ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.

səhifə1/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   132


 
 
 
 
ƏŞİR BƏŞİROĞLU 
 
 
 
 
 
C Ə S U R  
Q A R D A Ş L A R  
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı “Təknur” 2013 
 


C
əsur qardaşlar 

 
 
 
Bu  kitabı  yazarkən  mənə  dəyərli məlumatlar  topladığına  görə  oğlum 
Şamilə dərin minnətdarlığımı bildirirəm.  
 
 
 
Redaktor:    
B
əhram Salman oğlu Avilov, fəlsəfə doktoru 
Korrektor:   
Z
ərifə İsmayıl qızı Rzayeva,  
filologiya elml
əri namizədi, dosent 
 
 
 
 
 
Əşir Bəşiroğlu 
C
əsur qardaşlar 
Bakı: “Təknur” nəşriyyatı, 2013, səh 
 
 
 
Şair-publisist Əşir Bəşiroğlu iri həcmli 12 kitab yazıb oxuculara təqdim 
edi
lmişdir. “Cəsur  qardaşlar” adlanan bu kitab  şairin  oxucularla  13-cü 
görüşüdür. Kitabda vətənə sevgi və elə məhbbət hissi aşılanır. Eyni zamanda 
milli düşmənimiz olan ermənilərə nifrət hissi tövsiyyə olunur.  
   
 
 
 
 
 
 
 
Əşir Bəşiroğlu 2013  
 


Əşir Bəşiroğlu 
 

 
 
TARİXİN QAN YADDAŞI 
Unutmamalıyıq  ki,  1988-1994-cü  illərdə  Azərbaycanın  bu  torpaqları 
ermənilər tərəfindən işğal edilmişdir. 
1.
 
Dağlıq  Qarabağ  (Şuşa,  Xankəndi,  Xocalı,  Əsgəran, Xocavənd,  Ağdərə, 
Hadrut), işğal tarixi – 1988-1994-cü illər. Sahəsi: 4400 kv.km 
2.
 
Şərur rayonunun Kərki və Cünnüt kəndləri (17 fevral 1990). Sahəsi: 19 
kv.km 
3.
 
Laçın (17 may 1992). Sahəsi: 1835 kv.km 
4.
 
K
əlbəcər (3-4 aprel 1993). Sahəsi: 1936 kv.km 
5.
 
Ağdam (23 iyul 1993). Sahəsi: 1094 kv.km  
6.
 
C
əbrayıl (18 avqust 1993). Sahəsi: 1059 kv.km 
7.
 
Füzuli (23 avqust 1993). Sah
əsi: 1386 kv.km 
8.
 
Qubadlı (31 avqust 1993). Sahəsi: 802 kv.km 
9.
 
Z
əngilan (30 oktyabr 1993). Sahəsi: 707 kv.km 
Bu torpaqların azad edilməsi bizim müqəddəs borcumuzdur. Mən əminəm ki, 
bizim  qəhrəman  milli  ordumuz  tezliklə  bu  torpaqları  düşmən  tapdağından  azad 
edəcəkdir. Siz də əmin olun, mənim istəkli həmvətənlərim! Amin...  
 
 


C
əsur qardaşlar 

 
MÜƏLLİF HAQQINDA 
Şair-publisist Əşir Bəşiroğlu (Fətəliyev Əşir 
Bəşir  oğlu)  3  noyabr  1935-ci  ildə  Qubadlı 
rayonunun  Aşağı  Mollu  kəndində  kolxozçu 
ailəsində anadan olub. 1953-cü ildə Qubadlı rayon 
Xanlıq  kənd  orta  məktəbini  bitirib.  1954-1957-ci 
illərdə  hərbi  xidmətdə  olub.  1958-1969-cu  illərdə 
Sumqayıt şəhərindəki Alüminium zavodunda fəhlə, 
növbə  rəisi  və  sex  partiya  komitəsinin  katibi 
işləmişdir.  Dəfələrlə  Sumqayıt  şəhər  Sovetinin 
deputatı və konfrans nümayəndəsi seçilmişdir.  
İşdən 
ayrılmadan 
təhsilini 
davam 
etdirmişdir.  O,  əvvəlcə  Bakı  Statistika  Texnikomunu,  sonra  isə  V.İ.Lenin  adına 
APİ-ni bitirmişdir. Elə həmin illərdə də Qubadlı rayonunun Aşağı Mollu kənd orta 
məktbində müəllim işləmişdir. İndi o məktəb Sumqayıt şəhrində yerləşir.  
3 noyabr 1970-
ci ildə Aşağı Mollu kəndindəki Qaçaq Nəbi adına kolxozun 
İdarə heyyətinə sədr seçilmişdir. İşlədiyi müddətdə kolxoz keçici qırmızı bayraq, o 
özü  isə  fəxri  fərman  və  döş  nişanı  ilə  təltif  olunmuşdur.  25  dekabr  1975-ci ildə 
səhhəti  ilə  əlaqədar  olaraq  işdən  çıxmışdır.  O,  yenə  də  Aşağı  Mollu  kənd 
məktəbində müəllimlik etmişdir.  
Əşir  Bəşiroğlu  “Qızıl  qələm”,  “Xalqın  nüfuzlu  ziyalısı”,  “Azərbaycan 
bayrağı”,  “H.Z.Tağıyev”,  “H.B.Zərdabi”  və  “Şərəf”  media  mükafatları  fəxri 
dip
lomları ilə təltif olunmuşdur.  
Azərbaycan KİVİHİ-nin və Azərbaycan yazıçılar birliyinin üzvüdür.  
Şairin  iri  həcmli  12  kitabı  nəşr  olunub  oxuculara  təqdim  edilmişdir.  Onun 
əvvəlki kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Ümüdvarıq ki, “Cəsur 
qardaşlar” adlanan bu 13-cü kitab da oxucular tərəfindən rəğbətlə qarşılanacaqdır.   
 
 


Əşir Bəşiroğlu 
 

 
ÖN SÖZ 
1988-ci ilin fevral
ında böyük münaqişə başlandı – sonralar o, ölkənin kütləvi 
informasiya  vasitələrində  “Dağlıq  Qarabağ  vilayətində  və  onun  ətrafında 
hadisələr” adlandırıldı.  
Elə bir dövr idi ki, hələ yenidənqurma prosesləri çoxminli insan kütlələrini 
şəhər və qəsəbələrin küçə və meydanlarına çıxarmamışdı. SSRİ xalq deputatlarının 
bütün ölkəni iki həftəliyə işdən ayıran, uşaqdan tutmuş böyüyədək hamını televizor 
ekranlarına  cəlb  edən  birinci  qurultayı  keçirilməmişdi,  alkoqolizm  əleyhinə 
qanunveriliyin  qüvvəyə  minməsinin  iqtisadi  təsiri  özünü  göstərməmişdi,  ölkənin 
müxtəlif  güşələrində  zəhmətkeşlərin  çıxışlarının  güclü  dalğasını  qaldıran, 
iqtisaiyyatı  durğunluq  vəziyyətindən  çıxarıb  böhran  burulğanına  atan  şaxtaçı 
tətilləri başlanmamışdı.  
DQMV-
ə dair 1988-ci il martın 23-də qəbul edilmiş ilk sənədlərdən birində 
deyilirdi  ki,  “...SSRİ  Ali  Sovetinin  Rəyasət  heyəti  SSRİ  Konstitusuyasının  81-ci 
maddəsini rəhbər tutaraq qərara alır...” Sonra maddələr gəlirdi... 
O  zaman  çoxları  fikir  vermədi  ki,  Rəyasət  heyətinin  qərarı  ümumən 
Konstitusiyanın  məhz  81-ci  maddəsi  ilə  əlaqədar  qəbul  edilmişdir.  Bəs  həmin 
maddədə nədən danışılır? “Müttəfiq respublikaların süveren hüquqları SSR İttifaqı 
tərəfindən qorunur”. 
Məlumdur ki, Azərbaycan heç vaxt və heç kəsə ərazi iddiasında olmamışdır. 
Əksinə, Ermənistan DQMV ərazisinə malik olmaq iddiasını irəli sürmüşdür. Lakin 
ölkənin ali hakimiyyəti Azərbaycanın hüquqlarının mühafizəsinin tamamilə dəqiq 
qanunvericilik əsasını göstərsə də bu cür mühafizəni təmin etmədi.  
1988-
ci  il  martın  24-də  “1988-1995-ci  illərdə  Azərbaycan  SSR  Dağlıq 
Qarabağ  Muxtar  Vilayətinin  sosial-iqtisadi  inkişafını  sürətləndirmək  tədbirləri 
haqqında” Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarı qəbul olundu.  
Qərarda  deyilirdi:  “Beşilliyin  yalnız  son  üç  ili  ərzində  vilayətdə  sənaye 
istehsalının  həcmi  üç  dəfədən  çox,  kənd  təsərrüfatı  məhsulları  istehsalı  1,5  dəfə 
çoxalmışdır. Respublika və Ümumittifaq əmək bölgüsündə vilayətin iştirakı xeyli 
artmışdır,  inteqrasiya  prosesləri  güclü  inkişaf  edir.  Əhalinin  yaşayış  sahələri, 
xəstəxanalar, kitabxanalar, klublar ilə təminatı yaxşılaşmışdır”. 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   132


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə