Əşir Bəşir oğlu Fətəliyev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9957
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

 
56
Sonra mən Bəhram müəllimi ana vətənim Aşağı Molluya qonan 
gətirmişəm və qardaşım Nüsrətin uşaqlarına kirvə tutmuşam. Hazırda 
dostluq  əlaqələrimiz çox geniş miqyas alıb. Həyatımda Bəhram 
müəllimlə dostluğuma qibtə edənlər çox olub. Ürəyi saf, dostluğun 
qədir-qiymətini bilənlər belə bir insanla dost olduğum üçün məni bu 
sarıdan xoşbəxt sayıblar, bədxahların isə paxıllığı tutub. 
Yaxşı dost insan SEVİNCini artırır, dərdini azaldır. Yuxarıda 
dediyim kimi baxmayaraq ki, o, məndən bir neçə yaş kiçikdir, həmişə 
dara düşəndə, onun məsləhətinə ehtiyac duymuşam. Mən həyatımda bir 
məsələni çox sınaqdan keçirmişəm. Bu da ondan ibarət olub ki, çətin 
məsələləri Bəhram müəllimlə bölüşdürdükdə onun həlli də asanlaşıb. 
Bəhram müəllimlə dostluq yaratdığım illər  ərzində bu insanı 
dərindən dərk edə bilmişəm. Onun təbiətində, xarakterində dərk etdiyim 
başlıca xüsusiyyətlərdən biri də onun dosti yolunda ən çətin işlərə 
getməyi bacarmasıdır. Belə bir insanla necə dost olmayasan?! 
Onun son dərəcə sadəliyi, səmimiliyi, öz peşəsini yüksək 
səviyyədə bilməsi  onu tanıyanlar, iş yoldaşları arasında ona böyük 
hörmət və məhəbbət qazandırıb. Sadəlik və səmimilik onun ayrılmaz yol 
yoldaşıdır.      O,  üzdə sadə, mənəviyyatca zəngin bir insandır. Bu 
zənginlik onun hərəkətlərində, söhbətlərində, başqaları ilə ünsiyyətdə 
özünü tamamilə təsdiqləyir.  


 
57
Mən bu gün Bəhram müəllimlə yaratdığım əlaqələrin yoluna nəzər 
salaraq düşünürəm: Bu dostluqdan nə qazanıb, nə itirmişəm? Heç bir şey 
itirməmişəm, qazandıqlarım isə sayagəlməzdir. Səmimi, sədaqətli, 
yüksək insani keyfiyyətlərə malik bir dost qazanmışam. Elə bir insan ki, 
onun övladları da dosta ən yaxşı arxadırlar. Mən tam arxayınam ki, həm 
Bəhram müəllimin, həm də  mənim övladlarım bu dostluğu qiymətli bir 
nemət kimi qoruyub saxlayacaqlar. 
Mənim Bəhram müəllimlə dostluğumun gücündən aşağıdakı 
misralar yaranmışdır: 
 Bir 
aqildən soruşdular:  
 Dost 
yaxşıdır, yoxsa qardaş? 
 Dedi: 
qardaşın qardaşdır, 
 Yaxşı dosta de sən qardaş. 
  **** 
 Dost 
həyatda müxtəlifdir 
 Çörək dostu, gərək dostu 
 Belə dostlar naxələfdir, 
 
Əsil dostdur ürək dostu. 
  **** 
 Süfrəndə nemətin bolsa, 
 Ürək dostu çox sevinər 
 
Darda qalsa naxələf dost 


 
58
 Kömək etməz, qoyub gedər. 
  **** 
 
Gərək dosta lazım gəlsən, 
 Tapar 
səni harda olsan. 
 Ona 
lazım deyilsənsə, 
 
Axtarmaz da darda qalsan. 
  **** 
 
Bəhram müəllim ürək dostum 
 
İşlərimə gərək dostum 
 Qohum-qardaşdan irəli, 
 Ürək dostum, ürək dostum. 


 
59
VAXTSIZ ÖLÜM 
 
 
 
 
"Xoşbəxt o insandır ki, övlad dağı  
 
 
 
 
 görməyib" (Süleyman Rəhimov) 
 
 
Vaxtsız əcəl heç qapını döyməsin, 
 
 
Xudam görüm quluna da qıymasın. 
 
 Övlad 
müsibətini Allah heç düşmənimə də göstərməsin. Çox çətin 
və dözülməzdir. Ailəyə  və övlada daha çox bağlı olanlarda isə bu 
müsibət daha dözülməz olur. Bunu deməklə mən heç də yaxşı və ya pis 
valideyn bölgüsü aparmaq istəmirəm. Lakin belə müsibətlər baş verəndə 
bir qisim insanlar bu dərdə tab gətirə bilir və bunu həyatın bir üzü kimi 
qiymətləndirir. Belə hallara dözə bilməyənlərin isə vay halına.  
 
Mən 70 yaşımı haqlamışam. Necə deyərlər, həyatın hər üzünü 
görmüşəm, lakin övlad müsibəti görməmişəm. Bəlkə ona görədir ki, 
bütün varlığım sarsıyıb. Çox qəribədir: deyirlər ürək yanmasa, gözdən 
yaş  çıxmaz. Mənim ürəyimə çal-çarpaz dağ  çəkilib, oğlumun müsibəti 
gündə məni yüz dəfə "öldürür", bəs niyə gözlərim yaş tökmür? Kənardan 
mənə baxanlar yəqin məni daşürəkli adlandırırlar. Oğlum Qabili qəbirə 
sallayanda bütün bədənim lərzəyə  gəldi. Ah-nalə göylərə ucaldı, göz 
yaşları sel-suya döndü. Bir mənim gözümdən yaş  gəlmədi. Bu atalar 
sözü doğru olsaydı, mən də onların sırasında olardım. Oğlumun anası, 
qardaşları, yeganı bacısı, bəxtiqara zövcəsi, körpə balaları göz 


 
60
yaşlarından məhv olurdular, mən isə varlığımdan ayrılmışdım. Qoy, o, 
böyük yaradana xoş getsin, bəlkə onlar göz yaşları ilə dərddən-qəmdən 
uzaqlaşırdılar. Mən isə… 
 
Həmin dəqiqələrdə göylərə  əl açıb yerindəcə  məhv olmağımı 
arzulamışam. Lakin hər şey sənin arzuladığın kimi olsaydı, nə vardı ki… 
 Başdan-ayağa təzadlarla  dolu olan bu dünya hərəni bir vəziyyətə 
salır. Neyləməli, hər kəsin taleyinə  nə yazılıb, o da olacaq. Bizim 
istədiyimiz kimi olsaydı dünya təzadsız və mənasız olardı.  
 Dünya 
çarxı  əvvəldən elə qurulub ki, hər bir insan həmişə öz 
taleyinin arxasınca sürünür. Bəzilərinin taleyi onu arzu etdiyindən də şən 
bir aləmlə qarşılaşdırır. Bəzilərini isə qaranlıq bir dünyaya atır. Mənim 
əziz balamın taleyi  kimi ölüm onu elə bir aləmə apardı ki, hələ oradan 
xilas olmağın yolunu heç kəs tapmayıb. Özü də ömrün cavan çağlarında. 
Belə anlarda böyük Səməd Vurğunun aşağıdakı misraları yada düşür: 
  Uzaqda 
buludlar 
dağılır lay-lay, 
 
 
Yenə öz yerində yuvarlanır ay 
 
 
Fəqət nə Cəlal var, nə də ki, Humay. 
 
 
Nə ömrə acıyır, nə yaşa dünya. 
 
Şairin qəhrəmanları  Cəlal və Humay həyatı  hələ yenicə qurmağa 
başladıqları vaxt fələk ömürlərinə balta çaldı. Bu dünya onların nə 
yaşına, nə ömrünə acımadı. Mənim  əziz balam Qabilin də taleyi belə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə