95
Bakıda məhşur tar çalan Abdulla Qurbaninin qardaşıdır. 1984-cü ildə bu
ailə Türkiyəyə köçüb. Arzu xanım Türkiyədə öz sənətini davam etdirir.
Onun Türkiyədə azəri mahnılarından ibarət klipi və audio kaseti
buraxılıb. Yoldaşı Mühsin Qurbani Ankara Dövlət Kültür Bakanlığında
kamança şöbəsinə rəhbərlik edir. Bir oğlan övladları var.
96
QULİYEV LOĞMAN BABAŞ oğlu
Loğman Quliyev 1974-ci ildə Qubadlı rayonunun Mollu kəndində
anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün
sənədlərini Azərbaycan Dövlət İqtisad Universitetinə verir və oranı
qurtararaq iqtsadçı peşəsinə yiyələnir.
1998-ci ildən Azərbaycan ordusunda xidmət edir. Ordudan
qayıtdıqdan sonra ikinci ixtisas almaq üçün sənədlərini Azərbaycan
Dövlət rus dili və ədəbiyyatı institutuna verir və ikinci kursdan
Azərbaycan Dövlət Dillər Universitetinə dəyişilir və 2003-cü ildə həmin
universitetin ingilis dili fakültəsini bitirir. Hələ universitetdə oxuyarkən
şahmata böyük maraq göstərir, bir sıra yarışlarda qalib gələrək şahmat
üzrə beynəlxalq usta adına layiq görülür.
Bundan sonra o, respublikada və beynəlxalq aləmdə keçirilən
şahmat yarışlarında iştirak edir və uğurlar qazanır.
Loğman Quliyevin beynəlxalq şahmat yarışlarında tutduğu yerlərə
nəzər salsaq, onun necə şahmatçı olduğunu aydın görərik. 1994-cü ildə
Drezdendə (Almaniya) ikinci yer tutur. Qalan yarışların: Moskva-1995,
Krasnoyarski – 1997, Bakı – 1995, Dubay – 2001, Cando (Fransa) 2003
və digər yarışlarda birinci yeri tutmuşdur. Əlbəttə, bütün bunlar
Azərbaycan şahmat tarixi üçün qiymətli səhifələrdir.
Loğman Quliyevi həm də nəzəriyyəçi şahmatçı da adlandırmaq
olar. Onun bu sahəyə dair şahmatçılar arasında marağa səbəb olan bir
97
çox məqalələri dərc olunub. Loğman Quliyev uzun müddət Respublika
Həmkarlar İttifaqı şahmat-dama klubunda məşqçi-müəllim vəzifəsində
işləyib.
Sizə bu sahədə yeni uğurlar arzulayırıq!
Mən əldə etdiyim materiallar əsasında elimizin-obamızın bir sıra
ağsaqqal və ziyalı adamları haqqında yazımı yekunlaşdırıram. Bunu da
bilirəm ki, bunlar heç də ziyalı və ağsaqqalarımızın hamısını əhatə
etmir. Şirin Vəliyev, Hüseynquluyev Əliş, Quliyev Həbib, Orucov
Bəylər, Şükürov Asif, Həsənova Dilşad, Məhərrəmov Nadir, Səfərova
Dilrubə, Orucov Ağamirzə kimi ağsaqqal çoxdur. Onların sayı onlarla
yox, yüzlərlədir.
Uzun müddət maarif müdiri işləmiş Vahid Əliyev bir sıra məsul
vəzifələrdə işləmiş Əli Əliyev, yenə də təhsilimizin inkişafında
xidmətləri olmuş Muradxan Sadıqov, Əbdüləli İmanov, Nizami Rzayev,
Bəhram İsakov, Əvəz Hüseynəliyev, İsa Məhərrəmov, həyatdan vaxtsız
getmiş oğlum Qabilin ən çox sevdiyi müəllimlər İskəndər Məmmədov,
Allahverdi Allahverdiyev, Roza Əsgərova, Həsən Əsədov, Hümbət
Hümbətov, Rasim Xalıqverdiyev, Müştaba Məmmədov, Əbdüləli
İmanov, Əlif İsmayılov, Ramiz Abbasov, Fazil Nəzərov və onlarca
başqa ziyalılarımızı minnətdarlıq hissi ilə yad edirəm. Onlara elmimizin-
obamızın qarşısında xidmət göstərdiklərinə görə çox sağ olun və
dünyasını dəyişənlərə ruhunuz şad olsun deyirəm.
98
BİR OCAĞIN ÖVLADLARI
Qubadlının adlı-sanlı adamlarından, görkəmli ziyalılarından
danışarkən xeyirxahlığı, elə-obaya bağlılığı ilə ad-san qazanmış
Adıgözəlovlar ocağının yetişdirdiyi insanlar barədə ayrıca söz açmağa
ehtiyac duydum. İlk növbədə ona görə ki, bu ocağın böyükləri kimi,
övladları da öz həyatlarını xalqına həsr etmiş insanlar olublar.
99
ADIGÖZƏLOV SALAM ZEYNALXAN OĞLU
Bu ailənin başçısı Salam Zeynalxan oğlu Adıgözəlov əslən
Ermənistanın Sisyan rayonundandır. Lakin onun həyatının böyük bir
hissəsi Qubadlı rayonu və onun əməksevər insanları ilə bağlı olub. O,
Qubadlı və Zəngilan rayonlarında rayon partiya komitəsinin birinci
katibi kimi məsul vəzifələrdə işləyib. O ağır illərdə sözün əsl mənasında
bütün zəkasını, biliyini, bacarığını xalqına həsr edib. Partizan
dəstələrinin tərkibində əbədi düşmənimiz olan erməni quldurlarına qarşı
ölüm-dirim mübarizəsi aparıb. Zəngilan və Qarabağ bölgəsində erməni
generalları Heydenin, Dronun, Tevanın quldur ordusuna qarşı igidliklə
vuruşan dəstənin komandiri olub. Əlbəttə o ağır illərdə belə bir
mübarizəyə qoşulmaq və bu mübarizəyə rəhbərlik etmək olduqca çətin
və məsuliyytli bir iş idi. Xalqımızın bir qismini faciə qarşısında qoyan
hiyləgər ermənilərə cavab vermək mərdlik və cəsarət tələb edirdi. Salam
Adıgözəlov bütün bu işlərinə görə xalq arasında tezliklə məşhurlaşmış və
elin-obanın böyük hörmətini qazanmışdır.
Salam Adıgözəlov otuzuncu illərin ortalarında da çox məsul
vəzifələrdə olmuşdur. Qubadlıda Daxili işlər şöbəsinin müdiri (NKVD),
müharibə illərində və ondan sonra isə rayon icraiyyə komitəsinin sədri
kimi məsul vəzifələr yerinə yetirmişdir.
100
ADIGÖZƏLOVA ƏMİNƏ TALIB qızı
Adıgözəlovun həyat yoldaşı Əminə Talıb qızı Məmmədova da
adlı-sanlı bir ailənin övladı olmuşdur. Xalq yazıçısı Süleyman Rəhimov
Adıgözəlovlar ailəsinin yaxın dostu olmuş və bu ailə haqqında onun çox
qiymətli xatirələri vardır. O, bu ailənin xanımı Əminə xanım haqqında
demişdir ki, Qubadlının iki gözəl qızı vardı ki, onlardan biri Əminə idi.
Qaçaq Nəbinin ən yaxın qohumlarından olan Əminə xanım da şərəfli bir
həyat yolu keçmişdir. O, müəllim adını ləyaqətlə ucaltdığına, bu sahədə
əldə etdiyi böyük uğurlara görə Moskvada keçirilən müəllimlər
qurultayına nümayəndə seçilmiş, əməkdar müəllim adına layiq
görülmüş, 1940-cı ildə SSRİ Ali Sovetinin Rəyasət heyəti tərəfindən
"Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Salam kişini və onun ömür yoldaşı Əminə xanımı eldə-obada
məşhurlaşdıran səbəblərdən biri də onların hər ikisinin ağır illərdə xalqın
əlindən tutmaları, imkansızlara maddi cəhətdən kömək etmələri
olmuşdur.
Ailənin böyük oğlu professor Fikrət Adıgözəlov öz xatirələrində
yazır ki, ata və anamı elə bil ki, "Allah bir xasiyyətdə, bir düşüncədə
yaratmışdı. Qapımıza gələn elə bir adam tapılmazdı ki, istədiklərini alıb-
getməsinlər. Çox alicənab, əliaçıq və xeyirxah insanlar idilər. Onların
hərəkətlərində müşahidə etdiklərim xeyirxah əməllər mənim
psixologiyama da dərin izlər buraxıb".
Dostları ilə paylaş: |