Əşir Bəşir oğlu Fətəliyev



Yüklə 5,01 Kb.

səhifə5/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   32

 
21
edə bilməzdi.  Odur ki, bizim mahalda,  el arasından çıxmış bütün 
sənətkarlara xalq çox hörmət və izzətlə yanaşırdılar.  
 Ta 
qədimdən xalqımın inam yerləri mövcud olmuş  və bu inam 
yerlərinə sitayiş etmişlər.  Əslində bir şeyə inam bəsləmək, yaxud ona 
sitayiş etmək bütün xalqlarda olmuşdur. Lakin hər bir xalqın inam və 
sitayiş etdikləri obyektin fərqli xüsusiyyətləri olmuşdur. Azərbaycan 
xalqının da inandıqları  və sitayiş etdikləri yerlərin də  özünəməxsus 
xüsusiyyətləri olmuşdur. Başlıcası isə xalqımız daha çox  müqəddəs 
yerlərə, pirlərə, ocaqlara inam bəsləmiş  və sitayiş etmişlər. Xalqımızın 
inam bəslədikləri və sitayiş etdikləri yerlərin bir xüsusiyyəti də onların 
həqiqətə daha çox bağlı olmalarıdır. 
 
Mənim vətənim Aşağı Mollu ilə Yuxarı Mollu arasında «Üç 
qardaş» adlı bir pir var. Kəndimizin və qonşu kəndlərin  əhalisi çoxdan 
bəri bu piri  özlərinə inam yeri seçmiş və müxtəlif məsələlərlə əlaqədar 
oraya sitayiş etmişlər. 
 
Bu pir təxminən dörd metr hündürlüyündə üç dənə daşdan 
ibarətdir.  Daşlar sanki mişarla yonulmuş  və yan-yana  qoyulmuşdur. 
Hər birinin  diametri təxminən  12 metr olan bu qayalar yerə kök 
salmışdır. Bu daşların yanlarında 3 dənə də dağdağan ağacı vardır. Belə 
rəvayət olunur ki, gavırlar müsəlmanları qabaqlarına salıb qovurlarmış. 
Həmin yerə çatanda az qalıblar ki, onları haqlasınlar. Müsəlmanlar 
Allaha əl qaldırıb dua edirlər ki, onları gavırların əlinə salmaqdansa daşa 


 
22
döndərsin. Allah onların duasını  eşidib onları daşa, atlarını isə  ağaca 
döndərir. Bu bir əfsanə olsa da düşmənimiz olan gavırlara nifrət var. Və 
bu  pirə  gələnlər gavırlara nifrət eləyir. Bu pirə müraciət edənlər qarı 
düşmənimiz olan erməniləri göz önünə  gətirir və onlara nifrət 
bəsləyirlər. 
 Maraqlı  cəhət ondan ibarətdir ki, bu ərazidə  mövcud olan  
əfsanələr ermənilərlə (gavırlarla) bağlıdır. Bu ondan irəli gəlir ki, 
Qubadlı  və onun bir çox kəndləri Ermənistanla həmsərhəd olmuş  və 
ermənilərin buraya  təcavüzü ardıcıl xarakter daşımışdır. 
 Qubadlı rayonunun Cəbrayıl rayonu ilə  sərhədində  məşhur 
"Tumas baba" piri var. Əfsanəyə görə Tumas babanı gavırlar öldürmək 
üçün təqib etməyə başlayırlar. Gavırlar onu qovarkən o, gözdən itir və 
gavırlar qabaqlarına çıxan kəklik quşundan onun qaçdığı yeri soruşurlar. 
Kəklik  qabaqda gedir – deyə Tumas babanın yerini onlara deyir. Bunu 
eşidən Tumas baba kəkliyə qarğış edərək deyir ki, görüm sənin nəslin 
artmasın. Odur ki, kəklik quşunun nəsli artmır. Sonra gavırlar qarşılarına 
çıxan bir qızdan soruşurlar ki, Tuması gördünmü? Qız cavab verir ki, 
qabaqdadır. Tumas baba qızın səsini eşidib ona qarğış edərək deyir ki, 
görüm sənin cehizin bitməsin. Odur ki, qızı  ərə verəndə onun cehizini 
tamamlaya bilmirlər. Axırda Tumas baba qaçıb arcıd (yolka) ağacına 
sığınır. Bu ağac onu yarpaqları arasında  gizlədir. Gavırlar çox axtarıb 
onu tapa bilmirlər. Tumas baba isə bu ağaca dua edərək deyir ki, görüm 


 
23
sənin yarpaqların heç vaxt solmasın. Ona görə  də yolka ilin  bütün 
fəsillərində yaşıl rəngini saxlayır. O ərazidə yaşayan xalq Tumas baba 
pirini özlərinə inam və  şəfa yeri seçərək oradan ayaqlarını  kəsmirlər. 
Əzəli düşmənimizin təcavüzü nəticəsində biz yurdumuzdan-yuvamızdan 
ayrı düşdüyümüz kimi müqəddəs Tumas  baba pirindən də  hələlik 
məhrum olmuşuq. Xalq arasında  müqəddəs ocaq adını alan "Tumas 
baba"  pirinin nə  vəziyyətdə olması barədə  məlumatımız yoxdur. Bu 
ocaqdan bizləri məhrum edənləri ocaq tutsun. 
 Gavur 
düzündə olan Hacı Qaramanlar piri də xalqımızın həmişə 
inam yeri olmuş, onun haqqında mövcud olan əfsanə dildən-dilə 
gəzmişdir. Bu pir haqqında mövcud olan əfsanədə deyilir ki, bir övliyyə 
Hacı Qaraman adlı bir nəfəri görüşə dəvət edir. Övliyə ilə görüşdə övliyə 
Hacı Qaramana deyir ki, sən məndən üstünsən. Elə o vaxtdan da bura 
Hacı Qaraman piri adlanmağa başlayır. 
 Pirin 
nəyə qadir olması haqqında da əfsanə mövcuddur və xalq 
arasında belə bir fikir dolaşır ki, bu həqiqətən mövcud olmuş hadisədir. 
Bu hadisənin həqiqət olduğu bir də ona görədir ki, əhvalatın baş verdiyi 
rayon, hətta kəndin də adı dilə düşüb. Xalq arasında əfsanə adı ilə nəql 
olunur ki, Sisyan rayonunun kəndlərindən birində bir erməni  ailəsi 
donuz saxlayırmış. Oğlanlardan birinin 10, digərinin isə 8 yaşı varmış. 
Necə olursa qaban saxlanılan damın qapısı açılır, vəhşiləşmiş qaban 
kiçik uşağı yeyir. Anası evə  gələndə  hadisəni bilir və böyük oğlunu 


 
24
hədələyir ki, nə üçün buna yol veribsən. Oğlan anasının hədəsindən 
qorxaraq qaçıb donuz damında gizlənir. Anasının bundan xəbəri olmur. 
Uşağı axtarasa da tapa bilmir. Qadın qabanı qovub damına salır, qapını 
bağlayır, 3-4 vedrə neft töküb dama od vurur. Qaban da yanır, oğlu da. 
Axşam hadisə  ər və arvada tam aydın olur. Bu hadisədən sonra arvad 
havalanır, baş götürüb evdən qaçır. Lakin əri və qardaşı onu tapıb gətirib 
evdə bağlayırlar. Bir müddət belə qalır. Bir gün arvad ərini yanına 
çağırıb deyir ki, yuxuda mənə dedilər ki, sənin  əlacın Hacı Qaraman 
pirindədir. Arvadı pirə  gətirirlər və bir neçə gün orada qalır. Yuxuda 
arvada deyirlər ki, sənin bir cüt oğlun olacaq. Elə də olur. Ər və arvad 
bundan sonra islam dinini qəbul edib, müsəlman olurlar. Qaraman 
pirinin başında həmişə insanlar dolu olardı.  İndi həmin Pir də bir sıra 
abidələrimizlə yanaşı ermənilərin əsarətindədir. 
 
Kəndimiz Aşağı Mollu və ona qonşu olan kəndlərdə camaatımızın 
daha bir sıra  inam yerləri olmuşdur. 
 Bunlardan 
Aşağı Mollu ilə Xanlıq kəndi arasındakı Hüseyn Baba 
pirini, Yuxarı Mollu ilə Mollaburhan kəndi arasındakı yel pirini, rayonün 
Seytas kəndi yaxınlığındakı  İmamzadəni,  Əfəndilər kəndindəki  Əhməd 
Çələbi ocağını  və daha bir sıra xalq arasında müqəddəs olan pir və 
ocaqları göstərmək olar ki, Qubadlı camaatı bu yerlərə daim  sitayiş 
etmiş, müxtəlif xəstəliklərdən xilas olmaq üçün oralara sitayiş etmişlər. 



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə