ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə14/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   10   11   12   13   14   15   16   17   ...   132

C
əsur qardaşlar 
38 
 
qırmısınız.  Axı,  bunları  axirət  dünyasında  sizdən soruşacaqlar”  yadına  düşdü. 
(F.Süleymanov 
“Qu quşunun nəğməsi”). 
Daşnaqlar  onun  sözünü  eşitməmək  üçün  torpağı  tez-tez tökürdülər ki, tez 
s
əsini kəssin. Bəli, torpaq üç gün elə bil nəfəs alırdı. Üç gün bu hadisədən sonra 
d
əhşətli bir gecədə Nəsib, Kərbalayı Səkinə və Həbib kişinin basdırıldığı yerə gəlib 
h
ələ  də  insan hərarətindən  isinmiş  torpağı  qazıb Məmmədrəhimin meyidini gecə 
ik
ən fərməşə  qoyub obaya gətirdilər. Bir neçə  saat tez gəlsəydilər bəlkə  də  sağ 
qalarmış. Hələ də bədənində hərarəti var imiş. Hətta ağzından torpağa qarışmış su 
da qurumamışdı. Bax, bütün bunları fikirləşdikcə Nəsib özünü danlayır və atasının 

əzablarını  fikirləşərkən  özünü  atasının  ölümünə  bais  sanırdı.  Özü-özünü 
danlayırdı:  “Axı  nə üçün bir gün əvvəl gəlmədim.  Kişini xilas  edərdim. İndi isə 
bax bu erm
əni gözəlini görən kimi ürəyimdə nifrət azalır, rəğbət oyanır. Axı, nə 
üçün? M
ən  qisas  almalıyam.  İndi  atamı  diri-diri  basdıranları  tapıb,  onları  da  bu 
əllərimlə boğmalıyam”. Yenə də həmin müdhiş gecədə atasını, iki qardaşını və bir 
d
ə nənəsini gecə ikən torpaqdan çıxaranda Kərbalayı Səkinənin için-için ağlaması, 
nal
əsi yadından çıxmırdı, fikirləşdikcə tükləri biz-biz olurdu. Axı o, oğlunu soyuq 
m
əzardan çıxaranda and içdi ki, - “Oğul, mən sənin oğlanlarınla birlikdə mübarizə 
aparacağam.  Əgər sənin hər bir tükünə  bir  daşnaq  öldürməsəm, qoy mənə  bu 
yenic
ə  dən  düşmüş  birçəyim haram olsun”. Gecə  yenə  üç  atlı  Arana  doğru  – 
obamıza gedirdik. Gorusun Şorsu dərəsinə çatmışdıq ki, Gorus tərəfdən bizə sarı 
qaraltı gəldiyini gördüm. Burada ehtiyat və cəsarət gərəkdir. Elə etmək lazımdır ki, 
buradan  salamat  çıxaq,  yoxsa  kiçik  bir  səhv hər üçümüzün məhvi demək idi. 
N
ənəm Kəblə Səkinə tez dilləndi: Atəş açmaq olmaz, burada yalnız ya xəncərlə, ya 
da boğmaqla öldürmək lazımdır. Hamımız əlimizdəki uzun tiyəli qılıncımızı hazır 
v
əziyyətdə  tutub  düşmənimizi gözləyirdik.  Qaraltı  yaxınlaşırdı.  Birdən Zəngəzur 
torpaqlarına qan və bizim el-obaya zülm verən Zəngəzur uyezdinin milis rəisi və 
iki n
əfər də milisi tanıdıq. Artıq gecikmək olmazdı. Nəsib gur səslə: - Əllərinizi 
qaldırın,  siz  artıq  mühasirədəsiniz! Bu an Kəblə  Səkinə  atdan  düşüb  Papaqlı 
qayanın arxasına keçdi. O da möhkəm səslə: - Əllərinizi qaldırın, silahları atın! Bu 
s
əs elə bil Şorsulu dərəsindən hər qayanın arxasından əks-səda verdi. Axı Şorsulu 
d
ərəsi hər tərəfdən qayalarla əhatə olunur. Gecələr burada bir nəfər danışsaydı elə 
bilirdin ki, böyük bir qoşun var. Buralar gecələr elə vahiməli olur ki, tək getmək 


Əşir Bəşiroğlu 
 
39 
 
mümkün olmur. S
əsin çoxluğuna görə qəza milis rəisi səsini belə çıxarmadı. Silahı 
atıb,  sakit  dayandı.  Bu  Zəngəzur  mahalını  zara  gətirən  Aruşanyan  idi.  Onun  adı 
g
ələndə bütün Zəngəzur mahalı onu lənətləyir, qəddar və qaniçən kimi tanıyırdı. 
El
ə  Məmmədrəhimi də  bu qaniçən  Aruşanyanın  dəstəsi tutub əli-qolu  bağlı 
g
ətirmişdilər.  Axı  Kərbəlayı  Səkinə  ellər gözəli  olan  Gülzarı  qətlə  yetirəndə 
Aruşanyana  güllə  atsa da  ona  dəyməmiş  o  aradan  çıxmışdır.  İndi  tale  onları 
yenid
ən üzbəüz gətirmişdi. Kəblə Səkinə bilirdi ki, əgər onlar güllə atsalar, o saat 
Gorusdan, Karun
zurdan, Dığdan silahlı adamlar töküləcəklər. Özü heç, nəvələrini 
m
əhv edərlər, nəslini kəsərlər. Nəsib bu sakitliyi hiss edərkən yenə: Hə, rəis, 
başında dəstə olanda özünü basılmaz hiss edirsən. İndi cavab ver. Bax, mən indi 
g
əlmişəm  atamın  qanını  almağa,  siz  murdarlar atamı  diri-diri  torpağa  basdıranda 
a
xı  o  dedi  ki,  mənim  övladlarım  sizdən  qanımı  alacaqlar,  indi  cavab ver. 
Aruşanyan,  əgər  əlini tərpətsən, səni tikə-tikə  edəcəyik.  Artıq  Aruşanyan  hiss 
edirdi ki, t
ələyə  düşüb.  Şirin  dilini  işə  salır:  Ara,  sən Qaçaq Nəsibsən? Nəsib 
t
əmkinini pozmadan: Bəli, mənəm. Məni sizin ədalətsizliyiniz  bu  dağlara  salıb. 
Gec
ələr  daşlar  yastığım,  buludlar  yorğanım  olub.  İndi  sən cavab ver, silaha əl 
atsanız özünüzü ölmüş bilin. Əllərinizi yuxarı qaldırın, yoxsa atəş açacağam. Artıq 
heç bir çıxış yolu olmayan Aruşanyan və müdafiəçiləri əllərini göyə qaldırmışdılar. 
H
ər üçü atdan düşmüş, daş heykəl kimi dayanmışdılar. “İndi sağ-salamat qalmaq 
ist
əyirsinizsə, körpə  nəvələrinizdən məhrum olmaq istəmirsinizsə, mən  əmr 
edir
əm, Aruşanyan sənə izn verirəm, müdafiəçilərinizin əllərini bağlayın, üçünüzdə 
biziml
ə  gedib  atamın  basdırıldığı  yeri  mənə  göstərəcəksiniz, onu yerdən  çıxarıb 
sonra sizi azad ed
əcəyik”. Aruşanyana sanki yeni həyat bəxş etdilər. Tez hər iki 
müdafi
əçisinin əllərini bağladı, özünün və onların silahlarını bir neçə metr kənara 
atıb:  Hə, indi getmək olar –  dedi. Kərbəlayi Səkinə  möhkəm səslə: “Nəsib, heç 
birini öldürm
ə,  əlini  o  murdarların  qanına  batırma”  –  dedi. Nəsib: Hə, indi gəl 
atam
ın yenicə soyumuş bədəninə bax, gör üç gün torpağın altında qalıb, ölümə can 
verm
əyib. Kərbəlayi Səkinə  meyitə:  “Ay  oğul,  səni qətlə  yetirənlər  indi  ölmüş, 
soyumuş cəsədinin qarşısında baş əyirlər. Yox, yox çıxarın meyiti, üzünü qibləyə 
çevirin, qoyun bir dua oxuyum”. Bunu deyib cibind
ən ülgüc çıxartdı, ağ saçlarını 
k
əsib  oğlunun  buza  dönmüş  cəsədinin üstünə  tökdü.  “Oğul,  qoy  mənim  bu  ağ 
saçlarım da səninlə o haqq  dünyaya getsin. İndi bil ki, sənə süd verən ana bax bu 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə