Qalın Oğuz elinin fiziki və estetik tərbiyə məktəbinin üslubu Oğuz
qəhrəmanlarmm hamısında görünür: Qazan xan ölçüyə gəlməz güc sahibidir,
həm də qopuz çalır, şeir deyir; Əgrək ve Səgrək qardaşları düşmən ordusunun
önündə duran ərlərdir, ancaq qopuz melodiyası üstündə həzin sözləri ilə,
niskil süzülən söhbətləri ilə insana - oxuyana, dinləyenə bədii mühit ovqatı
təlqin edirlər və s.
“Dədə Qorqud kitabı”nın ulu adı, böyük şöhrəti qədər də mübahisələri,
problemləri var.
Diqqəti çəkən problemlərdən biri budur kı', Azərbaycanınkı sayılan bu
dastan xalqın içində yoxdur, şənliklərdə, toy-mağarlarda, dastan auditoriya-
larında iştirak etmir. “Bəs bu, haradan bizim oldu?” sualının cavabını tap-
maqda qırğızların “Manas” dastanı yardımçımız olur. Belədir ki, qırğız baha-
dırları Manas, oğlu Semetey, nəvesi Seytekin ana vətəni qoruyarkən göstər-
dikləri qəhrəmanlıqların tərənnümü olan “Manas” dastanmı hər aşıq-akın ifa
edə bilmir. Onun məxsusi ifaçıları var ki, bunlara manasçılar deyirlər.
Manasçıhq nəsildə irsən k eçir- müəyyən zaman kəsiyində manasçı ailəsində
bu peşə bir ve ya iki nəfərin şəxsində üzə çıxa bilir. 1989-cu ildə Bişkəkdeki
türkoloji qurultayda bildik ki, Qırğızıstanda cəmi üç manasçı qahb. Onlardan
ikisini məclisə getirmişdilər. Dedilər ki, üçüncüsü yorğan-döşək xestəsidir,
bugün-sabahlıqdır. Deməli, manasçı nəsli kəsilə bilər (o, başqa məsələdir ki,
birdən bu iki nəslin həresinden ikisi, onun da hərəsindən ikisi çıxar və ma-
nasçmın sayı artar. Bununla belə zamanın birinde noslin bitib-qurtarması bir
məntiq olaraq qalır). Bu faktı bildikdən sonra mən belə qənaətə gəldim ki,
vaxtile bizdə də qorqudçu ozanlar olublar. Dəde Qorqud haqqında ilk
məlumatları verən tarixçilər bu dastanın hər aşıq tərəfmdən ifa edile bilme-
diyini söyləyirlər: “Bu masallan (nağılları - T.H.) oğuzlar içində ağıllı, elmli
kimsələr əzbərlər və qopuzlarını çalaraq söylerlər” (Bax: M.Ergin. Dede
Korkut kitabı, 1 c., Ankara, 1994, s.36). Deməli, Dədə Qorqud dastanmın da
xüsusi ifaçıları - qorqudçular olmuşlar. Və görünür, bir zamanlar onların nəsli
kəsildiyi üçün dastanımız xalq arasında söylənməkdən dayanmışdır. Onu elə
belə, məselən, “Koroğlu” dastanı kimi, yəni hadisələrin məzmununu nəsrlə
danışıb, arada şeirləri əzbər demək şəklində ifa etmək olmaz. Bu dastan baş-
dan-başa şeirdir. Demeli, onu əzbərləmək üçün yüz minlərlə beytləri bir
nəfəsə əzbər söyləyən xüsusi manasçı yaddaşı gərəkdir. O biri dastanlarda
şeiri oxumayıb, onu ancaq nesrlə danışsan, məzmuna xələl gelməz. Çünki
məzmun nəsrlə verilir, şeir parçaları emosional ricotlərdir, onları atmaqla sü-
jetdə çatışmazhq yaranmır. Ancaq Qorqud eposunda bir cümləni də buraxmaq
olmaz. Çünki her cümlə şeir misrasıdır və o cümlə-misra ifadan çıxsa, süjetin
söylənməsində qırıqlıq yaranacaqdır. Burada soylama adı ilə verilən şeir
parçalarında da süjet danışılır. Dastanın qalan hisseləri də soylamalar kimi
nəzmdir, şeirdir və eyni zamanda soylamalar da qalan hisselər kimi məzmu-
nun - süjetin nəqlinə xidmet edir. Həm də Qorqud şeiri bugünkü şeirimiz
kimi heca vəznində, müəyyən düzümdə mısralardan və qafiyələrdən ibarət
deyil. Təbii ki, bu tip şeiri əzbərləməyin öz çətinlikləri var. Demək, bu
quruluş da şeirlə yazılmış dastanı əzbərləyən, əvvəlindən axırına qədər bir
sözü də dəyişmədən, unutmadan söyləyən, tarixçinin dediyi kimi, xüsusi
“ağıllı, elmli kimsələr”, fövqəlade yaddaşlı ozanlar olmuşlar. Həmin ozanlar
qorqudçu adlanırmışlar və bir zaman onların nəsli kəsilib. Bu səbəbə görə də
bizim olan dastanın el içində şifahi ifası dayanmış və bu nadir sənət abidəsini
itirməmək üçün müdrik ulu babalarımız onu sonuncu qorqudçu ozanın
dilindən yazıya almışlar.
“Dədə Qorqud kitabı” öyrenildikcə, sözün geniş menasında, türk
tarixinin ayn-ayrı tutqun səhifələri üzərine işıq düşür. Türkün yaratdığı
dünyəvi təsərrüfatlara, qurduğu saysız-hesabsız şəhərlərə, xariqə sayılan
dövlətçilik tarixinə göz yumaraq bəzən onu, sadəcə, köçəri etnos kimi
səciyyələndirənlər olublar. Bu iddiada söykənəcəklərdən biri bu olub ki,
türklər çadırda yaşayıblar. “Dədə Qorqud kitabı”nda çadır sözü hansı mə-
qamlarda işlənir: “Qazan gög-ala çəmənə çadır dikdirdi. Yeddi gün, yeddi
gecə toy-dügin edüb, yemə-içme oldı”; “Tekur çərisin dəyişirüb meydana
gəldi. Çadır dikdirdi”; “Xanlar xanr xan Bayındır... bir yerə ağ otağ, bir yerə
qızıl otağ, bir yerə qara otağ qurdurmışdı”. Göründüyü kimi, bu çadırlar
müəyyen məqsədlər üçün qurulur, bir mərasimə xidmət edir. Və
müvəqqətidir, merasim qurtaran kimi bu qurğunun ömrü qurtarır. Ancaq bu
çadırlar çox mükemməl quruluşa malik olurmuş, otaq rahathğı ile tikilirmiş.
Hətta çadır-otaq söz-forması işlenir. Hətta “otaq qurdurdu” və “çadır
tikdirdi” ifadələri söylənir. Deməli, burada “otaq” sözü şertidir, sadəcə,
çadırın mükəmməlliyinə işarə olunurmuş. Beləliklə, xüsusi mərasimləri
keçirmək üçün türk öz daimi yaşayış evlərinden kenarda, müəyyen olunmuş
sahələrdə əski olimpiya qurğularının tipinde qurğular qururmuş. Bunlar,
həqiqətən, çadırlar idi. Ancaq türkün ömürlük, gecə-gündüz yaşayış yerləri
deyildi. Heç olmasa, buna da diqqət edək ki, Təkur da çadır tikdirir və bu da
müvəqqətidir - bunu döyüş səhnəsini seyr etmek üçün tamaşa yeri, müasir
mənada, yüksək rütbəli komandirlerin durub baxdığı herbi istehkam kimi
qururlar. Başqa bir çadıra diqqət yetirək: “Oğuz zamanmda bir yigit evlənso,
ox atardı. Oxı nə yerdə düşsə, anda gerdək dikərdi. Beyrək xan dəxi oxın atdı,
dibinə gerdəgin dikdi”. Bu da çadırdır, gərdək kimi istifadə olunmaq üçün
qurulur- tikilir. Təbii ki, bu çadır-gərdək toy mərasiminin öz etnik ayinlərinə
görə üç gündən qırx günə qədər yaşayış yeri kimi istifadə olunur. Göründüyü
kimi, bütün bunlar qaraçı çadırları deyil. Bunlar bugünkü yas və toy çadırları
da deyil, bugünkü olimpiya tikintilərinin, qurğularınm analoqudur. Bu,
dövrün mərasim medəniyyətini nümayiş etdirən tarixi faktlardandır.
At türkün dostudur, silahdaşıdır. Bunu da türkün ayağına köçərilik gös-
təricisi kimi yazırlar. Doğrudan da, türk ancaq atın üstündə özünü türk sayır,
Dostları ilə paylaş: |