61
oldu. Ölüm nə onun yaşına baxdı, nə də ömrünə. Həmişə belə olub və bu
dünya necə ki var, belə də olacaq.
Bəzən insan bir əzizini itirəndə fikirlƏŞİR ki, görən bundan
qaçmaq olardımı? Bəlkə o, belə hərəkət etsəydi, bu cür olmazdı. Mən
böyük bir ömür yolu keçmişəm, bu həyatın hər üzünü görmüşəm.
Həmişə insanlar belə düşüncələr içində yaşayıb, lakin taleyinə nə yazılıb
o da olub.
Havayı yerə deyilməyib ki, sən saydığını say, gör fələk nə sayır.
Əzəldən taleyin nə demək olduğuna bu bir işarədir.
Bəs onda "ölümə çarə yoxdur" deyimi … Həyat yenicə açılmış
ətirli güllər, ölüm isə payızın xəzan yarpağına bənzəyir. Bu
qanunauyğunluq dünya yaranandan var və axıra qədər davam edəcək.
Əzəldən belədir çünki kainat
Cahan
daimidir,
ömür
əmanət.
Bəli, ömür insana əmanət verilir, onu nə almaq, nə də satmaq
mümkün deyil. Bir də ki, hər kəs istədiyi vaxt ölsəydit, Dədə Qorqud
demişkən dünyanın "ölümlü-itimli dünya" adında iki başı olmazdı.
Xalq
şairi Bəxtiyar Vahabzadənin misraları yada düşür:
Bu nədəndir ki, ölüm
Heç kəsin həyatına
Vaxtında gəlmir ancaq.
62
Aqillərdən biri deyib ki, öləndən sonra məni yatdığım torpaqda
deyil, yaxınlarımın ürəyində axtarın.
Bəli, əziz balam! Sən ata və ananın, qardaşlarının, yeganə
bacının, cüt balanın, səni istəyənlərin ürəyindəsən. Neçə ki, bu ürəklər
döyünür, sən varsan, yaşayırsan.
Dərd ağır olanda dözmək olmayır,
Qaməti düzəldib gəzmək olmayır.
Yerini
boş görrəm, dözmək olmayır
Qatil,
sənin əlin qurusun.
***
Cüt balana baxıb özünü görrəm,
Gəzdiyin hər yerdə izini görrəm.
Məzarına baxıb gözümü görrəm
Qatil,
sənin əlin qurusun.
***
Atan
ƏŞİR günü-gündən əriyir,
Təsəlli tapmayıb məzarına dəyir.
Yaşamaq istəmir, ölmək istəyir.
Qatil,
sənin əlin qurusun.
63
ATA YURDUM, ANA VƏTƏNİM AŞAĞI MOLLU
HAQQINDA BİR NEÇƏ SÖZ
Mən yuxarıda qeyd etmişdim ki, Aşağı Mollu kəndinin ulu
babaları vaxtilə buraya İrandan köçüb gəlmişlər. İranın Şamolular
kəndinin əhalisi vaxtilə bizim kəndi yaylaq yeri seçmiş və gəlib burada
yaylayırlarmış. Sonralar tədricən onların bir qismi buranı özlərinə əbədi
məskən seçib, burada yaşamışlar. Mollu sözünün mənşəyi də Şamolular
sözündən əmələ gəlib. Şamolular sözü fonetik dəyişməyə uğrayaraq
mollu sözü ilə əvəzlənmişdir.
Görünür,
onların buranı seçməsi bu diyarın əsrarəngiz gözəlliyi,
saf havası və saf suyu ilə bağlı olmuşdur. Bu diyar, həqiqətən gözəl
diyardır. Ata yurdum, Ana vətənim olduğuna görə demirəm. Buranın
gözəlliyini hər bir mollulu, buraya qədəm qoyan hər bir insan təsdiq
edər. Burada hər dağın-dərənin, hər gülün-çiçəyin özünəməxsus
bənzərsizliyi insanı heyran edir. Mən hərdən fikirlƏŞİRəm ki, görəsən
dünyada elə yer olarmı ora Molluya tay-bərabər olsun. Bu dağların
gözəlliyinə, təkrarsız mənzərəsinə, saf suyuna və saf havasına çox şerlər
həsr olunub. Lakin bunlar həmin gözəlliyi tam əks etdirə bilməyib
İlin bütün fəsillərində bu diyar gözəl olur. Qış ağ donunu
geyinəndə də , yaz gül-çiçəyə bəzənəndə də. Bu diyarın gecəsində də ,
gündüzündə də bir romantik gözəllik var.
64
1993-cü
ildə Molludan ayrılarkən isti-isti indiki qədər ürəyim
qubar eyləmirdi. Bəlkə də bu ona görə idi ki, hesab edirdim ki, tezliklə
qayıdacağıq. Vaxt uzandıqca, aylar, illər sürətlə bir-birini əvəz etdikcə
yaman darıxıram. Mollu gecələr də yuxumdan çıxmır. Qəribədir, hərdən
yuxuda özümü orada hiss etdikdə də, darıxıram. Elə bil mənə əyan olur
ki, mən ermənilərin əhatəsindəyəm. Tez uzaqlaşmaq istəyirm. Nə isə…
Deyirlər insan öz ömrünün iki çağında uşaq xasiyyət olur. Bir
həqiqi uşaqlıq dövründə, bir də ahıl, qoca yaşlarında . İndi mən buna
inanmışam. Fərq ondadır ki, uşaqlıq dövründə hələ dünyanı dərk
etmədiyin üçün hər bir şeyin fikrini çəkmirsən, heç şeyi vecinə almırsan,
heç şey haqqında düşünmürsən. Qocalıq dövrünün uşaqlığı isə tamam
bam-başqa şeydir. Uşaqyaş olmasan da uşaqxasiyyət olursan və bu da
səni burulğanlar içində boğur. Nə qədər çalışsan da, düşünsən də bu
burulğandan xilas ola bilmirsən.
Uşaqlıq dövründə başına bir qəza gələndə başqasının üstünə
gedirsən, səndən böyüklər səni xilas edir. Qocalıq dövründə isə bu çox
çətin olur. Bu dövrdə dərdini çox adama deyə bilmirsən, çox zaman isə
bundan xilas olmaq ətrafdakılardan asılı olmur. İstəyirsən gündə yüz
adama yalvarım kim mənim dərdimə çarə edəcək, kim mənim Mollumu
mənə qaytaracaq. Namiq Qaraçuxurlunun misraları yada düşür:
Nə yaman bir dərdə düşmüşük, Allah
Kədər bizə olub şah.
65
Doğrudan da, qəm-qüssə, kədər, dərd üzərimizdə hökmranlıq edir.
İstəyirlər hər gün mənə yağ-bal yedirsinlər, dünyanın ən yaxşı yerlərinə
istirahətə gönədirsinlər, fərq etməz, mən Vətənimi istəyirəm…
Belə bir əfsanə danışırlar ki, bir padşah bir quş saxlayırmış. Ona
qızıldan qəfəs düzəldibmiş, quşa qulluq edənləri varmış, padşah ona
qulluq edilməsinə özü nəzarət edirmiş. Bir gün quşabaxandan soruşur ki,
quşum necədir? Quşa qulluq edən cavab verir ki, möhtərəm padşah, quş
hər gün ah-vay içərisində yaşayır, hər gün vətən-vətən deyə göz yaşı
tökür. Padşah qəzəblənir və deyir ki, o, bundan da artıq bir yer istəyir?
Əmr edir ki, onun ayağına bir sap bağlayın, buraxın görək haradır onun
vətəni. Belə də edirlər. Quş uçaraq uzaq meşədə çör-çöpdən hörülmüş
bir yuvaya qonur və sənin çör-çöpünə qurban olum, yuvam, -deyə göz
yaşı tökür.
Bəli, burada böyük bir həqiqət var. "Hər kəsə öz eli-obası, Vətəni
əzizdir" zərb -məsəli də elə bu deməkdir.
Vətən çox şirindi, düşərmi dildən,
Bülbül
həsrət çəkər bağçada güldən
Mən vaxtsız ayrıldım obadan-eldən
Əllərim uzalı qalıb ey Vətən.
Günü-gündən nisgilim artır. Molludan ötrü, ata yurdum, ana
vətənimdən ötrü çox darıxıram. Mollu mənim üçün getdikcə daha çox
müqəddəslƏŞİR. Kaş bir quş olaydım, qanad açaydım, qərib bir axşam
Dostları ilə paylaş: |