Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.

səhifə1/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   101


 

 
 
 
ƏĢir BəĢiroğlu 
 
 
QoĢa qartal 
(Roman) 
 
 
 
 
Bakı-“Təknur”-1914 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
 
 
 
 
Redaktor: Bəhrəm Salman oğlu Avilov, fəlsəfə doktoru 
Korrektor: Zərifə Ġsmayıl qızı Rzayeva filologiya elmləri namizədi, dosent. 
ƏĢir BəĢiroğlu 
QoĢa qartal 
(Roman) 
Bakı “Təkmir” nəĢriyyatı, 2014, səh. 
Şair Əşir Bəşiroğlu iri həcmli 14 kitab müəllifidir. Qoşa qartal adlanan bu kitab 
şairin  oxucularla  15-ci  görüşüdür.  Şairin  əvvəlki  14  kitabı  oxucular  tərəfindən 
rəğbətlə  qarşılanmışdır.  Biz  inanırıq  ki,  şairin  15-ci  kitabı  olan  “Qoşa  qartal” 
romanıda oxucular tərəfindən rəğbətlə qarşılanacaqdır. 
 
 
ƏĢir BəĢiroğlu, 2014 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

Müəllif haqqında 
 
Əşir  Bəşiroğlu  (Fətəliyev  Əşir  Bəşir  oğlu)  3  noyabr  1935-ci  ildə  Qubadlı 
rayonunun Aşağı Mollu kəndində anadan olub. 1953-cü ildə Qubadlı rayon Xanlıq 
kənd orta məktəbini bitirib. 1954-1957-ci illərdə hərbi xidmətdə olub. 1958-1969-
cu  illərdə  Sumqayıt  şəhərindəki  aliminium  zavodunda  fəhlə,  növbə  rəisi  və  sex 
partiya  komitəsinin  katibi  işləmişdir.  Dəfələrlə  Sumqayıt  şəhər  sovetinin  deputatı 
və konrans nümayəndəsi seçilmişdir. 
İşdən  ayrılmadan  təhsilini  davam  etdirmişdir.  O,  əvvəlcə  Bakı  Statistika 
texnikomunu sonra isə V.İ.Lenin adına APJ-ni bitirmişdir. Institutu  qurtaran ildən 
Qubadlı rayonunun Aşağı Mollu kənd orta məktəbində müəllim işləmişdir. 
3  noyabr  1970-ci  ildə  Aşağı  Mollu  kəndindəki  Qaçaq  Nəbi  adına  kolxozun 
idarə heyyətinin sədri seçilmişdir. Işlədiyi müddətdə kolxoz keçici qırmızı bayaq o 
özü  isə  fəxri  fərman  və  döş  nişanı  ilə  təltif  olunmuşdur.  25  dekabr  1975-ci  ildə 
səhəti  ilə  əlaqədar  olaraq  vəzifədən  çıxmışdır.  O,  yenədə  Aşağı  Mollu  kənd  orta 
məktəbində müəllimlik etmişdir. 
Əşir Bəşiroğlu Azərbaycan bayrağı, Qızıl qələm, xalqın nüfuzlu ziyalısı, Hacı 
Zeynalabdin  Tağıyev,  Həsən  bəy  Zərdəbi  və  Zərəf  media  mükafatları  fəxri 
diplomları il təltif olunmuşdur. 
Azərbaycan KİVİHİ-nin və Azərbaycan yazıçılar birliyinin üzvüdür. 
Şairin  iri  həcmli  14  kitabı  nəşr  olunub    oxuculara  təqdim  olunmuşdur.  Onun 
əvvəlki kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Ümümvarıq ki, “Qoşa 
qartal” adlanan bu 15-ci kitabıda oxucular tərəfindən rəğbətlə qarşılanacaqdır. 


 

 
Ön söz 
 
Qədim  tarixçilər  tarixi  qəhrəmanlar  haqqında  yazılmış  əsərləri  möcüzə 
adlandırmışlar.  Mənə  elə  gəlir  ki,  müasir  tarixçilər  “möcüzəli  insanlar”  istilahını 
işlətmək fikrinə düşsələr Qaçaq Nəbini onlardan biri hesab edərdilər. Tarix Qaçaq 
Nəbini  nəsillərə  nümunə,  mərd,  cəngavər  və  əfsanəvi  bir  şəxsiyyət  kimi 
tanıtmışxdır. 
Calal Bərkuşad Bozatın belində” romanını Qaçaq Nəbinin “Möcüzəli həyatına 
həsr  etmişdir.  “Bozatın  belində”  romanı  tarixi  roman  sahəsində  müəllifin  birinci 
əsəridir.  Təsadüfi  deyil  ki,  “Bozatın  belində”  romanı  Türkiyədə  “Tərcüman” 
qəzetində  dərs  olunub  türk  oxucularına  çatdırılmışdır.  Hələ  bu  tarixi  romanına 
qədər  Calal  Bərgüşadı  doğma  Azərbaycanın  müasir  kənd  və  şəhərlərində  qurub-
yaradan  əmək  adamları  daha  çox  maraqlandırmış,  onlar  barədə  silsilə  oçerklər 
hekayələr  yazmışdır.  Bununla  belə  Calal  Bərgüşad  dünyanın  bir  çox  ölkələrində 
olmuş,  kapitalist  aləminin  eybəcərliklərini  göstərən  bir  sıra  heykayələr  dərc 
etdirmişdir.  Ancaq  müəllifi  həmişə  xalqının,  vətəninin  azadlığı,  istiqlaliyyəti 
yolunda  şücaət  göstərən  qəhrəmanlar  düşündürmüşdür.  O,  vətəndaş  sənətkar 
ehtirası ilə oxucusuna xatırlatmaq istəyir ki, sən böyük bir xalqın oğlusaN! Sənin 
əcdadın Babək olub! Sən Qaçaq Nəbi nəslindənsən! Səni dünyaya Həcər gətirib! 
Q.Nəfinin  bir  sıra  döyüşləri  mənim  doğulub  boya-başa  çatdığım  Qubadlı  elində, 
Araz sahilində baş vermişdir. 
Onu  da  deyim  ki,  Q.Nəbi  hələ  gənc  yaşlarında  döyüş  meydanına  atılmış,  bir 
çox  döyüşlərdən  qalib  çıxmışdır.  Onun  zəngin  döyüş  təcrübəsi  vardır.  Get-gedə 
Nəbi püxtələşmiş və bir sərkərdə kimi yetişmişdir. Qaçaq Nəbi türk oxucularına da 
yaxşı tanışdır. Yuxarıda qeyd etdiyimiz kimi Calal Bərgüşadın “Bozatın belində” 
romanı  İstanbulda  çıxan  nüfuzlu  “Tərcüman”  qəzetində  hissə-hissə  nəşr  olunub 
oxuculara  çatdırıldıqdan  sonra  “Qaçaq  Nəbi”  adı  ilə  bütövlükdə  çap  edilib 
oxucularlna  çatdırılmışdır.  Türküyənin  əbədi  ictimaiyyəti  romana  yüksək  qiymət 
vermiş və onu “Qəhrımanlıq və məhəbbət dastanı” adlandırmışlar. 
Şəninə dastanlar qoşulmuş və nəğmələr bəstələnmiş Qaçaq Nəbinin, onun sadiq 
silahdaşı Həcər xanımın parlaq obrazı romanda vətənpərvərlik, beynəlmiləlçilik və 
dostluq simvolu kimi canlanır. 
Dünyada  elə  bir  igid  yoxdur  ki,  iyirmi  beş  il  el-obasından  didərgin  düşüb 
mağaralarda, qalın meşələrdə, qarlı dağlarda məskən salmış olsun. 
Dünyada  elə-bir  qəhrəman  yoxdur  ki,  at  belində  yaşa  dolub,  at  belində  həlak 
olsun. Belə xalq qəhrəmanına və onun özü kimi qacaq can Sirdaşına bəstələnən el 
nəğmələri vaxtı ilə anamın laylasına qarışıb mənim də beşiyimə axmışdır. Indi bu 
nəğmələri  mən  öz  səsimlə  oxumaq  istəyirəm.  Bilmirəm  oxucularımın  məni  axıra 
kimi dinləməyə səbri çatacaqmı? 
Qaçaq hərakətinin xeyli hissəsi Cənubi Azərbaycanla bağlıdır. Qaçaq Nəbinin, 
həyatını,  mübarizəsini  dərindən  öyrənən,  onun  haqqında  yaranan  rəvayətləri, 
nəğmələri,  dastan  variantlarını  fədakarlıqla  toplayıb  dönə-dönə  nəşr  etdirən 
görkəmli folklarçularımızdan Əhliman Axundov dastanının müqəddiməsində haqlı 
olaraq  yazır:  “Nəbi  XIX  əsrdə  kəndli  üsyançılarının  ən  görkəmlilərindən  idi.  O 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   101


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə