Əşir Bəşir oğlu Fətəliyev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9957
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

 
101
Onlar həm də yaxşı ata və ana olmuşlar. Beş övlad böyüdüb 
tərbiyə etmişlər.  İndi onların boya-başa çatdırdığı insanlar öz 
valideynləri kimi xalqımız üçün çox lazımlı insanlardır. 
 
ADIGÖZƏLOV FİKRƏT SALAM oğlu  
 
 Fikrət Adıgözəlov 1943-cü ildə Qubadlı rayonunda anadan olub. 
Ali təhsilin başa vurduqdan və ordu sıralarında xidməti vəzifəsini yerinə 
yetirdikdən sonra 1968-ci ildə Azərbaycan Dövlət Plan komitəsinin ET 
iqtisadiyyat institutunda kiçik elmi işçi, baş elmi işçi işləmiş, 1976-cı 
ildə isə su resursları  və su təsərrüfatı  tikintiləri bölməsinə  rəhbərlik 
etmişdir. O, 1983-1991-ci illərdə Azərbaycan  İnşaat Mühəndisləri 
institutunda "Hidrotexnika işlərinin təşkili və texnologiyası" kafedrasının 
dosenti, 1991-1997-ci illərdə  həmin kafedranın professoru seçilmişdir. 
1988-1999-cu illərdə isə humanitar və ictimai fənlər kafedrasının müdiri 
işləmişdir. 1999-cu ilin sentyabrından o, "İnşaatın iqtisadiyyatı" 
kafedrasının professoru vəzifəsində çalışır.  
 Fikrət Adıgözəlov  elm və tədris ocaqlarında işlədiyi müddətdə su 
problemlərinə dair dövlət  əhəmiyyətli elmi-tədqiqat işləri yerinə 
yetirmiş, respublikamızda su təsərrüfatı  təyinatlı çoxlu tikinti 
obyektlərinin inşasının səmərəliliyini elmi cəhətdən  əsaslandırmışdır. 
Bunların  əksəriyyəti ölkənin xalq təsərrüfatı planına daxil edilərək


 
102
tikintisi həyata keçirilmişdir ki, bu da respublikamızda ucuz elektrik 
enerjisi istehsalının artmasına və suvarılan sahələrdə kənd təsərrüfatının 
inkişafına böyük təsir göstərmişdir. 
 Fikrət Adıgözəlov su təsərrüfatının aktual problemlərinə dair 
apardığı elmi-tədqiqat işlərinə yekunlaşdıraraq 1976-cı ildə "Sudan 
səmərəli istifadə olunmasının və mühafizəsinin Naxçıvan MSSR-də 
məhsuldar qüvvələrin inkişafı  və yerləşdirilməsinə  təsiri"nə dair aktual 
bir mövzuda dissertasiya müdafiə edərək iqtisad elmləri  namizədi 
alimlik dərəcəsi almışdır. 
 F.S.Adıgözəlovun tədqiqatları konkret nəzəri, metodoloji və 
praktiki  əhəmiyyət kəsb edən problemlərin dərindən həllinə 
yönəldiyindən geniş aprobasiya olunmuşdur. O, Azərbaycan Dövlət Plan 
Komitəsinin  ET İqtisadiyyat institutu tərəfindən işlənən "Azərbaycan 
SSR-də 1970-1990-cı illərdə  məhsuldar qüvvələrin  inkişafı  və 
yerləşdirilməsinin  əsas istiqamətləri" və "2000-ci ilə  qədər dövr üçün  
Azərbaycan SSR-də  məhsuldar qüvvələrin inkişafı  və yerləşdirilməsi 
sxemi"nin  əsas müəlliflərindən biri olmuşdur. Onun tərəfindən keçmiş 
ittifaqda ilk dəfə su ehtiyatlarının müxtəlif olduğu sahələrdə iqtisadı 
rayonlar üzrə su təsərrüfatı balansları  tərtib edilmişdir ki, bu da 
regionların su təminatını daha düzgün əks etdirməklə su anbarları  və 
digər böyük su təsərrüfatı obyektlərinin tikintisini iqtisadı  cəhətdən 
əsaslandırılıb həyata keçirilməsinə imkan vermişdir. F.S.Adıgözəlov 


 
103
tərəfindən su  təsərrüfatı balanslarının işlənməsi metodikası  və  tərtibi 
mərkəzi təşkilatlar tərəfindən yüksək qiymətləndirilmiş və onların əməli 
işində öz əksini tapmışdır. 
 Prof.Fikrət Adıgözəlov ilk dəfə olaraq suvarma və su kəməri 
sistemlərindən  əkin suyunun, texniki və içməli suyun spesifik 
xüsusiyyətlərini nəzərə alaraq bu sulardan istifadənin səmərəliliyini əks 
etdirən göstəricilər sistemini işləyib hazırlamışdır. Bu göstəricilər öz 
növbəsində suvarma və su təchizatı sistemlərinin istismarı 
müəssisələrinin təsərrüfat fəaliyyətinin səmərəliliyini  əks etdirməyə 
imkan verir. 
 Bazar 
iqtisadiyyatı  şəraitində istehsal və xidmət sahələrinin 
yenidən təşkili və bu sahələrin səmərəliliyini müəyyən edən 
göstəricilərin yenidən işlənməsinin vacibliyini əsas məsələlərdən biri 
kimi qarşıya qoymuşdur. Sovet dövründən fərqli olaraq əkin suyunun 
pullu istifadə olunması hidrotexniki qurğu və  şəbəkələrin tikintisinə 
investisiya yönəldilməsinin ümumi (mütləq) və müqayisəli iqtisadi 
səmərəliliyi müəyyən etmək üçün özünün metodikasını  işləyib 
hazırlamışdır. 
 Sudan pullu istifadənin kənd təsərrüfatı müəssisələrinin iqtisadi 
durumuna mənfi təsir etməsinin qarşısını almaq, sudan səmərəli istifadə 
olunmasını  təmin etmək üçün professor F.S.Adıgözəlov elmi cəhətdən 


 
104
suya differensial qiymətlərin qoyulmasına dair özünün metodikasını 
işləyib hazırlamışdır. 
Prof. Fikrət Adıgözəlov  iqtisadi elminin digər sahələrinin 
problemlərinə aid də geniş  tədqiqatlar aparmışdır. Respublikamızın 
torpaqlarından səmərəli istifadə olunması ilə  əlaqədar onun apardığı 
tədqiqatlar, ayrı-ayrı iqtisadi rayonlar üzrə torpaq balanslarının 
işlənməsi, perspektiv dövr üçün torpaqların tranformasiyası, onların 
münbitliyindən asılı olaraq torpaqların iqtisadi qiymətləndirilməsi, 
həmçinin suvarılan torpaqlarda istehsalın intensivləşməsinə dair apardığı 
tədqiqatlar mühüm elmi-praktiki əhəmiyyətə malikdir. Alimin kənd 
təsərrüfatında maddi-texniki resurslar bazarının formalaşması və inkişafı, 
kənd təsərrüfatında texniki xidmətin formaları  və onların səmərəli 
təşkilinə aid tədqiqatları mühüm elmi maraq doğurur. 
Fikrət Adıgözəlov  tikinti kompleksinin inkişafını təmin edən bir 
çox poblemlərin, o cümlədən tikintinin maliyyələşdirilməsi, onun maddi-
texniki bazasının yüksəldilməsinin texniki resurslarla təmin olunmasının 
yaxşılaşdırılması problemləri və tikinti işlərinin təşkili və 
texnologiyasının təkmilləşdirilməsinin istehsalın iqtisadi səmərəliliyinin 
yüksəldilməsindəki roluna və bir çox digər məsələlərin həllinə aid geniş 
tədqiqat işləri ilə məşğul olmuşdur. 
Fikrət Adıgözəlovun respublikada pul-kredit sisteminin təşkili və 
inkişafına, həmçinin respublikaların və regionların iqtisadi inkişaf 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə