Əşir Bəşir oğlu Fətəliyev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9957
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

 
77
Xarici Sərmayələr idarəsində  məsul vəzifə yerinə yetirmişdir. Həyat 
yoldaşı xalq yazıçısı Süleyman Rəhimovun oğlu Arif Rəhimovdur. Belə 
xanımlarımızın həyat yolu həqiqi mənada bir məktəbdir. 


 
78
 
BAHADIR ASLAN oğlu HƏZİYEV 
 
Bahadır Həziyev Qubadlının Qəzyan kəndində anadan olub. Hələ 
uşaqlıqdan fiziki  cəhətdən tay-tuşundan fərqlənən Bahadır Həziyev 
1946- 1949-cu illərdə  hərbi xidməti başa vurub idman ustası kimi 
respublika yığma komandasına cəlb olunur.  
İdman ustası Bahadır Həziyev on dəfə Azərbaycan çempionu 
adına layiq görülüb. Sonra Yunan-Roma güləşi, sərbəst güləş, milli 
güləş, ağır atletika üzrə SSRİ idman ustası adını alır. Bundan başqa xalq 
arasında çıxışları ilə xalq pəhlivanı adına layiq görülür.  
1949-cu ildən isə Qubadlı rayonunda idmanın inkişafı, bu sahəyə 
yeni qüvvələrin gəlməsi üçün böyük əmək sərf edir. Əməkdar məşqçi 
Bahadır Həziyev Qəzyanda yerləşən evinin birinci mərtəbəsində güləş və 
atletika zalı yaradır və gənclərin bu işə cəlb olunmasına başlayır. 
1952-ci ildən başlayaraq idman sahəsində bir sıra məsul vəzifələri 
yerinə yetirir. Qubadlı rayon idman komitəsinin, Ovçuluq cəmiyyətinin, 
DOSAAF-ın, Məhsul Könüllu İdman cəmiyyətinin sədri vəzifələrində 
çalışır. 
Əməkdar idman ustası, dünya çempionu, Afina olimpiadasının 
gümüş mükafatçısı  Məmmədəliyev Heydər Nurəddin oğlu, Avropa  
çempionu, hərbçilər sırasında dünya çempionu Məmmədov Elsevər 


 
79
Yusif oğlu, yenə də Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası 
Məmmədov Məhəmməd Dilən oğlu və bir çoxları Bahadır Həziyevin 
yaratdığı Yunan-Roma güləş məktəbinin yetişdirmələridir. 
Hazırda Bahadır Həziyevin övladlarından və digər gənclərimizdən 
ibarət böyük bir dəstə onun işini davam etdirir. Ruhu şad olsun! 
 


 
80
SƏRXAN BABAŞ oğlu QULİYEV 
 
 Beynəlxalq dərəcəli qrossmeyster Sərxan Babaş  oğlu Quliyev 
1968-ci ildə Qubadlı rayonunun Mollu kəndində anadan olub. Orta 
təhsilini başa vurduqdan sonra 1985-ci ildə Azərbaycan Dövlət  İqtisad 
Universitetinə  qəbul olmuş  və 1992-ci ildə oranı bitirərək mühəndis-
iqtisadçı ixtisasına yiyələnmişdir. 
1994-cü ildə "Rusiya Dövlət Bədən Tərbiyəsi və  İdman 
Akademiyası"nda oxumuş  və 1996-cı ildə oranı bitirərək "Ali dərəcəli 
məşqçi" rütbəsini almışdır. 1997-ci ildə isə həmin Akademiyanın şahmat 
kafedrasında aspiranturaya qəbul olunmuş  və eyni zamanda orada 
müəllim işləmişdir. 
1992-ci ildə Beynəlxalq usta, 1995-ci ildə isə Beynəlxalq 
qrossmeyster rütbəsinə yiyələnmişdir. Moskva-1994, Elista-1998 
ümumdünya  şahmat olimpiadasında və Pula-1997  Avropa komanda 
birinciliyində Azərbaycanı ləyaqətlə təmsil etmişdir. Sonra Veloreçensk 
–1991, Fridik – Mistik – 1992, Çessko-Budoyovistsa – 1992, Minsk-
1994, Vladivostok – 1994, Moskva – 1995, Tehran – 1999, 2000, İzmir 
– 2000, Bakı – 1994-cü il beynəlxalq yarışlarının qalibi olmuşdur. 
Sərxan Quliyev 17 dəfə müxtəlif səviyyəli yarışlarda Azərbaycan yığma 
komandasının tərkibində çıxış etmişdir. 


 
81
Sərxan Quliyev həm də şahmat nəzəriyyəçisidir. "Namizədlikdən 
qrossmeystrliyədək" (Moskva, 1997), "Şahmat dərs vəsaiti" (Tehran, 
2002), "Standart şahmat sonluqları" (Bakı, 2002) və daha bir sıra 
kitabların müəllifidir. 
O, Türkiyə  və  İran milli yığma komandasının baş  məşqçisi 
vəzifəsində də işləmişdir.  
Azərbaycanın idman şərəfini göylərə qaldıran Sərxan Quliyevə 
yeni-yeni uğurlar arzulayırıq.  


 
82
 
ƏMƏKDAR MÜƏLLİM ƏLİF İSMAYILOV 
 
İsmayılov Əlif Qulu oğlu 1919-cu ildə  Qubadlı rayonunun Mollu 
kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan 
Dövlət Universitetinin  tarix fakültəsinə qəbul olub və 1953-cü ildə oranı 
bitirib. Universitet təhsilini başa vurduqdan sonra əvvəlcə tarix müəllimi 
və sonra isə kəndlərində məktəb direktoru vəzifəsində işləyib. 
Yaxşı müəllim və yaxşı  məktəb direktoru kimi respublika 
müəllimlər qurultayının iştirakçısı olub. Rayon partiya komitəsi 
plenumlarının, konfranslarının iştirakçısı olub, büro üzvü seçilib. Rayon 
ictimaiyyəti arasında böyük nüfuz qazanıb. Bütün bu işlərinə görə bir 
neçə ordan, medal və fəxri fərmanla təltif olunub. Onun əməyinə verilən 
ən şərəfli ad isə "Əməkdar müəllim" adıdır.  Əlif İsmayılov deyərdi ki, 
mən bu mükafatlardan daha çox yetişdirdiyim  tələbələrlə  fəxr edirəm. 
Bu doğrudan da belədir. Onun yetişdirdiyi gənclərin sorağı 
respublikamızın hər yerindən gəlir. Fəxr etdiyi işə layiq olub, Əlif 
müəllim!  
Əlif müəllim ailə başçısı kimi də nümunəvi bir insan olub. İki 
oğul, dörd qız tərbiyə edib, hamısına təhsil verib. Belə insanların həyat 
və fəaliyyəti bir məktəbdir. Bu məktəbin dərslərini unutmaq olmaz. 
 


 
83
MƏHƏRRƏMOV MİRZƏ MEHDİ oğlu 
 
Məhərrəmov Mirzə 1940-cı ildə Qubadlı rayonunun Mollu 
kəndində anadan olub. Hələ kiçik yaşlarından təbiətin gözəlliklərinin 
vurğunu olub. 1959-cu ildə  hərbi xidmətə yollanır. Elə  hərbi xidmətdə 
olarkən ilk yazısı 1961-cı ildə Zaqafqaziyada Hərbi Dairəsinin orqanı 
olan " Krasnaə Zvezda" qəzetində  dərc olunur. Bu  yazı onu yazıb-
yaratmağa həvəsləndirir. 1962-ci ildə hərbi xidməti başa vurub Sumqayıt  
şəhərinə qayıdır və  həmişəlik taleyini bu şəhərlə bağlayır. Sumqayıt o 
dövrdə qaynar qazana bənzəyirdi. SSRİ-nin hər yerindən bu şəhərə 
gənclərin axını başlamışdı. Mirzə müəllim də bu axına qoşularaq 
gələcəyə yol açmaq barədə düşünür. Sumqayıta gələn kimi işə  qəbul 
olunur və işləyə-işləyə fəhlə-gənclər orta məktəbində təhsil alır. 1966-cı 
ildə orta məktəbi  başa vuraraq sənədlərini o zamankı V.İ.Lenin adına 
Azərbaycan Dövlət Pedaqoji İnstitutuna verir və həmin institutu 1973-cü 
ildə qurtarır. Bundan sonra onun yaradıcılıq qabiliyyəti daha da parlayır. 
"Sosialist Sumqayıtı", "Avanqard", "Gənc müəllim" qəzetlərində 
müxtəlif mövzulara həsr edilmiş məqalələrlə çıxış edir.  
Yaradıcılıqla yanaşı  əsl peşəsi olan müəllim kimi fəaliyyətini 
davam etdirir. İndi onun bu sahədə 36 illik təcrübəsi var.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə