Əşir Bəşir oğlu Fətəliyev



Yüklə 5,01 Kb.

səhifə2/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   32

 
8
 
 
Çöllərə atılmış daş parçasının 
 
 
Ömrü saya gəlmir, yaşı bilinmir 
  Bu 
dünyanı qurub-yaradan insan 
  Bu 
sirrin 
önündə bəs niyə dinmir? 
 
 Gileyim 
yaranmışların  əşrəfi olan insan ömrünün azlığındandır. 
İşğal altında olan Qubadlıda qədim tarixə malik bir sıra memarlıq 
abidələri vardır. Bunların sırasında dördüncü əsrə aid Gavur  dərəsindəki 
mağara-ibadətgahı, Muradxanlıdakı  və beşinci  əsrə aid «Qalalı» qalası, 
XIV əsrin  yadigarı Dəmirçilər kəndindəki iki türbə və məscid, yenə də 
on dördüncü əsrə məxsus Yazı düzündəki Cavanşir türbəsi, Əliquluuşağı 
kəndindəki mağara-ibadətgah, Göy qala, Laləzər və Hacıbədəl körpüləri 
xalqımızın qəhrəmanlıq tarixindən xəbər verən abidələrdir. Bütün bunlar 
Qubadlını görənlərin, orada doğulub, boya-başa çatanların hamısının 
ürəyini sızıldadır, yuxularını ərşə çəkir. 
 Qubadlıdan didərgin düşənlər öz vətənlərinin necə  və hansı 
yollarla  əldən getdiyini çox yaxşı bilirlər. Bəs, oradan kənarda 
doğulmuşlar necə? Biz onlara necə cavab verməliyik? Axı, onların ata və 
anaları Qubadlılardır. Tarix bizi bənzəri çox az təsadüf edilən bir 
hadisəylə qarşılaşdırıb. Axırını gözləyək. 
 Bir 
də ki, təkcə  Vətən dərdi olsaydı  nə vardı? Ermənilər işğal 
etdikləri bütün Azərbaycan torpaqlarını, o cümlədən  qədim tarixə malik 


 
9
Qubadlını da özlərininki hesab edir. Guya bu yerlər onların ata-baba 
torpaqlarıdır, biz bu yerləri onların  əlindən almışıq. Bu məxluqlar nə 
qədər həyasız imişlər?! Bunun üçün hər cür iftira və yalandan istifadə 
etməyi bacaran ermənilər belə bir uydurma irəli sürürlər ki, guya indi 
Azərbaycanda yaşayan azəri türkləri  gəlmədirlər. Özü də bu uydurmalar 
bu günün işi olmayıb, onların on illərlə bundan əvvəl qaldırdıqları hay-
küylərdir. Ermənilər 50-ci illərdən başlayaraq daha da  həyasızlaşaraq 
«Böyük Ermənistan» ideyasını irəli sürmüş  və bu barədə cild-cild  
kitablar buraxmağa başlamışlar. Onların son zamanlar  tərtib etdikləri 
qondarma xəritələr  indi bütün dünyanı dolaşmaqdadır.  
 
Sual olunur: bu torpaqlar sizinki olubsa, onda nə üçün iddia 
etdiyiniz Azərbaycan torpaqları ərazisində lap  qədimdən bu günə qədər 
erməni adı    ilə bağlı bir kənd, bir dağ, bir  çay adlarına rast gəlinmir. 
Hələ Azərbaycanı demirəm, Sizin indi yaşadığınız  ərazidə  də erməni 
mənşəli bir yer adına rast gəlinmir. Biz danışmaq  əvəzinə, siz 
danışırsınız. 
 ABŞ tarixçiləri Makkarti qardaşları Azərnəşr tərəfindən 1996-cı 
ildə «Turki i arməni» adlı bir kitab nəşr etdiriblər. Bu kitabda erməni- 
azərbaycanlı  həqiqətlərinə dair bir sıra faktları açıqlayıblar. Görün bu 
yad ölkənin tarixçiləri nə yazır: «Ermənistan respublikasının indi 
yerləşdiyi ərazi, ermənilərin deyil,  azərbaycanlıların (türklərin) olub. Elə 


 
10
bu səbəbdən də Ermənistan  ərazisində olan coğrafi adların  əksəriyyəti  
azərbaycanlılara məxsusdur» və s.  
 Onda 
belə bir sual meydana çıxır ki, bəs ermənilər Azərbaycan 
torpaqlarında  nə vaxtdan peyda olublar?  Sualın cavabı hamıya, o 
cümlədən başqa ölkələrə  də gün kimi aydındır. Belə ki, 1828-ci il 
«Türkmənçay müqaviləsi» ilə Azərbaycan torpaqları Rusiya ilə  İran 
arasında bölüşdürülərkən İran və Türkiyə ərazisində  yaşayan ermənilər 
Azərbaycan torpaqlarına köçürülməyə başlamışdır.  Əlbəttə, Rusiyanın 
köməyi və himayəsi ilə. Bu tarixdir və son dövrlərə  qədər ermənilərin 
özləri də bu həqiqəti təsdiq edirdilər. 
  
Lakin 
məsələnin başqa bir cəhəti vardır ki, bunun üçün biz, yəni 
tarixçilərimiz, bir sıra dövlət başçılarımız çox günahkardırlar. 
Tarixçilərimiz susmuş, vaxtında ermənilərə cavab verməmiş 
Azərbaycana rəhbərlik edənlərin bəziləri isə ermənilər torpaqlarımıza 
qarış-qarış yiyələnəndə «Allah xeyir versin» – demişlər. 
 Getdikcə bir çox Azərbaycan  əraziləri, o cümlədən vaxtilə 
Qubadlının da daxil  olduğu Zəngəzur torpaqları ermənilərin məskəninə 
çevrilmişdi. Elə bil kə, çətini bu əclafların ayaqlarının bu yerlərə 
açılması idi. Sonra addım-addım yerlərini möhkəmləndirməyə başladılar. 
 1948-50-ci 
illərdə respublikamızın  ərazisinə ermənilərin növbəti 
axını başlandı. Vaxtilə    Azərbaycan  şəhəri olan İrəvan, Gəncə, Dağlıq 
Qarabağ və digər  ərazilərimizdə ermənilərin sayı  artdı. 


 
11
 Azərbaycanlıların açıqürəkliliyindən, qonaqpərvərliyindən istifadə 
edib, yaxşı evlərə  və  vəzifələrə  yiyələndilər. Qəlbimizi oğurlayıb 
qızlarını oğlanlarımıza ərə verdilər. 
 Ermənistan deyilən məkanda isə azərbaycanlıların sayı getdikcə, 
ilbəil azalmağa başladı. Bir də gözümüzü açdıq ki, ata-baba yurdumuz 
Qərbi Azərbaycanda bir nəfər azərbaycanlı qalmayıb. İndi isə  dünyanın 
beyninə belə bir fikir aşılayırlar ki, Azərbaycanın böyük bir hissəsi 
bizimdir. Nə isə bu əclafların «niyyətlərini» sadalamaqla qurtaran deyil. 
 Erməni  əclaflarının hərəkətlərini bir daha yada salmaqda 
məqsədim ondan ibarətdir ki, bu günkü faciələrimizin  əsas səbəbi 
onlardır.  Əhalimizin qaçqın və köçkün vəziyyətinə düşməsinin, ağır 
vəziyyətdə yaşamasının ilk səbəbi onların pis niyyətləridir.  
 Lakin 
bu 
işdə sapı özümüzdən olan baltaların da rolu çoxdur.  
Hakimiyyət uğrunda içərimizdə gedən mübarizə, ayrı-ayrı 
qruplaşmaların ümumi işə vurduğu zərbələr, respublikaya rəhbərlik 
etmiş dırnaqarası liderlərin hadisələri vaxtında  qiymətləndirə bilməməsi 
və çox zaman isə  xəyanəti bizim bu günə düşməyimizdə az rol 
oynamayıb. 
 
Bütün bunlardan sonra  nə qədər qayğı da görsək . günümüz xoş 
da keçsə Vətən həsrəti, doğma yurd nisgili hər gün bizi sıxır və qayıtmaq 
arzusu ilə yaşayırıq. Arzumuz isə  hələlik ürəyimizdə qalır. Qaçqın və 
köçkün düşməyimizdən 15 ilə yaxın vaxt keçir. İki-üç ildən sonra 



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə