Əşir Bəşir oğlu Fətəliyev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9957
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

 
66
çağı  kəndimizdə yerə enəydim. Evimizin-eşiyimizin yerləşdiyi torpağı-
daşı qucaqlayıb öpəydim. Doyunca ağlayaydım. Anamın qərib məzarı 
üstünə uzanıb əbədiyyətə qovuşaydım. 
 
 


 
67
VAHİD AĞAYEV 
1993-cü il hadisələri Mollu camaatını öz yurd və yuvalarından didərgin 
saldı. Qaçqınlıq və köçkünlüyün ağır günləri başlandı. Ölkə ağır vəziyyət 
içərisində idi. Yaxşı ki, belə bir vaxtda Vahid Ağayev kimi xeyirxah 
insanlar tapıldı. O ağır günlərdə Mollu kəndinin  ərazisində yerləşən 
mərmər sexinin rəisi Vahid Ağayev Azərbaycan xalqının təbiətinə 
məxsus bir xeyirxahlıq etdi. Camaatın köçürülməsində  və 
yerləşdirilməsində  vətənpərvərlik göstərdi. Özünün və ailəsinin 
Sumqayıt  şəhərində yaşamasına baxmayaraq Mollu camaatının ağır 
qayğıları ilə yaşadı. Maşınlar təşkil etdi, əhalinin Sumqayıtda müəyyən 
yataqxanalarda, tdarə binalarında yerləşdirilməsini təşkil etdi. Bir sözlə, 
kənd camaatına  əlindən gələn köməyi etdi. Əlbəttə, imkanı olan belə 
adamlar az da olsa, bu azlığın içərisində xeyirxahlığı, vətənpərvərliyi ilə 
fərqləndi.  
 
Vətənin, xalqın dar günlərində öz camaatı ilə yaxın olması, onların 
əlindən tutması camaatımız tərəfindən həmişə hörmətlə yad edilir. 
 
 


 
68
QUBADLININ ADLI-SANLI ADAMLARI  
VƏ ZİYALILARI 
 Azərbaycanın  əzəli və  əbədi torpağı olan Qubadlı  tarixin bütün 
mərhələlərində    öz  adlı-sanlı adamları, yazıçıları, hərbçiləri, elə-obaya  
həmişə arxa olan ziyalıları, ağsaqqal insanları ilə  fərqlənən bir el 
olubdur. Qubadlı torpağının yetişdirdiyi bir sıra insanlar təkcə 
Azərbaycanda yox, demək olar ki, həm də dünyada tanınıb. 
 Qubadlı torpağından  ərsəyə  gələn dahi sənətkar Süleyman 
Rəhimovun romanları, povestləri dünyanın  əksər xalqlarının dilinə 
tərcümə olunub, onlar tərəfindən sevilə-sevilə oxunub. Onun haqqında 
təkcə SSRİ xalqlarının böyük ədibləri, yazıçı və şairləri  deyil, dünyanın 
ən nəhəng  ədəbiyyatşünasları çox yüksək fikir söyləyib,  əsərlərinə 
yüksək qiymət veriblər. 
 Valeh 
Bərgüşadlını, Tahir Əliyevi, Arif Heydərovu, görkəmli 
partiya və dövlət xadimləri Məmməd İskəndərovu, Kamran Hüseynovu
Nəzər Heydərovu, Eldar Baxışı, Çingiz İldırımı, Cəlal Bərgüşadlını, 
Əsgər Abdullayevi, Mehbalı  Əmiraslanovu, Həbib  Şirinovu, Bahadır 
Həziyevi, Həzi Həziyevi və onlarla adını  çəkə bilmədiyimiz insanları 
kim tanımır, onların vətən qarşısında xidmətlərini yad etmir. 
 Qubadlı təkcə bu adamlarla yox, həm də eldə-obada mürşüd kimi 
tanınan Mir Məhəmməd, Mir Sədi, Hacı Qasım Çələbi, Bəhlul  Əfəndi 
kimi xalqa doğru yol göstərən adamları ilə də məşhur olmuşdur. Təəssüf 


 
69
ki, adını axırda çəkdiyimiz bu adamlar terrora və təqibə məruz qalmışlar. 
Lakin el-oba belə insanları heç zaman unutmayıb və unutmayacaqdır. 
 Kitabın bu bölməsində    əldə etdiyimiz materiallar əsasında bu 
şəxsiyyətlərin bir qismi haqqında məlumat verməyi özümə borc bildim. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
70
ABDULLAYEV ƏSKƏR ƏLƏKBƏR oğlu 
 
 Abdullayev 
Əskər 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı 
kəndində anadan olub. Orta məktəb təhsilini Kəlbəcər rayonunda 
almışdır.  
 1949-cu 
ildə Azərbaycan Sənaye  İnstitutunun (indiki Neft və 
kimya Akademiyası) bitirmiş, mühəndis-elektrik ixtisasına 
yiyələnmişdir. Azərbaycan Elmlər Akademiyası  tərəfindən Moskvaya 
SSRİ Elmlər Akademiyasının Avtomatika və telemexanika institutunun 
aspiranturasında təhsilini davam etdirmişdir.  
 1953-cü 
ildə texnika elmləri namizədi adını alaraq Bakıya 
qayıtmışdır. Bakıya qayıtdıqdan sonra Azərbaycan Maşınqayırma 
institutunun tərkibində avtomatika və telemexanika laboratoriyasını 
yaradıb, ona rəhbərlik etməyə başlamışdır. Sonra isə  həmin 
laboratoriyanın bazası  əsasında Sumqayıtdı neft və kimya sənayesində 
kompleksli avtomatlaşdırma elmi-tədqiqat layihə institutunun 
yaratmışdır. Bu institut az bir müddət  ərzində dünya miqyasında neft 
sənayesi üçün avtomatlaşdırma vəsaitləri və idarə sistemlərinin 
yaradılması və tətdiqi sahəsində tanınmışdır.  
 1985-ci 
ildə isə  Ə.Abdullayevin proyekti əsasında Azərbaycan 
"Neftqazavtomat" elmi istehsalat birliyi yaradılmışdır.  


 
71
 
Ə.Abdullayev həm də respublikada cihazqayırma sənayesinin 
təşəkkül tapmasında  və bu sahənin genişləndirilməsində böyük 
xidmətlər göstərmiş  və cihazqayırma sənayesi müəssisələri direktorlar 
şurasının sədri olmuşdur.  
 
Ə.Abdullayev 1969-cu ildə elmlər doktoru adı almıq üçün 
dissertasiya müdafiə etmiş və Azərbaycan EA müxbir üzvü seçilmişdir.  
 
Ə.Abdullayev 17 kitabın, 200-dən artıq elmi məqalənin və 70 
ixtiranın müəllifi olmuşdur. Onun bilavasitə  rəhbərliyi ilə 40 nəfər 
elmlər namizədi və doktoru hazırlanmışdır. 
 Əldə etdiyi nailiyyətlərə görə    Ə.Abdullayev 1969-cu ildə SSRİ 
Dövlət mükafatına və 1988-ci ildə SSRİ Nazirlər Soveti mükafatlarına 
layiq görülmüşdür. Bunlardan başqa  Ə.Abdullayevin  elmi xidmətləri 
"Oktyabr inqilabı", "Qırmızı  Əmək Bayrağı", "Şərəf nişanı" orden və 
medalları ilə mükafatlandırılmışdır.  
Böyük alimin xidmətləri Azərbaycan xalqı  tərəfindən heç bir 
zaman unudulmayacaqdır. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə