmməd  Qəmbərov,  Abbasəli  Hüseynov, 

Ələmdar  Rəhimov,  Lətif  Hüseynov,  Zərifə  Babayeva,  Əsəd  Məm­

mədov,  İbrahim  Xəlilov,  Əjdər  Kazımov,  İsmayıl  İsmayılov,  Sənan

36

Qədiməliyev  məktəbin  direktoru  olmuşlar  (Bu  siyahını  bizə  keçmiş 



ədəbiyyat  müəllimim,  məktəb  direktorum  Qadir  Məmmədov  ver­

mişdir.)


Uluxanlı  məktəbinin  bir  sıra  məzunları  müxtəlif  vaxtlarda  qı­

zıl medala layiq görülmüşlər.  Bunlar aşağıdakılardır:

1. Teymur Əkbər oğlu Əhmədov

2.  Hidayət Şirzad oğlu Ağayev

3.  Heydər Məmməd oğlu Quliyev

4.  Kərəm Yusif oğlu Həsənov

5.  Gültəkin  Sərvət qızı Qədiməliyeva

6.  Firudin Xəlil oğlu Xəlilov

7.  Maral  İslam qızı  Mirzəyeva

8.  Mahirə Kamal qızı  Qasımova 

Gümüş medalla bitirənlər:

1.  Ümbül  Ağa qızı  Həsənova

2.  Hüseyn  Möhsün oğlu  Məmmədov

3. Zakir İslam oğlu Mirzəyev

4.  Elmira Orucəli qızı  Orucova

5.  Xəlil  Qurbanəli  oğlu Ələkbərov

6. Telman  Məmməd oğlu  Babayev

7.  Maarif Qasım oğlu Qasımov

8.  Sevil  Məmməd qızıMəmmədova.

Uluxanlı  məktəbinin  bir  sıra  məzunları  dissertasiya  müdafiə 

edərək elmlər namizədi, elmlər doktoru, professor adma  layiq görül­

müşlər.  Uluxanlı  məktəbini  bitirənlərdən elmi dərəcə alanlar:

1.  Əhmədov  Teymur  Əkbər  oğlu  -   filologiya  elmləri 

doktoru, professor

2.  Əsgərov Telman  Mirzə oğlu -  texnika elmləri  doktoru

3.  Qasımov  Maqsud  Səfər  oğlu  -   tibb  elmləri  doktoru,

professor

4.  Məmmədova  Gülçöhıə  Hüseyn  qızı  -   memarlıq  elmləri 

doktoru, professor

5.  Məmmədov  Fərrux  Məmməd  oğlu  -   biologiya  elmləri 

doktoru

37



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə