147
QIRXDIR SAQQALINI, ƏZİZ ÖVLADIM
Şamil, qırx saqqalını.
Əzəldən qaydadır
ürək dərd çəkər,
Gözün
öz
işi var, o da yaş tökər,
Bənizi dəyişər qüssə, qəm, kədər
Saqqal
nəyə gərək, ay əziz oğlum.
* * *
Oğlum, sən çəkəni biz də çəkirik.
Hər yada düşəndə qan-yaş
tökürük.
Vaxt
gəlib çatanda biz də
köçürük
Saqqal
nəyə gərək, ay əziz oğlum.
* * *
Fələk
öz çərxini sürür hər
yana,
Nə baxır qocaya, nə də
cavana
Qoyur
insanları
hey
yana-yana,
Saqqal
nəyə gərək, ay əziz oğlum.
* * *
Qabilin
qızları üzünə baxır,
Hər baxanda onlar yaman darıxır,
Bu hal onlar kimi məni də sıxır
Saqqal
nəyə gərək, ay əziz oğlum.
* * *