Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə6/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   2   3   4   5   6   7   8   9   ...   101

 
13 
-
 
Alo  qəlbi ilə danışır, gözəl isə iydənin budaqları arasından aya hey tamaşa 
edirdi. Birdən iydənin budağından gözəlin başına xırda bir şey düşdü.  “Bu 
nədir?”. Gözəl vaxtsız qar ələnmiş  saçlarına ilişən arını ehtiyyatla götürdü. 
Diksinib kənara atdı ərini yavaşca səslədi: 
-
 
Alo yatmısan? 
-
 
Yox hələ. 
-
 
A kişi, o gözünü arı vuran gün yadındadı? 
-
 
Yadımdadır, ay arvad!Yuxu görmüsən nədir, bu, hardan fikrinə düşdü. 
-
 
Sənə demişəmdə, həmin gün oğlun  Nəbi məni o qədər güldürdü ki!.. Allah 
axırını    xeyir  eləsin.  O  ləzgidə  bir  cür  adam  idi  ha!...  iki  ayağını    bir 
başmağa  dirəmişdi  ki,    oğlumuzuz  adını  Hacımurad  qoyun.  Deyirdi, 
Hacımurad  igid  adam  olub,    bəylər  onu  Şəkinin    yaxınlığında  vurublar. 
Balam, bizdə oturub-oturub  Kərbəlayi Cəfəri pisləyirik. Deməyəsən, bəylər 
elə hər yerdə başkəsən olurmuşdar. Ilanın ağına da, qarasına da lənət... 
-
 
Alo yorğanı sinəsinə  çəkib üzünü arvadına çevirdi: 
-
 
Ay Gözəl, bu  sözlər hardan yadına düşüb ey!.. Yatsana gecə yarıdan keçir. 
Sabah mən biyara getməliyəm. 
Gözəl başının işarəsi ilə Aloya iydəyə söykədiyi yazılı məcməyini göstərdi: 
-
 
Görürsən  onu? 
-
 
Görürəm. 
-
 
Bu söhbətləri o məcməyi yadıma saldı, bir də başıma düşən ölü bal arısı... 
Həkərinin axıb gəldiyi Calbayır, Kəlbəcər dağlarının başında şimşək oynayırdı. 
Aran  səması  isə  elə  bil  gəmisiz  dənizdi.    Göyün  çırağı  ay  sanki  bütün  Araz 
qırağındakı obalara keşik çəkirdi. 
Biz  azdan  ərlə-arvadı  yuxu  apardı...  Qızıl  inəkdə  yatmışdı,  balası  da.  It  də 
yatmışdı.  Lakin  bir  qara  pişik  oyaq  idi.  O,  yenə  qarağac  kötüyünün  dalınca 
sinib ovunu pusurdu. 
Səhər açıldı, yaylımdan gələn malların səsi bir-birinə qarışdı. Bacalardan tüstü 
qalxdı. Evlərdən çörək ətri gəldi, şilə qoxusu gəldi. Lakin Alonun uşaqları hələ 
də  şirin  yuxuda  idi.  Gözəl  lap  sübhdən  eyvanda  ocaq  qalayıb  saç  asmışdı. 
Obaşdan    durub  yoğurduğu  xəmiri  kündələyir,  yastılayıb  sacın  üstünə  salırdı. 
Qızmış  sac  arpa  cadını  köpəşidib  çillədirdi,  onların  içinə  isti  keçməmiş  çölü 
qarsıyıb yanırdı. 
Alo  həyətdə  qızıl  inəyi  tumarlayırdı.  Gözəl  çörəyi  salıb  qutarmışdı.  «Əldən 
qalan əlli il qalar». O, istəyiridi ki, bu gün görəcəyi işləri sabaha qoymasın. Tez 
süpürgəni  götürüb  eyvandakı  dübəyin    böyür-başını  təmizlədi.  «Uşaqlar 
durunca  duzu  da  döyə  bilsəydim  lap  yaxşı  olardı».  Gözəl  taxçadakı  daş  duzu 
dübəyin çalasına atdı. Dübək daşı ilə döydü, əzdi, ag bir torbaya yığıb, hələ də 
inəyi tumarlayan ərinə göstərdi: 
-
 
Alo, gör nə qədər duzumuz var! Allah çörəyini yetirsin. 
-
 
Yetirər,  ay  arvad,  yetirər!  Axşam  dedim  ki,  fikir  eləmə.  Bu  yaz  elə  çiriş 
yığıb satdım, tikan qırıb satdım, pis dolanmadıq?! Arpa biçini başlayıb, bu 
gün-sabah taxıl bollaşacaq. 
-
 
Gözəl  torbadakı  duzdan  bir  ovuc  götürüb  iydəyə  söykədiyi  məcməyinin 
icinə  səpdi. Məcməyini  inəyin  qabağına  qoydu. Duz  torbasını  tələm-tələsik 


 
14 
damın  dirəyindən  asıb  tez  çölə  çıxıd.  Çalğını  götürüb  həyəti  süpürməyə 
başladı. Alo onu səslədi: 
-
 
Ay  arvad,  görmürsən  inək  nə  qayırır?!  Sən  Nəbinin  canı,  bir  də  bu 
məcməyini işlədib-eləmə. 
-
 
Inək az qalırdı məcməyinin qalayını da yalasın. 
Gözəl çalğını bir tərəfə atıb məcməyini inəyin qabağından götürdü: 
-
 
Düz  deyirsən,  a  kişi,  uşaqların  adı  pozular.  Aparıb    bu  məcməyini 
qoyacağam məfrəşin dərin yerinə. Bir də allah bilir nə vaxt qalayçı Osman 
bizdən yumurta alacaq. 
Alo  başını  tərpədib  xəfifcə  gülümsündü.  «Bizim  arvad  deyəsən  təzə  ad 
yazdırmaq həvəsinə düşüb. Heç o birilərini dolandıra bilmirik». 
Gözəl,  məcməyini  aparıb  məfrəşdə  gizlətdi.  Ev-eşiyi  yığışdırdı,  inəyi  sağdı. 
Yüyrüyə bağladığı çatını açıb belinə sarıdı. Qırmızı dəsmala bir cad, bir az da 
şor  qoyub,  bağlamanı  gümüş  kəmərindən  asdı.  Oğlu  Nəbini  ehtiyyatla 
yüyrükdən götürüb yuxulu-yuxulu kürəyinə şəllədir. 
-
 
Alo,  Səkinədən,  Məhərrəmdən  muğayat  ol,  mən  getdim.  Alo  əlini  qızıl 
inəyin boynundan çəkib təəccüblə soruşdu: 
-
 
Hara belə, ay arvad? Səhər-səhər yuxu görmüsən nədi? 
-
 
Yuxu-zad  görməmişəm,  uşaqların  çörəyini  verərsən.  axşam  sənə  dedim  ki, 
dağarcığın  dibində  bircə  qatımlıq  unumuz  qalıb,  onu  da  yoğurub  səhər 
bişirmişəm.  Dünən  getmişdim  İsmayılgilə,  gördüm  ki,  arvadı  Zəhra  başaq 
döyür. Soruşdum haradan yığmısan? Dedi, Həmzəli kövşənindən. indi mən 
də gedirəm ora. 
-
 
Gözəl,  oğul  ki,  var,  düşmən  toxmağıdır.  Aparıb  istiyə  salarsan,  otur  bir 
yerdə.  Bu    gün  məni  balası  ölmüş  biyara  göndərir.  Gəl  sən  getmə,  sabah 
özüm addayaram Həmzəliyə. 
-
 
Sən ikiyə şaqqalana bilməzsən, allah bilir Topal səni hara buyuracaq. Dedim  
ki, evdə urvalıq unumuz yoxdur. Oğul ki var, Misir karvanıdır, qırx ildən bir 
gələr. Mən sənin bu balaca Misir karvanını necə ac qoyum, özün de. Biyara 
gedən də uşaqalrı tapşırarsan Zəhraya. 
Gözəl  yolağadan  tələsik  çıxarkən  tumanı  qarağac  kötüyünə  ilişdi.  Az  qaldı 
yıxılsın, özünü güclə düzəltdi: «Yenə kim çıxdı qabağıma... Bu zəhrimar kötük 
də  həmişə  yolumuzu  kəsir.  Alo  bircə  bunu  yarıb  yolağanın  ağzından  rədd  edə 
bilsəydi...» 
Alo  başını  yellədi:  «Keçmə  bu  Gözəlin  tərsliyindən.  Körpəni  istiyə  salmasa 
yaxşıdır». Qızıl inəyi naxıra ötürdü. Qayıdıb dəhrəsini yolağanın ağzındakı qara 
daşla  itiləməyə  başladı.  Sonra  onun  ağını  barmağı  ilə  yoxlayıb  heyfisləndi: 
«Yazıq  dəhrə  neyləsin,  gündə  on  şələ  tikan  qırır.  Bu  gün  gərək  Kərbəlayının 
gərmə qalaqlarını çəpərləyəm, özü də müftə. Zalım balasının gözü heç doymur 
ki!...  Denən  neyniyirsən  bu  qədər  gərmə  kəsdirib,  sən  onu  yandıransan?!  Qoy 
camaat  ksib  aparsın  də!  Çoxunun  heyvanı  yoxdur,  gərməsi  olsun,  nökərləri 
Atirizi  meşəsində  yarmaça  qoymayıblar.  Gəlinüfürməz  odundan  daşıyıb  neçə-
neçə çin vurublar. On il də yandırsalar qurtarmaz». 
Gözəl, Kərbəlayının  hündür, ikitaylı qırmızı darvazasının ağzından keçərkən özü 
də  bilmədən  ayaq  saxladı.  Həyətdən  səsküy  gəlirdi.  Gözəl  darvazanın  deşiyindən 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə