Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə4/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   2   3   4   5   6   7   8   9   ...   101

 

-  Ləzgi  qardaş,  oğru  məsələsi  deyil.  Qıraqdan  baxan  adamın  ağzının  içini  görsə, 
yaxşımı  olar?!  Bəziləri  qalın  çəpərlə  varını,  dövlətini  gizlədir,  biz  də  öz 
kasıblığımızı... 
Qalayçı çox dərinə gedə bilməyib, söhbəti yenə dayaza çəkdi: 
-  A  kişi,  nə  məsələsi  olursa-olsun, özünü arıdan qoru, yaman  zəhərli olurlar. Heç 
yadımdan    çıxmaz  bir  dəfə  uşaqlıqda  eşşək  arısının  yuvasına  cöp  uzatmışdım. 
Məni  səndən  də  betər  eləmişdi.  Onların  iynəsinin  dadına  yaxşı  bələdəm,  yaman 
göynədir. Bir az qatıq sürt, keçib gedər.- O, yenə gözünü ləmədəki qablara dikdi. 
Bu    dəfə  bacadan  süzülən  şua  məcməyiyə  düşmüşdü.  Elə  bil  ləmədən  gün 
çıxmışdı.-Paxır qabdan-zaddan nəyiniz var, qalaylayaq. 
- Səbir elə, bu saat. Ay Gözəl, uşaq yatıbsa, o məcməyini bura gətir. 
Alonun  qalaylı  məcməyini  istəməsi  qalayçının  ürəyiindən  olmadı:  «Bunu 
neyləyir?-Dirəkdən asılmış gümüş qınlı xəncərə baxdı.- Bu evdə bircə yararlı şey 
varsa, o da xəncərdir, bir də o qalaylı məcməyi». 
Gözəl,  məcməyini gətirib  qalayçıya  verdi,  özü  isə  yaşmağını bir  az da burnuna 
qaldırıb, yüyrüyün yanına getdi. 
Qalayçı məcməyini bacadan düşən günə tərəf tutub qonur gözlərini qıydı. «Bu ki, 
salamatdır,  yırtığı-zadı  yoxdur.  Təzəcə  qalaylanıb.  Bu  xətlər  nədir  burda?»  O, 
kösövə  dönmüş  şəhadət  barmağını  məcməyinin  içindəki  qarmaqarışıq  hərflərin 
üstündə gəzdirdi, sonra orada yazılanları ucadan oxumağa başladı: 
-  Məhərrəm  Alo  oğlu,  təvəllüd  edib  1845-ci  sənədə.  Səkinə  Alo  qızı,  dünyaya 
gəlib  1846-cı  ildə-Ləzgi  qızılı  qaşlarını  dartıb  soruşdu:-  Adları  bura  yazılan  bu 
uşaqlar da sizinkidir? 
Yüyrüyü yırğalayan Gözəl: 
-Bəli,-dedi.-Göndərmişəm, qonşuda oynayırlar. 
-Onda bu məcməyini neyniyirsiz təzədən qalayladıb? 
-Usta, qalaylatmayacağıq, o yüyrükdəki balaca kişinin adını ora yazacaqsan. 
-Bəs uşağın adını Molla Əhmədə niyə yazdırmırsınız? 
Alo narazı halda yerində yırğalandı: 
-Molla  Əhmədin  gözünə  bax,  bu  qıyıq  batsın.  Elə  kitaba  baxıb  ad  secməyinə 
Gözəldən bir yumurtdar toyuq qoparıb. Haqq-hesab bilən deyil. Keçən qış da ona 
bir eşşək yükü qaratikan kötüyü vermişəm. Bu il də müftə-müsəlləh qapı-bacasını 
çəpərləmişəm.  
Denən  bir  loxma  cörəyini  dadmışammı?  Vallah,  billah,  dadmamışam!  Adam 
yanına gedəndə böyrünə əl atmağa qorxur. Gözü qalır səndə. Yaman yumurtadan 
yun  qırxan  kişidir.  And  içmişəm  ki,  imkanım  olsa,  bir  də  onun  qapısına  diləyə 
getməyəcəyəm.- Alo sözünə bir az ara verdi.- bir də, ləzgi  qardaş, düzünü bilmək 
istəyirsənsə uşağın adını kağıza yazdıranda itib-batır, məcməyidə lap min il qalır. 
Bax  indi  özün  oxudun,  bizim  uşaqların  hamsının  adını  məcməyiyə  yazdırmışam. 
Yadımdadır,  Məhərrəm  çəyirtkə  gələn  ili  olub,  Səkinə  isə  yanılmıramsa...-  o, 
dodaqlarını  ağappaq  dişləri  arasına  alıb  alnını  qırçınlatdı.-Hə,  bizim  Gözəl 
yaxşısını bilər, gərək ki, qazlar təzəcə yumurtaya düşmüşdü. Bizim bu Həkəri çayı 
o  ili  bərk  daşmışdı.  Gərək  ki,  zənnim  məni  aldatmırsa,  uşaqların  təvəllüdünü  o 
zaman yazdırmışıq. 


 
10 
Qalayçı  məcməyiyə  yenə  diqqətlə  baxdı,  oradakı  yazıları  təzədən  oxumağa 
başladı: 
-Məhərrəm...  Səkinədə...  Lap  adları  aydın  oxunur.  Uşaqların  təvəllüdünü 
məcməyiyə  yazdırmaqda  düz  eləyirsiniz...  yaxşı,  bacı  beş  yumurta  gətirər, 
oğlunuzun adın yazaram. Mən də yumurtları o balaca kişinin sağlığına qayğanaq 
eləyərəm, 
-Ləzgi qardaş, beş yumurta az deyilmi? 
Qalayçı qonur gözlərini qıydı: 
-Yox, ay bacı, niyə az olur! 
-Azdır, usta, azdır, lap on beş yumurta verərik. Sən bizi elə də kasıb bilmə. Beş 
toyuğumuz yumurtalıyır. Təki sən mənim bu körpəmin adını məcməyiyə yaxşı yaz. 
Elə yaz ki, pozulmasın. 
-Arxayın  ol, ay bacı, lap ürəyin istəyən təki yazacağam. 
Uşaq nə vaxt olub? Adı nədir? 
-Atasından soruş. 
Alo gülümsəyib qıyığı saplamağa başladı. 
-Ay qız, qalayçı səninlədir. 
Körpə  yuxudan  yarımçıq  durduğu  üçün  şıltaqlıq  edirdi.  Gözəl  onu  qucağına  alıb 
yırğalaya-yırğalaya oxşayırıdı: 
-Kış...  kış...yat,  oğlum.  A  kişi,  oğlunun  adını  məndən  niyə  soruşursan?...  Ləzgi 
qardaş,  bu  körpənin  adə  Nəbidir.  Özü  də  ad  qoyanda  Molla  Əhmədə  kitaba 
baxdırmışam.  Dedi  ki,  Nəbi-ərəbcə  allahın  elçisi  deməkdir.  Yaxşı  addır,  onu 
qoyun, böyüyəndə kəndimizin cavanlarının elçiliyini eləyər. 
Ləzgi  güldüyü  üçün  qolu  boşaldı,  onun  qoltuğundakı  qazan  məcməyiyə  dəyib 
cingildəddi. Uşaq bu səsə elə çığırdı ki, sanki ətindən ət kəsdilər. 
Qalayçı  peşman  oldu:  «Kaş  gülməyəydim,  yazıq  körpəni  yaman  ağlatdım».  O, 
Gözələ  yaxınlaşıb  uşağı  ovundurmaq  istədi.  Körpənin  qəribə  baxışları  qonağı 
heyrətə gətirdi. O, hisli barmağını körpənin burnuna toxundurdu: 
-Bu  ki  igiddir!  Sizin  yerinizə  mən  olsam,  onun  adını  Hacımurad  qoyaram.  Qoy 
sizin körpə də böyüyəndə ona oxşasın. 
Gözəl sadəlövhlüklə soruşdu: 
-Ləzgi qardaş, Hacımurad kimdir? Hələ mənim oğlum Haca  getməyib ki, indidən 
adını Hacımurad qoyaq! 
-Gözəl  bacı,  Haca  getmək  şərt  deyil  ki!  Böyüyəndə  Haca  da  gedər,  Məşədə  də. 
Hacımurad  bizim  Dağıstanda  Şeyx  Şamilin  nayibi  olub.  Onun  qocalığı  haqqında 
bizim  dağlılar  dastan  bağlayıblar.  Eh,    Hacımuradın  qəhrəmanlığından  danışsam, 
bir  ilə  qurtarmaz. Bu  günlərdə  Şəkinin  Zəyzid  kəndində  bəylər  onun  başını  kəsib 
aparıblar...-Ləzginin  qonur  gözləri  yaşla  pərdələndi.  Tez-tez  kirpik  çala-çala 
söhbəti dəyişdi:-Mənim rəhmətlik Fatı nənəm yüz il falçılıq eləyib. Dünyada onun 
gəzmədiyi  mahal  qalmayıb.  O,  fala  baxanda,  çox  fikir  vermişəm,  onun  qaş-
gözündən,  sir-sifətindən  çox  şey  öyrənmişəm,  adam  cərrafıyam.  Bax,  indidən 
deyirəm, sizin bu oğlunuz böyüyüb Hacımurad kimi igid olacaq. Təvəqqe edirəm: 
onun  adını  Hacımurad  qoyun.  Mən  bunu  istədiyimdən  deyirəm.  Işdir  böyüyəndə 
soruşsa,  deyərsiniz  ki,  sənin  adını  dağıstanlı  Osman  adlı  bir  ləzgi  qoyub.  Mən 
Hacımurad adını məcməyiyə müftə yazaram. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə