Əşir Bəşir oğlu Fətəliyev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9957
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

 
95
Bakıda məhşur tar çalan Abdulla Qurbaninin qardaşıdır. 1984-cü ildə bu 
ailə Türkiyəyə köçüb. Arzu xanım Türkiyədə öz sənətini davam etdirir. 
Onun Türkiyədə azəri  mahnılarından ibarət klipi və audio kaseti 
buraxılıb. Yoldaşı Mühsin Qurbani Ankara Dövlət  Kültür Bakanlığında 
kamança şöbəsinə rəhbərlik edir. Bir oğlan övladları var. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
96
QULİYEV LOĞMAN BABAŞ oğlu  
Loğman Quliyev 1974-ci ildə Qubadlı rayonunun Mollu kəndində 
anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün 
sənədlərini Azərbaycan Dövlət  İqtisad Universitetinə  verir və oranı 
qurtararaq iqtsadçı peşəsinə yiyələnir. 
1998-ci ildən Azərbaycan ordusunda xidmət edir. Ordudan 
qayıtdıqdan sonra ikinci ixtisas almaq üçün sənədlərini Azərbaycan 
Dövlət rus dili və  ədəbiyyatı institutuna verir və ikinci kursdan 
Azərbaycan Dövlət Dillər Universitetinə dəyişilir və 2003-cü ildə həmin 
universitetin ingilis dili fakültəsini bitirir. Hələ universitetdə oxuyarkən 
şahmata böyük maraq göstərir, bir sıra yarışlarda qalib gələrək  şahmat 
üzrə beynəlxalq usta adına layiq görülür. 
Bundan sonra o, respublikada və beynəlxalq aləmdə keçirilən 
şahmat yarışlarında iştirak edir və uğurlar qazanır. 
Loğman Quliyevin beynəlxalq şahmat yarışlarında tutduğu yerlərə 
nəzər salsaq, onun necə şahmatçı olduğunu aydın görərik. 1994-cü ildə 
Drezdendə (Almaniya)  ikinci yer tutur. Qalan yarışların: Moskva-1995, 
Krasnoyarski – 1997, Bakı – 1995, Dubay – 2001, Cando (Fransa) 2003 
və digər yarışlarda birinci yeri tutmuşdur.  Əlbəttə, bütün bunlar 
Azərbaycan şahmat tarixi üçün qiymətli səhifələrdir. 
Loğman Quliyevi həm də  nəzəriyyəçi  şahmatçı da adlandırmaq 
olar. Onun bu sahəyə dair şahmatçılar arasında marağa səbəb olan bir 


 
97
çox məqalələri dərc olunub. Loğman Quliyev uzun müddət Respublika 
Həmkarlar  İttifaqı  şahmat-dama klubunda məşqçi-müəllim vəzifəsində 
işləyib. 
Sizə bu sahədə yeni uğurlar arzulayırıq! 
Mən  əldə etdiyim materiallar əsasında elimizin-obamızın bir sıra 
ağsaqqal və ziyalı adamları haqqında yazımı yekunlaşdırıram. Bunu da 
bilirəm ki, bunlar heç də    ziyalı  və  ağsaqqalarımızın hamısını  əhatə 
etmir.  Şirin Vəliyev, Hüseynquluyev Əliş, Quliyev Həbib, Orucov 
Bəylər,  Şükürov Asif, Həsənova Dilşad, Məhərrəmov Nadir, Səfərova 
Dilrubə, Orucov Ağamirzə kimi ağsaqqal çoxdur.  Onların sayı onlarla 
yox, yüzlərlədir. 
Uzun müddət maarif müdiri işləmiş Vahid Əliyev bir sıra məsul 
vəzifələrdə  işləmiş  Əli  Əliyev, yenə  də  təhsilimizin inkişafında 
xidmətləri olmuş Muradxan Sadıqov, Əbdüləli İmanov, Nizami Rzayev, 
Bəhram İsakov, Əvəz Hüseynəliyev, İsa Məhərrəmov, həyatdan vaxtsız 
getmiş oğlum Qabilin ən çox sevdiyi  müəllimlər İskəndər  Məmmədov, 
Allahverdi Allahverdiyev, Roza Əsgərova, Həsən  Əsədov, Hümbət 
Hümbətov, Rasim Xalıqverdiyev, Müştaba  Məmmədov,  Əbdüləli 
İmanov,  Əlif  İsmayılov, Ramiz Abbasov, Fazil  Nəzərov və onlarca 
başqa ziyalılarımızı minnətdarlıq hissi ilə yad edirəm. Onlara elmimizin-
obamızın qarşısında xidmət göstərdiklərinə görə çox sağ olun və 
dünyasını dəyişənlərə ruhunuz şad olsun deyirəm. 


 
98
BİR OCAĞIN ÖVLADLARI 
 
Qubadlının adlı-sanlı adamlarından, görkəmli ziyalılarından 
danışarkən xeyirxahlığı, elə-obaya bağlılığı ilə ad-san qazanmış 
Adıgözəlovlar ocağının yetişdirdiyi insanlar barədə ayrıca söz açmağa 
ehtiyac duydum. İlk növbədə ona görə ki, bu ocağın böyükləri kimi, 
övladları da öz həyatlarını xalqına həsr etmiş insanlar olublar. 


 
99
ADIGÖZƏLOV SALAM ZEYNALXAN OĞLU  
Bu ailənin başçısı Salam Zeynalxan oğlu Adıgözəlov  əslən 
Ermənistanın Sisyan rayonundandır. Lakin onun  həyatının böyük bir 
hissəsi Qubadlı rayonu və onun əməksevər insanları ilə bağlı olub. O, 
Qubadlı  və  Zəngilan rayonlarında rayon partiya komitəsinin birinci 
katibi kimi məsul vəzifələrdə işləyib. O ağır illərdə sözün əsl mənasında 
bütün zəkasını, biliyini, bacarığını xalqına həsr edib. Partizan 
dəstələrinin tərkibində əbədi  düşmənimiz olan erməni quldurlarına qarşı 
ölüm-dirim mübarizəsi aparıb. Zəngilan və Qarabağ bölgəsində  erməni 
generalları Heydenin, Dronun, Tevanın quldur ordusuna qarşı igidliklə 
vuruşan dəstənin komandiri olub. Əlbəttə o ağır illərdə belə bir 
mübarizəyə qoşulmaq və bu mübarizəyə rəhbərlik etmək olduqca  çətin 
və  məsuliyytli bir iş idi. Xalqımızın bir qismini faciə qarşısında qoyan 
hiyləgər ermənilərə cavab  vermək mərdlik və cəsarət tələb edirdi. Salam 
Adıgözəlov bütün bu işlərinə görə xalq arasında tezliklə məşhurlaşmış və 
elin-obanın böyük hörmətini qazanmışdır. 
Salam Adıgözəlov otuzuncu illərin ortalarında da çox məsul 
vəzifələrdə olmuşdur. Qubadlıda Daxili işlər şöbəsinin müdiri (NKVD), 
müharibə illərində  və ondan sonra isə rayon icraiyyə komitəsinin sədri 
kimi məsul vəzifələr yerinə yetirmişdir. 


 
100
ADIGÖZƏLOVA ƏMİNƏ TALIB qızı 
Adıgözəlovun həyat yoldaşı  Əminə Talıb qızı  Məmmədova da 
adlı-sanlı bir ailənin övladı olmuşdur. Xalq yazıçısı Süleyman Rəhimov 
Adıgözəlovlar ailəsinin yaxın dostu olmuş və bu ailə haqqında onun çox 
qiymətli xatirələri vardır. O, bu ailənin xanımı  Əminə xanım haqqında 
demişdir ki, Qubadlının iki gözəl qızı vardı ki, onlardan biri Əminə idi. 
Qaçaq Nəbinin ən yaxın qohumlarından olan Əminə xanım da şərəfli bir 
həyat yolu keçmişdir. O, müəllim adını ləyaqətlə ucaltdığına, bu sahədə 
əldə etdiyi böyük uğurlara görə Moskvada keçirilən müəllimlər 
qurultayına nümayəndə seçilmiş,  əməkdar müəllim adına layiq 
görülmüş, 1940-cı ildə SSRİ Ali Sovetinin Rəyasət heyəti tərəfindən 
"Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. 
Salam kişini və onun ömür yoldaşı  Əminə xanımı eldə-obada 
məşhurlaşdıran səbəblərdən biri də onların hər ikisinin ağır illərdə xalqın 
əlindən tutmaları, imkansızlara maddi cəhətdən kömək etmələri 
olmuşdur. 
Ailənin böyük oğlu professor Fikrət Adıgözəlov öz xatirələrində 
yazır ki, ata və anamı elə bil ki, "Allah bir xasiyyətdə, bir düşüncədə 
yaratmışdı. Qapımıza gələn elə bir adam tapılmazdı ki, istədiklərini alıb-
getməsinlər. Çox alicənab,  əliaçıq və xeyirxah insanlar idilər. Onların 
hərəkətlərində müşahidə etdiklərim xeyirxah əməllər mənim 
psixologiyama da dərin izlər buraxıb". 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə