Əşir Bəşir oğlu Fətəliyev


HƏSƏN ŞİRALI OĞLU SADIQOV



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9957
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

 
72
HƏSƏN ŞİRALI OĞLU SADIQOV 
 
Həsən Şiralı oğlu Sadıqov 1928-ci ildə Qubadlı rayonunun Aşağı 
Mollu kəndində anadan olmuşdur. Erkən atasını və anasını itirmiş, dayısı 
Bəylər  Əliyevin himayəsi ilə  təhsil almağa başlamışdır. Lakin tale 
tezliklə bu qayğıkeş insanı da onun əlindən almışdır. Kimsəsiz qalan 
H,Sadıqov Gəncə  şəhərinə gedir və baytar-feldşer ixtisasına yiyələnir. 
Sonra  Şuşa zoobaytar texnikumunda təhsilini davam etdirmişdir. Lakin 
təhsilini yarımçıq qoyaraq ordu sıralarına gedir. Daha sonra öz arzusu ilə 
Ukraynanın Xerson şəhərində hərbi məktəbində oxuyur,  serjant və 2-ci 
dərəcəli radist ixtisasına yiyələnir. Bu ixtisas üzrə Krım vilayətinin 
Krasnoperekopski rayonunda hərbi işdə çalışır. 1953-cü ildə  həmin 
rayonda orta məktəbi başa vurur.  
H.Sadıqov 1955-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji 
Rus dili və ədəbiyyatı institutuna daxil olur və oranı qurtardıqdan sonra 
Saatlı rayonunda müəllimlik edir. 
1961-64-cü ildə Sumqayıt  şəhərindəki 5, 7 və 9 nömrəli 
məktəblərdə müəllim, sonra isə  məktəb direktoru işləyir. 1964-cü ildə 
Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və hüquq institutunun aspirantı 
olur. Sonra Sumqayıt şəhəri partiya komitəsində işlyəir. Lakin elmə olan 
böyük marağı onu partiya işindən ayırır.  


 
73
H.Sadıqov 1968-ci ildə namizədlik, 1984-cü ildə isə doktorluq 
dissertasiyası müdafiə edir və M.Əzizbəyov adına Neft və kimya 
instiututunun fəlsəfə və elmi kommunizm kafedrasının əvvəlcə aspirantı, 
sonra isə baş müəllimi işləyir. 1972-ci ildə  həmin institutun Sumqayıt 
filialının ictimai elmlər kafedrasının müdiri seçilir. O vaxtdan hal-hazıra 
qədər dosent, professor kimi həmin vəzifədə işləyir. H.Sadıqovun fəlsəfə 
elminin müxtəlif sahələrinə aid onlarla kitabı, yüzlərlə  məqaləsi vardır. 
Gənc kadrların hazırlanmasına da onun böyük xidmətləri vardır. Bu gün 
də Azərbaycanda elmə  qədəm qoyan gənclərin yetişdirilməsində  Həsən 
müəllim kimi müdrik alimlərimiz böyük rol oynayırlar. Bu kiçik  yazını 
Həsən müəllimin bir kiçik etirafı ilə tamamlamaq istəyirəm. O yazır ki, 
mənim bu zirvəyə çatmağımda həmişə  mənə dayaq olmuş, ailəmin 
gündəlik qayğılarını öz üzərinə götürmüş ömür-gün yoldaşım həkim 
Tamilla xanıma hədsiz minnətdaram.  
 
 
 
 
 
 
 
 
 
 


 
74
İSAXOV MƏHƏMMƏD İSMAYIL OĞLU 
 
İsaxov Məhəmməd  İsmayıl oğlu yaxın keçmişimizin görkəmli 
ictimai xadimi və xalq müəllimi kimi tanınmış bir şəxsiyyət olub. Çox 
əzablı və keşməkeşli bir həyat yolu keçən bu insanın idealı həmişə xalqa 
xidmət etməkdən ibarət olub.  
O, ilk təhsilini o vaxt Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə 
edən rus məktəbində  alıb. Bu məktəbdə  təhsil aldıqdan sonra Bakıya 
gəlmiş Nobel qardaşlarının mədənində fəhlə , telefonçu və kiçik kontor 
işçisi olmuşdur. Sonra inqilabçılar sırasına daxil olaraq Sovet 
hökumətinin düşmənlərinə qarşı mübarizə aparmışdır. 
Bundan sonra yaşının çox olmasına baxmayaraq Bakıda fəhlə 
fakültəsində  təhsilini davam etdirir, sonra Azərbaycan Dövlət 
Darülfünunun təbiət fakültəsində təhsil alır.  
Ali təhsilinin başa vrduqdan sonra Azərbaycan xalq 
müəllimlərinin sırasına daxil olur və ömrünün sonuna qədər şərəfli xalq 
müəllimləri sırasında bir dönməz əsgər kimi dayanır. 
Kəlbəcər və Qubadlı rayonlarında xalq maarif şöbələrinə rəhbərlik 
edir və bütün biliyini bu yolda sərf edir. 
Ömrünün son 13 ili ərzində  Məhəmməd Sadıxov  əvvəlcə Qiyabi 
Pedaqoji  İnstitutun direktoru, sonra isə Azərbaycan Elmi Tədqiqat 
Pedaqoji  İnstitutunda elmi işçi kimi fəaliyət göstərir. O, həmin illərdə 


 
75
təlim-tərbiyə işinə həsr olunmuş bir sıra samballı əsərlər yazır. Pedaqoji 
işi ilə yanaşı "Təbiyyat dərslərində ölkəşünaslıq işləri" mövzusunda 
dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi adını alır. 
O, xalq yazıçısı Süleyman Rəhimovun yaxın dostu olmuş  və 
böyük ədib bu dostluğu özünün "Aynalı" povestində vəsf etmişdir. 
Məhəmməd  İsaxovun keçdiyi həyat və mübarizə yolu böyük bir 
məktəbdir. 
 


 
76
ELMİRA MƏMMƏD QIZI RƏHİMOVA 
 
Elmira Rəhimova  xalqımızın ziyalı oğlu, görkəmli ictimai xadim, 
xalq müəllimi  İsakov Məhəmmədin qızı  və xalq yazıçısı    Süleyman 
Rəhimovun gəlini olub. 
Elmira Məhəmməd qızı atası kimi respublikamızda tanınmış,  ən 
ləyaqətli xanımlarımızdan biri olub. 
Elmira Məhəmməd qızı  Rəhimova 1933-cü ildə Bakıda anadan 
olub. Elmira xanım orta təhsilini başa vurduqdan sonra 1951-ci ildə 
Azərbaycan Sənaye  İnstitutunun (indiki Neft Akademiyası)  energetika 
fakültəsinə daxil olmuş və 1956-cı ildə oranı bitirərək elektrik- mexanik 
mühəndisi ixtisasına yiyələnib.  Əmək fəaliyyətinə 1956-cı ildən 
Sumqayıt Böru prokatı zavodunda prokat sexinin rəisi vəzifəsində 
başlayıb.  
Elmira xanımın sonrakı əmək faliyyəti isə çox zəngin olub.  Belə 
ki, o, 1957-1961-ci illərdə Neftkimyaavtomat ETİL-də, 1961-1966-cı 
illərdə keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin Elmi-tədqiqat 
işlərinin koordinasiyası üzrə  Dövlət Komitəsində, 1967-ci  ildən 1993-
cü ilə  qədər Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat 
institutunda işləmişdir. 
Elmira xanım 1993-cü ildən ömrünün axırına qədər isə 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində  işləmişdir. O, burada 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə