ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə132/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   124   125   126   127   128   129   130   131   132

Əşir Bəşiroğlu 
 
387 
 
N.Kaprielov  – 
diş  poliklinikasının  həkimi.  O,  “Dostluq  hər  şeydən 
qiymətlidir”adlı  məqalədə  yazmışdır: “Şərq  müdrikləri  demişlər  ki,  Vətən 
valideynlərin  qəbri  olan  yerdir.  Mənim  babam,  dədəm  Azərbaycan  torpağında 
uyuyurlar.  Mən  də  həmin  torpaqda  anadan  olmuşam,  böyümüşəm  və  bu  günə 
qədər  də  yaşayıram.  Bura  mənim  Vətənimdir.  Bir  vaxt  mənim  qızım  ağır 
xəstələndi  və  ona  təcili  qan  lazım  oldu.  İlk  köməyə  gələnlər  azərbaycanlılar  idi. 
Ona görə də hər gün, hər saat qan qardaşları olmuşuq” (“Kommunist Sumqaita”, 
29 may, 1988). 
H.Kasparyan: “O faciəli günlərdə təmiz, saf, vicdanlı adamlar provokatorlara, 
təhrikçilərə  qoşulmadılar.  Mənim  qonşuların  Kamal  və  Tamara  Abdullayevlər, 
Malik Həsənov, Zöhrab Əliyev, Səmayə Hacıyeva, Zara Şabilova, Şirin Səfərov, 
İmran  Cəfərov  və  bir  çox  başqaları  bizə  təcili  köməyə  gəldilər”  (“Kommunist 
Sumqaita”, 22 iyun, 1988). 
M.Qazarov: 01 iyul 1988-
ci  il  tarixdə  “Kommunist  Sumqaita”  qəzetində 
“Bizim  dostluğumuz  müqəddəsdir”  adlı  məqalə  dərc  etdirmişdir.  Məqalədə 
oxuyuruq
:  “Mən  Ermənistanın  Gorus  rayonunda  Gorundzor  kəndində  anadan 
olmuşam.  Bizim  kəndimiz  üç  tərəfdən  Laçın  rayonunun  azərbaycanlı  kəndləri 
Cicimli, Qazı dərəsi və Zabuxla həmsərhəddir. Onlar bizim dilimizi yaxşı bilir, biz 
də onların. Biz həmişə çox mehriban qonşuluq şəraitində yaşamışıq. Mən 50 ildən 
çoxdur ki, 
Azərbaycanda  işləyirəm.  Mənim  ailəmin  və  dostlarımın 
azərbaycanlılarla  çoxillik  dostluq  həyatı  mənə  ixtiyar  verir  ki,  üzümü  Qarabağ 
ermənilərinə  tutub  deyim.  Mənim  əzizlərim,  Qağlıq  Qarabağ  sakinləri!  Mən 
inanıram ki, ağıl və bizim xalqların əsrlər boyu sülh, əminəmanlıq istəkləri qalib 
gələcək.  Sizi  millətçilik  toxumu  səpənləri  lənətləməyə,  onları  dəf  etməyə 
çağırıram.  
İ.Tamrazyan  “Qırğına  qədər  bizim  azərbaycanlılarla  münasibətlərimiz  çox 
yaxşı  idi.  Mən  heç  vaxt  təsəvvür  etməzdim  ki,  belə  hadisə  ola  bilər.  Mən  hətta 
azərbaycanlılarla  “kirvə”  olub  qohumlaşmışdım. Bir  ailə  kimi  dostcasına 
yaşayırdıq.  Biz  özümüz  başa  düşə  bilmirik  ki,  bu  necə  ola  bilərdi”.  (Yuriy 
Pompeyev.  «Кровавый  омут  Карабаха»  -  “Qarabağın  qan  girdabında”,  Bakı, 
1992, s.61)  


C
əsur qardaşlar 
388 
 
Beləliklə, aydın olur ki, uzun illər Sumqayıtda azərbaycanlılarla qonşu olmuş, 
əmək  kollektivlərində  birgə  işləmiş  ermənilər  ancaq  yaxın  dostluqdan, 
yoldaşlıqdan,  mehriban  qonşuluqdan,  “kirvə”  olmalarından  danışırlar,  heç  bir 
güley-
güzar etmirlər. Amma bir dəfə də olsun Azərbaycanda, Sumqayıtda olmamış 
separatçı,  millətçi,  öz  xalqının  da  düşməni  olan  erməni  “başbilənləri” 
Azərbaycanda “milli əsarət” siyasəti aparılmışdır deməklə bütövlükdə Azərbaycan 
xalqına, o cümlədən Sumqayıt şəhərinə və onun çoxmillətli əhalisinə xas olmayan 
fikir  söyləyir,  qara  yaxır,  böhtan  atırlar.  Əslində  isə,  bütün  Azərbaycan 
Respublikasında,  o  cümlədən  xalqlar  dostluğu  şəhəri  olan  Sumqayıtda  da 
ermənilərə qarşı qayğı, mehribançılıq, xüsusi milli səxavət göstərilmişdir.  
Yuxarıda yazılanlardan göründüyü kimi, Sumqayıtda sənaye obyeklərinin və 
şəhər  binalarının  ilk  bünövrə  daşını  qoymuş  “Zaqsənayeinşaatı”  tikinti  trestinin 
1944-1958-
ci  illərdə  (14  il)  fəaliyyət  göstərmiş  “Fəhlə  Təchizatı  Şöbəsi”-nin 
“Ticarət”, İctimai-iaşə”, “Məişət xidməti” şəbəkələrinə dolmuş ermənilərin şəhərdə 
qorxmadan-
çəkinmədən  törətdikləri  hiyləgər  əməlləri  açıqlamaq  məqsədi  ilə 
apardığımız kiçik bir sosioloji tədqiqat nəticəsində erməni milli mentalitetinə xas 
olan 
bəzi cəhətlər üzə çıxdı. Bu cəhətlərdən bir neçəsini qısaca ümumiləşdirək.  
Birinci. 1988-
ci  ildə  Sumqayıtda  özləri  təşkil  etdikləri  hadisələrdən  sonra 
separatçı-millətçi  və  terrorçu  ermənilər  hay-küy  salırlar  ki,  “70-illik Sovet 
hakimiyyəti  illərində  Azərbaycanda  milli  əsarət  siyasəti  aparılmışdır.  Sumqayıt 
hadisələri isə həmin siyasətin təbii nəticəsidir”. 
Məlumdur ki, ermənilər Sumqayıtda terrorçuluq hadisələri təşkil edənə qədər 
xalqlar dostluğu şəhəri kimi geniş tanınmış Sumqayıtda 84 millətin və azyaşlı etnik 
qrupların  nümayəndələri  çox  mehriban  yaşayırdılar  və  bugün  də  mehriban 
yaşayırlar.  Həmin  xalqın  nümayəndələrindən  olan  adamların  heç  biri  demir  ki, 
Azərbaycanda, Sumqayıtda 70 il onlara qarşı “milli əsarət” siyasəti aparılmışdır.  
Tədqiqatımızın  nəticələri  göstərir  ki,  Sumqayıtda  digər  millətlərdən  olan 
adamlardan,  hətta  azərbaycanlıların  özlərindən  də  artıq  hörmət,  qayğı  və  kömək 
ermənilərə göstərilmişdir. Bunun səbəbi isə, abırsız-həyasız ermənilərin hiyləgərlik 
bacarığı, vəzifəli azərbaycanlıların isə, tamahkarlığı və maymaqlığı  olmuşdur.  
İkinci. Ermənilər Sumqayıtın sənaye müəssisələrində adətən, müdir yox, baş 
mühəndis,  baş  mühasib,  şöbə  müdiri,  xəzinədar,  direktorun  sürücüsü,  katibəsi, 


Əşir Bəşiroğlu 
 
389 
 
makinaçısı  işləməyi  üstün  tuturdular.  Ticarətdə,  iaşədə,  məişət  xidməti 
şəbəkələrində  isı  əksərən  müdir  olmağa  can  atmışlar.  Hiyləgər  ermənilər  sənaye 
müəssisələrində  müdir  işləmək  istəmirdilər,  ona  görə  ki,  müdirlər  məsuliyyət 
daşıyırdı,  onlardan  plan  tələb  olunurdu.  Sonra  isə  sovet  dövrü  müəssisə,  idarə, 
təşkilat  rəhbərlərinin  iş  vaxtının  çoxu  komsomol,  həmkarlar,  partiya 
iclaslarında,bürolarda,  plenumlarda,  sessiyalarda  keçirdi.  Yerlərdə  isə  əsas  işləri 
görənlər  baş  mühəndislər,  baş  mühasiblər  idi  ki,  həmin  vəzifələri  də  ermənilər 
tuturdu.  Ticarətdə,  iaşədə,  məişət  xidməti  sahələrində  müdir  vəzifələrində 
işləyənlər  ortajda  yeyib,  qıraqda  gəzdikləri  üçün,  o  şəbəkələrdə,  demək  olar  ki, 
bütün təsərrüfat ermənilərin əlində olmuşdur.  
Üçüncü
.  Müəssisə,  idarə  və  təşkilatda  ilk  dəfə  işə  qəbul  olunan  ermənilər 
dərhal  mənzil,  telefon,  maşın,  bağ,  mebel,  qaraj  növbəsinə  dayanıb  onları  əldə 
etdikdən  sonra  sənajye  və  tikinti  müəssisələrini  tərk  edir,  ticarət,  iaşə,  məişət 
xidməti göstərən müəssisələrə axışırdılar. Onların da böyük əksəriyyəti azsavadlı 
qadınlar idi. Kişilər isə o zaman dəbdə olan “sezonnaya rabota”  – “mövsüm işi” 
adı  ilə  Sumqayıtdan  çıxıb  iqtisadi  baxımdan  daha  təmiz olan respublikalara, 
vilaıyətlərə,  şəhər  və  kəndlərə  gedirdilər  və  çoxları  geri  qayıtmırdılar.  Onların 
ardınca isə oğlanları və qızları oxumağa gedirdilər və geri qayıtmırdılar.  
Dördüncü
.  Şəhərin  mənzil-kommunal  idarələrində  yuva  salmış  erməni 
qadınları  –  katibələr,  mühasiblər,  makinaçılar,  pasport  qeydiyyatı  ilə  məşğul 
olanlar şəhərin yaşayış evlərində boşalan keyfiyyətli mənzillərin ermənilərin əlinə 
keçirilməsində fəal rol oynayırdılar.  
Beşinci. Şəhərdə erməni oğlanları slavyan xalqlarından olan qızlarla, qızları 
isə  əksərən  azərbaycanlı  oğlanlarla  ailə-nigah  münasibətlərinə  girməsi  prosesi 
şəhər  həyatının  bütün  sahələrində  ermənilərin  əl-qol  açması  üçün  geniş  imkan 
yaradırdı.  
Altıncı.  Sumqayıtda  doğulan,  uşaq  baxçasında  böyüyən,  rus  dilində  orta 
məktəbi  bitirən  erməni  uşaqlarının  əksəriyyəti  keçmiş  SSRİ-nin  müxtəlif 
şəhərlərinə ali təhsil almağa gedirdilər. Onların çoxu ali məktəbi qurtarandan sonra 
geri qayıtmırdı.  


C
əsur qardaşlar 
390 
 
Yeddinci
.  Şəhərin  tabitə  qovşağı  təşkilatında  məskən  salmış  erməni  qızları 
Sumqayıt  haqqında  lazım  olan  informasiyanı  marağında  olan  yerlərə  asanlıqla 
ötürürdülər.  
Səkkizinci. Sumqayıtda ermənilər yaşayan mənzillərin əksəriyyətinə telefon 
xətti  çəkilmişdi.  Odur  ki,  şəhərin  sənaye  və  ərzaq  dükanlarına  keyfiyyətli  ərzaq 
məhsulları və defisit mallar gələn kimi bir-birinə xəbər verirdilər, azərbaycanlılar 
və digərləri xəbər tutana qədər, hamısını alıb aparırdılar.  
Doqquzuncu
Ermənilər  “erməniçilik” ideologiyasına xas olan bütün çirkli
alçaq  əməllərə  əl  atmaqla  yüksək  vəzifəli  azərbaycanlı  məmurların  sürücüsü, 
katibəsi, makinaçısı işləyirdilər. Bəzən azərbaycanlıların özlərinin də problemlərini 
həll etməkdə ermənilər kömək göstərirdi.  
Onuncu
. Bütün günahları, təqsirləri ermənilərin üstünə yıxmaq, əlbəttə, səhv 
olardı.  Öz  günahlarımız  daha  çox  olmuşdur.  Sovet  hakimiyyəti  illərində 
Sumqayıtda  ermənilərə  yaşıl  işıq  yandıranlar  maymaq,  tamahkar,  hayquşların-
vayquşların toruna düşmüş azərbaycanlılar olmuşdur.  
Hörmətli oxucu! 
Müstəqil Azərbaycan Respublikasının hərtərəfli və dinamik inkişaf etməsinə 
bu gün maneə törədən əsas faktor iki qonşu xalqdan birinin aktivliyi (məkrliliyi) və 
digərinin  passivliyi  (unutqanlığı)  şəraitində  tarixən  yaranmış  Ermənistan  – 
Azərbaycan münasibətləri problemidir.  
Ermənistan –Azərbaycan  münasibətləri erməni tərəfin Türkiyə, Azərbaycan, 
Gürc
üstan  və  Rusiya  torpaqları  hesabına  “Böyük  Ermənistan  dövləti  yaratmaq” 
xülyasından  törənmiş  və  XX  əsrdə  xalqımızın  başına  1905,  1918-1920-ci  illər  
qırğınları,  1948-1953-cü  illər  deportasiya,  1988-ci  il  Əsgəranda  və  Sumqayıtda 
törədilmiş  hadisələri,  1992-ci  il  Xocalı  soyqırımı  kimi  dəhşətli  faciələri 
gətirmişdir.  XXI  ərsin  astanasında  Azərbaycan  Respublikasının  ərazisinin  20%-i 
zəbt edilmiş, bir milyondan artıq adam öz ata-baba yurdlarından qovulmuşdur.  
Sumqayıtda törədilmiş hadisələrin səbəbi nə dostluq şəhəri Sumqayıtla, nə də 
burada  yaşayb-yaradan 80-dən  artıq  müxtəlif  millətlərdən  olan  insanların  – 
Sumqayıt əhalisinin millətlərarası münasibətləri ilə bağlı deyildir.  
Həm xarici ölkələrdə, həm də Moskvada ən yüksək dairələrdə vəkillik edən 
ermənilər  M.S.Qorbaçovun  “yenidənqurma”  adı  altında  SSRİ-ni parçalamaq 


Əşir Bəşiroğlu 
 
391 
 
siyasətindən  istifadə  edib  Azərbaycanın  Dağlıq  Qarabağ  Muxtar  Vilayətini 
Ermənistana  birləşdirmək  qərarına  gələrək,  Moskvanın  razılığı  ilə  Qarabağ 
uğrunda  ümummilli  erməni  hərəkatına  güclü  təkan  vermək  üçün  ictimai-siyasi 
bəhanə  rolunu  oynaya  biləcək  antierməni  iğtişaşlarının  törədilməsi  məqsədilə 
Azərbaycanın cavan şəhəri Sumqayıtı əlverişli yer kimi seçmişlər.  
Sumqayıtda  törədilmiş  1988-ci  il  fevral  hadisələrindən  mümkün  qədər  çox 
bəhrələnmək,  dünya  ictimaiyyəti  nəzərində  azərbaycanlıların  zalım,  qəddar, 
qaniçən, barbar obrazını yaratmaq və güya bu səbəbdən də onlarla birgə yaşamağın 
qeyri-
mümkünlüyü  haqqında  fikir  formalaşdırmaq  məqsədi  güdən  erməni 
millətçiləri dəridən-qabıqdan çıxır, hər cür vasitələrə əl atırlar.  
Bunun  əksinə  olaraq  Azərbaycanda  heç  bir  zaman  antierməni  təbliğatı 
aparılmamış,  hətta  erməni  millətçi  və  separatçıların  tarixi  saxtalaşdırmaq 
siyasətinin  əleyhinə  belə  düşünülmüş,  ardıcıl,  sistemli  təbliğat  işi  aparılmamış, 
onun son d
ərəcə vacib olduğu dərk edilməmiş, “unudulmuşdu”. 
Tarixi  unutqanlıq  sosial  bəladır.  Bu  bəlaldan  xilas  olmaq  lazımdır. 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyeb 31 mart – Azərbaycanlıların 
soyqırımı  günü  münasibətilə  Azərbaycan  xalqına  29 mart 2000-ci il tarixli 
müraciətində  tarixi  unutqanlığımıza  son  qoyulmasının  vacibliyi  fikri  xüsusilə 
vurğulanır:  “Biz  bütöv xalqlara qarşı  düşmənçilik  təbliq  etmək  fikrindən  uzağıq. 
Bu  yolun  perspektivi  yoxdur.  Tarixi  yaddaşsızlıq  və  unutqanlıq  xalqımızın 
taleyüklü  tarixi  problemlərinin  həllinə  keçilməz  maneələr  yarada  bilər.  Bunların 
dərslərini mənimsəmək, nəticələrini aradan qaldırmaq, indiki və gələcək nəsilləri 
xalqımıza qarşı fəaliyyət göstərən düşmən qüvvələrə və planlara qarşı ayıq-sayıqlıq 
ruhunda düzgün 
tərbiyə etmək bizim vəzifəmizdir”. 
 
SON SÖZ 
Laçın  rayon  İcra  hakimiyyəti  Sultan  bəyin  anadan  olmasının  140  illik 
yubiletinin    qeyd  edilməsi  haqqında  01.12.2010-cu  il  tarixli  80  saylı  sərəncam 
imzalamışdı.  Bu  münasibətlə  28.01.2011-ci  il  tarixdə  Laçın  rayon  İcra 
hakimiyyətində görüş keçirildi. Bu görüş bir Azərbaycan vətəndaşı kimi məni çox 
sevindirir. M
ən nə vaxtsa bu şəxsiyyətin öz layiqli qiymətini alacağına inanırdım. 
Bu gün h
əqiqət bərpa olunur. Sultan bəyi xarakterizə etmək olduqca çətindir, həm 


C
əsur qardaşlar 
392 
 
d
ə şərəflidir. Çətindir ona görə ki, o, özünə xas olan hər tərəfli fitri istedadlı bir 
şəxsiyyətdir. Şərəflidir ona görə ki, hər bir Türk oğlu ona oxşamağa çalışır, onun 
h
əyat yolunu öyrənir, ondan qürurlanır, onu ürəkdən sevir.  
Sultan b
əy vətənpərvərdir.  O,  doğulduğu  obanı,  eli,  onun  yaylaqlarını, 
meşələrini, göz oxşayan buz bulaqlarını, bir sözlə  flora və faunasını, təbii sərvət 
deyil
ən hər bir nemətlərini sevir. Çərçivəli,  asılı  rus  zabiti  olmaqdan bəylik 
qürurunu üstün tutan Sultan b
əy Peterburqda ali hərbi təhsilini yarımçıq qoyaraq 
doğma  vətəninə  qayıtmışdır.  Bundan  sonra  Laçında  dövrünə  görə  müasir tipli 
zavodlar tikdir
ərək  əhalini  işlə  təmin  etmiş,  bəzi xarici dövlətlərlə  ticarət 
əlaqələrini yaratmışdır.  
Erm
ənilər mütəmadi olaraq 1905, 1906, 1918-1920-ci illərdə  Qarabağa, 
Z
əngəzura məkrli  planlarla  hücum  etmişdilər.Bu  hücumların  dəf  edilməsində 
Sultan b
əy  Paşa  bəy  oğlu  Laçınlı  igidləri öz vəsaiti  hesabına  silahlandırmaqla 
erm
əni-rus birləşmələrini darmadağın etmişdir. İlk dəfə 1906-ci ildə Şuşanın azad 
edilm
əsinə  nail  olmuş,  onun  dəstəsi 500-dən  çox erməni  öldürmüş,  300  nəfəri 
yaralamışdır.  Andronikin  əsas  fikri  Laçından  keçməklə  Qarabağı  Ermənistanla 
birl
əşdirmək idi. Onun bu planını da puç edən Sultan bəy Sultanovdur.  
Tarixd
ə  bu  əməliyyat  Zabux  əməliyyatı  ilə  özünə  yer  almışdır.  Bu 
əməliyyatda  ağıllı,  istedadlı,  igid  Türk  oğlu  Sultan  bəyin müharibə  taktikası 
n
əticəsində  Andranikin  qoşunu  son  nəfərə  kimi  darmadağın  edilir.  Sultan  bəy 
Sultanov v
ə  Xosrov bəy  Sultanov  qardaşları  doğma  obasını,  elini, mənsub 
olduqları  Türk  soyunu  ürəkdən  sevmiş,  Azərbaycan  torpaqlarımın  bütövlüyünü 
qorumuş və bu yolda həmişə mübarizə aparmışdılar.  
Az
ərbaycan Sovet höküməti qurulandan sonra da bir müddət Xosrov bəy Şuşa 
İnqilab Komitəsinin sədri işlədi. Bu erməniləri narahat eləməyə başladı. 1920-ci il 
12 mayda Erm
ənistanın Xarici İşlər Nazirliyi Azərbaycan Şura hökümətinə Xosrov 
b
əy Sultanovla əlaqədar  göndərdiyi notada “erməni  qırğınlarının  təşkilatçısı 
Sultanov qırmızı lent taxaraq yenə də hakimiyyətdədir” – yazırdı. 
T
əbii ki, Xosrov bəyə hansı hakimiyyətin iş başında olmasının çox da böyük 
f
ərqi yox idi. ADR dövründə general-qubernator olanda da, Şuşa İnqilab Komitə 
s
ədri olanda da, eyni məsuliyyətlə  işinə  sədaqətli idi.  Onun mübarizəsi yurd 
uğrunda  idi,  torpaq  uğrunda  idi,  vətəninin, dövlətinin  bütovlüyü  uğrunda  idi. 


Əşir Bəşiroğlu 
 
393 
 
Xosrov b
əy ermənini  taniyırdı.  Azərbaycan  torpağına  göz  dikənlər, onu 
parçalayanlar, 
insanlarını  məhv edənlər  onun  düşmənləri idilər.  Xosrov bəy də, 
Sultan b
əy də özlərinin müqəddəs mübarizələrini mərdi-mərdana aparmaqda israrlı 
idil
ər.  
AXC-i dövründ
ə  Xosrov bəy Gorusa girmək, Zəngəzuru  daşnaklardan 
t
əmizləmək üçün icazə  istəmişdi.  Lakin,  Xosrov  bəyə  heç bir icazə  və  lazimi 
köm
əklik edilməmişdi.  Bütün bunlara baxmayaraq 1920-ci  ilin  martında 
X.Sultanov 
Novruz bayramı ərəfəsi ermənilərin Şuşada qaldırdığı qiyamı dəf etdi. 
 
Elimizin qəhrəman oğlulları Sultan bəy və Xosrov bəy haqda kitab yazmaq 
çox  şərəflidir,  ancaq  şərəfli  olduğu  qədər  də  məsuliyyətlidir.  Mən  bu  kitabı 
yazmazdan  əvvəl  arxiv  sənədlərini  araşdırmış,  oxu  zallarında  günlərlə  oturub  bu 
cəsur qardaşları haqda yazılarla tanış olmuşam. Eyni zamanda aşağıda göstərilən 
ədəbiyyatlardan istifadə etmişəm: 
1.
 
Az
ərbaycan Xalq Cumhuriyyəti ensiklopediyası, 
2.
 
S
əbahəddin Eloğlunun “Zəngəzur hadisələri” kitabı, 
3.
 
Şair-publisist Əvəz Lələdağın “Yaddan çıxmaz günlərim” kitabı, 
4.
 
Publisist yazıçı Famil Qaracallının (Süleymanov) “Anam niyə ağlayır” və “Qu 
quşunun nəğməsi” kitabları,  
5.
 
Professor Ziyadxan N
əbibəylinin “Sulltan bəy və Xosrov bəy qardaşları” kitabı, 
6.
 
Sumqayıt  Dövlət Universitetinin fəlsəfə  kadedrasının  müdiri,  fəlsəfə  elmləri 
doktoru, professor H
əsən  Şirəli  oğlu  Sadıqov  və  Sumqayıt  Dövlət 
Universitetinin rus dili kafedrasının müdiri filologiya elmləri namizədi, dosent 
Ramazan Salam oğlu Məmmədovun birgə yazdıqları “Sumqayıt milli əsarət ya 
milli s
əxavət?”  kitablarından  və  internetdən  əldə  etdiyim bəzi məlumatlardan 
istifad
ə etmişəm.  
Sadladıqlarım  ədəbiyyatlardan  istifadə  edərək  nəyə  nail  olmuşamsa  onu 
oxucularım  deyəcəklər,  publisist-şair  Əşir  Bəşiroğlunun  12  kitabı  oxuculara 
təqdim olunmuşdur. O kitablar oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Ümüd 
varıq ki, “Cəsur qardaşlar” adlanan bu 13-cü kitabı da oxucular tərəfindən qəğbətlə 
qarşılanacaqdır.  


C
əsur qardaşlar 
394 
 
Əşir Bəşiroğlu “Qızıl qələm”, “Xalqın nüfuzlu ziyalı”, “Azərbaycan bayrağı”, 
“H.Z.Tağıyev”,  “Həsən  bəy  Zərdabi”  və  “Şərəf”  media  mükafatları  diplomu 
laureatıdır.  
Azərbaycan KİVİNİ-nin və Azərbaycan yazıçılar birliyinin üzvüdür.  
 
 
ƏŞİR BƏŞİROĞLUNUN NƏŞR OLUNMUŞ KİTABLARININ 
S
İYAHISI 
Sıra 
N-si 
Kitabın adı 
Nəşriyyatın adı 
Nəşr 
tarixi 
Səhifə  Nüsxə 
1.
 
 
Xatirəyə dönən günlər 
Memar nəşriyyatı 
2005 
225 
300 
2.
 
 
İşıqlı şəxsiyyətlər 
unudulmur 
Memar nəşriyyatı 
2006 
300 
500 
3.
 
 
Dağlar ağladı 
Min bir mahnı 
nəşriyyatı 
2007 
340 
300 
4.
 
 
Mətanət 
Hərbi nəşriyyatı 
2008 
184 
250 
5.
 
 
Mənim ana dilim 
Hərbi nəşriyyatı 
2008 
196 
300 
6.
 
 
Yarımçıq ömür 
Hərbi nəşriyyatı 
2008 
176 
400 
7.
 
 
Nəbi yurdu 
Hərbi nəşriyyatı 
2009 
420 
300 
8.
 
 
Qəm karvanı 
Hərbi nəşriyyatı 
2011 
424 
300 
9.
 
 
Dünya düzəlməz 
Təknur nəşriyyatı 
2011 
304 
250 
10.
 
 
Pələng, şir və ayı 
Təknur nəşriyyatı 
2012 
350 
300 
11.
 
 
Hamının sevimlisi 
Təknur nəşriyyatı 
2012 
200 
300 
12.
 
 
Ağır faciə 
Təknur nəşriyyatı 
2012 
304 
300 
13.
 
 
Cəsur qardaşlar 
Təknur nəşriyyatı 
2013 
520 
350 
 
İnternet ünvanı: www.anl.az   

Document Outline

  • Bakı “Təknur” 2013
  • TARİXİN QAN YADDAŞI
  • ƏLİPAŞA BƏYİN HƏYATI
    • Ailəsi
    • El deyimləri
    • Öl, Molla Şərif, öl
    • Baxdı getdi
    • İki seyid bəs edər
    • Mərgi xəstəliyi
    • Rəhmətə gedib
    • Sənin dərdinə dərman yoxdur
    • Xurma, yoxsa qırma?!
    • Mənə canının qədrini bilən insan lazımdır
    • Balkan müharibəsi
    • Birinci dünya müharibəsi
    • 1917-ci ildən sonra
  • ƏŞİR BƏŞİROĞLUNUN NƏŞR OLUNMUŞ KİTABLARININ SİYAHISI

Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə