Əşir Bəşir oğlu Fətəliyev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9957
  1   2   3   4   5   6   7   8   9   ...   32


 
 
 
 
ƏŞİR BƏŞİR oğlu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
XATİRƏYƏ DÖNƏN GÜNLƏR 
(sənədlər və xatirələr) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI - 2005 
 
 


 
2
Redaktoru:  
 
fəlsəfə doktoru Bəhram Salman oğlu Avılov 
 
 
 
ƏŞİR BƏŞİR oğlu FƏTƏLİYEV  
«Xatirəyə dönən günlər»  
Bakı-2005, səh. 225 
 
Bu kitabı  həyatdan cavan getmiş  oğlum Qabilin əziz xatirəsinə  həsr 
edirəm. 
 
 
Müəllifin Qubadlı haqqında ilk qələm təcürbəsi bu kitabda son illərə 
qədər yaşadığımız Qubadlı və Aşağı Mollu haqqında xatirələri öz əksini 
tapmışdır. Digər tərəfdən bu kitabı daha çox gələcək nəsillərə  Vətənə 
sevgini, elə məhəbbəti çatdırmaq üçündür. 
 
 
 
 

2005
098
56
4702000000



N
  
Qrifli nəşr
 
 
 
©
BƏŞİR oğlu, 2005
 
 
 
 


 
3
 
 
 
 
ƏŞİR  BƏŞİR  oğlu 
(FƏTƏLİYEV  ƏŞİR  BƏŞİR oğlu) 
 
 
 
ƏŞİR BƏŞİR oğlu (FƏTƏLİYEV  ƏŞİR BƏŞİR oğlu) 3 
noyabr 1935-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində 
anadan olub. 
1969-cu ildə V.İ.Lenin adına APİ-nin ibtidai təhsil 
pedaqogikası  və metodikası fakültəsini bitirib. 36 ildir ki, 
müəllim işləyir.  
 
 


 
4
 
MÜƏLLİFDƏN 
 
 
Son zamanlar Azərbaycanın dilbər guşələrindən biri olan Qubadlı 
haqqında bir sıra kitablar, monoqrafiyalar, jurnal və  qəzet məqalələri 
nəşr olunub, oxuculara təqdim olunmuşdur. Bu nəşrlər arasında heç bir 
fərq qoymadan hamısını qiymətli mənbə hesab edir və onların 
müəlliflərinə öz təşəkkürümüzü bildiririk. Bu nəşrlərdən bir neçəsinin 
adını  çəkməyimizi özümüzə borc bildik. Bunlardan Almaz 
Əhmədovanın 2001-ci ildə "Qanun" nəşriyyatı  tərəfindən buraxılmış 
"Biz Xallavarda yaşayırdıq",  şair, nasir və jurnalist Cahangir Taryelin 
1998-ci ildə "Günəş" nəşriyyatı  tərəfindən buraxılmış "Vətən oğul 
istəyəndə",  şair və jurnalist  Elburus Şahmarın 1995-ci ildə "Səda" 
nəşriyyatında çap olunmuş "Söz-söhbətli Bərgüşadım, Həkərim", 1994-
cü ildə çap olunmuş "Çiçək məhəbbətim Qubadlı", 2004-cü ildə 
"Nurlan" nəşriyyatında çap olunmuş "Ocaq yanğısı", şair Əliağa Aslanın 
"Kərəm ahı", "Ayrılıqlar içində", "Mən dünyaya qərib gəldim", "Tanrı 
sevgisi", Nəsib Nikbinin "Həkərim, Bərgüşadım yoxdursa", Yaşar 
Fətiyevin "Zaman" nəşriyyatında çap olunmuş "Qubadlı, görüşünə 
gəlmişəm", görkəmli dövlət xadimi Kamran Hüseynovun "Quruculuğa 
həsr olunmuş ömür", Ziyəddin Sultanovun "Qarabağ gündəliyi", "Xocalı 
faciəsi", "Burdan bir atlı keçdi", Mirzə Mehdinin "Düşüncələr" və s. 


 
5
kitablarını göstərmək olar. Mən isə ilk qələm təcrübəm olan bu kitabda 
ötən günlər haqqında xatirələrimi, ata yurdum və ana vətənim haqqında 
düşüncələrimi verməyə çalışmışam.  İlk qələm təcrübəm olduğu üçün 
oxuculardan nöqsanlarımı bağışlamaqlarını xahiş edirəm.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
6
Döğma yurdum Qubadlı 
 
 
Ata yurdum, doğma vətənim Qubadlı haqqında  söz deməyə 
başlayanda ürəyimdən nisgil bir gizilti keçdi, kövrəldim, göz yaşlarım 
gilələnib qarşımdakı  vərəqləri islatdı, ürəyim sinəmdə yanmağa başladı. 
Özümə təsəlli bildiyim isə hələlik qələmə aldığım bu sətirlər oldu. 
 
Vətənim Azərbaycanın bütün bölgələri, bütün guşələri mənim 
üçün əzizdir. Bizim hər birimiz bir səyyah olub dünyanı gəzsək, ölkələr 
keçsək axırda belə bir qərara gələrik ki, Azərbaycan bütün dünyanın 
gözüdür. Dünyada onun təbiəti, dağları, bulaqları, çayları ilə heç bir ölkə 
müqayisəyə girə bilməz. Bu  mənim qəti qərarımdır və şübhəm yoxdur 
ki, vətənini, elini-obasını sevən hər bir azərbaycanlının da fikri belədir. 
Yenə də səyyah olub ölkələr dolaşsaq Azərbaycan xalqı  kimi mehriban, 
qonaqpərvər, ürəyiaçıq bir xalqa rast gəlmərik.  Böyük yaradan bu 
xalqdan yaxşı  nə varsa, heç bir şeyi  əsirgəməyib. Bütün bunlara görə 
doğma yurdum, Vətənim Azərbaycanla fəxr edirəm.  
 Azərbaycanın bir parçası olan  Qubadlı mənim anadan olub, boya-
başa çatdığım gözəl guşələrdən biri hesab olunur. Tarixi mənbələrin 
verdiyi məlumata görə Qubadlı  əhalisinin keçmiş  nəsli XVI əsrin 
sonunda Azərbaycana gəlmiş səlcuq türklərinin nəslindəndir. 
 Qubadlı Azərbaycan SSRİ-nin tərkibində inzibati rayon kimi 
1933-cü ildə  təşkil olunmuşdur. 1963-cü ildə isə  ləğv edilərək  ərazisi 


 
7
Zəngilan rayonu ilə birləşdirilmişdir. Bir il sonra, yəni 1964-cü ildə 
yenidən müstəqil rayon olmuşdur. Səksəninci illərin məlumatına görə 
Qubadlı rayonunun əhalisi 30 min, sahəsi isə  802 min kvadrat kilometr 
olmuşdur. Yenə  də  səksəninci illərin məlumatına görə Qubadlı 
rayonunun ərazisində 94 kənd mövcud olmuşdur.  
 Qubadlı dağlıq rayonudur. Onun ərazisində yerləşən hündürlüyü 
2010 m Topağac, 1316 m hündürlüyündə Pirdağ, Bərgüşad silsiləsinin 
şimalında hündürlüyü 1277 m Qartız, Qarabağ yaylasının cənub-şərq 
qurtaracağı olan və Bazarçayla Həkəri çayı arasında yerləşən heyranedici 
Yazı düzü uzanır. 
 
Bəzən düşünürəm. Görəsən o yerlərin halı necədir? Görəsən 
Həkəri çayı yenə də  axırmı? Görəsən Topağac, Pirdağ, Qartız dağlarının 
vüqarı sönməyib ki?! Görəsən çöllərin gülü-çiçəyi yaz gələndə açırmı? 
Bu görəsənlər beynimi didib-parçalayır. Mənə belə gəlir ki, bu yerlər də 
bizim kimi qəm içindədir, dağların, çöllərin gülü-çiçəyi açmır, günəşi də 
həmişəki istisini bu yerlərə paylamır, ay da gecələr çıxmır.  Biz onlar 
üçün darıxdığımız kimi, onlar da  bzim üçün darıxır, səbirsizliklə 
yolumuzu gözləyirlər. Gözləyin, elim-obam. Məndə belə bir yəqinlik 
yaranıb ki, biz mütləq o yerlərə qayıdacağıq, o yerləri düşmən  
tapdağından azad edəcəyik. Lakin qüssəm odur ki, görəsən bu qayıdış 
mənim kimi yaşlı Qubadlılara qismət olacaqmı? Allahdan o  yerlərə 
qayıdacağım il və ay qədər ömür istəyirəm. Artıq heç bir şey istəmirəm. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə