Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə101/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   93   94   95   96   97   98   99   100   101

 
208 
 
Nəbi güldə, əlini strajnikbaşının çiyninə vurub atlılarına əmr verdi. Onlara dağlara 
yetişəndə ürəkləri tab gətirmədi, hamı birağızdan oxumağa başladı. 
 
 
 
 
                      ¤ 
 
¤ 
 
 
 
 
 
 
 
¤ 
 
  -Qoburnat,  bütün  pristavları  yığıb  məşvərət  elədi.  Gördü  ki,  yox  heç  kəs  day 
Nəbiyə baş qoşmaq istəmir, kimə deyir sən get pristav ol, nəçənnik ol, əl tutub aman 
edir  ki,  məni  balalarının  başına  çevir,  istəmirəm.  Bir  dəfə  yenə  qoburnat  bütün 
başbilənləri yığdı,yenə tədbir tökdü ki, bu Nəbini aradan götürək? Onda Kosa bəy adlı 
bir namərd özünü irəli verib dedi: 
 
   -Qoburnat  sağ  olsun,  istəyirsən  ki,  biz  bəylərə,  hampalara  rahatlıq  olsun,  gərək 
Nəbini  aradan  götürəsiz.  Onu  aradan  götürmək  də  qoşun-qəflə  işi  deyil.  Bunun  bir 
yolu  var.  O  da  Paşa  bəyin  əlindədi.  Bilirsiniz  də  Paşa  bəyin  arvadının  bir  bacısı 
Nəbinin  dəstəsindəki  Şahhüseynin  arvadıdır.  Burada  arvad  fe
,
li  lazımdır.  Bununda 
ustası  Paşa bəydir.  Paşa bəy  o qədər bəylərin xanımanını viran qoyub  ki...  Bu onun 
əlində su içmək kimi bir işdi.  
 
Söz qoburnatın ağlına batdı. Bütün adamları dağıtdı, Kosa bəyə də əmr elədi ki, bir 
həftənin tamamında Paşa bəylə onun hüzurunda olsun. 
 
Bəli, vədə vaxtı Kosa bəylə Paşa bəy özlərini yetirdilər qoburnatın hüzuruna. Çox 
götür-qoydan sonra qərara gəldilər ki, Şahhüseyni arvadı vasitəsilə ələ keçirib Nəbini 
öldürsünlər.  Qoburnat  Paşa  bəyə  kəndlər  də  vəd  elədi,  pristavlıq  da.  Kosa  bəyin  də 
könlünü qırmadı, onu da Nikolayın ordenini alacağına xatircəm elədi.  
 
Bəli,  Paşa  bəy  oradan  gəldi  evinə,  arvadına  o  ki,  var  dil  tökdü.  Handan-hana 
məsələni  açdı  ki,  gərək  bacını  dilə  tutub  Şahhüseyni  ələ  keçirəsən.  Sonra  da 
qoburnatın verdiyi sandıqçadan on dənə qızıl onluq çıxarıb qoydu arvadının qabağına: 
 
   -Bunları aparıb verərsən bacına. Deyərsən, dünyada nə lazımdı bizə, Şahhüseyn 
bundan  sonra  xan  olacaq,  kəndi,  obası  olacaq,  özü  də  padşah  onu  qızıla  tutacaq.  Bu 
qızlları da padşah özü gödərib.  
 
Bəli  çox  çək-çevirdən  sonra  Paşa  bəy  arvadını  bacısıgilə  yola  saldı.  Bacı  da 
bacıynan  dil  tapdı.  O  gündən  arvad  başladı  Şahhüseynin  beynini  yeməyə  ki  bəsdir 
qaçaq oldun.  Ev-eşikdən  uzaq düşdüyün yetər,  yığış  gəl  evə, oğul-uşaq  doyunca bir 
üzünü  görsün.  Şahhüseynin  də  əli  tüfəngdən  soyudu.  Arvad  gördü  kişinin  zəif 
damarını tutub. Odur ki, yavaş-yavaş məsələni də ona açmağa başladı. Dedi: 
 
   -İstəyirsən kasıblığın daşını atasan, bəy-xan yanında hörmətin olsun, onda Nəbini 
öldür,  üzə  çıx.  Gör  Nikolay  padşah,  səni  qızıla  tutur,  tutmur,  səni  pristav  qoyur, 
qoymur. 
 
Şahhüseynin dinmədiyini görəndə  arvad bir az da qızışdı: 
 
   -Bəsdi, bir bacımla düşmən oldum, sən Nəbi kimilərə yox, Paşa bəyə qısılsaydın 
indi bəy idin. Gəl tök bu daşı ətəyindən. 
 
Şahhüseynin səbri tükəndi. 
 
   -Kəs səsini ləçər, deyirsən namərdlik eliyim! 
 
 
 
 
 


 
209 
ġAHHÜSEYNĠ ARVAD YOLDAN ÇIXARDI 
 
 
O gündən arvadla Şahhüseyn arasında belə söhbətlər tez-tez olurdu. Arvad yavaş-
yavaş ərinin saqqızını oğurlayırdı. Bir dəfə Nəbi Arazın o tayında idi, qaçaqların da 
çoxusunu tutub salmışdılar Gorus qazamatına. Şahhüseyn də evə xəlvəti gəlib-gedir, 
günlərlə  evdə  gizlənib  camaat  arasına  çıxmırdı.  Oğul-uşaq  yeməkdən  qıtlıq  çəkirdi. 
Arvad  da  ovunu  ovlamaq  üçün  məqam  gözləyirdi.  İndi  məqam  da  yaxşı  düşmüşdü. 
Evdə  bir  urvalıq  da  un  yox  idi.  Şahhüseyn  ərki  çatan  bir-iki  yerə  sifariş  göndərdi, 
amma  bir  şey  çıxmadı.  Daha  gecəni  dözməyib,  özü  evən  çıxdı,  xeyli  sonra  iki  pud 
arpa  unu  ilə  gəldi,  dedi,  Həcər  hardansa  tapıb,  deyib  bir-iki  gün  dolanın,  Nəbi  bu 
günlərdə gəlib çıxmalıdı.  
 
Arpa ununu görən arvad başladı Nəbini, Həcəri qarğımağa. Sonra da bir ovuc qızıl 
çıxarıb tökdü Şahhüseynin qabağına.  
 
   -Allah  dadına  çatmış  Paşa  bəy  göndərib,  yenə  adamın  özününkü.  Deyir, 
Şahhüseyn  uşaqları  acından  qırmasın.  Al  get  bazarlıq  elə,  qırma  bizi  acından.  İndi 
görürsənmi, hansı yol bizim evimizə işıq salar, bərəkət gətirər? 
 
Şahhüseyn  bir  söz  demədən  xeyli  götür-qoy  elədi.    Arvadın  tə,nəsi  onu  lap 
bezdirdi.  Day  dözə  bilmədi,  qızıl  onluqlardan  bir  neçəsini  götürüb  gecəynən  özünü 
verdi erməni bazarına. 
 
Səhəri  evə  bir  aylıq  bazarlıq  qoyub  dağlara  çəkildi.  Bəli,  o  gündən  Şahhüseyndə 
yoldaşları  bir  soyuqluq  gördülər.  Doğrudan  da  Həcərin  havadan  dediyi  söz  də  düz 
oldu.  Nəbi  gəlib  çıxdı.  Özü  də  Gorus  qazamatını  ikinci      dəfə  dağıdıb  igidlərini 
qanadına alıb dağlara çəkildi. 
 
Kərbəlayının  ölümü  Nəbiyə  yaman  yer  eləmişdi.  Elə  hey  Həcərə  deyirdi  ki,  elə 
bilirəm  bir  yanım  yoxdu.  Kərbəlayı  gərək  belə  tez  bizə  vəfasızlıq  eləməyəydi,  canı 
suluydu. Deyilənə görə  Kərbəlayı vəfat edəndə düz qırx gün Nəbi bir güllə atmadı... 
Hər cümə axşamı yeddi yoldaşı ilə Kərbəlayının qəbrini ziyarət edər, evinə baş çəkib 
cümə  axşamısını  verər,  yenidən  məskəninə  qayıdardı.  Bir  dəfə  yas  yerindən 
qayıdarkən  yolda pristav  Cəfərqulu bəylə  qarşılaşır.  Bu  həmin  Cəfərqulu bəy  idi  ki, 
Nəbinin başına qiymət qoymuşdu. Car çəkmişdi ki, hər kəs Nəbinin başını gətirsə ona 
200 qızıl peşkəş verəcək.  
 
İndi  o,  birdən  Nəbi  ilə  qarşılaşanda,  özünü  itirdi,  günün  günorta  çağı  pristavın 
ağlına hardan gələydi ki, Nəbiylə qarşılaşacaq. Pristav əllərini yuxarı qaldırıb başladı 
Nəbiyə yalvarmağa.  
 
Nəbi  nə  bir  kəlmə  danışdı,  nə  də  dindi,  əlini  atıb  pristavın  papağını  götürüb  Boz 
atın  ayağı  altına  atdı.  Sonra  pristavın  silahlarını  aldı.    Kəlmə  kəsmədən  başının 
adamlarıyla çıxıb getdi. Bir gün də Nəbi Tacirbaşı Nuxu bəylə rastlaşdı. Tacirbaşı elə 
bildi  Nəbi  onu  öldürəcək.  Odur  ki,  beş  yaşlı  balaca  qızını  qucağına  alıb  Nəbinin 
hüzuruna gəldi, yalvarıb-yaxardı: 
 
Nəbi körpəyə xeyli noğul-nabat verdi. Sonra üzünü tacirbaşıya tutub dedi: 
 
   -Yaxşı,  titrəmə,  səni  Kərbəlayının  ruhuna  bağışlayıram,  de  görək  bizə  satlıq 
nəyin var? Papaqdan, yapıncıdan? 
 
Tacirbaşı:  
 
   -Can  Nəbi,  satlıq  nədi,  bütün  karvan  sənə  qurbandı,  yaxşı  yapıncım  da  var, 
papağım da. 


 
210 
 
Nəbi Nuxu bəydən özü və yoldaşları üçün papaq, yapıncı aldı, hamısının da pulunu 
birə-beş verdi, atını sürüb dağlara qalxdı.  
 
Kərbəlayının  qırxını  verdikdən  sonra  Nəbi  bir    neçə  gün  heç  yana  çıxmadı. 
Qoburnatın  qoşunu  da  gəlib  Gorusda  dayanmışdı.  Deyirdilər  Nəbini  tapmamış  bu 
qoşun-ləşkər daha Zəngəzurdan geri qayıtmayacaq. 
 
Nəbi  içəridən  şübhələnməyə  başlamışdı.  Odur  ki,  həmin  gün  axşam  bütün 
yoldaşlarını başına yığıb dedi ki, deyəsən aramızda naxələflər var. Hər kəs çörəyimizi 
tapdayırsa qoy tapdasın, kim evinə getmək istəyirsə getsin. Sonra Şahhüseynə üzünü 
tutub: 
 
   -Gözümə  son  vaxtlar  dərdli  görünürsən.  Bəlkə  ev-eşik  sarıdan  nigaransan,  səni 
buraxıram  get,  nə  qədər  istəyirsən  evində  qal.  Günün  xoş  keçər  həmişəlik  evində 
qalarsan! Yox, könlün bizi istər, havaxt gəlsən, komamız elə sənin öz komandır! 
 
   -Necə ki Nəbi qardaş, yoxsa mən səni bezdirmişəm? 
 
   -Yox, ay Şahhüseyn, sənin gözlərin mənim heç xoşuma gəlmir. Elə bil gözlərini 
dəyişmisən,  Həcər  də  gecələr  rahat  yata  bilmir.  Elə  hey  yuxudan  diksinir  ki,  qoyma 
Şahhüseyn məni öldürdü, kəndlilər də elə hey sifariş edirlər ki, Şahhüseynin dərisini 
boğazından  çıxar.  Amma  səninlə  duz-çörək  kəsmişik  axı...  Axır  vaxtlar  da  tez-tez 
Paşa bəylə görüşürsən, evinə gedib-gəlirsən. Amandı, bircə yoldaşlara xəyanət eləmə, 
rüsvay olarıq. 
 
Şahhüseyn  gördü  Nəbi  məsələdən  əməlli-başlı  xəbərdardı.  Əl  atdı  hiyləyə. 
Gözünün yaşını sel kimi tökdü, dedi allahıma kəm baxaram, sənə yox, Nəbi, düşmən 
sözüdü,  fe
,
lə  uyma,  heç  yana  da  gedən  deyiləm.  Öldürsən  elə  məni  öz  əlinlə  öldür, 
amma  mənə  möhlət  ver  gör  deyilənlər  necə  böhtandı,  hər  şeyi  bir  də  yoxla,  sonra 
məsləhət sənindi, istəsən çıxıb gedərəm, bax bu uca qayaların birindən özümü ataram, 
görərsən ki, Şahhüseyn nə Şahhüseyndi. 
 
Nəbi  çox  dərinə  getmədi.  Həcər  də  susurdu,  Mehdi  də.    Hamı  dağlara  yayıldı. 
Şahhüseyn  də  öz  komasına  getdi.  Ancaq  ilan  vuran  yatdı,  Şahhüseyn  yatmadı. 
Gecənin  bir  vaxtında  qalxdı  ki,  day  buralarda  durmaq  mənə  yaraşmaz,  baş  götürüb 
getmək lazımdı  Arazın o tayına. Elə xeyli getmişdi ki, gördü qabaqda qaraltı görünür. 
Aylı  gecə  idi.  Hər  yer  süd  kimi  idi.  Baxıb  gördü  ki,  Nəbidir.  Boz  atın  yalını 
tumarlayır. Elə tüfəngi çəkmişdi ki, Boz at bir kişnəmə kişnədi, dağlar, daşlar lərzəyə 
gəldi,  qaçaqlar  yerindən  dik  qalxdılar.  Nəbi  qanrılıb  qabağında  tüfəngi  ona  tuşlayan 
Şahhüseyni gördü, bircə bunu deyə bildi: “Ay namərd”. Güllə səsi dağlarda əks-səda 
verdi.  Boz  at  yerindən  dik  atılıb  Şahhüseynə  elə  bir  qoşa  təpik  vurdu  ki,  canı  elə 
oradaca çıxdı. Yazıq heyvan dağları daşları harayladı. Şahhüseyni o qədər tapdadı ki, 
nalı söküldü. Sonra Nəbinin yanına gəlib insan kimi göz yaşı axıtdı. Mehdi Boz atın 
kişnərtisinə  özünü  yetirdi.  Boz  at  tir-tir  tirtəyir,  gözündən  qanlı  su  tökürdü.  Belə 
baxanda Nəbini al-qan içərisində gördü. Qaçaqlar axışıb gəldi, Həcərə xəbər apardılar 
ki,  Nəbini  öldürüblər.  Sübh  çağı  onlar  Qara  Yurdda  Nəbinin  canəzəsi  üstə  bir  çivən 
qopardılar ki, gəl görəsən... 
 
Həcər  özünü  Nəbinin  üstünə  atıb  huşdan  getdi.  Boz  atın  dərddən  bağrı  çatladı. 
Nəbini  ata  yurduna  gətirdilər.  Gözəl  arvad  saçını  yolub  Nəbinin  üstünə  atdı.  Ananın 
fəryadı bütün kəndi başına aldı: 
 
 
 
 
 
 
Bu dağlar ulu dağlar
 
 
 
 
 
 
Çevrəsi sulu dağlar. 


 
211 
 
 
 
 
 
 
Qoynunda igid öldü. 
 
 
 
 
 
 
Göy kişnər, bulud ağlar
.  
 
 
Həcər huşa gəlib təzədən özünü Nəbinin üstünə atdı.  
 
Qoburnat  qoşunun  başçısına  xəbər  verdilər  ki,  bəs  Nəbinin  meyidini  Molluya 
gətirdilər.  Məqamdır,  meyidi  gərək  divana  aparaq.  Paşa  bəy  də  bu  tərəfdən  özünü 
yetirdi  ki,  bəs  Nəbini  öldürdüm,  indi  gedək  cənazəsini  alıb  divan  qapısında  dar 
ağaçından asaq.  Padşaha da məktub yazaq ki, Paşa bəy sənin əmrini yerinə yetirdi.  
Qoburnat  qoşunun  başçısı  general  Zubov  Paşa  bəyə  dedi  ki,  məktubu  qoburnat 
yazmalıdı,  ancaq  gəl  biz  daha  Molluya  getməyək,  ölüb,  demək  tapşırıq  yerinə 
yetirilib.  Qoburnatın  tapşırığını  gözləyək.  Paşa  bəy  çəmxəm  elədi  general  da 
qoşununu götürüb gəldi düz Molluya, Gözəlin qapısına. Gördülər ki, burda iynə atsan, 
yerə düşməz. Paşa bəy özünü verdi irəli. 
 
Həcər  yoldaşlara  tapşırmışdı  ki,  bir  kəsə  güllə  atmayın.  Strajniklərdən  gələn  olsa 
məni çağırın. bəli, generalla Paşa bəy həyətə girəndə gördülər evdən bir şivən qalxır 
adamın tükləri biz-biz olur. Həcər hələ də Nəbinin meyidi üstə oturub saçını yolurdu: 
 
General soruşdu ki, bəs bu oxuyub-ağlayan kimdir. Paşa bəy dedi ki, bu Həcərdir, 
indi onu da tutub divana aparmaq lazımdı. Paşa bəyin sözü generalı lap əsəbləşdirdi. 
O,  “tufu”  deyib  dabanı  üstə  geri  döndü.  Paşa  bəy  elə  bildi  ki,  general  qoşuna  içəri 
doluşmağa  əmr  vermək  üçün  geri  döndü.  Amma  bir  də  onu  gördü  ki,  general  öz 
qazalağına  minib,  qoşunu  da  götürüb  çıxıb  getdi.  Paşa  bəy  qaçaqların  arasında  tək 
qaldı, onu Həcərin huzuruna gətirdilər. Həcər dedi: 
 
   -Düşməni igid üstə gətirməyin, Nəbinin yarası qan verər. Onu it damına aparın. 
 
Paşa bəyi it damına gətirdilər. Həcər nağanını çıxarıb “oxxay” deyib onun təpəsinə 
üç güllə çaxdı. Sonra Nəbinin üstünə qayıtdı. 
 
Nəbinin  dəfni  böyük  el  matəminə  çevrildi.  Qoburnat  qorxudan  camaata  bir  söz 
deyə bilmədi. Bütün Zəngəzur axışıb Molluya gəldi. Nəbini son mənzilə yola saldılar. 
Həcər Nəbinin məzarı üstə and içdi: 
 
   -And  içirəm  əziz  Nəbi,  səninlə  kəsdiyim  duz-çörəyə,  nə  qədər  ki,  sağam,  sənin 
düşmənlərinə gözdağı çəkdirəcəyəm.  
 
Yeddi  min,  yeddi  yüz  yeddi  igid  də  Həcərin  səsinə  səs  verdi,  elə  ordan  igidlər 
silaha sarılıb dağlara, dərələrə çəkildilər. 
 
Nəbi öldüsə də igid Həcər onun qanını yerdə qoymadı. Bəylərə, xanlara, zalımlara 
göz verib, işıq vermədilər. Düşməndən intiqam alındı.  
 
 
 
 
 
 
 
 
 
 
 


 
212 
 
 
 
 
                      SON SÖZ 
 
 
Qaçaq  Nəbi  və  Qaçaq  Həcər  mövzusu  mənə  çox  yaxındır,  çünki  mən  də 
Qaçaq  Nəbinin  və  Qaçaq  Həcərin  doğulduğu  Aşağı  Mollu  kəndində  anadan 
olmuşam.  Onlar  iyirmi  ildən  artıq  bu  yerlərdə  yaşamış,  bu  yerlərdə  böyümüş, 
uşaqlıq və gəcnlik illərini yazı düzündə, Bərgüşad və Həkəri çaylarının sahilində, 
Kəpəz, Çəmənyurd, Salvartı, Sarımsaqlı, Qannıca, Üçtəpə və Pəriçınqılı dağlarında 
keçirmişlər.  
 
Qaçaq Həcərin qələmə alınan qəhrəmanlığı “aşıqanə” iniltilərdən fərqlənən 
bir  qəhrəmanlıqdır.  Bu  iki  qəhrəmanı  birləşdirən  “  bir  yastığa  baş  qoymaq” 
ehtiyacı  deyil,  məhəbbətdir.  Müharibələrdə,  qazamatlarda  ləkəsiz  qalan 
məhəbbətdir! Çünki onun keşiyində Aynalı dayanıbdır. Burada ərin igidliyi, ömür 
yoldaşı  Həcər  xanımın  igidliyi,  onların  sadə  eşq-məhəbbətləri  kimi  mütəqabil 
igidlikdir. “Aslanın erkəyi-dişisi olmaz”  igidliyidir. Həcər xanımın igidliyi Qaçaq 
Nəbinin  papağını  ucaldan,  onu  döyüşlərə  ruhlandıran,  bəlkə  də  bəzən  döyüş 
səhnələrində  ruhlandıran  igidlikdir!  Bu  eşq-məhəbbətlə  dolu  olan  igidlik  ruhu 
köhnəlməzdir!  Bu  eşq-məhəbbətlə  dolu  olan  igidlik  ruhu  bizim  indiki  gənclərə 
aşılanmalı,  onların  mənəvi  həyatını  comərdlik,  qəhrəmanlıq,  namuslu,  qeyrətli, 
sədaqətli  olmaq  ruhu  ilə  daha  da  zənginləşdirməlidir.  Igid  ruh  ölmür,  nəsildən-
nəsilə  aşılana-aşılana  gəlir,  yaşaya-yaşaya  da  gedir.  Bu  igid  ruh  eşq-məhəbbət 
dastanlarında daim tərənnüm olunur.  
 
Dünyada mənə elə bir qəhrəman göstər ki, at belində yaşa dolub, at belində 
vuruşsun, at belində həlak olsun.  
 
Belə  bir  xalq  qəhrəmanına  və  onun  özündən  qoçaq  olan  can  sirdaşına 
bəstələnən  el  nəğmələri  bir  vaxt  anamın  laylasına  qarışıb,  mənim  də  beşiyimə 
axmışdır.  Indi  bu  nəğmələri  mən  öz  səsimlə  oxumaq  istəyirəm,  öz  dilimdən 
oxucularıma söyləmək istəyirəm.. 
 
 O  vaxt  Kərbəlayı  Cəfərlər,  Ala  Mahmudlar,  Çopur  Məmmədlər,Səlim 
bəylər,  Kərbalayı  Heydərlər  bütün  bu  baltasındıran  kütüklər  “Dərə  xəlvət,  tülkü 
bəy”  - deyə əllərindən gələni edirlər. Onlar özlərindən yuxarıların qarşısında tülkü 
kimi  quyruq  bulayırlar,  özlərindən  aşağıların  qarşısında  isə  yalquzaq  dişlərini, 
didib-dağıtmaq  ehtiraslarını  isə  salırlar.  Guya  bu  ağalar  olmasa,  gündə  çıxmaz, 
ayda  doğmaz,  düzlərdə  taxılda  bitməz,  sanki  bu  başı  dəsmallı,  əli  oraqlı-çinli 
rəiyyətə, rəncbərə çörək verən bunlardı.  
 
Kərbəlayı  Cəfər  Nəbinin  ölümcül  atasının  üstünə  atılır,  onu  şallaqlayır.  O, 
Nəbinin anası Gözəlin yalvarışlarına məhəl qoymur. Zaman qəhrəman oğul istəyir! 
Elə  oğul  istəyir  ki,  Kərbəlayı  Cəfərin,  Ala  Mahmudun,  Çopur  Məmmədin,  Səlim 
bəyin  və  bütün  divan  bəylərinin  burnunu  ovsun,  milyonlarla  əli  qabarlıları  təpik-
tapdaq  altından  xilas  etsin,  əzilən  inləyən  xalq  kütlələrinə  Koroğlu  ruha  gətirsin, 
Babək dayanəti, Nəsimi iradəsi aşılasın. Belə igidi zaman doğur! Həyatın zülmləri 
içərisindən, lap aşağı təbəqədən olan Gözəl xanımın bətnindən, əslində zamanın öz 
bətnindən  Nəbi  doğulur.  Elə  bu  zamanda  Nəbiyə  silahdaş  ola  biləcək  Həcər 
doğulur. 
 
Qəhrəmanlıq  nə  Alo  oğlu  Nəbiyə,  nə  Xanalı  qızı  Həcərə  göydən 
gəlməyibdir.  Qəhrəmanları  zülmün  zalımın  ayağı  altında  tapdalanan  ana  torpaq 


 
213 
doğub.  Zamanın  sərt  qanunu  bu  qəhrəmanları  öz  xalqı  ilə  necə  bağlanmağın 
düzgün  yolunu  göstərib.  Xalq  da  Qafqaza  səs-səda  salan,  çar  kazak  ordusunun 
bağrını yaran, el-obaya fərəh, qurur gətirən bu qəhrəmanlara dayaq durublar. Xalq 
öz  qəhrəmanlarını  bacardıqca  düşmən  əlinə  verməyib.  Qaçaq  Nəbiyə,  Qaçaq 
Həcərə  güvənənlər  onları  düşmənlərdən  qoruyublar,  onların  qəhrəmanlıq 
nəğmələrini  yaradıb  oxuyublar.  Nəbi  dəstəsinin  üstünə  sətt-sətt  qoşun  yeridilən 
zamanlarda, xanların, bəylərin, hampaların, bənd-bərələri kəsdikləri vaxtda, Xanalı 
qızı Həcər qıy vurub, Alo oğlu Nəbi Koroğlu nərəsi çəkibdir. Niyə belə olubdur? 
Niyə  belə  əfsanəvi  qəhrəmanlar  yaranıbdır?  Çünki  Qaçaq  Nəbi  hərəkatı  xalqının, 
dəsrd-səri  ilə,  əməlləri  arzuları  ilə,  torpaq  mübarizəsi  ilə  ayrılmaz  surətdə 
bağlanıbdır!  Zamanın  qovğalı  günlərində  bu  torpaq  davası  Həkəri,  Bərgüşad 
çayları  təki  yatağını  aşıb,  yazını  ağzına  alıbdır.  Bəylər  kötəklənirlər!...    Bozat 
kişnəyə-kişnəyə saha qalxır, yenə də düşmənlər Nəbi ilə üz-üzə dayanırlar. Ismayıl 
Nəbinin qolları arasında can verir.  
 
Dəfn  zamanı  Həcər  dolmuş  gözlərini  titrəyən  barmaqları  ilə  silir,  bir  ovuc 
nəm  torpaq  götürüb:  “İsmayıl  əmi  bir  ovuc  torpağın  qurbanı  oldu!”  –  deyir,  bu 
torpağı,  torpaq  üstündə  qurban  gedən  mücahidin  qəbrinə  səpir.  Həcərin  gözləri 
kinlənir, onu daha ardıcıl üsyana, qiyama çağırır. 
 
Qaçaq Nəbi hərəkatı məğlubiyyətə uğrayır, lakin izsiz-tozsuz itib getmir, bu 
hərəkat  tarixdə  qəhrəmanlıq  səhifələri  açır.  Nəbi-Həcər  hərəkatı  kəndçiyə, 
əməkçiyə öz dostu ilə düşmənini tanıdır. 
 
Qaçaq  Nəbi  hərəkatının xeyli hissəsi  Arazın  o  tayında  cərəyan  edir.  Bu da 
təbiidir.  Çünki  çar  rusyası  zamanı  Qafqazda  qaçaqlara  amansız  divan  tutulurdu. 
Hətta  çar  tanınmış  xəfiyyə  generallarından  biri  olan  Skalovu  Qaçaq  Nəbinin  işini 
aparmaq  üçün  Peterburqdan  tiflisə  ezam  etmişdir.  Ona  görə  də  Qaçaq  Nəbi  və 
Həcər xanım tez-tez yerlərini dəyişməli olurdular. El-oba onları gizlədir, hökümət 
girinə  vermirdi.  Şeyx  adlı  bir  nəfər  dəfələrlə  Qaçaq  Nəbini  və  Qaçaq  Həcəri 
səhənşah sərbazlarının və Əhməd xanın qılıncından qorumuşdur.  
 
Bildiyiniz kimi o vaxt Qafqazda qəzet jurnal az nəşr olunurdu. Nəbi hərəkatı 
aşıqların,  müğənnilərin  dilində  yayılırdı.  Xalq  öz  qəhrəmanlarını  ürəkdən  sevir, 
onlara mahnılar qoşur, hətta onların atlarını da silahlarını da əfsanələşdirirdi: 
 
Hörmətli  oxucum  Qaçaq  Nəbinin  ölüm  səhnəsini  təsvir  edə  bilmirəm, 
əllərim əsir, qələm yazmır, göz yaşım vərəqi görməyə imkan vermir. Düşmən nə 
qədər  güclü,  nə  qədər  hiyləgər  olsada,  Qaçaq  Nəbini  ələ  keçirə  bilmir.  Bozat 
Zümürüd quşu təki qaranlığı yarır və öz sahibinin cənazəsini düşmən əlinə vermir.  
 
Ləzgi  osman  XIX  əsrin  ortalarında  Alo  oğlu  Nəbinin  doğum  tarixini  mis 
məcməyiyə  yazır,  əsrin  sonunda  isə  xalq  qəhrəmanı  Qaçaq  Nəbinin  ölümünü 
əfsanəvi bir şəkildə yenə də həmin mis məcməyiyə həkk edir. 
 
 
 
 
 
 
 
 


 
214 
ġair  ƏĢir BəĢiroğlunun nəĢr olunmuĢ kitablarının siyahısı 
 
S..

 
 
Kitabların adı 
 
NəĢriyyatların adı 
NəĢr 
tarixi 
Səhi

 
N
üs

 
1. 
Xatirəyə dönən günlər 
Memar nəşriyyatı 
2005  225  300 
2. 
İşıqlı şəxsiyyətlər unudulmur 
Memar nəşriyyatı 
2006  300  500 
3
.
 
Dağlar ağladı 
Min bir mahnı nəşriyyatı  2007  340  300 
4. 
Mətanət 
Hərbi nəşriyyatı 
2008  184  250 
5. 
Mənim ana dilim 
Hərbi nəşriyyatı 
2008  196  300 
6. 
Yarımçıq ömür 
Hərbi nəşriyyatı 
2008  176  400 
7. 
Nəbi yurdu 
Hərbi nəşriyyatı 
2009  420  300 
8. 
Qəm karvanı 
Hərbi nəşriyyatı 
2011  424  300 
9. 
Dünya düzəlməz 
Təknur nəşriyyatı 
2011  304  250 
10. 
Pələng şir və ayı 
Təknur nəşriyyatı 
2012  400  300 
11. 
Hamının sevimlisi 
Təknur nəşriyyatı 
2012  200  300 
12. 
Ağır faciə 
Təknur nəşriyyatı 
2012  304  300 
13. 
Cəsur qardaşlar 
Təknur nəşriyyatı 
2013  504  500 
14. 
Şəhidlər unudulmur 
Təknur nəşriyyatı 
2013  312  500 
15. 
Qoşa qartal 
Təknur nəşriyyatı 
2014   
500 
 
Ġnternet ünvanı: www.anl.az. 
 

Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə