Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə5/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   2   3   4   5   6   7   8   9   ...   101

 
11 
Hə  Alo  dindi,  nə  Gözəl.  Falçı  nəvəsi  qalayçı  Osman  elə  bil  onları  sehirləmişdi. 
Amma  ata  ilə  ananın  baxışlarından  aydın  olurdu  ki,  onlar  oğlanlarının  adını 
dəyişməyə razı deyillər. Ləzgi bayaqki peşmançılığını unudub Nəbinin burnunu bu 
dəfə  ərklə  sıxdı.  Uşağın  qartal  baxışı  onu  yenə  dəhşətə  gətirid.  Qalayçı  şəhadət 
barmağını  Nəbinin  çənəsinə  uzatdı.  Uşaq  əlini  çalarkən,  onun  barmağından 
yapışdı. 
-Ey igid, burax barmağımı, yoxsa adını yazmaram ha!... 
Qalayçı gülümsündü.-Görün sizin bu igid oğlunuz nə qayırır?! Burnunu sıxmışam 
deyə məndən intiqam almaq fikrinə düşüb. Deyəndə bu igid olacaq, inanmırsınız. 
Qalayçı    kösövə  oxşayan  qabarlı  barmağını  körpənin  göbələk  təki  yumuşaq 
ovcundan çəkdi. Yekə papağını çıxarıb havaya qaldırdı: 
-Xudahafiz, igid!... 
Alo qalayçını səsləyib saxladı: 
-Əşşi, hara gedirsən, heç soruşmadın körpə nə vaxd doğulub! 
-Niyə soruşacağam, bəs mən falçı Fatının nəvəsi deyiləm?! Görürəm körpənizin 
ağzından süd iyi gelir. Əllinci ilin uşağıdır də. Düz deyirsən, ləzgi qardaş. Mənim 
oğlum  Nəbi  1854-ci  ilin  qışında,  bizim  arvad  Kərbəlayının  qoyun  yatağından  
evimizə  yollananda...  at  belində...  lap  yəhərin  üstündə...  dünyaya  gəlmişdir...  Elə 
heylə  də  yazarsan,  Nəbi  Alo  oğlu  at  belində  təvəllüd  edib,  1854-cü  il  sənədə, 
Zəngəzur mahalının Mollu kəndində
Falçı  nəvəsi  Osman  düz  deyirdi:  həmin  əsrin  tam  ortasında  düşmənlər  qoca 
Qafqazın havalı bir qartalını vurub salmışdılar. Lakin bu vaxd Zəngəzur mahalında 
bala  bir  qartal  göyün  ənginliklərinə  qalxmaq  üçün  yuvasında  qanadlarını 
bərkidirdi... 
 
ĠYDƏ AĞACI 
 
Alo  öz  həyət-bacasını  qaratikanla  möhkəm  çəpərləmişdi.  «Bu  ki  qaladır!»-  hər 
baxan qalayçı Osman kimi təəccüblənirdi. Bu sirdən çoxları xəbərsiz idi. Kərbəlayı 
Cəfər  Alonun  qan-tərə  bata-bata  kürəyində  daşıdığı  qaratikana  az  haqq  verirdi. 
«Allah  insafını  kəssin!»  Alo  acıqla  qaratikanı  gətirib  öz  həyətinin  çəpərinə 
vururdu. Çəpər qalın və hündür idi. Yolağanın ağzındakı cavan iydə ağacının başı 
güclə görünürdü. Bu ağac sanki Nəbi ilə əkiztayı idi. Hamı onu çox istəyirdi. Elə 
ki,  havalar  qızmağa  başladı  Gözəlin  sarı  mis  səhəngi  çiynindən  düşməzdi.  O, 
körpəsi Nəbini qucağına alıb tər tökə-tökə Həkəriyə yollanardı. Hər dəfə səhəngini 
dolduranda  barmağının  beşini  də  şanalayıb  oğluna  göstərər,  onunla  öz  tay-tuşu 
kimi danışardı: 
-
 
Bura  bax,  oğul,  sənin  iydə  ağacına  ana  bu  gün  düz  beş  sənək  su  tökəcək, 
bəsdirmi? Qorxma, qoymaram onun bircə yarpağı da sarala. 
Körpə  anasının  qucağına  sığınıb  kirpiklərini  çalmadan  ona  baxar,  gözlərinin 
qara gilələri odlanar, öz dilində nəisə qığıldanardı. 
Günəş  əyildikcə  iydə  ağacının  dibinə  ətirli  pərdə  kimi  salınan  kölgə  uzanar, 
həyət-bacaya  meh  yayar,  sərinlik  gətirəridi.  Gözəl  «evi»  iydənin  dibinə 
köçürərdi. Isti aylarda Alonun ailəsi naharı da, şamı da iydənin altında edərdi. 


 
12 
Eh,  belə  ətirli,  barlı  ağacı  kim  istəməz!  Hər  bahar  o  özü  ilə  çətir-çətir  çiçək 
gətirirdi.  Hər  ləçək  bir  bal  arısına  dönüb  Gözəlin  kasıb  süfrəsinə  qonurdu. 
Bürkülü gecələrdə isə iydənin hər yarpağı dönüb bir yelpic olurdu. 
Alo  bu  axşam  öz  qayğıkeş  ömür  yoldaşı  ilə  ağacın  altında  üzbəüz  oturub, 
onunla  dərdləşirdi.  Ancaq  yüz  fikir  onların  bircə  borcunu  da  ödəyə  bilmirdi. 
Kərbəlayı Cəfər Alonu səhər tezdən biyara göndərəcəkdi. 
Gözəl ərinin dərdini yüngülləşdirmək üçün araya ayrı söz saldı: 
- A kişi, başımız qarışdı söhbətə, xörək soyudu. Soğançalı şilə bişirmişəm, gətirim 
yeyək. 
- Hə deyirəm... 
Gözəl  məcməyidə  gətiridiyi  bir  büküm  arpa  fətirini,  şilə  ilə  silələnmiş  kasanı 
oratlığa qoydu. Bardaş qurub ərinin yanında əyləşdi. 
-
 
Çörəyini doğra içinə, rahat ye. Uşaqların payını vermişəm, bu da səninkidir. 
-
 
Alo  şiləni  yeyib  qurtarandan  sonra  təzəcə  «çiçəkləyən»  lopa  bığlarına  əl 
apardı,  üzünü  göylərə  tutdu:-ya  allah,  sənə  min  şükür.  Biz  yeyib  doyduq, 
cəmi  fağır-füqəranı  da  doydur.  Allah,  səni  and  verirəm  o  birəm-birliyinə, 
heç düşməni də aclıqla imtahana çəkmə. Ac – qılınca çapar. 
-
 
Gözəl    süfrəni    yığışdıra-yığışdıra  ərini      yarıciddi-yarızarafat    məzəmmət 
etdi: 
-
 
A kişi,  elə sən  həmişə axşam – səhər,  vaxt- bi vaxt  allaha yalvarırsan ki, 
“Ay  allah,  səni  and  verirəm  o  birəm-birliyinə,  acıların  qarnını  doydur, 
yetimlərə çörək  yetir”. Bircə dəfə də özünə ağ gün ağla da! De ki, Kərbəlayi 
Cəfərinki    kimi  bizim  də    ruzumuzu  bol  eləsin.  Sən  bilmirsən  ki,  mən  nə 
çəkirəm?! Dağarcığın dibində bircə bişirimlik unumuz qalıb. Onu da sabah 
yoğuracağam, gərək gedəm başağa. 
-
 
Alo köksünü ötürdü. 
-
 
Eh,  ay  Gözəl,  niyə  fikir  eləyirsən  Allah  ağız  verdiyinin  çörəyini  də  
yetirəcək.  Nəbinin    ayağı  yüngüldür,  o,  dünyaya  gələndən    bəri  bir  elə 
korluq çəkməmişik.  Pis günün ömrü az olar. Arpa biçini başlayıb, lap çox 
olar uşaqları başaqla dolandırarıq. 
-
 
Gözəl aşağı sürüşmüş yorğanı böyründə   yatmış uşaqların  üstünə çəkdi. 
-
 
Əşi,  zarafat  eləyirdim,  təki  canları  sağ  olsun.  Əlbəttə,  dolandıracağıq. 
Deyirlər, padşah yoxsul kəndilələrə torpaq verəcək. Allah-  Kərim Allahdır... 
-
 
Ay  səmada  seyrana  çıxmışdı,  onun  budaqları  arasından  süzülən    bir  ziyası 
körpənin sifətində gəzirdi. Axşam mehi əl çalır, yarpaqlar oynayırdı. Həkəri 
isə  bu    xoş  bahar  axşamında  yaralı  pələng  təki  nərildəyirdi.  Adama  elə 
gəlirdi  ki, o bütün   Çalbayır  dağlarını  uçurub özü    ilə  Arazı aparır.  Ara bir 
hində  ki  toyuqlar  Həkərinin  uğultusundan  qorxub  səslənişirdi.  Qızıl  inək 
axurun yanında  rahatca uzanıb, dili  ilə böyründə yatmış qaşqa buzovunun  
belinə sığal çəkirdi. 
-
 
 İt  kərmə    qalağının      dibində  yatmışdı.  Qara  pişik  isə  qarağac    kötüyünün  
dalında dayanıb ovunu gözləyirdi. 
-
 
Gözəl yatağına girdi  Alo da uşaqlarının böyründə uzandı. O, başındakı ağ 
dəsmalı açıb bürküdən pörtən balalarının  üzünü yellədi. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə