ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə2/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   2   3   4   5   6   7   8   9   ...   132

C
əsur qardaşlar 

 
Sonra bir sıra nöqsanlar göstərilirdi, onların tezliklə aradan qaldırılması üçün 
vilayətin  iqtisadiyyatına  iri  investisiyalar  yönəldilməsi,  digər  sosial  və  iqtisadi 
tədbirlər  görülməsi  tələb  olunurdu.  Təəssüf  ki,  iki  ildən  çox  vaxt  keçməsinə 
baxmayaraq,  qərarın  yerinə  yetirilməsinə  hələ  başlanmamışdır.  Əslində  DQMV-
nin  erməni  əhalisinin  və  qonşu  Ermənistanın  buna  hər  cür  mane  olduqları  bir 
vaxtda qərarın yerinə yetirilməsinə başlamaq mümkün idimi? 
Göstərilən  qərarın  üçüncü  maddəsini  xüsusi  qeyd  etmək  lazımdır.  Orada 
deyilirdi:  “SSRİ  Mədəniyyət  Nazirliyi  və  Azərbaycan  SSR  Nazirlər  Soveti 
Azərbaycan SSR-də  yaşayan  erməni  əhalisinin  arzusunu  nəzərə  alaraq  Bakı 
şəhərində  Erməni  dram  teatrının  yaradılması  məsələsini  nəzərdən  keçirsin”. 
Görünür,  kimlərəsə  elə  gəlirdi  ki,  ərazi  iddialarına  bu  yolla  son  qoymaq 
mümkündür. Hadisələrin gedişi isə ona gətirib çıxardı ki, 1989-cu ilin dekabrında 
Bakıda erməni kilsəsi yandırıldı. Yerevanda müsəlman məscidi bundan çox qabaq 
yandırılmışdı.  
Lap  əvvəldən  təqsirkarları  axtarırdılar.  Onların  sırasında  respublikaların 
keçmiş  rəhbərlərinin,  yenidənqurma  əleyhdarlarının  və  korrupsiyaya  qurşanmış 
ünsürlərin adları çəkilirdi. Lakin iki qonşu respublikada rəhbərliyin bir neçə dəfə 
dəyişməsinə  baxmayaraq,  yenidənqurmanın  əleyhdarları  açıq-aydın  azlıq  təşkil 
edir,  onların  səsləri  heç  eşidilmir...  İstər  Azərbaycan,  istərsə  də  Ermənistan 
tərəfdən  korrupsiyaya  qurşanmış  ünsürlərə  gəlincə,  regionumuzun  hüdudlarından 
kənarda bazara gedən hər kəs öz gözləri ilə görüb yəqin edər ki, onlar nəinki dinc 
yanaşı yaşayır, həm də sıx əməkdaşlıq edirlər.    
Deməli  təqsirkar  kimsə  başqasıdır,  tarix  məhz  kimin  təqsirkar  olduğunu 
göstərəcək.  Hələlik  isə  “erməni  xalqının  milli  ləyaqəti”  uğrunda  mübarizəni 
özlərinə  peşə  eləmiş  adamlarda  baş  verən  bir  sıra  qəribə  dəyişikliklərə  oxucunu 
cəlb etməyi vacib bilirik.  
Az məhşur olan adi publisisti görkəmli yazıçı adlandırdılar. Stepanakertin və 
Yerevanın  qəbristanlarına  əl  verən  qiymətlərlə  baş  daşları  göndərən  kiçik  əyalət 
zavodunun  direktoru,  cəfakeş  insan  şöhrəti  qazandı.  Üzümçülük  və  şərabçılıq 
komitəsinin sevimli işindən məlum qərarla ayrılmış keçmiş sədri vilayətdə partiya 
lideri  oldu  və  hadisələrin  gedişinə  özünə  layiq  töhfəsini  verib  Moskvaya  getdi. 
Moskvanın  elmi  tədqiqat  institutlarından  birinin  heç  kəs  tərəfindən  tanınmayan 


Əşir Bəşiroğlu 
 

 
əməkdaşı  geniş  auditoriyaya  ömründə  məşğul  olmadığı  sahənin  mütəxəssisi  – 
millətlərarası  məsələlər  üzrə  mütəxəssis  kimi  təqdim  edildi...  Onlar  –  yalnız 
onlarmı? – deputat olub zəkalara hakim kəsilirdilər!... 
Münaqişə  dəhşətli  və  faciəli  tərzdə  genişlənirdi,  vəziyyət  getdikcə 
ağırlaşırdı.  Amma  bu  adamların  nitqlərində  heç  nə  dəyişmirdi.  Kostyumları  isə 
dəyişirdi, xüsusilə qadınların paltarı daha bahalı olurdu... 
Aylar,  illər  keçdi  –  ölkənin  bir  regionunda  söndürülməyən  millətlərarası 
münaqişə  yanğını  başqa  regionlara  yayıldı.  Bir  çox  diyarlarda  qan  axıdılır.  Bəs 
ölkəmizin nə qədər güşəsində millətlərarası münaqişələr közərir və münaqişələrin 
necə cərəyan edəcəyinə kim təminat verə bilər?... 
Mərkəzdə qərarlar qəbul etmək səlahiyyətinə malik olan adamlar, görünür, 
bu  cür  münaqişələrin  tarixi  köklərini,  üstəlik,  özlərinin  çıxışlarının  nəticələrini 
aydın təsəvvür eləmirdilər.  
Azərbaycan KP MK-nın birinci katibi, Azərbaycan SSR-in prezidenti Ayaz 
Niyazi  oğlu  Mütəllibov  Sov.İKP  XXVIII  qurultayında  çıxış  edərkən  demişdir: 
“Açıq deyək: mərkəzin funksionerləri məsələnin tarixini bilmədən, vəziyyətə bələd 
olmadan, özlərini zəhmətə salıb münaqişənin səbəblərini obyektiv təhlil etmədən 
əslində  Azərbaycanı  düşünülməmiş  qərarların  sınaqdan  çıxarıldığı  meydana 
çevirdilər.  Bəs nəticəsi?  Nəticəsi  odur ki,  qarşıdurma  davam  edir,  insanlar  həlak 
olurlar. İş o yerə çatıb ki, ölkənin ərazisində iki respublika arasında sərhəd zonası 
yaradılıb.  Ermənistanda  respublikanın  qeyri-formal  hakimiyyət  orqanlarının 
başçılıq etdikləri 140 min nəfərlik milli ordu təşkil olunub”. 
Yenilik  nədir?  Çoxdan  unudulmuş  köhnəlik.  Çoxlarının  yadındadırmı  ki, 
“Qarabağ məsələsi” adlandırılan  məsələ erməni məsələsinin yalnız bir hissəsidir. 
Erməni  məsələsi isə Şərq  məsələsinin  bir  hissəsidir.  XIX  əsrin  axırlarında  –  XX 
əsrin əvvələrində bu məsələlərə əsərlər həsr olunub. Təəssüf ki, çoxu unudulub.  
Tarixçi V.Qurko-Kryajinin 1926-
cı  ildə  nəşr  edilmiş  Böyük  Sovet 
Ensiklopediyasında dərc olunan məqaləsi bu əsərlər sırasına aiddir. Müəllif o qədər 
dəqiq  və  parlaq  şəkildə  yazmışdır  ki,  Stalin  tarixşunaslığı  onun  adının 
unudulmasına  çalışırdı.  Lakin,  görünür,  ensiklopediyanın  redaksiya  heyəti  –  baş 
redaktoru O.Y.Şmidt, akademiklərdən N.İ.Buxarin, Q.M.Kpjijanovski və başqaları 
həmin işə V.Qurko-Kryajini nahaq yerə cəlb etməmişdilər.  


C
əsur qardaşlar 

 
Amma  tarixçi  də  aldanmışdı  –  o,  ümidvar  olduğunu  bildirirdi:  “...erməni 
mühacirləri  arasında  ən  vicdanlıları  özlərinin  əvvəlki  istiqamətini  dəyişir  və 
keç
mişdən  əl  çəkərək,  təqsirlərini  boyunlarına  alıb  Vətənə  qayıdırlar.  Sovet 
çevrilişindən sonra Daşnaksütyün, şübhəsiz, tam ölümə məhkumdur...” 
Biz  oxucuların  diqqətini  həmin  məqalənin  bəzi  məqamlarına  cəlb  etməyi 
lazım bilirik.  
Bildiyimiz  kimi  ermənilər  ən  çox  ruslara  bel  bağlayırdılar.  1877-ci il 
müharibəsinədək  Türkiyədə  ermənilər  böyük  səlahiyyətə  malik  idilər.  Onlar 
mühü
m  dövlət  vəzifələri  tutmuşdular.  Lakin  1877-ci  ildə  Rusiya  ilə  Türkiyə 
arasında sülh müqaviləsi bağlanarkən Türkiyə ermənilərinin başda patriarx Nerses 
olmaqla  Rusiya  hökümətinə  müraciət  etməsi  və  ondan  kömək  istəməsi  Türk 
dövlətini  ermənilərə  qarşı  çevirdi.  Rusların  ermənilərə  kömək  məqsədilə  dağlıq 
ərazilərə qədəm qoymaq cəhdi İngiltərə tərəfindən dəf edildi.  
Berlin  konqresinin  qərarları  ermənilərə  böyük  dövlət  yaratmaq  ümüdü 
verirdi.  Bu  xam  xəyal  ermənilərə  “dənizdən  dənizədək”  (Qara  dənizdən  Aralıq 
dənizinədək)  böyük  dövlət  yaratmaq  istəyi  İngilislər  tərəfindən  qızışdırılırdı.  
Ermənilərin  bu  istəyi  puça  çıxdı,  Rusiyadan  onların  özləri  imtina  etmişdi, 
ingilislərə isə o lazım idi ki, ruslar özlərinin yaxın şərq siyasətində ermənilərdən 
istifadə  edə  bilməsin.  İngiltərə  Türkiyəni  Rusiyadan  qorumaq  üçün  Kipr  adasını 
aldı. Beləliklə o, erməniləri Türkiyənin ixtiyarına buraxdı.  
Türkiyə  dövləti  isə  ermənilərin  xəyanətinə  cavab  olaraq  onları 
cəzalandırmağa başladı. Ermənilər Türklərə qazdıqları quyuya özləri düşdü.  
İllər  əsrlər  bir-birini  əvəz  edir,  siyasətlər  dəyişir,  yeni  dövlətlər  yaranır, 
köhnələr  dağılır,  lakin  ötən  illər  keçmişdə  qalan  zamanlar,  süqut  edən  dövlətlər, 
dünyadan köçən sərkərdələr yenidən yad edilir, yer üzündə onların izləri, həyat və 
fəaliyyətləri  araşdırılır,  qiymətləndirilir,  çünki  gələcək  bütün  böyüklüyü  və 
gözlənilməzliyi ilə keçmişinin sarsılmaz özülü üzərində dayanır.  
Bu  baxımdan  “Cəsur  qardaşlar”    kitabı  araşdırmalar  nəticəsi  olaraq,  çoxlu 
sayda tarixi  mənbələr əsasında ərsəyə gəlmiş,  Azərbaycanın qədim toraqlarından 
olan Sultan bəyin və qardaşı – Qarabağın general-qubernatoru, Azərbaycan Xalq 
Cumhuriyyətinin ilk Müdafiə Naziri Xosrov bəyin qəhrəmanlığına həsr olunur.  


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə