ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə3/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   2   3   4   5   6   7   8   9   ...   132

Əşir Bəşiroğlu 
 

 
Kitabda Azərbaycanın ən qəddar düşmənlərindən biri olan, ermənilərin isə 
inam bəslədikləri Andranik üzərindəki qələbə, Sultan bəylə, Xosrov bəyin 1919-cu 
il 21-
30  martında  Əsgəran  döyüşündə  daşnak  generalı  Dronu  məğlub  etməsi, 
Laçına basqının qarşısının alınması, hərb tariximizin çox şərəfli səhifələrindən biri 
hesab olunur.  
Eyni  zamanda  Azərbaycan  Xalq  Cumhuriyyəti  zamanı  bölgədəki  ictimai-
siyasi 
vəziyyət araşdırılmış, 1920-ci ildən sonra Zəngəzurun Sovet Ermənistanına 
qeydsiz-
şərtsiz verilməsi səbəbləri təhlil edilmişdir.  
Kitabın ən uğurlu cəhətlərindən biri də odur ki, Sultan bəy, Xosrov bəy və 
ataları  müdrik  el  ağsaqqalı  Paşa  bəyin  həyatı,  şəxsiyyəti,  erməni  işğalçı 
qul
durlarına qarşı mübarizəsi barədə oxucuda əyani təsəvvür yaradılmışdır. Bütün 
bu  göstərilən  cəhətləri  əldə  rəhbər  tutaraq  deyə  bilərəm  ki,  kitab  geniş  oxucu 
kütləsinin marağına səbəb olacaq və onlar tərəfindən sevilə-sevilə oxunacaqdır.   
 
 
 
 
 
 
 
  
I  
F Ə S İ L  
MÜHARİBƏ İLLƏRİNDƏ 
Müharibənin  qanlı-qadalı  günlərində  camaatın  güzaranı  çox  ağır  keçirdi. 
Mənim  uşaqlıq  illərim  həmin  dövrə  düşüb.  Müharibə  təzə  başlayanda  atam 
rəhmətə getdi. Biz iki qardaş bir bacı idik. Yazıq anam olmazın zülmünü çəkirdi. 
Kolxozda işləyirdi. O vaxt ayrı dolanışıq yeri yox idi. Yazıq anam səhər-səhər yazı 
düzünə taxıl biçininə gedirdi. Günorta istidə evə gələr, azdan-çoxdan çörək yeyib 
çəltik alağı etməyə gedərdi. O vaxt mənim 6 yaşım var idi. Mən də anamla birlikdə 
alağa gedərdim. Həmin o qanlı-qadalı illərdə kəntdə taun xəstəliyi yayılmışdı. O 
vaxt mənim 6 yaşım, qardaşım Əşrəfin 5 yaşı, bacım Diləfruzun isə 7 yaşı var idi. 
Anam işə gedəndə bacım həm bizə baxar, həm də ev işlərini görərdi. Mən də atla, 
eşşəklə yazı düzündən taxıl dərzi daşıyırdım. Günorta çəltik alağı eləməyə gedəndə 
biz  üçümüz  də  anamızla  gedərdik.  Mən  və  bacım  Diləfruz  anama  azdan-çoxdan 
kömək edərdik. Qardaşımız Əşrəf də yanımızda oynayardı. Taun insanları bir-bir 
dənləyirdi.  Elə  gün  olurdu  ki,  kəntdə  2-3  nəfər  taundan  ölürdü.  Taun  xəstəliyi 
bizim ailədən də yan keçmədi. Qardaşım Əşrəf o xəstəliyə tutuldu. Anamın bütün 
səylərinə,  həkimlərin  göstərdikləri  yardıma  baxmayaraq  balaca  Əşrəfi  taun 


C
əsur qardaşlar 
10 
 
xəstəliyindən  xilas  etmək  mümkün  olmadı.  O,  uşaq  yaşında  dünyasını  dəyişdi. 
Oğlunun  vaxtsız  ölümündən  şam  kimi  əriyən,  günü-gündən  zəifləyən  anamın  əli 
yeganə gəlir mənbəyi olan kolxoz işindən də  soyumuş, qəm dəryasına batmışdır. 
Bu azmış kimi bacım Diləfruz da taun xəstəliyinə tutuldu. Yazıq anam öz dərdini 
unudub  qızının  qeydinə  qaldı.  Həkim,  dərman,  anamın  bütün  cəhdlərinə 
baxmayaraq  bacım  Diləfruz  da  dünyasını  dəyişdi.  Anam  bir  müddət  yas 
saxladıqdan sonra naəlac qalıb kolxoz işinə getdi. Onun yeganə ümidi, pənahı mən 
idim.  O,  mənim  qeydimə  qalırdı,  yeganə  balasını  itirməkdən  qorxurdu. Anam 
mənim  oxumağıma  xüsusi  diqqət  yetirirdi.  Mən  də  dərslərimdən  4-5  qiymət 
alırdım.  Orta  məktəbi  qurtardıqdan  sonra  əsgəri  xidmətə  getdim.  Üç  il  əsgərlik 
etdikdən  sonra  doğma  kəndimiz  olan  Molluya  qayıtdım,  mənim  fikrim  kəntdə 
qalıb işləyib anama kömək etmək idi. Ancaq anam təkidlə tələb etdi ki, instituta 
gir,  ali  təhsil  al.  Mənim  canım  hələ  suludur.  İşləyib  səni  saxlayacam.  Anamın 
təkidi  ilə  mən  Bakıya  gəlib  V.İ.Lenin  adına  APİ-yə  qəbul  oldum.  Gündüz 
Sumqayıt Alüminium zavodunda işləyir, axşam isə institutda oxuyurdum. Nəhayət 
institutu qurtardım, ailə qurdum. Sonra bir-birinin ardınca gələn müsübətlər sinəmə 
ağır  dağ  çəkdi.  Anamın  ölümü,  oğlümün  faciəli  şəkildə  öldürülməsi,  həyat 
yoldaşımın  ölümü  sinəmə  çalın-çarpaz  dağ  çəkdi.  Doğulub  boya-başa  çatdığım, 
suyu ilə çörəyi ilə ətə qana gəldiyim doğma vətənimin düşmən tərəfindən alınması 
isə  yuxarıda  saydığım  dərdlərdən  qat-qat  ağır  oldu.  İndi  mən  bütün  dərdlərimi 
unudub  ancaq  vətən    dərdi  ilə  yaşayıram.  Mənim  yeganə  arzum  vətənimin 
alınmasıdır.  Əgər  mən  doğma  vətənimdə  torpağa  tapşırılsam  özümü  xoşbəxt 
sayaram. Qəbir evində rahat yataram.  
 
BALTALA 
Budapeşt 
şəhərində 
kursda 
olarkən 
bayrağımızı  təhqir  etmiş  erməni  zabitini 
öldürən  ordumuzun  baş  leytenantı  Ramil 
Səfərova ithaf edirəm.  
Vur düşməni zoruna qurban olum, 
İgidə şərəfdi vətənçün ölüm. 
Xalqım düşübdü erməni toruna, 
Mən bələdəm onların kök-soyuna, 


Əşir Bəşiroğlu 
 
11 
 
Vur! Baltala! Qurban olum zoruna! 
 
Biz ağladıq, sızladıq, daha bəsdi, 
Anaların göz yaşları əbəsdi. 
Doğma vətənimi alıbdı yağı, 
Baltayla sağalar vətənin dağı, 
Vur! Baltala! Qurban olum zoruna! 
 
Vətəndə tapdanıb namus, arımız, 
Çapılıb, talanıb, dövlət, varımız. 
Ucqar bir ölkədə, uzaq diyarda, 
Qisasım qalmasın qansız dığada, 
Vur! Baltala! Qurban olum zoruna! 
 
Biz sülh istəyirik, qudurur yağı, 
Sinəmə çəkirlər dağ üstdən dağı. 
Xocalı dərdini çəkən oğullar, 
Düşməni doğrayar, çapar, baltalar. 
Vur! Baltala! Qurban olum zoruna! 
 
Kim igid oğlunu qınaya bilər? 
Əsəblərin basıb sınaya bilər? 
Əşir sevir Ramil kimi nərləri, 
Düşməni doğrayıb, tökən ərləri. 
Vur! Baltala! Qurban olum zoruna! 
 
ERMƏNİ VƏHŞİLİYİ 
2005-
ci  ilin  iyul  ayının  ortaları  idi.  Mənim  Rusiyada  vəhşicəsinə  qətlə 
yetirilmiş  oğlum  Qabil  haqda  kitabım  təzə  çapdan  çıxmışdı.  Mən  yazı  masamın 
axrasında  əyləşib  yeni  kitabım  üzərində  işləyirdim.  Qapı  döyüldü.  Yoldaşım 
qapıya  gedib  tez  mənim  yanıma  gəldi dedi: -  Bir  cavan  oğlandı,  səni  görmək 
istəyir. Dedim: - De, gəlsin. Bir azdan sonra uca boylu, qarayanız bir oğlan içəri 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə