Əşir Bəşir oğlu Fətəliyev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9957
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

 
110
də  təqdir olunacaq səviyyədə. Atanızın etimadını doğrultduğunuz üçün 
Sizə çox sağ olun deyirik, Klara xanım! 
 Klara 
xanımın boya-başa çatdığı ailədə  təsadüflər də olub, 
zərurətlər də. Lakin aqilliyi ilə daha çox fərqlənən Salam kişi həmişə 
cəmiyyət üçün daha faydalı olan işlər barədə düşünüb. Bu düşüncə tərzi 
onun övladlarına da irsən keçib. 
 Klara 
xanım həkimlik peşəsinə yiyələnməyə ona görə üstünlük 
verib ki, bu peşə ilə insanlara daha çox fayda vermək olar. Bu amalla o, 
özünə bu peşəni seçib və seçimində yanılmayıb. 
 Bilmirəm Klara xanım mənimlə razılaşar, ya yox. Mənə belə gəlir 
ki, bu müqəddəs peşəni bir də  ona görə seçib ki, əziz anasını ölümün 
qara pəncəsindən xilas edə bilməyən həkimlərin intiqamını əzraildən ala 
bilsin. Hər halda bu seçimə bu amil də təsir etməmiş olmaz. 
 Klara 
xanım xoşbəxt insandır. Bu xoşbəxtliyin səbəbi təkcə neçə-
neçə insanlara şəfa verib  həyata qaytarması deyil, həm də ondadır ki, 
onun mərd bir ömür yoldaşı var, gözəl balaları, istəkli nəvələri var. 
Nəvələrinin toyunu görəsən, Klara xanım! 
 Klara 
xanım seçdiyi həkimlik peşəsinə yiyələnəndən sonra bir 
çoxları kimi şəhərdə özünə rahat iş axtarmayıb, ilk növbədə çörəyi və 
suyu ilə böyüyüb boya-başa çatdığı elinə-obasına xidmət etməyə 
üstünlük verdi və belə də etdi. Eli-obası da onun əməyinə yüksək qiymət 
verdi, hörmətini uca saxladı. Təkcə Qubadlıya yox, böyük bir bölgəyə - 


 
111
Zəngilan, Laçın camaatına xidmət göstərdi.  İndi bu bölgənin adamları 
onun adını, peşəsini hörmətlə  dilə gətirirlər. 
 Klara 
xanım Qubadlı üçün çox ağır olan o illərdə, Qarabağ savaşı 
dövründə Xanlıqda yaralılara xidmət etdi, həmvətənləri ilə bir yerdə 
oldu. 
 Yağı düşmən o yerlərə yiyələnəndən sonra Bakıda  ən məşhur 
səhiyyə ocaqlarında əhalimizə xidmət göstərir. Harada işləməsindən asılı 
olmayaraq orada yaxşı bir iz qoyub gedir. Hazırda o, "Azərsutikinti"  adı 
ilə tanınan  xəstəxanada öz sevimli peşəsi ilə insanların xidmətində 
dayanıb. Klara xanım 45 ildir ki, ailələrə xidmət göstərir, övlad həsrətilə 
yaşayan insanlara SEVİNC bəxş edir. Bundan yaxşı nə ola bilər. 
 Salam 
kişinin çörəyi, Əminə xanımın südü sənə halal olsun, Klara 
xanım! 
 
 
 
 


 
112
MƏFKURƏ SALAM qızı ADIGÖZƏLOVA (HÜSEYNOVA) 
 
 Adıgözəlovlar ocağının yetişdirdiyi övladlarından biri də Məfkurə 
xanımdır. Məfkurə xanım 1939-cu ildə Qubadlı rayonunda anadan 
olmuşdur. Adlı-sanlı insanlar olan Salam kişinin və onun həyat yoldaşı 
Əminə xanımın tərbiyəsindən çıxmış Məfkurə xanım hələ orta məktəbdə 
oxuyarkən ictimai-siyasi işlərə maraq göstərmiş, 1958-ci ildən 1962-ci 
ilə  qədər olan dövrdə Qubadlı rayon komsomol komitəsinin  birinci 
katibi olmuşdur. Hələ erkən onun təbiətində özünü biruzə verən bu 
fəallıq sonrakı dövrlərdə  də onun yol yoldaşı olmuşdur. Məfkurə 
xanımın işgüzarlığı, yerinə yetirdiyi işlərdə  tələbkarlığı onu respublika 
komsomol komitəsində məsul vəzifələrə gətirib çıxarmışdır. O, 1966-cı 
ildə  təhsilini Azərbaycan Dövlət Universitetində başa vuraraq filoloq 
ixtisasına yiyələnmişdir. Fəallığına, çalışqanlığına görə tay-tuşlarından 
fərqlənən Məfkurə xanım Bakıda Ali Partiya məktəbinə daxil olub və 
oranı başa vuraraq, ikinci ali təhsil almışdır.  
 1971-ci 
ildən başlayaraq həyatını Azərbaycan Dövlət Tibb 
İnstitutuna bağlayıb,  əvvəlcə Azərbaycan dili kafedrasında müəllim, 
sonra baş müəllim və nəhayət, dosent vəzifəsini tutmuşdur. 
 1984-cü 
ildə "Müasir Azərbaycan dilində  xəbərlik kateqoriyası" 
mövzusunda dissertasiya işi müdafiə edərək, filologiya elmləri namizədi 
adını alıb. Hazırda "Azərbaycan dili" kafedrasında dosent vəzifəsində 


 
113
işləməklə, Universitetin ictimai işlərindən iştriak edir. Həmkarlar 
komitəsində mədəni-kütləvi komissiyaya rəhbərlik edir. Onun respublika 
mətbuatında dilçiliyimizin  müxtəlif sahələrinə dair 30-a yaxın məqaləsi 
və üç metodik işi nəşr olunmuşdur.  
 
Məfkurə xanım ata ocağında görüb-götürdüyü müqəddəs bir işi öz 
ailəsində də davam etdirir. O, həyat yoldaşı  Yaşar müəllimlə birlikdə üç 
övlad tərbiyə etmiş, onlara ali təhsil vermişdir. 
 


 
114
SOYKÖKÜMÜZ VƏ GƏLƏCƏYİMİZ 
 
 
Mən yuxarıda Qubadlı  və ana yurdum Mollu əhalisinin mənşəyi 
haqqında danışarkən qeyd etmişdim ki, bu bölgənin  əhalisi  İrandan 
gəlmələr olmuşdur. Onlar da bütün Azərbaycanın əhalisi kimi türksoylu 
əhalidən ibarət idilər. Belə bir proses III-VII əsrlərdə mövcud olmuş 
Sasanilər imperiyası, IX əsrdə  ərəb xilafəti və sonralar Səfəvilər 
imperiyası dövründə də davam etmişdir. 
 Kitabın yazılmasında belə bir məsələyə toxunmağımı heə  də 
əvvəlcədən nəzərdə tutmamışdım.  İkinci bir tərəfdən mən soykökümüz 
və  gələcəyimiz dedikdə yalnız öz nəslimiz barədə  və onların gələcək 
davamçıları haqqında müəyyən məsələlərə toxunuram. Bunun səbəbi isə 
odur ki, qoy bizim nəslə  mənsub olanlar bilsinlər ki, bizim ata və 
babalarımız kimlərdən ibarət olublar. Başqa sözlə, mən nəslimiz barədə 
gələcək övladları barədə hesabat vermək istəmişəm. 
 
Bu bir həqiqətdir ki, Azərbaycanın bütün kəndlərində  hər bir 
tayfanın öz adı olmuş  və onlar bu adı uzun tarixi dövr ərzində öz 
üzərlərində yaşatmışlar. Bizim kənddə də belə bir ənənə demək olar ki, 
əsrlərlə yaşamış  və bu gün də yaşamaqdadır. Məsələn, kəndimizdə 
Məşədi  İsmayıllılar, Köçərilər,  İbişlər, Məmmədlər, Korlar və s. kimi 
tayfa adları olmuş və indinin özündə də bu adlar yaşayır və heç şübhəsiz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə