Əşir Bəşir oğlu Fətəliyev


KAZIMAĞA MÖVSÜM OĞLU KƏRİMOV



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9957
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

 
47
KAZIMAĞA MÖVSÜM OĞLU KƏRİMOV 
Vətən hər  şeydən öncədir. Bu kəlam elini-obasını, ata və anasını 
sevən bütün insanların dilinin əzbəridir. Onun uğrunda həmişə hazır 
olmalarıdır. Peşəsindən və tutduğu vəzifədən asılı olmayaraq Kazımağa 
Kərimov da Qarabağ savaşı başlayanda vətən uğrunda mübarizəyə hazır 
olduğunu bəyan etdi. 
Kazımağa 1950-ci il sentyabrın 1-də Qubadlının Sarıyataq 
kəndində anadan olub. İxtisasca jurnalist idi. Bakı Dövlət Universitetinin 
jurnalistika fakültəsini bitirib. 15 ilə qədər mətbuat sahəsində çalışıb. Baş 
leytenant Kazımağa Kərimov tabor komandirinin müavini olub. 
Xarxanut kəndi uğrunda gedən döyüşlərdə o, ağır yaralanıb. Onu xilas 
etmək üçün Bakıya gətirirlər. Həkimlərin səyinə baxmayaraq onu xilas 
etmək mümkün olmür. Vətən torpaqları  uğrunda göstərdiyi  şücaəti 
"Azərbaycanın Milli Qəhrəmanı" adı ilə qiymətləndirilir. Məzarı 
Bakıdakı Şəhidlər xiyabanındadır. 
 
 
 
 
 
 


 
48
AQİL SƏMƏD OĞLU MƏMMƏDOV 
Müharibə başlayanda peşəsindən və  sənətindən asılı olmayaraq 
hamı  cəbhədə gedən vuruşmaları diqqət mərkəzində saxlayır və igid 
övladlarımız cəbhəyə can atırdılar. Belə  oğlanlardan biri də  sənəti 
sürücülük olan Aqil Səməd oğlu Məmmədov idi.  
Aqil Məmmədov 1969-cu il iyulun 30-da Qubadlıda anadan 
olmuşdur. Cəbhədə  ən çətin vəzifələrdən birini yerinə yetirməyi öz 
üzərinə götürmüşdür. Kəşfiyyatçı idi. İgid oğlanları başına yığıb düşmən 
haqqında məlumat toplayırdı. Topladığı  məlumatlar döyüşlərimizə çox 
kömək edirdi. 
1992-ci il avqustun 6-da Laçın rayonunun Sussuzdağ  uğrunda 
qızğın döyüşlər gedirdi. Aqil buradakı düşmən qruplaşmaları haqqında 
da xeyli məlumat gətirmişdi. Lakin düşmən döyüşün qızğın vaxtında 
Aqil Məmmədovu hədəfə aldı və onun həyatına son qoydu. Lakin Aqil 
bu döyüşdə yüksək  şücaət və  qəhrəmanlıq göstərmişdi. Ona görə  də 
Azərbaycan Respublikası Prezidentinin 6 fevral 1993-cü il fərmanı ilə 
(ölümündən sonra) ona Vətənin  ən yüksək mükafatı - Azərbaycan 
Respublikasının Milli Qəhrəmanı adı verildi.  Məzarı Qubadlıdakı 
Şəhidlər xiyabanındadır. Yeganə qız övladı onun şücaəti və qəhrəmanlığı 
ilə fəxr edir. 
 
 


 
49
KƏRƏM ƏRŞAD OĞLU MİRZƏYEV 
Qubadlıdan cəbhəyə könüllü gedən igid vətən oğullarından biri də 
Kərəm Mirzəyev olub. Azərbaycan  İnşaat Universitetini yenicə başa 
vurub kəndlərinə qayıtmışdı. Müharibə başlayanda Kərəm baş leytenant 
idi və doğma Xanlıq kəndində sahə müvəkkili işləyirdi. Təzə ailə 
qurmuşdu, bir oğlu vardı. 30 yaşını yenicə başa vurmuş  Kərəmin 
gələcəklə bağlı çox böyük arzuları vardı. Lakin müharibə onun bütün 
gələcək arzularını arxa plana keçirdi. Vətən torpağının xilas olması onun 
hələlik yeganı arzusuna çevrildi. Bir sıra döyüşlərdə  şücaət və  cəsarət 
göstərdi. Qızğın döyüş nöqtələrindən çəkinmədi .  
1992-ci il oktyabrın 1-i onun son döyüşü oldu. Mazutlu kəndi 
uğrunda gedən döyüşdə düşmən gülləsinə rast gəldi.  
Lakin onun göstərdiyi igidlik komanda heyətinin nəzərindən 
qaçmadı. Ölümündən sonra ona Azərbaycan Respublikası Prezidentinin 
fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Özü isə anadan 
olduğu və ürəyi qədər sevdiyi Xanlıq kəndində torpağa tapşırıldı. 
 
 
 
 


 
50
İSA İSKƏNDƏR OĞLU MƏMMƏDOV 
Qarabağ savaşı başlayanda hamını düşündürən bir fikir vardı. 
Ölmək, ancaq murdar düşməni torpağımıza ayaq basmağa qoymamaq. 
Bu məqsədlə insanlar döyüşə gedirdilər.  İsa  İskəndər oğlu Məmmədov 
belə insanlardan biri idi. O, 1966-cı ildə Aşağı Mollu kəndində dünyaya 
göz açmışdı. Qəhrəmanlıq tarixinə malik olan kəndini çox sevirdi. 
Həmişə Qaçaq Nəbi və onun igid həyat yoldaşı haqqında söhbətlərə 
heyranlıqla qulaq asardı.  
Müharibə başlayanda ürəyindəki arzular çin oldu. Vətənin 
müdafiəsinə yola düşdü. Vuruşlarda taqım komandiri vəzifəsinə  qədər 
yüksəldi. Cəbhə yoldaşlarını vuruşa həvəsləndirməkdə bir igid idi. Lakin 
Xocavənd uğrunda gedən  şiddətli döyüşdə düşmən gülləsinə rast gəldi. 
Respublika prezidentinin 11 oktyabr 1994-cü il fərmanı ilə o, "İgidliyə 
görə" medalı ilə  təltif (ölümündən sonra)  olundu. Onun yeganə  oğlu 
Fuad atasının şücaəti ilə fəxr edir və vətənini, elini-obasını sevən bir igid 
kimi böyüyür.  
 
 
 
 
 


 
51
İTKİN DÜŞƏNLƏR VƏ DÖYÜŞLƏRDƏ HƏLAK 
OLANLAR 
Qubadlı  və onun kəndləri uğrunda ölüm-dirim müharibəsi 
gedəndə bir çox həmkəndlilərimiz ya doğma yurdu qoyub getməmiş, ya 
itkin düşmüş, ya da mərd-mərdanə düşmənlə əlbəyaxada şəhid olmuşlar. 
Bu qəbildən olan həmvətənlərimin bir qismi haqqında  əldə etdiyim 
məlumatları kitabımın bu bölməsində oxucularıma təqdim edirəm.  
1.
 
Mahir Babaş oğlu Quliyev 1970-ci ildə Aşağı Mollu  
kəndində anadan olub. Tanınmış şahmatçı idi. 1993-cü il avqustun 30-da 
itkin düşüb.  
2. Fazil Qaraş oğlu Nəzərov 1948-ci ildə Yuxarı Mollu kəndində 
anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitututunu bitirib. 1973-85-
ci illərdə orta məktəbdə tədris işləri üzrə direktor müavini olub. 1985-ci 
ildən isə  məktəb direktoru işləyib.  1993-cü il avqustun 30-da itkin 
düşüb. Sonrakı taleyi haqqında məlumat yoxdur. 3 qızı, 2 oğlu  var.              
3. Bəykişi Boran oğlu Cabbarov 1933-cü ildə  Aşağı Mollu kəndində 
anadan olub. 1993-cü il avqustun 30-da ermənilər kəndə dolarkən itkin 
düşüb. 4 qızı, bir oğlu var. 
 4.  Kamran  Şirin oğlu Vəliyev 1926-cı ildə Yuxarı Mollu 
kəndində anadan olub. 1941-45-ci illərin müharibə iştirakçısı idi. II qrup 
əlil idi. 1993-cü ilin avqustunda kənd işğal olunanda itkin düşüb. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə