Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə3/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   2   3   4   5   6   7   8   9   ...   101

 

 
 
 
 
 
 
 
 
Azərbaycanın  xalq  qəhrəmanı  Qaçaq  Nəbinin  qəhramanlığını  Maksim  Qorkinin 
sözləri ilə mən belə ifadə edərəm: M.Qorki Maqnitaqorsk şəhərinə gedir, orada iri 
sənaye  obyektləri  tikilirdi  onun  rəhbəri  ilə  tanış  olur.  Bu  şəxs  ona  elə  güclü  təsir 
göstərir ki, onu obrazlı şəkildə belə təsvir edir: - o nə oddur, nə alov, əsil ildırımdır 
ki, ildırım. 
Birinci hissə 
 
QIRCINLI MƏCMƏYĠ 
 
Həyat uzunluğuna görə deyil, mənasına görə qiymətlidir 
 Seneka 
 
Bacadan  evin  ləməsinə  ocaq  yeri  boyda  gün  düşmüşdü.  Elə  bil  ləmədə  ocaq 
qalamışdırlar.  Küncdə,  divara  sökədilmiş  qırçınlı  məcməyi  göz  qamaşdırırdı. 
Məcməyinin ortasında sanki qarışqa gəzmişdir; Burada ərəb əlifbası ilə yazılmış o 
qədər qarmaqarışıq xətlər vardı ki.... 
Gözəl, badın yanında sərdiyi boz qəzil palazın üstündə əyləşib cəhrə əyirdirdi. 
O,  sanki  qovun-qarpız  tığının  ortasında  oturmuşdu;  ağlı-qaralı  iri  yumaqlar, 
qovuna bənzər kələflər dövrəsində çin-çin idi. 
Uşaq köhnə damın pərdisindən asılmış yüyürükdə yatmışdır. Cəhrənin çırıltısı 
ona yalya çalırdı. Alo elə bil bayaqdan bəri evi başına götürən bu cırıltını eşitmirdi. 
O,  kürəyini  badın  böyründəki  çoğan  dağacığına  söykəyib  deyinə-deyinə  palan 
tikirdi: 
-  Fh, bu  zəhrimar  qıyıq  niyə  keçəyə  batmır?-  Kişi bərk  hirslənmişdi.-  Yaman 
korşalıb!- O, dişi ilə qıyığı dartdı:- Mənim çörəyim elə həmişə daşdan çıxır. 
Gözəlin ərinə yazığı gəldi. 
-  A  kişi,  dişini  sındıracaqsan.  Özünə  iş  açma,  sən  allah...  Neçə  adam  mənə 
deyib ki, Alonun dişləri sapbasağdır. Bunu da bizə çox görürlər. Bu il səninki heç 
gətirmir.  Yazıya  çiriş  yığmağa  gedəndə  torbanı  itirdin,  keçab  yığmağa  gedəndə 
cuvalı itirdin, o günü qaratikan qıranda gözlərini arı çaldı, gəlib getdin Kərbəlayi 
Cəfərə  odun  yarmağa-  baltanın  ağzını  sındırdın. Indi  qıyığı  da  birtəhər  eləyərsən, 
dişini də. Bir iş görəndə səbirli olsana, balaların var axı... 
Alo başını qaldırmadan cavab verdi: 
- Ay arvad, görmürsən gün hara düşüb?! Düz ləmənin ortasına... Günorta olub, 
hələ ulağın palanını tikib qurtara bilməmişəm. Səhərdən bəri elə bununla əlləşirəm. 
Palan  pis oldu-  heç  nə, heyvanın belini vurar. Gərək  boz  eşşəyi  Xanalı  həmişəlik 
bizə  verəydi,  lap  qatıra  oxşayır.  Nalladıb  at  yerinə  işlədərdim.  Daha  dalımda 
qaratikan daşıya bilmirəm. Heyim qalmayıb. 
-Əşi,  Xanalının  xasiyyətini  bilmirsən?  Eşşəyi  atasından  da  çox  istəyir. 
Neyləyirsən ulağı, heç qızıl inəyin alafını qışda yetirə bilmirik. 
Səsə  ayılan  körpə  ağladı.  Gözəl  bir  ucunu  yüyürüyə,  bir  ucunu  da  ayağına 
bağladığı ipi tərpədib onu kiritdi. 
-  A  kişi,  heç  bilirsən  sənin  gözlərini  arı  çalan  günü  bu  körpə  məni  nə  qədər 
güldürmüşdü! Indi nədənsə zığ-zığ olub. O   günü Məhərrəmə yaman açığım tutdu. 


 

Mən uşağı yatıranda ocaqda qarğıdalı partladırdı. Qarğıdalıdan biri qordan sıçrayıb 
tifilin  üzünə  düşdü.  Məhərrəmi  qovdum,  tuta  bilmədim.  Tutsaydım  qulaqlarını 
çəkəcəkdim. Belə də nadinc uşaq olar?! 
-  Məhərrəmi  ta  demə,  yaman  dəcəldi.  Bir  də,  ay  arvad,  sınamışam,  bizə  heç 
gülmək  düşmür.  Allah  axırın  xeyir  eləsin.  Deyirlər,  kasıbın  sacı  qızanda  kündəsi 
qurtarır. 
Həyətdən eşidilən boğuq bir səs ərlə-arvadın söhbətini yarımçıq kəsdi. Kimsə var 
gücü ilə qışqırırdı: 
-Paxır qabı olan... Sınıq-salxağı olan... 
Körpə yerindən dik atıldı. Gözəl ayağını tərpədib yüyrüyü yırğaladı. Sonra həyətdə 
boğazına güc verən qalayçının arxasınca deyindi: 
- Boy, bu ləzgi sözü boğazında nə yaman qaynadır !... 
- Ay arvad, tez qalx qalayçını çağır bura, yoxsa yenə qışqıracaq. 
Gözəl  ətəyini  çırpa-çırpa  həyətə  çıxdı.  Qalayçı  çəpərin  dibindəki  iydə  ağacının 
kölgəsində  dayanmışdı.  Əlində  çomaq,  qoltuğunda  iri  bir  qazan  vardı.  Gözəl 
yaşmağını burnuna qaldırıb ona əl elədi: 
-
 
Qalayçı qardaş, içəri gəl. 
Qalayçı o tərəf –bu tərəfə baxa-baxa evə sarı addımladı. 
Gözəl əlini dodağına apardı: 
- Bir az yavaş, uşağı indicə yatırtmışam. 
Birdən  it  uzun  zəncirini  cingildədib  hürdü.  Qalayçı  devikə-devikə  yeridiyindən 
ayağı yolağanın ağzındakı düyünlü qarağac kötüyünə toxundu, səntirlədi, az qaldı 
yıxılsın. O hirsləndi: 
-
 
Ya iti saxlayın, ya kötüyü! 
Qalayçı    qapıdan  keçərkən  ikiqat  olduğundan  qoltuğundakı  qazandan  böyük, 
saçaqlı papağı çərçivəyə dəydi. Alo əl saxladı. Hələ də şişi çəkilməyən gözləri ilə 
qonağı başdan-ayağa nəzərdən keçirdi. Qalayçının gümüş toqqasından gümüş qınlı 
uzun bir xəncər sallanmışdı. Əynindəki gödək, ağ kürkü, baldırlarına doladığı boz 
dolaqları  hisli-paslı  idi.  Sarı  saçları  qara  papağı    enli  alnını  və  seyrək,  qızılı 
qaşlarını örtmüşdü. Ağ, arıq sifətində Alonun oğluna gətirdiyi kəklik yumurtasına 
bənzər balaca çillər görünürdü. Qırğı burnu, kərki çənəsi, qabarıq almacıqları onu 
bir  qədər  zəhmli  göstərirdi.  Onun  ağıllı  qonur  gözləri  Alonun  yoxsul  daxmasını 
gəzir, ləmədəki paxır qabların üstündə dayanırdı. 
Alo qonağının ağıllı adam olduğunu anlayıb kürəyini dağarcıqdan çəkdi, əlindəki 
qıyığı palana taxıb mehribanlıqla ona yer göstərdi: 
- Buyurun palazın üstündə əyləşin. 
Qalayçı  oturdu,  çomağını  da,  qazanı  da  böyründə  yerə  qoydu.  Aloya  quşbaxışı 
nəzər salıb, boğazını yavaşca arıtladı: 
- Gözünə nə olub? 
- yazəıda qaratikan qırırdım, arı çalıb. 
Qalayçı başını yırğaladı: 
-  Eh,  sağ  olmuş,  qapı-bacanı  az  çəpərləsənə,  nə  olub  bəyəm,  nəyin  var  ki,  oğru-
quldur gəlib aparsın! 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə