Əşir Bəşir oğlu Fətəliyev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9957
1   2   3   4   5   6   7   8   9   ...   32

 
17
verərdilər.  İndi isə  bir də baxırsan ki, tanımadıqları, bilmədikləri bir 
adamın qapısına getdilər və  qız almağa gəldiklərini bir kənara qoyub, 
başqa problemlərdən danışmağa başlayırlar. Odur ki, qız evi  çox zaman 
elçilərin kimliyini bilmədiyi üçün razılıq vermir və ya da elçilik baş 
tutmur. 
 Bu 
işdə, necə deyərlər, ikinci mərhələ toyun keçirilməsi idi. 
Toylar oğlan və  qızın həyatında uzun zaman yadda qalan bir hadisəyə 
çevrilərdi.  Əvvəllər toy mərasimi bir neçə gün çəkərdi. Toylar ya qara 
zurna, ya da aşıqların iştirakı ilə keçirilərdi. Qara zurnanın səsi kəndi 
bürüyərdi, xəbəri olmayan da xəbər tutardı. Xüsusilə, kəndimizdə İlyas 
və Mustafanın zurnaçılar dəstəsinin keçirdiyi toylar kənd camaatının 
qəlbində uzun zaman yaşayardı.  Onlar o qədər məharətlə zurna 
çalardılar ki, şaxtalı günlərdə onların zurnasının səsi qonşu kəndlərdə də 
eşidilərdi. Zurnaçılar çalanda yalnız rəqs edərdilər. Hamının diqqəti bu 
rəqslərə yönələrdi. Rəqslər xüsusi adamların iştirakı ilə keçirilərdi. İndiki 
kimi heç kəs hoppanıb ortaya düşməzdi. Ayrıca bir adam oynamaq 
istəyən adamın hansı havaya oynayacağını soruşar, onu çalğıçılara 
çatdırar və çalğıçılar havanı çalmağa başlayardılar. Bir sözlə, hər şeydə 
olduğu kimi, bu işdə də bir qayda-qanun vardı. 
 Sonra 
isə  aşıqlar, necə deyərlər, dövran edərdilər. Bu, əsasən 
gecələr baş verərdi. Hamı bir nəfər kimi aşığa qulaq asardı. Əlavə səs-
səmirə yol verilməzdi. Aşıqlar o qədər şirin saz çalar və şirin oxuyardı 


 
18
ki,  bir də görərdin ki, səhər açılıb. Hamı şad-xürrəm toy sahibini təbrik 
edib, oğlan və qıza xeyir-dua verib evlərinə dağılardılar. 
 
Nə oyun zamanı, nə  aşıq nağıl deyəndə adamların qabağında 
yemək olmazdı. Yeyib-içmək toy keçirilən yerlərdən kənar, ayrıca 
mağaralarda olardı. Bu, duz-çörəyə böyük hörmətdən irəli gəlirdi.  Daha 
indiki kimi duz-çörək ortalıqda ola-ola ortalığa tullanıb oynamazdılar. 
 Toyun 
sonrakı mərhələsi qızın köçürülməsi olardı. Gəlini gətirmək 
üçün çalğıçıların müşayiəti ilə  qız evinə gedər, bir neçə saat qız evində 
çalıb oynayardılar. Sonra isə hay-harayla qızı  oğlan evinə  gətirərdilər. 
Kəndin cavan qız və gəlinləri toyu olan qızın ətrafına yığılar, onu xeyir-
dua ilə oğlan evinə qədər müşayiət edərdilər. Oğlan evinə çatanda çalıb 
oynamaq yenidən qızışar, gəlinin ayağının altına sındırmaq üçün qab 
atardılar, başına isə  rəngarəng noğul səpərdilər. Uşaqlar biri-birini 
itələyə-itələyə    yerdən noğul yığardılar. Gəlinə  gəldiyi evin böyükləri 
xeyir-dua verər və onu təmtəraqla otuzdurardılar. Nəhayət, gəlinə cehiz 
verilərdi. Kim necə bacarırdısa, o cür də cehiz verərdi. Cehiz heç zaman 
yeni qohumlar arasında söz-söhbətə  səbəb olmazdı. Cehiz əsasən 
yorğan-döşəkdən, qab-qacaqdan, bəzən isə inək və başqa iri buynuzlu 
heyvanlardan ibarət olardı. Bünövrəsi möhkəm qoyulan bu ailələrdə 
boşanma halları da olmazdı.  İndi isə on ailədən beşində ya boşanma 
halları baş verir, ya da dedi-qodu baş alıb gedir. 


 
19
 Elin-obanın qarşıladığı bayramlar içərisində Novruz xüsusi yer 
tutardı.  Bir qayda olaraq Novruza qabaqdan hazırlıq görülərdi. Bayrama 
təxminən bir ay qalmış  uşaqlar yumurta döyüşdürər, hellən qoyar, 
torpağa basdırardılar. Çərşənbələr xüsusilə bayram əhval-ruhiyyəsi 
içərisində keçirilərdi. Bu çərşənbələrdə tonqal qalanar, müxtəlif oyunlar 
keçirilərdi. Axır çərşənbələr xüsusilə  təmtəraqla keçirilərdi. Gündüzlər 
adamlar sovqat tutub bir-birinin evinə qonaq  gedər, bir-birini bayramın 
gəlişi münasibətilə  təbrik edərdilər. Lakin gecəni hamı öz evində 
keçirərdi. Bu gecələrdə qapı pusular, qapı pusanlar isə yaxşı söz eşitmək 
istəyərdilər. Uşaqlar evlərin bacasından torba salıb bayram payı 
istəyərdilər. Novruz bayramı günü xüsusilə təmtaraqlı olardı. Zurnaçılar 
dəvət olunar, çalıb oynayardılar. Çox təəssüflər ki, sonrakı illərdə 
Novruza yasaq qoyulmuş  və onu dini bayram kimi qiymətləndirmişlər. 
Belə bir cəhət nəzərə alınmamışdır ki, Novruzun qarşılanması islamdan 
çox-çox əvvəl mövcud olmuş və onun dinlə heç bir əlaqəsi olmamışdır. 
İslam dini qəbul olunduqdan sonra bu bayram daha da təmtəraqla 
keçirilməyə başlamışdır. 
 Belə bir cəhəti də qeyd etmək lazımdır ki, Novruza qadağa 
qoyulduğu illərdə  də xalq bunu gizli şəkildə qeyd etmiş  və onu 
yaşatmağa çalışmışdır. 
 Müstəqillik  əldə etdikdən sonra Azərbaycan dövləti Novruzun 
qədim xalq bayramı kimi keçirilməsinə böyük önəm vermiş  və bayram 


 
20
günləri təqvimə düşmüşdür.  İndi xalqımız bu günün gəlişini hər il 
səbirsizliklə gözləyir və onu böyük təmtəraqla keçirirlər. 
 Adətlərimiz, mərasimlərimiz çoxdur. Bunların hamısında ümumi 
cəhət o idi ki, bunlar uzun əsrlər boyu xalq  tərəfindən yaradılmış  və 
inkişaf etdirilmişdir. 
 
Rayonumuzdan, o cümlədən Aşağı Molludan yaxşı el sənətkarları 
yetişib. Bunlardan Aşıq Elmanı, Aşıq Abdullanı, Aşıq  Həmzəni, 
zurnaçılardan Mustafanı  və  İlyası göstərmək olar. Bu sənətkarlar çox 
zaman təmənnasız elin-obanın toylarını yola verən insanlar olublar. 
Zurnaçalan  İlyas haqqında bir hadisə bu gün də yadımdan çıxmayıb. 
Kəndin kənarındakı evlərdən birində toy keçirilirdi. İlyas öz dəstəsilə 
məclisdə  idi. Günəşli bir gün idi. Kəndin qoyunları yamaca səpələnib 
otlayırdı. Məclisdə iştirak edənlərdən biri  İlyasa dedi ki, sən elə bir hava 
çala bilərsənmi qoyunlar yamacdan  düzə ensinlər? Özü də  sən bunu 
etsən, sənə 100 manat pul verəcəyəm. Bu hadisə təxminən 1948-1950-ci 
illərdə baş vermişdi. İlyas cavab verdi ki, bacararam. İlyas bir hava çaldı. 
Yamacda otlayan qoyunlar əvvəlcə duruxdular, zurnanın səsinə qulaq 
asdılar, sonra yavaş-yavaş düzə töküldülər və yenə  də qulaqlarını 
şəkləyib qulaq asmağa başladılar. Məclisdə oturanlar sakitliklə bu 
mənzərəyə tamaşa edirdilər. Sifariş verən adam əlini cibinə saldı və 100 
manat çıxarıb «halaın olsun» deyərək İlyasa uzatdı. Biz məclisdəkilər isə 
İlyasın bu sehrinə ovsunlanmışdıq. Əlbəttə, bunu heç də hər bir sənətkar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə