Əşir Bəşir oğlu Fətəliyev


FƏTƏLİYEV ŞAMİL ƏŞİR oğlu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9957
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

 
35
FƏTƏLİYEV ŞAMİL ƏŞİR oğlu 
 
FƏTƏLİYEV Şamil ƏŞİR müəllimin ikinci övladıdır. 1962-ci ildə 
Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıtda başa vurub. 
Sonra ali təhsil almaq üçün İrkutsk şəhərinə gedib və İrkutsk şəhərində 
Kənd təsərrüfatı institututuna qəbul olub. Ovçuluq və meşəçilik 
ixtisasına yiyələnib.  Ali təhsilini başa vurduqdan sonra doğma 
Qubadlıya qayıdıb və bir müddət Qubadlı meşəçilik idarəsində müfəttiş 
işləyib. Hazırda İrkutsk şəhərində işləyir. Bir oğlu və bir qızı var. Həyat 
yoldaşı Asya xanımla Orxan və Səbinəni böyüdürlər.  
 
 
 
 
 
 
 
 
 
 
 


 
36
FƏTƏLİYEV MƏZAHİR ƏŞİR oğlu 
 
1965-ci ildə Sumqayıt  şəhərində anadan olub. Səkkizinci sinfə 
qədər Sumqayıtda, 9-10-cu sinifləri isə doğma kəndimiz Aşağı Molluda 
başa vurub. Ali təhsilini isə  İrkutsk  şəhərində alıb.  İrkutsk politexnik 
instituttunun "Avtomobillərin istismarı və təmiri" fakültəsini bitirib.  
Sonra  İrkutsk  şəhərində kommersiya işləri ilə  məşğul olmağa 
başlayıb. Məzahir həyat yoldaşı Leyla xanımla birlikdə bir oğlu və bir 
qız tərbiyə edirlər - Aygün və Emin.  
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
37
FƏTƏLİYEV QABİL ƏŞİR oğlu 
 
1970-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan 
olub. İbtidai təhsilini doğma kəndində, orta təhsilini isə Yuxarı Molluda 
alıb. Orta məktəbi medalla başa vurub.  
Sonra İrkutsk şəhərinə qardaşlarının yanına gedib. Tibb institutuna 
qəbul olub və oranın stomatologiya fakültəsini bitirib. Sonra İrkutskdə 
qardaşlarının yanında işləyib. 2002-ci il mart ayının 11-də gecə yaşadığı 
evə gələrkən naməlum qatillər tərəfindən vəhşicəsinə öldürülüb. Məzarı 
Sumqayıt qəbiristanlığındadır. Gülnar və Əminə adlı iki qızı var. Qabilin 
həyat yoldaşı Ramilə xanım bu uşaqları həm də ata qayğısı ilə böyüdür.  
 
 
 
 
 
 
 
 
 
 


 
38
FƏTƏLİYEVA SEVİNC ƏŞİR qızı 
 
1973-cü ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan 
olub. II-VIII sinifləri Aşağı Molluda, orta təhsilini isə Yuxarı Molluda 
alıb. Mühasibat uçotu texnikumunu bitirib və mühasib ixtisasına 
yiyələnib. Hal-hazırda Sumqayıt  şəhərində maarif şöbəsində mühasib 
vəzifəsində işləyir. Ailəlidir, bir qızı və bir oğlu var.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
39
QARABAĞ MÜHARİBƏSİNİN QUBADLI 
QƏHRƏMANLARI 
 
1988-ci ildən başlayaraq ermənilər Azərbaycan torpaqlarına qarşı 
bədnam niyyətlərini həyata keçirməyə başladılar. Azərbaycanın bütün 
bölgələri müqəddəs Vətən torpağı  uğrunda savaşa başladılar. Həmin 
dövrdə xalqımızın qəhrəmanlıq ruhu çox güclü idi. Vətən torpaqlarını 
qorumaq üçün ayağa qalxanların sayı-hesabı yox idi. Könüllü 
müharibəyə gedənlərin sayı günü-gündən artırdı. Azərbaycan xalqının 
bir parçası kimi Qubadlı igidləri də könüllü olaraq müharibəyə 
qoşulmağa başladılar. 
Məqsədim Qubadlıdan müharibəyə gedən, böyük qəhrəmanlıqla 
vuruşan həmvətənlərimi bir daha yad etmək, onların müharibədə 
göstərdikləri şücaəti təsvir etməkdir.  
 
 
 
 
 
 
 
 


 
40
ƏLYAR YUSİF OĞLU ƏLİYEV 
Əlyar Yusif oğlu  Əliyev 1957-ci il dekabrın 14-də Qubadlının 
Qəzyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi 
İnstitutunu bitirib. O, hərbi xidməti başa vurduqdan sonra Saransk 
Dövlət Universiteti onu idman üzrə tanınmış mütəxəssis kimi müəllim 
işləməyə  dəvət edir. 2 il Əlyar həmin universitetdə müəllim işləyir. 
Atasının ölümü ilə  əlaqədar dəfnə qayıdır, qəsəbə orta məktəbində 
müəllim, "Məhsul" könüllü idman cəmiyyətinin rayon şöbəsinin 
məşqçisi vəzifəsində çalışır. Az vaxt içərisində onun yaxşı  işini nəzərə 
alıb Həmkarlar İttifaqı könüllü bədən tərbiyəsi və İdman cəmiyyəti rayon 
şurasının sədri seçiblər. Klassik güləş üzrə  dəfələrlə respublika, 
ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Bilavasitə  Əlyarın 
rəhbərliyi ilə yetişmiş 8 nəfər respublika və SSRİ çempionu olmuş, 1 
nəfər isə olimpiya yığma komandasına üzv seçilmişdir. 
Qarabağ müharibəsi başlayanda  Əlyar  Əliyev könüllü olaraq 
müharibə meydanına atılır. Müharibəyə başlayarkən özünü təkcə 
döyüşçü kimi yox, həm də müharibə  təşkilatçısı kimi göstərməyə 
başlayır.  Əvvəlcə tabor kəşfiyyat bölməsinin komandiri, sonra təchizat 
üzrə taborun rəisi təyin edilir. 1992-ci ildən isə tabor komandiri təyin 
edilir. Düşmənin canlı qüvvəsinin məhv edilməsində  dəfələrlə igidlik 
göstərir. Bir döyüşçü kimi onun ən başlıca xüsusiyyəti  ən ağır döyüş 


 
41
yerlərinə can atması idi. Əlyar döyüşə başlayanda onun ətrafındakılarda 
böyük ruh yüksəkliyi yaranır və igidliklə vuruşurdular. 
Əlyarın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki 
kilometrliyində olub. Həmin döyüşdə tabor komandiri Ə.Əliyev və onun 
sürücüsü  Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. Bu böyük 
qəhrəmanlığına görə Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 
1992-ci il fərmanı ilə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib. 
Qubadlılar və bütövlükdə Azərbaycan xalqı Əlyar Əliyev kimi igid oğlu 
ilə fəxr edir. Onun iki oğlu və bir qızı intiqam eşqilə böyüyürlər. 
Ə.Əliyevin məzarı doğulub boya-başa çatdığı  Qəzyan 
kəndindədir. 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə