Əşir Bəşir oğlu Fətəliyev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9957
1   2   3   4   5   6   7   8   9   ...   32

 
12
Qubadlıdan kənar doğulan  Qubadlı övladları hərbi qulluğa gedəcəklər. 
Vətəndə doğulmayan və ata-ana yurdu Vətənini görməyən bu igidlər bir 
məqsədlə düşmən üzərinə atılmalıdırlar – Vətəni xilas etmək. 
 
İş çox ləngiyir. On beş il… Yaşlı  nəslə  məxsus bizlər o zaman 
gümanımıza da gətirməzdik ki, bu qədər qaçqın və köçkün vəziyyətdə 
yaşayacağıq. Lakin belə də oldu. 
 1967-ci 
ildə  İsrail Fələstinlilərin müqəddəs torpaqlarını  işğal 
edəndə  mən və  mənim indiki yaşıdlarım çox  cavan idi. Və o vaxt biz 
Fələstinliləri qınayırdıq ki, bu işə necə  dözürlər. O vaxtdan 40 il keçir, 
yenə  də dözürlər.  Məni qorxuya salan odur ki, biz də onların gününə 
düşək. Hələ burasını demirəm ki, onlar hər gün vuruşurlar, hər gün qan 
tökürlər. Biz isə oturub  gözləyirik ki, ermənilər nə vaxtsa peşiman 
olacaq və sülh yolu ilə torpaqlarımızı geri qaytaracaqlar. Açığını deyim 
ki, mənim buna inamım yoxdur. Bu işdə bir yol var, hamımız ayağa 
qalxıb, bir yumruğa dönüb düşmənin başına zərbə endirməliyik. Biədəb 
də olsa deyəcəyəm. Azərbaycanlıların sınaqdan çıxmış bir məsəli var: 
«Pazı pazla çıxararlar». 
 
Nə isə… Erməni əclaflarının başımıza gətirdikləri müsibətlər məni 
Qubadlı  və ana Vətənim Mollu haqqında  düşüncələrimdən ayırdı. Bu 
sətirləri yazarkən yağış  və külək səsinə  pəncərəmdən çölə baxdım , 
Vətənimin payız günləri yadıma düşdü. İlin ən qəmgin çağı olan payızda 
güllər-çiçəklər solur, insan yaz və yay günlərini, torpağın deyib-gülən 


 
13
çağlarını yada salır. Payız  təbiətə bir üşütmə  gətirdiyi kimi, insanların 
həyatına, yaşayış tərzinə də bir üşütmə gətirir. 
 Beynimdə  qəribə bir oxşarlıq yarandı: həm Vətənimin, həm də 
ömrümün payızında bir oxşarlıq duydum. Payızda  Vətənin üzərindən 
əsən sazaq ömrümə  də  əsir. Həm Vətənimin, həm də ömrümün yaz 
günləri yadıma düşdü. 
 Xalq 
şairi Bəxtiyar Vahabzadənin aşağıdakı misralarını 
xatırladım: 
 
 
 
Əsir payız küləyi 
 
 
 
Gecə uzun, gün gödək 
 
 
 
Ağacdan yarpaq düşür 
   Bir 
ömrün 
günləri tək. 
* * *           
   Uçur 
durna 
qatarı   
 
 
 
 
Bir də geri dönəcək 
 
 
 
Ötən günlər dönəydi 
   Durna 
qatarları tək. 
 
 
Təbiidir ki, insan ömrünün payız günləri də olur. Təkcə payız 
günlərinin nisgili olsaydı, nə vardı ki. Mən ömrümün payızında övlad 
dərdi ilə qarşılaşdım.  Bu dərd ömrümün payız günlərinə bir ağırlıq 
gətirdi. Sona doğru gedən həyatımın günlərinə  zəhər qatıldı.  İndi mən 


 
14
dərd içində çapalayıram. Ömrüm tufana düşmüş  və yolunu azmış bir 
gəmiyə bənzəyir. Allah heç kəsə övlad dərdi göstərməsin. Qabilin faciəli 
ölümü ömrün payız günlərini yaşayan tək mənim yox, bütün ailəmiz
onun qardaşlarının, bacısının, həyat yoldaşının, iki körpə  qızının 
həyatına dərd və kədər gətirdi. 
 
Bəzən dərd-qəm içində keçirdiyim günləri  xatırlayıram və bir 
atalar sözü yadıma düşür:  "Əvvəlin gətirincə axırın gətirsin". Bu 
sözlərdə böyük hikmət var. Bəlkə bu məsəli ona görə  deyiblər ki, insan 
ömrünün cavan vaxtında daha dözümlü olur, hər şeyə tab gətirir. Amma 
ömrün ahıl vaxtında buna dözmək çətin olur. 
 On 
ildən artıqdır ki, doğma Vətənim Qubadlıdan, onun dilbər 
guşəsi Molludan uzaq düşmüşəm. Sumqayıtda  şəraitim nə  qədər yaxşı 
olsa da, vətən torpağı üçün çox darıxıram.  Əgər  əvvəllər mən yaşda 
adamlara desəydilər köçün gedin şəhərdə yaşayın, biz bunu özümüzə 
təhqir hesab edərdik.  İndi bizim camaat şəhərə o qədər öyrəşib ki, 
torpaqdan o qədər ayrı düşüb ki, qorxuram bu həyat tərzinə daha çox 
alışalar və  Vətəni getdikcə yaddan çıxaralar. Doğrudur, mən yaşında 
olan insanlara bu fikri aşılamaq çətindir. Amma baxma, kənd həyatından 
uzaqlaşanlar arasında bunu az yadına salanlar da var. 
 
Qorxum daha çox ondandır ki, Vətəndən kənarda doğulanlar 
Vətəni getdikcə unutsunlar. Ona görə  də  hər bir ailədə bu məsələyə 
xüsusi diqqət yetirilməlidir. Ata və analarının doğma Vətəni haqqında 


 
15
onlarla söhbət aparılmalı, onların yad  təsirlərin altına düşmələrinə 
imkan verilməməlidir. Özü də yeniyetmələrə bu hiss ermənilərə nifrət 
hissi ilə paralel aparılmalıdır. 
 
Vətənin dağı-daşı, suyu və torpağı    mənə dünyanın hər 
nemətindən  əzizdir. Mən Qubadlı  işğal olunanda belə düşünürdüm ki, 
uzaqbaşı bir-iki ilə geri qayıdarıq. Ağlıma da gəlməzdi ki, iş bu qədər 
uzanacaq. Bilsəydim belə olacaq ata və anamın,  əzizlərimin uyuduğu 
torpaqdan bir ovuc  götürərdim və onu qürbətdə ölərkən məzarımın 
üstünə  səpdirərdim. Bu mənə böyük təsəlli olardı. Hələlik isə  təsəlli 
almağa güman çox azdır. 
 Gümanım heç bir şeyə çatmasa da, doğma vətənim heç yaddan 
çıxmır. Çox qəribədir  əvvəllər onun haqqında gündüzlər daha çox 
düşünürdüm.  İndi yuxum ərşə  çəkilib, gecələr də yuxumdan çıxmır. 
Büllur bulaq suyu dərin qaranlıqlardan günəş işığına, yaşıllığa çatmağa 
necə can atırsa, mən də  Vətənimə getməyə elə can atıram. Dodaqlarım 
pıçıldayır, özüm öz pıçıltımı eşidirəm, mənə elə gəlir ki, yarğanlarda dağ 
çayı yenə nərildəyir. Mənim üçün çox çətindir. Kaş hamı mənim qədər 
səni sevəydi, vətən! 
 


 
16
QUBADLININ EL ADƏTLƏRI, MƏRASİM VƏ İNAM YERLƏRİ 
 
 
Mən ana yurdum Qubadlının el adətləri dedikdə heç də onu 
bütövlükdə xalqımın el adətlərinə qarşı qoymaq fikrində deyiləm. Sadəcə 
olaraq boya-başa çatdığım kənddə körpəlikdən gördüklərim barədə  və 
ürəyimdə xatirəyə çevrilmiş  el    adətlərimizin özünəməxsusluğu barədə 
danışmaq istəyirəm. Özü də bu xatirələr yada düşəndə çox darıxır və öz-
özümə deyirəm: kaş nəvələrim də bunu görəydi, çünki bizim el adətləri, 
xüsusilə toy və bayram mərasimləri həm də tərbiyə  məktəbi idi. Bəzən 
qohum və dostların  şəhərdə keçirdikləri toy mərasimlərində  iştirak 
edərkən nisgilim  daha da çoxalır. Bu toylarda ağız deyəni qulaq eşitmir, 
başa düşmədiyin bir mənzərə ilə qarşılaşırsan. Amma di gəl  şəhərdə 
yaşayanlardan soruşsan bəlkə də  bizim toyları bəyənməzlər.  
 Toy 
mərasimi elçilikdən başlayardı. Elçiliyə elin-obanın  ən 
hörmətli, nüfuzlu adamlarını aparardılar. Hər yetən adamı elçiliyə 
aparmazdılar. Özü də elçiliyə gedənlərin üzərinə böyük məsuliyyət 
düşdüyündən hər adam bu işə girişməzdi. Elçilər hansı qapıya 
getdiklərini, kimin oğlu və qızı üçün elçi olduqlarını tam dərk etdikdən 
sonra gedərdilər. Onlar ilk növbədə bu işin gələcəyini nəzərə alardılar. 
Tanımadıqları, bilmədikləri evə elçi getməzdilər. Bir sözlə, bu iş çox 
tədbirli yerinə yetirilərdi.  Evinə elçi gələn adam ilk növbədə onun 
qapısına kimlərin gəldiyini qiymətləndirər və bu əsasda da onlara cavab 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə