Ьщдулгддфкэт ыъкцедцкц пбкц зфндфтьфыэ ъюът Ьфлымуд йфтгтг



Yüklə 55 Kb.
tarix18.01.2023
ölçüsü55 Kb.
#98731
07.Maksvel qanunu


Molekulların sürətlərə görə paylanması üçün Maksvel qanunu
Tarazlıq halında olan qazda molekulların sürətlərə görə paylanması müəyyən statistik qanuna tabe olur və zaman keçdikcə dəyişmir. Ona görə də toqquşmalar nəticəsində hər bir molekulun surəti çox geniş intervalda (0-dan -a qədər) dəyişməsinə baxmayaraq (T=const olduqda) molekulların orta kvadratik sürəti zaman keçdikcə sabit qalır.
Molekulların sürətlərə görə paylanması qanunu Maksvel tərəfindən çıxarılıb və onun adını daşıyır. Bu qanun çıxarılarkən qəbul edilir ki, qaz çox böyük sayda eyni molekullardan təşkil olunub, bu molekullar xaotik istilik hərəkətindədir və onlara xarici sahə təsir etmir. Maksvel qanunu molekulların sürətlərə görə paylanma funksiyası adlanan hər hansı f(v) funksiyası ilə təsvir olunur. Bu funksiya surətləri (v, v+dv) intervalında olan molekulların nisbi sayını göstərir:

yəni
(1)
Maksvel, ehtimal nəzəriyyəsinin metodlarını tətbiq edərək, f(v) paylanma funksiyasının konkret şəklini tapmışdır:
(2)
(2) ifadəsindən göründüyü kimi, f(v) funksiyasının konkret şəkli molekulun kütləsindəntemperaturdan asılıdır.



f(v) funksiyasının qrafiki şək.1-də verilmişdir. (2) ifadəsindən və qrafikdən göründüyü kimi sürət sıfırdan başlayaraq artdıqca f(v)-nin qiyməti artır, v=ve olduqda özünün maksimum qiymətinə çatır və sürətin sonrakı artımında asimptotik olaraq sıfıra yaxınlaşır. Burada, ve - ən böyük ehtimallı sürət adlanır. Şəkildən göründüyü kimi əyri ve-yə görə qeyri-simmetrikdir. Ən böyük və ən kiçik sürətə malik molkulların nisbi sayı çox azdır.

Şək.1

Sürətləri (v, v+dv) intervalındakı molekulların nisbi sayı ədədi qiymətcə şəkildəki cizgilənmiş fiqurun sahəsinə bərabərdir. Əyri ilə absis oxu arasındakı bütün fiqurun sahəsi vahidə bərabərdir. Bu onu göstərir ki, f(v) funksiyası normallaşma şərtini ödəyir, yəni


(3)





Ən böyük ehtimallı sürətin qiymətini tapmaq üçün (2) ifadəsini sürətə görə diferensiallayıb, alınmış nəticəni sıfra bərabər etmək lazımdır. Bu qiymət
(4)
olacaqdır. (4) ifadəsindən göründüyü kimi, T artdıqca ve artır və f(v) funksiyasının maksimumu böyük sürətlərə doğru sürüşür (şək.2).

Şək.2

Molekulların orta ədədi sürəti
(5)
düsturu ilə təyin edilir. Analoji olaraq orta kvadratik surəti də təyin etmək olar:

(6)
Göründüyü kimi, (6) ifadəsi MKN-dən aldığımız ifadə ilə üst-üstə düşür.
Yüklə 55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə