Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə7/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   2   3   4   5   6   7   8   9   10   ...   101

 
15 
ora  baxdı.  Nökərlər  tappatapla  atları  alıqlayırıdılar.  Əlvan  naxışlı  xalçaları 
məfrəşlərə  yığıb  yük  tuturdular.  «Onların  çoxunu  mən  toxumuşam,  heç  xeyrini 
görməsinlər.  Kərbəlayı  köçdən  əvvəl  Zeyvə  kəndinə  yenə  ağırlıq  göndərir.  Gör 
necə  qorxur  ey!  Qorxur  ki,  el  dağda  olanda  İrandan  adlayan  qaçaq-quldur  evini 
talan eləsin». 
Gözəl  deyinə-deyinə  darvazadan  uzaqlaşdı.  Yalın  ayaqları  hərdən  daşa  dəyirdi. 
Lakin tələsdiyi üçün ağrını hiss etmirdi. Yeridikcə nimtənəsinə düzdüyü pullar bir-
birinə  toxunub  cingildəyirdi.  Uzun  tumanının  ətəyini  əlində  dəstələmişdi.  Çəltik 
ləklərininin arası ilə uzanan su basmış cığır onu Həkəriyə aparırdı. Birdən ayağının 
altında buz kimi soyuq bir şey hiss etdi. Diksinib irəli atıldı. Qara bir ilan yekə bir 
qurbağanı  udurdu.  Qurbağa  inildəyir,  sanki  kimi  isə  köməyə  çağırırdı.  Gözəl, 
yerdən iri bir daş götürüb ilana atdı. Ilan qıvrıldı, lakin ovunu buraxmadı, sürünüb 
özünü kolluğa saldı. Gözəl heyfsilənə- heyfsilənə yoluna davam etdi. Çaya çatanda 
gözlərinə inanmadı. «Alo istidən qorxurdu. O bilsəydi Həkəri belə daşıb, məni qəti 
qoymazdı  gələm.  İlin-günün  bu  vaxdı  da  çay  daşarmış!...  Axşam  göydə  o  qədər 
ulduz vardı ki!.. Görünür, çayın başına yaman yağıb». 
Günəş  öz  qızılı  qanadını  yavaş-yavaş  güneylərə  sərirdi.  Dimdiyində  çəyirtkə 
daşıyan  sağsağanlar  bağlara  tərəf  uçur,  uzundimdik  su  bülbülləri  qamışlıqda 
oxuyur, təzə bala çıxaran alabaxtalar uğuldaşırdı. «Bala şirin şeydir». 
 
UġAQLAR  BAYRAM  PAYI  YIĞIR 
 
Çaylar qar selindən daşıb qəzəbləndi, dünyanı ağzına aldı. Çoxlarının evini uçurdu, 
balasını  apardı...  Körpə  Nəbi  bu  daşqınlar  üzərində  ayaq  tutdu.  Büdrədi,  yıxıldı, 
qalxdı...  Nəhayət, qamış at minib tay-tuşlarına qoşuldu... 
Molluda böyük şənlik var. Novruz bayramı çoxlarına sevinc gətirmişdi. Ev-eşiklər, 
həyət-bacalar  tərtəmiz  idi.  Hətta  kəndin  ara-bərələrini  də  süpürüb  sulamışdılar. 
Arvadlar,  gəlinlər,  qızlar  qayçıdan  çıxandan  sonra  boxçada  saxladıqları  xeyir-şər 
paltarlarını  geyinib  saçlarını  yağlayır  əllərinə  xına  qoyurdular.  Küsülülər  bir-
birinin evinə gedib barışırdılar. Nişanlı oğlanlar, nişanlı qızlar özlərində-sözlərində 
deyildilər.  Oğlanlar  iri  buynuzlu  qoçların  başlarını  xınalayıb  boyunlarına  şal 
dolayır,  qızlar  evinə  göndərirdilər,  qızlar  xonçalara  şəkərbura,  paxlava,  qırmızı 
yumurta düzüb ətrafında şam yandırırdılar. Yoldan keçənlər xonça aparan arvadları 
görüb onlara xeyir-dua verirdilər: 
-
 
Allah mübarək eləsin! 
-
 
Subaylarmızdan görək! 
Hər  evin  qapısında  bir  ocaq  yanırdı.  Uşaqlar  oda  bəlim  atırdılar.  Ocaq  daha  da 
şölələnirdi.  Hərə istəyirdi ki, ocağın üstündən birinci hoppansın. Balaca Nəbi də 
uşaqların arasında idi. O, qamış atına bir şallaq çəkib hamıdan əvvəl tullandı: 
-Ağırlığım-uğurluğum burada qalsın! 
O  biri  uşaqlar  da  eyni  sözü  təkrar  edib  Nəbinin  arxasınca  ocağın  üstündən 
atılırdılar.  Şən  səslər  bir-birnə  qarışırdı...  oğlanlar  ocağın  dövrəsində  yumurta 
döyüşdürürdülər. 
-Künəsini çevir! 


 
16 
-Yox, ver sənin yumurtanı mən tutum! 
-Deməzsən aldatdım? 
-Sındı! Ver bura görüm! 
-Pah atonnan, elə bil qayadı, on beş yumurtanın xəşilini çıxartdı. 
Uduzan  uşaqlar  pərt  olmuşdular.  Kimi  əzilmiş  yumurtasını  acıqla  içir,  kimi 
döyüşəcəyi  yumurtanı  dişlərinə  vurub  bərk-boşluğunu  yoxlayır,  kimi  də 
yumurtasını ovcunda sıxıb ocağın işiğında onun sarısına baxırdı. 
-Hm... daşdı, daş! Gör bu yumurtaynan neçəsini sındıracağam?! Hə, kim istəyir 
gəlsin irəli! Lap ortasını tuturam. 
-Yaxşı bir az əlini aç görüm, heç toxunur ki... Aç deyirəm sənə! 
Çox keçmədi ki, ocaq qaraldı. Yumurta döyüşən uşaqlar indi çiyinlərində torba 
həyət-bacaları  gəzir,  bayram  payı  yığırdılar.  Nəbi  də  qamış  atını  o  evdən-bu  evə 
səyirdir, taytuşları ilə birlikdə «Kosa-Kosa» mahnısını oxuyurdu: 
 
Ay xanım, xanım, dursana, 
Torbamı doldursana, 
Yük dibinə varsana
Kosanı yola salsana... 
 
Ay uyruğu, uyruğu, 
Saqqalı it quyruğu. 
Kosa bir oyun eylər
Keçəlin toyun eylər. 
 
Nəbi  qamış  atının  başını  bu  dəfə  Xanalıgilin  evində  yığdı.  Həcərin  anası  Ballı 
almacıqları çıxmış, qarayanız bir arvad idi. O gülə-gülə Nəbinin torbasını nöküdlə, 
boylanmış yumurta ilə doldurdu. Qoz-fındıq ləpəsi ovuclayıb cibinə tökdü. Dirəyin 
dibindəki ayağı bağlı xoruzu da onun qucağına verdi: 
-
 
Oğlum, apar evinizə. Bərk tut ha, qaçırarsan! 
Nəbi  sevincək  evlərinə  qayıtdı.  Yığdığı  bayram  payını  boşaldıb  yenidən 
uşaqlara qoşuldu. 
Damların  üstündə  xısınlaşan  cavanlar  bacadan  evə  salladıqları  ipi  tez-tez 
tərpədir, pay almayınca əl çəkməyirdilər. 
Gözəl  süfrənin  böyründə  əri  ilə  üz-üzə  oturmuşdu.  Nöküd  dolu  məcməyinin 
dövrəsində yanan şamların şöləsi Gözəlin qəlbi təki titrəyirdi. 
Sinidə xeyli qovurğa vardı, Alo hərdən ağzına atırdı. 
-
 
A  kişi,  bayaq  uşaqların  yanında  istəmədim  qanını  qaraldım,  fikir  məni 
yaman götürüb axı... 
-
 
Yenə  nə  fikir,  ay  arvad?  Üç  oğlum  var,  bir  qızım,  hamısı  da  padşah  balası 
kimi gözəl-göyçək. Allaha şükür, onları böyüdüb ərsəyə gətirsək, bəsimizdi, 
həftəlik azuqəni də yığmışam başımızın altına. 
-
 
Azuqəni demirəm. 
-
 
Bəs nəyi deyirsən? 
-
 
Qonşumuz  Xanalının  qızı  Həcər  bayaq  bizə  pay  gətirmişdi.  Qız  gedəndən 
sonra qalmışam məəttəl, bilmirəm qaba nə qoyum. Bayaq da Həcərin anası 
Ballı  Nəbiyə  bir  xoruz  verib.  Hələ  iki  arşın  da  qanovuz  qoyub  Səkinənin 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə