Əşir Bəşir oğlu Fətəliyev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9957
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

 
119
Ana tərəfdən də  mənim çoxlu qohumlarım var ki, mən onları 
həmişə özümə əziz adamlar saymışam və bu gün də sayıram. Bunun bir 
səbəbi də yuxarıda qeyd etdiyim kimi anamın və ana qohumlarımın 
mənə olan böyük hörmət və məhəbbəti ilə bağlıdır. Anam mənə həm ata, 
həm də ana olub. Mən yalnız onun qayğısı və      himayəsi sayəsində bu 
günə gəlib çıxmışam. 
Anam ana tərəfdən eldə-obada "Xixelər", ata tərəfdən isə 
"Hüseynilər" kimi tanınıblar. Anamın  ən yaxın qohumlarından biri 
İldırım kişi olub. Mən yuxarıda anam haqqında danışarkən bu insan, 
onun anamın üzərində zəhməti və əziyyəti barədə söhbət açmışam. Bəlkə 
də o ağır müharbə illərində anamın belə bir himayəçisi və arxası 
olmasaydı, Allah bilir anam hansı  əzablara düçar olardı. Anam ölənə 
qədər bu insanı böyük məhəbbətlə xatırlayır, onu dönə-dönə dilinə 
gətirirdi. Mərd,  əsl kişi xarakterinə malik olan bu insan eldə-obada da 
böyük hörmət və nüfuz sahibi olmuşdur. 
İldırım kişinin üç oğlu və uç qızı olub. Oğlanları  Əli, Vahid, 
Zakir, qızlarə isə Gülzar, Zərif və Suruş adlanırdı. Gülzar və  Zərif 
dünyalarını dəyişiblər, Suruş isə ailə və uşaq sahibidir. 
Anamın yaxın qohumlarından biri də xalası oğlu Qaraşdır. Qaraşın 
bir oğlu, iki qızı olub. Çox təəssüflər olsun ki, Qaraş kişinin yeganə oğlu 
Fazil 1993-cü il hadisələri zamanı itkin düşüb. Qızları Diliş, Rasta isə 


 
120
ailə və uşaq sahibidirlər. Anamın digər xalası oğlu Talıbın iki oğlu və bir 
qızı olub:Asif, Şükür və Sitarə. 
Anamın üç xalası  qızı olub: Ağca, Balaxanım və  Şüşə. 
Balaxanımn iki qızı, üç oğlu, Şüşənin isə iki oğlu, dörd qızı var. 
Anamın Dursun adında bibisi olub. Onun Minə  və Gilə adlı iki 
qızı var. Kiçik qızı Gilənin üç qızı, üç oğlu var.  
Anamın əmisi Səməd kişinin iki oğul övladı olub: Saleh və Musa. 
Salehin üç oğlu, üç qızı var. Anamın əmisi qızı Güllünün Həmzə, İslah, 
Yusif adında üç oğlu olub. İslah cavan yaşlarında vəfat edib. 
Anamın dayısı Əvəz kişinin dörd oğlu, üç qızı olub.  
Sonra mənim ana tərəfdən bir neçə qohumum var. Ana tərəfdən 
yaxın qohumum Sayad xalanın üç oğlu və bir qızı olub: İlkin, Pənah, 
Sahib və Çiçək.  
Zili, Xanhüseyn, Aysabah, Gülsabah, Xansənəm, Gülsənəm 
anamın qohumlarıdır. Gülsənəmin Muradxan, Süleyman, Aynişan, 
Feyruz, Sumaya və Milaya adlı övladları olub. Zili 1941-ci ildə 
müharibədə yaralanıb və vəfat edib. Xanhüseynin iki qızı və iki oğlu var.  
Nəhayət, Qaçaq Nəbinin həyat yoldaşı Həcər xanım anamın yaxın 
qohumu olub. Anamın söylədiyinə görə  Həcər xanım yaxşı at sürər və 
hədəfə yaxşı güllə atarmış. Anamın yaxın qohumlarından biri də Atakişi 
və onun övladları Ağamalı, Qəmsiyyə, Gülbahar və Mərziyyədir.  


 
121
Bir neçə  kəlmə qardaş  və bacılarım haqqında . Mən bu barədə 
yuxarıda danışmışam. Burada isə  bəzi məsələlərə aydınlıq gətirmək 
istəyirəm. Böyük bacım Diləfruzun Adilə, Fəridə, Yasəmən, Kifayət, 
Pərvanə adında beş qızı var. Adilənin Camal adında bir oğlu və Günay 
adında bir qızı var. Yasəmənin Bahadır adında bir oğlu və Minə adında 
bir qızı var. 
Kifayət bacımın  Əfsanə adında bir qızı, Ramil adında  bir oğlu 
var. Pərvanə bacımın da bir oğlu və bir qızı var: İsmayıl və  Pərvin. 
Həmayil bacımın iki oğlu və bir qızı var: Elçin, Vəfadar və Könül. 
Həmayilin dörd nəvəsi: Vəfa, Şəfa, Bəxtiyar, Elməddin. 
 
PAŞAYEVA FƏRİDƏ FAZİL qızı 
Bacım qızı  Fəridə haqqında ayrıca olaraq bir neçə söz demək 
istəyirəm. Paşayeva Fəridə Fazil qızı 1966-cı ildə  Həmzəli kəndində 
anadan olub. Orta məktəbi qurtardıqdan sonra Bakı Maliyyə-kredit 
texnikumuna daxil olub. Texnikumu qurtardıqdan sonra mühasib 
ixtisasına yiyələnib.  Əmək fəaliyyətinə Qubadlı rayonunda əmanət 
bankında başlayıb. 1999-cu ildən isə isə Yeni Azərbaycan Partiyasının 
Qubadlı rayon şöbəsində mühasib işləyir. O, hal-hazırda Gəncə Dövlət 
Pedaqoji Universitetində  təhsilini davam etdirir. Fəridə xanım harada 
işləməsindən asılı olmayaraq kollektivin hörmətini qazanmışdır.  


 
122
Qardaşım Nüsrətin üç oğlu və bir qızı var. Böyük oğlu Habilin iki 
qızı və bir oğlu var. Qızları Xurşud və Nərmin, oğlu isə Pərvin adlanır. 
Nüsrətin ikinci oğlu Qüdrətin iki oğlu var: İsmayıl və  Pərviz. 
Nüsrətin üçüncü oğlu İslamdır. Nüsrətin qızı Sevdanını isə bir qızı var: 
Gülnisə.  
Atam və anam tərəfdən haqqında  danışdıqlarım insanlar yaşından 
və cinsindən asılı olmayaraq mənim doğmalarımdır. Mən onların hər biri 
ilə  fəxr edirəm. Cavanlar və  həyata yeni qədəm qoymuşlar qoy mənim 
onlar qarşısında bu hesabatımı oxusunlar və bir-birinə arxa olsunlar.  
 
SON SÖZ 
Mən, Qubadlı və onun əməksevər insanları haqqında xatirələrimi 
başa çatdırıram. Lakin bu kitab mənim ana vətənim, ata yurdum 
haqqında ilk kitabım olduğuna görə  yəqin ki, hər  şeyi  əhatə edə 
bilmədim. Mən burada daha çox keçdiyim həyat yolu, ailəmiz, ata və ana 
tərəfdən yaxınlarımız barədə  ətraflı danışdım.  Əsas məqsədim isə 
ermənilərin başımıza gətirdikləri müsibətlər və onların doğma 
torpaqlarımız barədə yalan uydurmalarına cavab verməkdən ibarət 
olmuşdur. Getdikcə bütün dünyaya aydın olur ki, hazırda erməni 
tapdağında olan bütün ərazilər tarixin bütün dövrlərində türklərə-
azərbaycanlılara məxsus olmuşdur. Bütün bunları tək biz yox, xaricdə də 
buraxılan cild-cild kitablar da təsdiq edir. 


 
123
Mən bütün xalqımızla birlikdə əminəm ki, biz bu yerlərə yenidən 
qayıdacağıq və öz sərhədlərimizi bərpa edəcəyik. Kitabda oxucuları qane 
etməyən məsələlər barədə bu başdan üzr istəyirəm. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə