Əşir Bəşir oğlu Fətəliyev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9957
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

 
61
oldu. Ölüm nə onun yaşına baxdı, nə də ömrünə. Həmişə belə olub və bu 
dünya necə ki var, belə də olacaq. 
 
Bəzən insan bir əzizini itirəndə fikirlƏŞİR ki, görən bundan 
qaçmaq olardımı? Bəlkə o, belə  hərəkət etsəydi, bu cür olmazdı. Mən 
böyük bir ömür yolu keçmişəm, bu həyatın hər üzünü görmüşəm. 
Həmişə insanlar belə düşüncələr içində yaşayıb, lakin taleyinə nə yazılıb 
o da olub. 
 Havayı yerə deyilməyib ki, sən saydığını say, gör fələk nə sayır. 
Əzəldən taleyin nə demək olduğuna bu bir işarədir. 
 
Bəs onda "ölümə çarə yoxdur" deyimi … Həyat yenicə açılmış 
ətirli güllər, ölüm isə payızın xəzan yarpağına bənzəyir. Bu 
qanunauyğunluq dünya yaranandan var və axıra qədər davam edəcək. 
 
 
Əzəldən belədir çünki kainat 
  Cahan 
daimidir, 
ömür 
əmanət. 
 
Bəli, ömür insana əmanət verilir, onu nə almaq, nə  də satmaq 
mümkün deyil. Bir də ki, hər kəs istədiyi vaxt ölsəydit, Dədə Qorqud 
demişkən dünyanın "ölümlü-itimli dünya" adında iki başı olmazdı. 
 Xalq 
şairi Bəxtiyar Vahabzadənin misraları yada düşür: 
 
 
Bu nədəndir ki, ölüm 
 
 
Heç kəsin həyatına 
 
 
Vaxtında gəlmir ancaq. 


 
62
 Aqillərdən biri deyib ki, öləndən sonra məni yatdığım torpaqda 
deyil, yaxınlarımın ürəyində axtarın. 
 
Bəli,  əziz balam!  Sən ata və ananın, qardaşlarının, yeganə 
bacının, cüt balanın, səni istəyənlərin ürəyindəsən. Neçə ki, bu ürəklər 
döyünür, sən varsan, yaşayırsan. 
 
 
Dərd ağır olanda dözmək olmayır, 
 
 
Qaməti düzəldib gəzmək olmayır. 
  Yerini 
boş görrəm, dözmək olmayır 
  Qatil, 
sənin əlin qurusun. 
 
 
 
         ***  
 
Cüt balana baxıb özünü görrəm, 
 
Gəzdiyin hər yerdə izini görrəm. 
 
Məzarına baxıb gözümü görrəm 
 Qatil, 
sənin əlin qurusun. 
   *** 
 Atan 
ƏŞİR günü-gündən əriyir, 
 
Təsəlli tapmayıb məzarına dəyir. 
 Yaşamaq istəmir, ölmək istəyir. 
 Qatil, 
sənin əlin qurusun. 
 
 
 


 
63
 
ATA YURDUM, ANA VƏTƏNİM AŞAĞI MOLLU 
HAQQINDA BİR NEÇƏ SÖZ 
 
Mən yuxarıda qeyd etmişdim ki, Aşağı Mollu kəndinin ulu 
babaları vaxtilə buraya İrandan köçüb gəlmişlər.  İranın  Şamolular 
kəndinin əhalisi vaxtilə bizim kəndi yaylaq yeri seçmiş və gəlib burada 
yaylayırlarmış. Sonralar tədricən onların bir qismi buranı özlərinə əbədi 
məskən seçib, burada yaşamışlar. Mollu sözünün mənşəyi də Şamolular 
sözündən  əmələ  gəlib.  Şamolular sözü fonetik dəyişməyə  uğrayaraq 
mollu sözü ilə əvəzlənmişdir. 
 Görünür, 
onların buranı seçməsi bu diyarın  əsrarəngiz gözəlliyi
saf havası  və saf suyu ilə bağlı olmuşdur. Bu diyar, həqiqətən gözəl 
diyardır. Ata yurdum, Ana vətənim olduğuna görə demirəm. Buranın 
gözəlliyini hər bir mollulu, buraya qədəm qoyan hər bir insan təsdiq 
edər. Burada hər dağın-dərənin, hər gülün-çiçəyin özünəməxsus 
bənzərsizliyi insanı heyran edir. Mən hərdən fikirlƏŞİRəm ki, görəsən 
dünyada elə yer olarmı  ora Molluya tay-bərabər olsun. Bu dağların 
gözəlliyinə, təkrarsız mənzərəsinə, saf suyuna və saf havasına çox şerlər 
həsr olunub. Lakin bunlar həmin gözəlliyi tam əks etdirə bilməyib 
 
İlin bütün fəsillərində bu diyar gözəl olur. Qış  ağ donunu 
geyinəndə də , yaz gül-çiçəyə bəzənəndə də. Bu diyarın gecəsində də , 
gündüzündə də bir romantik gözəllik var. 


 
64
 1993-cü 
ildə Molludan ayrılarkən  isti-isti indiki qədər ürəyim 
qubar eyləmirdi. Bəlkə də bu ona görə idi ki, hesab edirdim ki, tezliklə 
qayıdacağıq. Vaxt uzandıqca, aylar, illər sürətlə bir-birini əvəz etdikcə 
yaman darıxıram. Mollu gecələr də yuxumdan çıxmır. Qəribədir, hərdən 
yuxuda özümü orada hiss etdikdə də, darıxıram. Elə bil mənə əyan olur 
ki, mən ermənilərin əhatəsindəyəm. Tez uzaqlaşmaq istəyirm. Nə isə… 
 Deyirlər insan öz ömrünün iki çağında uşaq xasiyyət olur. Bir 
həqiqi uşaqlıq dövründə, bir də ahıl, qoca yaşlarında . İndi mən buna 
inanmışam. Fərq ondadır ki, uşaqlıq dövründə  hələ dünyanı  dərk 
etmədiyin üçün hər bir şeyin fikrini çəkmirsən, heç şeyi vecinə almırsan, 
heç  şey haqqında düşünmürsən. Qocalıq dövrünün uşaqlığı isə tamam 
bam-başqa  şeydir. Uşaqyaş olmasan da uşaqxasiyyət olursan və bu da 
səni burulğanlar içində boğur. Nə  qədər çalışsan da, düşünsən də bu 
burulğandan xilas ola bilmirsən. 
 
Uşaqlıq dövründə başına bir qəza gələndə başqasının üstünə 
gedirsən, səndən böyüklər səni xilas edir. Qocalıq dövründə isə bu çox 
çətin olur. Bu dövrdə dərdini çox adama deyə bilmirsən, çox zaman isə 
bundan xilas olmaq ətrafdakılardan asılı olmur. İstəyirsən gündə yüz 
adama yalvarım kim mənim dərdimə çarə edəcək, kim mənim Mollumu 
mənə qaytaracaq. Namiq Qaraçuxurlunun misraları yada düşür: 
 
 
Nə yaman bir dərdə düşmüşük, Allah 
 
 
Kədər bizə olub şah. 


 
65
 Doğrudan da, qəm-qüssə, kədər, dərd üzərimizdə hökmranlıq edir. 
İstəyirlər hər gün mənə yağ-bal yedirsinlər, dünyanın ən yaxşı yerlərinə 
istirahətə gönədirsinlər, fərq etməz, mən Vətənimi istəyirəm… 
 Belə bir əfsanə danışırlar ki, bir padşah bir quş saxlayırmış. Ona 
qızıldan qəfəs düzəldibmiş, quşa qulluq edənləri varmış, padşah ona 
qulluq edilməsinə özü nəzarət edirmiş. Bir gün quşabaxandan soruşur ki, 
quşum necədir? Quşa qulluq edən cavab verir ki, möhtərəm padşah, quş 
hər gün ah-vay içərisində yaşayır, hər gün vətən-vətən deyə göz yaşı 
tökür. Padşah qəzəblənir və deyir ki, o, bundan da artıq bir yer istəyir? 
Əmr edir ki, onun ayağına bir sap bağlayın, buraxın görək haradır onun 
vətəni. Belə  də edirlər. Quş uçaraq uzaq meşədə çör-çöpdən hörülmüş 
bir yuvaya qonur və  sənin çör-çöpünə qurban olum, yuvam, -deyə göz 
yaşı tökür. 
 
Bəli, burada böyük bir həqiqət var. "Hər kəsə öz eli-obası, Vətəni 
əzizdir"  zərb -məsəli də elə bu deməkdir. 
 
 
Vətən çox şirindi, düşərmi dildən, 
  Bülbül 
həsrət çəkər bağçada güldən 
 
 
Mən vaxtsız ayrıldım obadan-eldən 
 
 
Əllərim uzalı qalıb ey Vətən. 
 Günü-gündən nisgilim artır. Molludan ötrü, ata yurdum, ana 
vətənimdən ötrü çox darıxıram. Mollu mənim üçün getdikcə daha çox 
müqəddəslƏŞİR. Kaş bir quş olaydım, qanad açaydım, qərib bir axşam 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə