Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə14/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   10   11   12   13   14   15   16   17   ...   101

 
31 
 
- Uzun eləmə, küçük! De görüm... Bəlkə sənə dəvə verim?! 
 
-  Dəvə?  Neft  satan  deyiləm  ki!  Dəvən  var  apar  ver  qıraxtınlı  Nərçəyə,  ya 
Bakıdan  neft  gətirsin,  ya  da  çovuş  Kərbəlayı  Pirverdi  ilə  qəbiristanlıqdan 
sümük daşısın... Mən hələ quzuya gedən gündən muzduma dayça istəmişəm. 
 
- Dayça!..  Dayça!..- Kərbəlayı Nəbini yamsıladı.- Ə, küçük, gör o vaxtdan 
neçə  il  keçib,  hələ  də  dayça  yadımdan  çıxmayıb?!.  Səni  qınamıram,  bala, 
yaxşıca  piləyə  dönmüşdün,  səni  yoldan  o,  rus  gədəsii  çıxarıb.  O  yerölçəni 
deyirəm  adı  Baskadır,  nədir...  O,  dostundursa,  bəs  niyə  öz  “Dəmir”ini  sənə 
bağışlamır?  Bağışlasın də!..  Yoxsa hər dəfə  Yazıda  səni görəndə qızışdırır ki, 
keçini neynirsən, get ağandan dayçı al. Verməsə dava sal, nökərləri onun üstünə 
qaldır... 
 
-Vasili məni qızışdırıb-eləməyib. Şər atmaq yaxşı deyil. 
 
-Eh,  sən  hələ  uşaqsan,bu  sarı  rus  tayfasını  yaxşı  tanımırsan.  Onlar  həmişə 
saman altından su yeridirlər. “Хорошо, хорошо” deyə-deyə bir də görürsən ki, 
çıxıb oturublar kəlləndə. Keçən il o rus gedəsi Vaska yer üstündə mənimlə nə 
qədər ağızlaşdı?! Mən onu başa salırdım ki, Qoçdaşdan o tərəfə mənim ata-baba 
torpağım olub. Vaska elə “ну” deyib öz bildiyi yerdən mərz qoyurdu. Mən də 
mərzi dağıtdım. Yaman nanəcib adamdır. Hələ özü kimisi yoxdur. Lap ziyanın 
cöhəridir.  
 
-Ağa,  aralığa  söz  salma,  Vasilinin  bizim  haqq-hesaba  nə  dəxli?  Dedim  ki, 
muzduma dayça almaq istəyirəm.  
 
Kərbəlayının  pırtdaşıq  qara  daşları  zəli  kimi  yığılıb-açıldı.  “Dəli-şeytan 
deyir... əstəğfurulla...” 
 
-Ə,  küçük,  az  mənimlə  söz  güləşdir!  Məni  az  cin  atına  mindir.  Eşşəyə 
minərlər ata çatınca. Deyəsən atanı birdən-birə atlı eləmək istəyirsən? 
 
-Hələ, lap atlı eləmək istəyirəm... özün də bir az ədəbi danış. 
 
-Pah  atonnan...  qudurasan  qurbağa!    Dünənə  qədər  atası  eşşək  tapmırdı 
dəyirmana dən apara... Ə, küçük, çuvalı hıqqana-hıqqana dalına alan sənin atan 
deyildi?!  Keçən  il  bir  qoduq  verdim  yükünüzü  yerdən  götürdü,  deyəsən, 
dişinizdə  şirə  qalıb?  Indi  nə  dayça?...  Yaxşı,  mən  razı.  Beş  il  qoyunumu 
otararsan, əvəzinə sənə bir dayça verərəm. 
 
-Neçə  beş  il?!  Çoxdur  ağa.  Elə  eləyək  nə  şiş  yansın,  nə  də  kabab.  Kəhər 
madyanın qarnı mənim. Bu qoy üçillik muzdumun əvəzi olsun.  
 
-Deyirlər,  nökər  bic  olar,  amma  sənin  kimisini  görməmişəm.  Lap 
qatırsanmış! 
 
On mehtar Topalın ilxısını güclə hərləyirdi.  Kəhər madyan ilxının gözü idi. 
Kərbəlayı Cəfər həmin madyanı xan qızı Xurşidbanu Natəvanın Qarabağ atçılıq 
zavodundan çox baha qiymətə ala bilmişdi. At sərrafları uzaq-uzaq yerlərdən: 
Rusiyadan,  Türkiyədən, Ərəbistandan  gəlib onun balasını qızılla aparırdılar. 
 
Nəbinin  baxışları  Topalın  üz-gözündə  gəzdi.  “Heç  fikir  verməmişəm,  gör 
mənim  ağam  burun  sarıdan  necə  də  eybəcərmiş!  Hələ  alnına  bax?!  Elə  bil 
qırışlar cığır salıb. Bu geyim-keçimi olmasa kim deyər ki, o bəydir?” 
 
Topalın  burnu  həmişə  qırmızı  olardı.    Əllini  haxlayandan  sonra  bu  qızartı 
get-gedə onun sifətinə, alnına, tük basmış palaz qulaqlarına adlamışdı.  


 
32 
 
Kərbəlayı  Cəfər  buxara  papağını  fırlı  peyserinə  itələmişdi,  ağzında  demi, 
əllərini  ə
,
zəmi  çuxasının  arxasında  çarpazlayıb  Nəbini  süzürdü:  “Bəxti  onda 
gətirib  ki,  zirəkdir.  Yoxsa  şələ-şüləsini  çoxdan  şəlləmişdim  dalına”.  O, 
qəlyanının  çubuğu  ilə  sinəsinə  yatan  seyrək  qırmızı  saqqalını  tumarlaya-
tumarlaya dedi: 
 
-Ə, bala hələ bir ildə işləyərsən, kəhər madyanın qarnı olar sənin . Ta sənsən 
ha,  Əbilin  canı  haqqı,  başqa  nökər  lap  on  il  də  qoynumu  otara,  kəhərin  çölə 
atılan dırnağınıda ona vermərəm. 
 
Gecə-gündüz kəhər madyanın axurunda arpa,saman,alayonca əskik olmurdu. 
Nəbi  hər  axşam  kəhəri  tumarlayıb  yeminə  baxmasaydı,  gözlərinə  yuxu 
getməzdi.  Onun  bir  əli  atın  ağzında,  bir  əli  belində  olurdu.  “Ana  nə  qədər 
köhlən olsa, balası o qədər sağlam olar”. 
 
Keçən  yaz  qarabağlı  general  Həsən  ağa  kəndlilərin  torpaq  münaqişəsini 
kəsmək  məqsədi  ilə  Molluya  gəlmişdi.  O  vaxt  hamı  generalın  “Tufan”  adlı 
köhləninin tamaşasına çıxmışdı. 
O  zaman  Qarabağ  mahalında  “Tufan”    barədə  qəribə  rəvayətlər  gəzirdi. 
Deyirdilər  ki,  cəmi  Qafqazda  bunun  qabağına  çıxan  at  yoxdur.  Bu  tə
,
rifləri 
eşidən  Nəbi  gecə  yatmamış,  “Tufan”ı  Kərbəlayının  kəhər  madyanı  ilə  gizlicə 
görüşdürmüşdü. Nəbi bu sirri hələlik keç kəsə demirdi.  
 
Nəbinin  nəzərində  günlər,  həftələr,  aylar  qumlu  səhralarda  heydən  düşmüş 
zəvvazlar  təki  ağır-ağır, nəfəsi  qarala-qarala  sürünürdü.  Nəhayət,  Nəbi  xoş  bir 
bahar  səhəri  damağında  gülüş  Həcərgilə  qaçdı.  Həcər  Səkinə  ilə  xalça 
toxuyurdu. Nəbi əlləri ilə Həcərin gözlərini yumdu: 
 
-Kimdir? 
 
-... 
 
-Tanıdım, aç! 
      Nəbi  Həcərin  biləklərindən  tutub,  sevincindən  alışmış  gözləri  ilə  şən-şən 
onun üzünə baxdı. 
 
-Muştuluğumu  ver! 
 
-Nə olub? 
      Nəbi  gülə-gülə  qızın  çiyinlərindən  yapışdı  və  onu  ərkyana  özünə  tərəf 
çəkdi: 
 
-Muştuluğumu verməsən, demərəm. 
      Həcərin çiyinləri sevgilisinin qüvvətli əlləri altında çırpındı. 
 
-Ürəyim partladı, de görüm nə eşitmisən. Səkinə, sənin bu qardaşın niyə belə 
eləyir?.. Sənnənəm, elçi gələcək nədi.
2
 
      Səkinə  qardaşının  açıqlığından  utanıb  başını  hanaya    söykədi.  “Vallah,  bu 
gədə, deyəsən , dəli olub. Heç utanmır ha...” 
 
-Ay  qız,  elçi  nədi!  Bilirsən  nə  var?!  Kəhər  madyan    ceyran  balası  kimi  bir 
qulun  doğub.  Elə  qəşəngdir,  min  göz  istəyir  tamaşa  eləsin.  Keçən  il  bizim 
kəndə  Qarabağdan  general  gəlmişdi  ha,bax,  onun  atının  balasıdır!  “Tufan”ın 
balası! 
 
Səkinə tələm-tələsik ayağa qalxıb üst-başını çırpdı. 
 
   -Həcər, yaxşı olardı ki, bu dəli-dolu qardaşını da aparaydın. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə