Əşir Bəşir oğlu Fətəliyev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9957
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

 
115
ki, bu adlar gələcəkdə  də yaşayacaqdır. Nə  qədər inkişaf yeniləşsə  də
insanlar bir-birini əvəz etsə də, heç kəs öz soykökünü dəyişə bilməz.  
Əsrlərdən bəri el arasında belə bir atalar sözü yaşayır ki, "əslini 
danan haramzadadır". Və heç kəs bunu etməz. Kəndimizdə, el-obada 
mənim və ata-babalarımın mənsub olduğu tayfa həmişə "korlar" adə ilə 
tanınmışlar. Təəssüflər olsun ki, bunun nə ilə  əlaqədar olduğu barədə 
məlumatım yoxdur. 
Yuxarıda dediyim kimi, atam FƏTƏLİYEV BƏŞİR mən hələ 5-6 
yaşım olanda dünyasını dəyişib. Atamın qardaşı olmayıb, yalnız Tamaşa 
adında bir bacısı olub. Tamaşa bibimin isə üç qızı, bir oğlu olub. Tamaşa 
bibimin qızı Şövkətin beş oğlu, bir qızı olub. Bibimin ikinci qızı Şölənin 
iki oğlu, üç qızı var. Tamaşa bibimin üçüncü qızı Nəzakətin iki oğlu, iki 
qızı olub. Tamaşa bibimin oğlu  Əlinin isə iki oğlu, bir qızı olub. Bir 
yerdə götürsək Tamaşa bibimin 14 nəvəsi var. Onlardan doqquzu oğlan, 
beşi isə qız nəvəsidir. 
Anamın Qaratel və Xonça adında iki əmisi qızı olub. Qaratelin iki 
oğlu və bir qızı olub. Oğlanlarının adı Aydın və Bulud olub. Atamın 
Xonça adlı əmisi qızının iki oğlu olub: Yelmar və Vahid. Xonça bibimin 
oğlu Yelmar haqqında bir qədər  ətraflı danışmaq istəyirəm. Yelmar 
Məmmədov 1958-ci ildə anadan olub. Sonra Rusiyada əsgəri xidmətdə 
olub. Rusiyada ali təhsil alıb. Fəhləlikdən xeyriyyəçiliyə  qədər bir yol 
keçib. Qarabağ savaşı başlananda Vətəni Azərbaycana gəlib. Xalqı  və 


 
116
xalqının ermənilərə qarşı apardığı ədalətli müharibə üçün əlindən gələni 
edib.  Əlbəttə, onun Vətən, xalq üçün etdiklərinin sayı-hesabı 
ölçüyəgəlməzdir. "Xalq qəzeti"nin müxbiri kimi Qarabağ müharibəsinin 
qaynar nöqtələrində olmuş Ziyəddin Sultanovun "Burdan bir atlı keçdi" 
kitabında Yelmar Məmmədovun xeyriyyəçilik fəaliyyəti geniş öz əksini 
tapıb. Bunun üçün kitabın müəllifinə  təşəkkürümüzü bildiririk. Yelmar 
Məmmədovun isə vaxtsız vəfatı el-oba üçün ağır itkidir. Ruhu şad olsun! 
Atamın Camal adında əmisi olub. Camal kişinin Telli, Sənəm və 
Növrəstə adında üç qızı olub. Tellinin 4 oğlu, 3 qızı, Sənəmin 2 oğlu, 2 
qızı, dünyasını dəyişmiş Növrəstə qızının isə bir oğlu qalıb. 
Atamın  əmisi oğlu Niftalının bir oğlu və bir qızı var: Fazil və 
Firuzə, Fazil və Firuzənin üz oğlu və altı qızı olub. Atamın xalası oğlu 
İsmayılın bir oğlu və iki qızı var: Nüsrət, Diləfruz və Hamayıl. 
Atamın dayısı oğlu Tapdığın Təyyar və Elyar adında iki oğlu, Sahidə və 
Aida adında iki qızı olub. Abbas,Qaraş,Qaratel isə atamın yaxın 
qohumlarıdır.  Qaraşın Yaqub, Həsən, Sahib,Mirəli,Bərxudar və Zülfü 
adında altı  oğlu var. Abbasın Polad və Aynisə adlı bir qızı  və bir oğlu 
olub. Atamın digər yaxın qohumu Qaratelin bir oğlu və iki qızı olub: 
Rəhman, Tubu, Səmər. Onlardan yalnız Tubu yaşayır.  Atamın yaxın 
qohumlarından biri olan qulu kişi eldə-obada çox hörmətli adam olub və 
yüzbaşı işləyib. O, cəsarəti və mərdliyi ilə həmişə fərqlənib. Qulu kişinin 
Hüseyn, Cəlal,  Əlif adında üç oğlu və  Sənəm adlı bir qızı olub.  Qulu 


 
117
kişinin böyük oğlu Hüseynin üç oğlu və iki qızı olub: Tofiq, Rafiq, 
Ramiz, qızları: Müzəyyə və Əsmayə. Qulu kişinin ikinci oğlu Cəlalın isə 
altı  qızı olub: Zenfira, Mahirə, Hökumə,  Əzizə,  Şükufə, Mədinə. Qulu 
kişinin üçüncü oğlu Əlifin isə iki oğlu və dörd qızı var: Samir, Rafael, 
Nazilə, Zöhrə, Sevil, Nuriyyə. Qulu kişinin yeganı qızı Sənəmin bir oğlu
üç qızı olub: oğlu Rəhman cavan yaşında vəfat edib. Qızları Suğra, 
Gülbuta, Gülüm adlanıblar. Sənəmin axırıncı qızı Gülüm əri və iki qızı 
ilə birlikdə Qarabağ müharibəsi zamanı itkin düşüblər. 
 Atamın yaxın qohumlarından biri olan Gilənin üç oğlu və üç qızı 
olub: Əhməd, Famil, Cəmil, qızları: Sədəf, Sərmayə, Səriyyə. Bunlardan 
Cəmil cavan ikən, Əhməd və Famil isə sonradan vəfat ediblər. Sərmayə 
isə mənim həyat yoldaşımdır.  
Atamın yaxın qohumlarından biri Əndamın üç qızı, iki oğlu olub: 
Mərziyə, Hüsnü, Dilbər, oğlanları:  İsa və Qurban. İsa 1941-ci ildə 
müharibəyə gedib və qayıtmayıb. İkinci oğlu Qurban vəfat edib və onun 
bir oğlu və iki qızı var. 
Atamın digər yaxın qohumu Əbişin dörd oğlu və iki qızı olub: 
Yolçu, Salman, Alış, Həsənxan. Alış cavan ikən vəfat edib.  
Atamın eldə-obada dörd bacı adlanan Nənəqız, Sandıq, Həyat və 
Gülüm  adında qohumları olub. Həyat haqqında  yuxarıda danışdığım 
digər qohumumuz Qaraşın ömür yoldaşı olub. Nənəqız  cavan ikən vəfat 
edib, iki oğlu və bir  qızı qalıb. Onun övladları Cavanşir,  Əzizağa, 


 
118
Şükufə və Zümrüd ailə və uşaq sahibləridir. Sandığın bir oğlu və üç qızı 
olub: Məhərrəm, Tamara, Qumru və  Şəfiqə. Onlardan Məhərrəm, 
Tamara və  Şəfiqə dünyalarını  dəyişiblər. Dörd bacının sonuncusu olan 
Gülümün  Əminə adında bir qızı olub. Gülüm və  Əminə  vəfat edib. 
Əminənin bir oğlu və bir qızı qalıb. 
Atamın iki bacı adlı da yaxın qohumu olub: Şeyda və Qiymət. 
Şeydanın bir oğlu və bir qızı olub: Eldar və Ceyran. Eldar (Eldar Baxış) 
xalqımızın  şerlərini sevə-sevə oxuduğu görkəmli  şairlərindən biri olub. 
Qiymətin isə  Sərraf adında bir oğlu olub. Sərraf filologiya elmləri 
namizədi olub. Çox talantlı bir filoloq idi. Təəssüf ki, dünyasını vaxtsız 
dəyişib. 
Atamın Məhərrəm,  Şahsuvar, Mürsəl adlı qohumları da olub. 
Məhərrəmin üç oğlu və beş  qızı olub: oğlanlar:  Şükür, Xəlil, Azad, 
qızları: Məleykə, Şövkət, Firəngiz, Əfruz və Tünzalə. 
Şahsuvarın bir oğlu, altı  qızı olub. Oğlunun adı  Ələmdar, 
qızlarının adı isə Təyyarə, Rəna, Məlahət, Zübəndə, Şəmsiyyə və Familə 
olub. Şəmsiyyə vəfat edib, qalanları isə ailə və uşaq sahibidirlər.  
Nəhayət, atamın digər bir qohumu Mürsəlin iki oğlu və bir qızı 
olub. Oğlanları Şahmərdan və İbrahim, qızının adı isə Bilqeyis olub.  
Yuxarıda haqqında danışdıqlarımın hamısı ata tərəfdən mənim 
qohumlarımdır və dediyim kimi, atamın tayfası "korlar" adı ilə eldə-
obada tanınıblar.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə