Əsil və sadələşdirilmiş məttılər "ÖNDƏr n ə Ş r iy y a t "



Yüklə 175,22 Kb.
Pdf görüntüsü
səhifə50/92
tarix21.06.2018
ölçüsü175,22 Kb.
#49895
1   ...   46   47   48   49   50   51   52   53   ...   92

Oğlan  belə  deyəndə  gözünün  yaşı  gildir-gildir  axdı.  B oyu  uzun, 
beli  incə  Burla  xatun boyun-qulağm ı  tutdu,  yıxıldı.  Payız  alm ası  kimi 
al  yanağını  yırtdı-dağıtdı.  Qarğı  kim i  qara  saçını  yoldu.  “O ğul!” , 
“O ğul!”  deyib,  zar-zar ağladı.  Uruz  deyir:
Xanım  ana!  Qabağımı  kəsib nə  inləyirsən?
N iyə  zarıyırsan, niyə  ağlayırsan?
B ağnm ı,  ürəyimi  nə  dağlayırsan?
Keçmiş  günlərimi  nə andırırsan?
Ay ana!  Ərəb  atları  olan yerdə 
bir qulunu tapılmazmı?
Qızıl  dəvələr olan yerdə 
bir köşək tapılmazmı?
Ağca  qoyunlar olan yerdə 
bir quzusu tapılmazmı?
Sən  sağ ol,  xanım  ana!  Atam  sağ olsun!
Bir m ənim  kimi  oğul tapılmazmı?!
B elə  dedikdə  anası  dözə  bilmədi.  Ana  gedib,  qırx  incə  belli  qızm 
arasm a girdi.
K afirlər  Uruzu  tutub  qənarə  dibinə  gətirdilər.  Uruz  dedi:  “Ay 
kafir, amandır, Tanrının birliyinə şübhə yoxdur! Qoyun m əni, bu ağac- 
la danışım ” .  Çağırıb ağaca  soylamış,  görək, xanım,  necə  soylamışdır:
Sənə  “A ğac!”,  “A ğac!”  deyirəm sə,  öyünm ə,  ağac!
M əkkə  ilə M ədinənin qapısı  ağac!
M useyi-K əlim in  əsası  ağac!
Böyük-böyük  suların  körpüsü  ağac!
N əhəng-nəhəng dənizlərin  gəm isi  ağac!
Əlinin Düldülünün  yəhəri  ağac!
Əlinin  qılıncının  qım yla dəstəyi  ağac!
İm am H əsənlə  H üseynin beşiyi  ağac!
Ə r də  olsa,  arvad da olsa,  qorxusu ağac!
Başını  tutub  baxarsam,  başsız  ağacsan!
Dibini  tutub baxarsam,  dibsiz  ağacsan!
M əni  səndən asarlar,  götürm ə,  ağac!
G ötürsən,  igidliyim  səni  tutsun,  ağac!
G ərək bizim   eldə  olaydın,  ağac!
Qara hindu  qullarım a buyuraydım,
Səni  p ara-para doğrayaydılar,  ağac!
Sonra dedi:
T ö v lə-tö v lə  bağlanan  atlarımdan  heyf!
“Q ardaş”  deyə  sızlayan yoldaşlarımdan heyf!
Y um ruğum da qanad  çalan şahin  quşumdan  heyf!
Y etər  ilə  Tutan kim i  tazılanm dan heyP.
B əylikdən  doym adım ,  özümdən  heyf!
İgidlikdən  yorulm ayan canımdan  heyf!
U ruz hönkür-hönkür ağladı,  yanıq ciyərini  dağladı.
Bu  zaman,  sultanım,  Salur  Qazanla  Qaraca  çoban  çaparaq  yetdi. 
Ç obanın sapandmın daşlığı üçyaşar dana dərisindən, sapandının qolları 
isə  üç  keçi  tükündən düzəlm işdi.  Sapandın çatısı bir keçi tükündən  idi. 
H ə r  atanda  on  iki  batman  daş  atardı.  Atdığı  daş  yerə  düşməzdi.  Yerə 
düşsə  də,  toz  kimi  sovrular,  kül  kimi  ovulardı.  Üç  ilədək  daşının  düş- 
düyü yerin otu bitm əzdi.  Bayırda kök qoyun da, arıq toğlu da qalsaydı, 
sapandın qorxusundan qurd  gəlib yeməzdi.
Sultanım ,  Q araca  çoban  çatan  kimi,  sapandını  işə  saldı.  D ünya- 
aləm   kafirin  gözündə  qaraldı.  Qazan  dedi:  “Qaraca  çoban,  qoy  anamı 
kaflrdən  istəyim,  at  ayağı  altında qalmasın” .
A t  ayağı  iti,  ozan  dili  çevik  olur.  Qazan  kafiri  çağırıb  soylamış, 
görək,  xanım,  nə  soylamışdır:
Ay  Şöklü  Məlik!
Qızıl  tağlı  uca  evlərim i  götürüb  gəlm isən, 
sənə  kölgəlik  olsun!
Q iym ətli  xəzinəm i,  bol  gümüşümü  götürmüsən, 
sənə  xərciik  olsun!
Qırx  incə  belli  qızla  Burla xatunu  gətirm isən, 
sənə  ə sir olsun!
Qırx  igidlə  oğlum   Uruzu  gətirib  gəlm isən, 
sənin  qulun  olsun!
T övlə-tövlə  şahanə  atlarımı  gətirib  gəlm isən,


sənin  miniyin  olsun!
Q atar-qatar dəvələrim i  gətirib  gəlm isən, 
sənin  yükünü  daşısın.
Qoca  anamı gətirm isən,  ay  kafır, 
anamı  ver mənə!
Savaşm adan-vuruşm adan qayıdım  geri, 
dönüb  gedim!
K afırlər dedilər:
Qızıl  tağlı  uca evini  gətirm işik,  bizimdir!
Şöklü  M əlik qırx  incə belli  qızla  Burla xatunu 
gətirm işdir,  bizimdir!
Q ırx  igidlə  oğlun Uruzu gətirm işdir,  bizimdir.
T övlə-tövlə  atlarını,  qatar-qatar dəvələrini 
gətirm işdir,  bizimdir!
Q ancıq ananı  gətirm işiksə,  bizimdir,
S ən ə  vermərik;  Y ayxan keşiş  oğluna verərik,
Y ayxan keşiş  oğlundan oğlu  doğular,
Biz  onu sənə  əv əz qoyarıq!
Belə dedikdə Qaraca çobanın acığı tutdu, dodaqlan səyridi. Çoban dedi:
Ehey,  dinsiz,  huşsuz  kafır!
Ağılsız,  başsız  kafır!
Qarşıdakı  qarlı  dağlar 
Qarıyıbdır,  otu bitməz.
Q an-qadalı  irm aqlar 
Quruyubdur,  suyu  gəlm əz.
Ş ahanə-şahbaz  atlar 
Q anyıbdır,  qulun  verməz.
Q ızıl-qızıl dəv ələr də 
Qarıyıbdır, köşək verməz.
A kafır,  Qazanın  anası 
Qocalıbdır,  oğul verm əz.
Şöklü M əlik, cins toxum a meylin varsa, qara gözlü qızım gətir Q a- 
zana ver!  A y kafir,  sənin qızından oğlu doğulsun,  siz onu Qazan  bəyin 
xidm etinə  göndəresiniz!
Bu vaxt Qalın Oğuz bəyləri gəlib yetişdi, xanım, görək kim lər gəldi:
Q aradərə ağzında qara buğa dərisindən beşiyinin yerliyi olan, acığı 
tutanda qara daşı  kül  eyləyən,  bığını  boynu dalında yeddi  dəfə düyün- 
ləyən,  igidlər  igidi,  Qazan  bəyin  qardaşı  Q aragünə  çaparaq  yetişdi: 
“Çal  qılıncım,  qardaşım   Qazan,  yetdiın!”  -  dedi.
Bunun  ardınca,  görək,  kim lər yetişdi.
D əm ir qapı D ərbənddəki dəmir qapını hücumla alan, altmış tutamlıq 
böyük  nizəsinin  ucunda  igidləri  böyürdən  Qıyan  Səlcik  oğlu  Dəli 
D ondaz çaparaq yetişdi:  “Çal  qılıncını,  ağam Qazan,  yetdim !” -  dedi.
B unun  ardınca,  xanım ,  görək, kim lər yetişdi:
A m idlə  M ərdin  qalasm ı  vurub-yıxan,  D əm ir yaylı  Qıpçaq  M əlikə 
qan  qusduran,  g ə lə rə k   Qazanın  qızını  m ərdliklə  alan,  oğuzun  ağ  saq- 
qallı  qocaları  görəndə  o  igidə  “əhsən”  deyən,  al  m əxm ər  şalvarlı,  atı 
m avi  qotazlı  Q aragünə  oğlu  Qarabudaq çaparaq yetişdi:  “Çal  qılıncını, 
ağam   Qazan,  y etdim !” -  dedi.
Bunun  ardınca  görək,  xanım,  kimlər yetişdi:
İcazəsiz  Bayındır  xanın  düşmənini  basan,  altmış  min  kafirə  qan 
qusduran,  ağ-boz  atının  yah  iizorində  qar  yığılan  Q əflət  qoca  oğlu  Şir 
Şəm səddin çaparaq yetişdi:  “Çal qılıncını, ağam Qazan, çatdım!” -  dedi.
Bunun  ardınca,  görək  xanım,  kimlər yetişdi:
Parasarın  B ayburd  hasarından sıçrayıb  aşan,  al  rəngli  gəlin otağına 
qarşı  gələn,  yeddi  qızın  ümidi,  Qalın  Oğuzun  müjdəçisi,  Qazan  bəyin 
silahdaşı,  Boz  ayğırlı  Beyrok  çaparaq  yetişdi:  “Çal  qılıncını,  ağam 
Q azan,  çatdım !”  -  dedi.
Bunun  ardınca,  xanım,  görək  kimlər yetdi:
Ç ahm -çarp az  çalm ah,  çal  qaraquş  ərdəm li,  quram a  qurşaqlı, 
qulağı  qızıl  küpəli,  Qalın  Oğuz  bəylərini  b ir-bir atından  yıxan,  Qazlıq 
Q oca  oğlu  Y egnək  bəy  çaparaq  yetişdi:  “Çal  qılıncım ,  ağam  Qazan, 
ça td ım !”  -   dedi.
Bunun  ardınca,  görok,  xanım,  kimlər yetişdi:
Altm ış tək ə dərisindən olan  kürkü topuqlarını  örtm əyən, altı  erkək 
dərisindən  papağı  qulağını  örtmoyən,  qolu-budu  uzunca,  baldırları 
incə  Qazan  bəyin  dayısı  At  ağızlı  Aruz Qoca çaparaq  yetişdi:  “Çal  qı- 
Iıncını,  bəyim   Q azan,  çatdım !”  -  dedi.
Bunun  ardınca,  görək,  kim lər yetişdi:
Gedib  peyğəm borin  üzünü  görən,  gələrək  oğuzlar  içində  ona 
tə rə fd a r çıxan,  acığı  tutanda  bığlarından  qan  çıxan,  bığı  qanlı  Bükdüz 
Ə m ən  çaparaq  yetişdi:  “Çal  qılıncını,  ağam  Qazan,  çatdım !” -  dedi.


Yüklə 175,22 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə