Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə2/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   2   3   4   5   6   7   8   9   ...   101

 

təqribən 1870-ci illərdən başlayaraq ölümünün sonuna qədər çar çinovnikləri, yerli 
bəy,  mülkədar  və  xanlara  qarşı  qəhrəmançasına  mübarizə  aparmışdır.”  Görkəmli 
yazıçı Süleyman Rəhimovun redaktorluğu ilə nəşr edilən Qaçaq Nəbi dastanının ən 
qiymətli  cəhətlərindən  biri  budur  ki,  Ə.  Axundov  Nəbini  şəxsən  görən,  yaxşı 
tanıyan, hətta onun hərəkatında şəxsən iştirak edən adamlardan və ya əhvalatları öz 
atasından,  anasından,  yaxın  qohum-əqrəbəsindən  eşitmiş  olan  adamlardan  çoxlu  
döyüş  nəğmələrini,  tarixi  hadisələrin  rəvayətləşən  bədii  variantlarını,  dastanlaşan 
qaçaq  sərgüzəştlərini  yerli-yataqlı  öyrənmiş,  yazıya  almış,  dönə-dönə  yoxlamış, 
həqiqətə  ən  çox  uyğun  gələn  nümunələri  dastana  salmışdır.  Nəbiçiləri  butaylı 
kəndlilər  kimi  otaylı  kəndlilər  də  haqq-ədalət  mücahidi  kimi  tanıyır,  sevir,  onları 
hökumət  məmurlarından  gizlədib  saxlayırdılar.  “Qaçağı  el  saxlar”  atalr  sözü  boş 
yerə yaranmamışdır. 
Nəbi-Həcər  qaçaq  dəstələrini  Azərbaycanın  bütün  elləri  saxlayırdı,  əslində  bu 
kəndli çıxışları ümumxalq hərəkatına çevrilmişdir. Nəbi kəndli çıxışları ümumxalq 
hərəkatına çevrilmişdir. Nəbi hərakatı yerli bir xarakter daşımır, bəy mülkədar Çar 
çinovniklərinin  zülmü  altında  əzilən  xalqları  əhatə  etdiyi  kimi,  Cənubi 
Azərbaycanı  da  əhatə  edir.  Əzilən  kütlələr  hər  yerdə  onu  sevir,  ona  kömək  edir, 
onu  öz  arzu  və  azadlıqlarının  ifadəçisi  kimi  izləyirlər.  Qaçaq  Nəbi  Cənubi 
Azərbaycanda  da  şiddətli  vuruşmalar  keçirmiş  və  yoxsul  kəndlilərin  müdafiəsisi 
olmuşdur. 
Q.Nəbi şah və çar hökmətinin birgə razılığı və alçaqcasına hiyləsilə İranda həbs 
olunmuş,    Nəbinin  qardaşı  Nehdinin  başçılığı  ilə  qaçaq  dəstəsinin  böyük  şücaəti 
sayəsində el qəhrəmanının cəsur başçısı həbsdən sağ-salamat qurtarmışdır. Mehdi 
də  Həcər  də  Cənubi  Azərbaycanın  Rəhmətulla  xan  və  Əhməd  xan  kimi  şahlığa 
nökərlik edən məmurları tərəfindən dəfələrlə həbs edilsələr də, xalq üsyançılarının 
onlara divan  tutacağından  qorxub  qaçaqları  azad  etmişlər.  Həcər  xanım  ona  xain 
gözlə baxan Əhməd xanın oğlunu gülləyib qanına qəltan etmiş, öz uca adını daha 
da uca etmişdir. 
Qaçaq  Nəbi  hərəkatında  Həcər  xanımın  iran vuruşmalarında  iştirakı  daha  çox 
gözə çarpır. Cənuni Azərbaycanın Araza yaxın olan bir çox kənd və qəsəbələrində 
Nəbinin  sadiq  dostları  var  idi.    Q.Nəbi  Zəngəzurda,  Naxçıvanda,  Sisyanda, 
Qaradağda  çar  əsgərlərinin  qısnağına  düşən  kimi  arazı  vurun  keçir,  Cənubda 
sığınacaq  tapır,  Həcəri  dostlarının  evində  qoyub  dəstəsini  dağlara  çəkir.  Nəbi 
Həcər  qaçaq  dəstəsi  Arazın  bu  tayında  olduğu  kimi,  o  tayında  da  el-obanın 
harayına  yetən,  rəncbərin,  naxırçı,  çobanın,  ümumən  əliqabarlı,  diligileyli 
yoxsulların imdadına çatan haqq-ədalət müjdəçiləri tək böyük şöhrət və məhəbbət 
qazanmışdır.  Bu  basılmaz  el  üsyançıları  zülmkar  hampaları,  məmurları,  koxa  və 
kəndxudaları,  xocaları,  bəy  və  xanları  camaat  qarşısında  ittiham  edir,  layiqincə 
cəzalandırır,  zülm  hesabına  varlanmış  harınların  əmlakını,  varidatını  kasıblara 
paylayır  onları  ağır  vergilərdən  azad  edirdilər.  Nəbiçilər  şəxsi  intiqam,  şəxsi 
qanlılıq,  şəxsi  qisas  qayəsilə  yaşamırdilar,  əgər  belə  olsaydı  onların  mübarizəsi 
otuz  ilə  yaxın  davam  edə  bilməzdi.  Araz  boyu  sərhəddə  dayanan  çar  zabit  və 
əsgərləri də igidliyinə, haqlı mübarizəsinə sadə insanların müdafiəçisi olduqlarına 
görə Nəbi gilə düşmən gözü ilə baxmırdılar. 


 

Onlar  buyruq  qulu  olduqları  üçün  zahirən  Nəbiyə  düşmən  kimi  baxmağa 
məcbur idilər. lakin yad ölkədə qanlarına qəltan olmaqdan çəkinir, Nəbiyə güzəştə 
gedir,  onun  dəstəsini  o  tay-bu  taya  buraxırdılar.  Nəbinin  bir  sifarişi,  yaxud  bir 
parça kağızı gələn kimi sərhəd zabiti vuruşmadan yaxasını qurtarmaq üçün dərhal 
razılığa gəlirdi. Ancaq xahiş edirdilər ki, heç yerdə deməsinlər ki, komandir bizə 
yol verdi. 
Azərbaycanın  Cənubi  oylaqları,  Cənub  dağları  zaman-zaman  el  qaçaqlarına 
sığınacaq  olmuş,  onları  çar  və  şah  gülləsindən  qorumuşlar.  Sadə  xalq  kütlələri 
Nəbini,  Həcəri,  həmçinin  onların  ad-san  çıxarmış  əqidə  və  silah  yoldaşlarını, 
əfsanəvi igidlik göstərən Mehdini, gəncəli İsmayılı, müxtəlif obalardan zülmə qarşı 
üsyana qalxan allahverdi, Qasım, Murad, Tunc Vəli, Telli Qara, lələ, Ağahüseyn, 
Ağakişi, Məmmədhüseyn, Səfərli, Məmmədtağı, Məşədi Həsən, Əkbər və yüzlərlə 
başqa dəliqanlıları sazla, sözlə mədh etmiş, onların igidliklərini əbədiləşdirmişlər. 
Əhməd xanım oğlu Ağayi Niyazi var-dövlətinə, şan-şöhrətinə güvənərək Həcər 
xanımı  ram  etmək  xəyalına  düşür,  onun  gizləndiyi  evin, qapısını  döyərkən  Həcər 
xanım ona belə cavab verir 
 
Könlümü vermişəm bir mərd igidə, 
 Ona tay olarmı sən kimi gədə. 
Nəbini sevərlər hər bir ölkədə
Dav gəlməz aslana qorxaq tülkülər, 
Batırmaz günəşi qara bürkülər

 
Yuxarıda  deyildiyi  kimi  Həcər  xanım  Əhməd  xanın  oğlu  Ağayı  Niyazini 
güllələyib qanına qəltan etmiş, öz uca adını daha da ucaltmışdır. 
Q.Nəbi  hərəkatı  böyük  şairimiz  Şəhriyarında  həmişə  diqqət  mərkəzində 
olmuş,  o,  Nəbini  sevmiş  onun  qəhrəmanlığını  vəst  etmişdir.  Şəhriyar  hələ  uşaq 
vaxtlarından  qəlbində  közərən  hissləri  ahıl  vaxtında  sətirlərə  düzərək  “Qaçaq 
Nəbi” kimi şeir incisi yaratmışdır. 
 
On beş il gavurum zülmünə dözdün, 
Hər nəqşə çəkdisə, nəqşəsin pozdun, 
Şimdi ki, obadan, eldən əl üzdün 
Qəm yükün çatmışam, dur köçax, Nəbi! 
Qeyrətin qurbanı ay Qaçaq Nəbi! 
 
Dedim ki, vətən də sabiq vətəndir, 
Gördün ki, dostun yox hənsi düşməndir
Vətəndən qalan bir quru kövşəndir, 
Ondan da əl çəkib vaz keçax, Nəbi! 
Qeyrətin qurbanı, ay Qaçax Nəbi! 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə