35
FƏTƏLİYEV ŞAMİL ƏŞİR oğlu
FƏTƏLİYEV Şamil ƏŞİR müəllimin ikinci övladıdır. 1962-ci ildə
Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıtda başa vurub.
Sonra ali təhsil almaq üçün İrkutsk şəhərinə gedib və İrkutsk şəhərində
Kənd təsərrüfatı institututuna qəbul olub. Ovçuluq və meşəçilik
ixtisasına yiyələnib. Ali təhsilini başa vurduqdan sonra doğma
Qubadlıya qayıdıb və bir müddət Qubadlı meşəçilik idarəsində müfəttiş
işləyib. Hazırda İrkutsk şəhərində işləyir. Bir oğlu və bir qızı var. Həyat
yoldaşı Asya xanımla Orxan və Səbinəni böyüdürlər.
36
FƏTƏLİYEV MƏZAHİR ƏŞİR oğlu
1965-ci ildə Sumqayıt şəhərində anadan olub. Səkkizinci sinfə
qədər Sumqayıtda, 9-10-cu sinifləri isə doğma kəndimiz Aşağı Molluda
başa vurub. Ali təhsilini isə İrkutsk şəhərində alıb. İrkutsk politexnik
instituttunun "Avtomobillərin istismarı və təmiri" fakültəsini bitirib.
Sonra İrkutsk şəhərində kommersiya işləri ilə məşğul olmağa
başlayıb. Məzahir həyat yoldaşı Leyla xanımla birlikdə bir oğlu və bir
qız tərbiyə edirlər - Aygün və Emin.
37
FƏTƏLİYEV QABİL ƏŞİR oğlu
1970-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan
olub. İbtidai təhsilini doğma kəndində, orta təhsilini isə Yuxarı Molluda
alıb. Orta məktəbi medalla başa vurub.
Sonra İrkutsk şəhərinə qardaşlarının yanına gedib. Tibb institutuna
qəbul olub və oranın stomatologiya fakültəsini bitirib. Sonra İrkutskdə
qardaşlarının yanında işləyib. 2002-ci il mart ayının 11-də gecə yaşadığı
evə gələrkən naməlum qatillər tərəfindən vəhşicəsinə öldürülüb. Məzarı
Sumqayıt qəbiristanlığındadır. Gülnar və Əminə adlı iki qızı var. Qabilin
həyat yoldaşı Ramilə xanım bu uşaqları həm də ata qayğısı ilə böyüdür.
38
FƏTƏLİYEVA SEVİNC ƏŞİR qızı
1973-cü ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan
olub. II-VIII sinifləri Aşağı Molluda, orta təhsilini isə Yuxarı Molluda
alıb. Mühasibat uçotu texnikumunu bitirib və mühasib ixtisasına
yiyələnib. Hal-hazırda Sumqayıt şəhərində maarif şöbəsində mühasib
vəzifəsində işləyir. Ailəlidir, bir qızı və bir oğlu var.
39
QARABAĞ MÜHARİBƏSİNİN QUBADLI
QƏHRƏMANLARI
1988-ci ildən başlayaraq ermənilər Azərbaycan torpaqlarına qarşı
bədnam niyyətlərini həyata keçirməyə başladılar. Azərbaycanın bütün
bölgələri müqəddəs Vətən torpağı uğrunda savaşa başladılar. Həmin
dövrdə xalqımızın qəhrəmanlıq ruhu çox güclü idi. Vətən torpaqlarını
qorumaq üçün ayağa qalxanların sayı-hesabı yox idi. Könüllü
müharibəyə gedənlərin sayı günü-gündən artırdı. Azərbaycan xalqının
bir parçası kimi Qubadlı igidləri də könüllü olaraq müharibəyə
qoşulmağa başladılar.
Məqsədim Qubadlıdan müharibəyə gedən, böyük qəhrəmanlıqla
vuruşan həmvətənlərimi bir daha yad etmək, onların müharibədə
göstərdikləri şücaəti təsvir etməkdir.
40
ƏLYAR YUSİF OĞLU ƏLİYEV
Əlyar Yusif oğlu Əliyev 1957-ci il dekabrın 14-də Qubadlının
Qəzyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi
İnstitutunu bitirib. O, hərbi xidməti başa vurduqdan sonra Saransk
Dövlət Universiteti onu idman üzrə tanınmış mütəxəssis kimi müəllim
işləməyə dəvət edir. 2 il Əlyar həmin universitetdə müəllim işləyir.
Atasının ölümü ilə əlaqədar dəfnə qayıdır, qəsəbə orta məktəbində
müəllim, "Məhsul" könüllü idman cəmiyyətinin rayon şöbəsinin
məşqçisi vəzifəsində çalışır. Az vaxt içərisində onun yaxşı işini nəzərə
alıb Həmkarlar İttifaqı könüllü bədən tərbiyəsi və İdman cəmiyyəti rayon
şurasının sədri seçiblər. Klassik güləş üzrə dəfələrlə respublika,
ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Bilavasitə Əlyarın
rəhbərliyi ilə yetişmiş 8 nəfər respublika və SSRİ çempionu olmuş, 1
nəfər isə olimpiya yığma komandasına üzv seçilmişdir.
Qarabağ müharibəsi başlayanda Əlyar Əliyev könüllü olaraq
müharibə meydanına atılır. Müharibəyə başlayarkən özünü təkcə
döyüşçü kimi yox, həm də müharibə təşkilatçısı kimi göstərməyə
başlayır. Əvvəlcə tabor kəşfiyyat bölməsinin komandiri, sonra təchizat
üzrə taborun rəisi təyin edilir. 1992-ci ildən isə tabor komandiri təyin
edilir. Düşmənin canlı qüvvəsinin məhv edilməsində dəfələrlə igidlik
göstərir. Bir döyüşçü kimi onun ən başlıca xüsusiyyəti ən ağır döyüş
41
yerlərinə can atması idi. Əlyar döyüşə başlayanda onun ətrafındakılarda
böyük ruh yüksəkliyi yaranır və igidliklə vuruşurdular.
Əlyarın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki
kilometrliyində olub. Həmin döyüşdə tabor komandiri Ə.Əliyev və onun
sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. Bu böyük
qəhrəmanlığına görə Azərbaycan Respublikası Prezidentinin 7 dekabr
1992-ci il fərmanı ilə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Qubadlılar və bütövlükdə Azərbaycan xalqı Əlyar Əliyev kimi igid oğlu
ilə fəxr edir. Onun iki oğlu və bir qızı intiqam eşqilə böyüyürlər.
Ə.Əliyevin məzarı doğulub boya-başa çatdığı Qəzyan
kəndindədir.
Dostları ilə paylaş: |